şırmanmaq
şırnaqlı
OBASTAN VİKİ
Şırnaq
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Şırnaq axınları
Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Şırnaq ili
Şırnak ili — Türkiyədə il. Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. Şırnak 7 ilçəyə bölünür.
Şırnaqlı printer
Şırnaqlı printer (en. ink-jet printer ~ ru. струйный принтер ~ tr. mürekkep püskürtmeli yazıcı) – simvolları çap etmək üçün çox kiçik mürəkkəb damcılarını kağıza sıçradan printer. Mürəkkəb mayesini tullayan “forsunka” ya çap başcığının bir hissəsi olur, ya da onunla borucuq vasitəsilə bağlanır. Mürəkkəb buxara çevrilənədək çalxalanır və ya qızdırılır və çap başcığının kağızın üzərindən keçdiyi müvafiq anda çox kiçik “forsunka”lardan sıçradılaraq simvollar və ya qrafika formalaşdırır. Aşağı keyfiyyətli sürətli şırnaqlı printerlər verilənlərin emalı sistemlərində uzun müddət istifadə edilib. Son zamanlar çap keyfiyyəti yüksək olan şırnaqlı printerlər qiymət və funksional çeviklik baxımından lazerli printerə “meydan oxuyur”, baxmayaraq ki, onların sürəti ikincilərinkinə nisbətən aşağıdır. Standart kağızlardan istifadə etdikdə mürəkkəb çox zaman yayılır, bu da çapın dəqiqliyini aşagı salır. Bundan başqa, şırnaqlı printerdə yenicə çapdan çıxmış kağıza toxunduqda o, yayılır.

Digər lüğətlərdə