Naxçıvan məsələsi
Naxçıvan məsələsi - çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi prosesində və bundan sonrakı dövrdə erməniləri İrandan və Osmanlı imperiyası ərazilərindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürməsi nəticəsində yaranmış beynəlxalq problem.
İlk mənbələrin sübut etdiyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu torpaqlar Gülüstan müqavihsi (1813) və Türkmənçay müqaviləsi (/828) ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfındən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdi. Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərinə göz dikən ermənilərin əcdadları bu qədim yurda 1828 ilin martında Rusiyanın yaratdığı xüsusi komissiya tərəfındən köçürülmüş, 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox erməni) gətirilmişdi. Köçürmə kampaniyası çarizmin zorakılıq siyasəti nəticəsində baş tutmuşdu. Köçürmə siyasətinin reallaşmasından sonra tarixi Azərbaycan torpaqlarında məskunlaşan və "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan üzüdönük məkrli erməni qəsbkarları ərazi iddialarına başladılar. Bu proses 20 əsrdə daha da genişləndi.
Ermənilərin təqsiri üzündən istər 20 əsrin əvvəllərində, istərsə də 1918-20 illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən ictimai-siyasi hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətləri dəhşətli, faciəli şəkil aldı. Bunlar Cənubi Qafqaz sərhədləri çərçivəsindən çıxaraq, beynəlxalq aləmi düĢündürən mühüm bir problemə çevrildi.
Naxçıvan məsələsi 1918 ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20 illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində, Ermənistanın, Türkiyənin parlamentlərində, Təbriz bələdiyyə idarəsində, Maku xanlığında, Paris sülh konfransında (1919-20), 1919-20 illərdə ABŞ-nin Ermənistan və Naxçıvandakı nümayəndəliklərində, 1920-21 illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan Sovet Respublikasının inqilab komitələrində, 1921 il martın 16-da Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda, 1920-21 illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini - Azərbaycanın tərkibində muxtar respublika statusunu yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi.