şüvül
şüyüd
OBASTAN VİKİ
İyli şüyüd
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
Şüyüd
Şüyüd (lat. Anethum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Birillik ot bitkisi olub, hündürlüyü 40–120 sm-ə bərabərdir. Əsas kökü incə, zərif, budaqlanandır. Gövdəsi düzqalxan və ya azacıq əyilmiş, budaqlanan, dairəvi, uzunsov açıq-yaşıl və yaşıl, mil-mil, incə mumabənzər qatlıdır. Yarpaqları növbəli, üçüncülü-dördüncülü lələkşəkilli olub, uzunluğu 30 sm, eni 4–25 sm-dir. Aşağı yarpaqlarının uzunluğu 4–12 sm, saplaqlı, orta və yuxarı yarpaqları qısa saplaqlı və oturaqdır. Hamaşçiçəkləri mürəkkəb, çoxşüalı çətirinin diametri 7–30 sm-dir. Çiçəkləri kiçik, ikicinsli, beşüzvlü, sarı ləçəkli, dar olub, zirvəsi bükülü vəziyyətdədir. Meyvələri sallaq, asılı vəziyyətdə, ellips və ya enli ellipsşəkilli, uzunluğu 3–7 mm, eni 1,5–4 mm, sarımtıl-qəhvəyidir.
Şüyüd plov
Şüyüd plov — Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. Uzun düyü Şüyüd Kərə yağı Duz İstiot Zövqə görə mal ət və ya toyuq əti əlavə olunur. Düyünü duzlu suda isladırıq. Suyu qaynadıb düyünü qazana tökürük. Şüyüdü yuyub incə-incə doğrayırıq. Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük. Asta-asta qarışdırırıq ki, düyü əzilməsin. Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq. Toyuğu doğrayıb soyutma bişiririk.

Digər lüğətlərdə