Ağ çovdarçı
Chionis albus (lat. Chionis alba) — Ağ çovdarçılar cinsinə daxil olan iki növdən biri.
== Görünüşü ==
Bədəninin uzunluğu 34–41 sm, çəkisi 460–780 q təşkil edir. Qanadlar arasında məsafə 74–84 sm-dir. Erkəklər dişilərdən iri olur. Qanadları balacadır. Ayaqları kiçikdir. Torpaq üzərində daha yaxşı hərəkət edirlər.
== Yayılması ==
Antarktidanın endemik (Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası) quşudur. Quşlar əsasən pinqvinlərin koloniyarını qurduğu yerdə yuva qururlar.