ÜST DENUDASİON SƏVİYYƏ

Yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8-9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir. верхний уровень денудации gipfelflur, summit-level
ÜMUMİLƏŞDİRMƏ
ÜSTƏGƏLMƏ
OBASTAN VİKİ
Üst denudasion səviyyə
Üst denudasion səviyyə (rus. верхний уровень денудации, ing. gipfelflur, summit-level) — yer kürəsində dağların ən yüksək zirvəsindən keçməsi mümkün ola bilən xəyali səth. Həmin səviyyədən /8–9 km/ yuxarı heç bir zirvə ola bilməz, beləki dağların daha çox qalxması onların daha intensiv dağılması ilə müşayiət olunur. Bu anlayış XIX əsrin sonunda A. Penk tərəfindən təklif edilmişdir.
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
ÜST
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir. Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır. Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Cumanci: Növbəti səviyyə
İllik hesablı səviyyə
Üst Dudkinski adası
Üst Dudkinski — Ufa şəhərinin Kirovski rayonu ərazisindən axan Ufa çayının yatağında yerləşən ada. Çayın sağ sahilinə yaxın yerləşir. Adada yaşayış yoxdur. Ufa kanat yolu və bərə ilə adaya yan almaq mümkündür. Ada meşə ilə örtülüdür. Qərb və şimal-qərb sahilləri dərin, qalan sahilllər isə bataqlıqlaşmışdır. Ərazisində hansısa tikili yoxdur. Ancaq cənub sahilinin daxilinə doğru kiçik çəmənlik vardır. Şimal-qərb hissəsinə yaxın bir allüvial adacık yerləşir. O demək olar ki, kiçik qum dənəciklərindən təşkil edilmişdir və qeyri-rəsmi olaraq Cənnət adası adlanır.
Üst paleolit mədəniyyəti
Üst Paleolit dövrü — paleolit dövrünün son çağı. Üst paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı. Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir. İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur.
Üst qabırğaarası damar
Üst qabırğaarası damar (vena) — bədənin hər tərəfində 1 damar olmaqla 2-ci, 3-ci və 4-cü qabırğaarası boşluqları drenaj edən 2 damar. Sağ üst qabırğaarası vena bədənin sağ tərəfindəki 2-ci, 3-cü və 4-cü arxa qabırğaarası damara daxil olur. O, qoşalaşmamış venaya axır. Sol üst qabırğaarası vena bədənin sol tərəfindəki 2-ci və 3-cü arxa qabırğaarası venalara daxil olur. Adətən o sol brakiosefalik venaya axır. O, həmçinin yarımtək vena ilə əlaqə saxlaya bilər. Aorta qövsünün arxasından keçərək dərin frenik siniri və perikardiofrenik damarları, sonra isə səthi olaraq üst azan siniri keçir.
Şəbəkədə interfeys səviyyə təhlükəsizliyi
Şəbəkə interfeys səviyyəsi (istifadəçi yönümlü) TCP/IP model-in ən aşağı səviyyəsidir. Bu səviyyənin özünə xas bir neçə təhlükəsizlik açıqları var ki, hücumçu tərəfindən istismar edilə bilər. Şəbəkə interfaz səviyyəsi (həmçinin data link səviyyə kimi adlanır), istifadəçinin sistemi ilə şəbəkə cihazı arasındakı fiziki interfazdır. Bu səviyyə data paketlərin ötürülmə üçün necə formatlanmasını və yönləndirilməsini müəyyənləşdirilir. Bəzi ümumi link səviyyə protokolları bunlardır, IEEE 802.2 and X.25. Data link səviyyə və onun protokolları istifadəçi cihazını və şəbəkə cihazını idarə edir. Bu səviyyənin məqsədi şəbəkəyə qoşulu istifadəçilər arası etibarlı əlaqə saxlamaqdır. Şəbəkənin bu səviyyəsi tərəfindən təmin olunan servislərə aşağıdakılar daxildir: Data bölünməsi — Data axınlarını müəyyən formalı fram və ya paket hissələri halına salır. Checksums — qəbul edicinin göndərilən dataları düz ardıcıllıqla toplaması və xəta olub olmamasını müəyyən etmək üçün checksum dataları göndərir. Bildiriş — Etibarlı data axını üçün qəbuledicinin data paketlərin qəbulu barədə müsbət və ya mənfi bildiriş göndərilməsidir.
Cumanci: Növbəti səviyyə (film, 2019)