ŞAD

xanın varisliyə hüququ olmayan qardaş və oğlanlarına verilən qədim türk titulu.
ŞABİDDİN
ŞADAĞA
OBASTAN VİKİ
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Kür Şad
Kür Şad türk ədəbiyyatında bir süjetdir. Səbahəddin Əlinin müəllifi olduğu "Esirler" adlı tamaşanın və Nihal Atsızın qələmə aldığı "Bozqurdların ölümü" romanının personajlarından biridir. Obraz tarixi şəxsiyyət Aşina Cieşeşuaydan ilhamlanıb. == Nihal Atsızın Kür Şadı == Həm yazıçı, həm də tarixçi olan Hüseyn Nihal Atsız "Bozqurdların Ölümü" adlı əsərində Kür Şad üsyanı haqqında yazmışdır. Beləcə Kür Şad o qədər məşhurlaşıb ki, Türkiyədə bir çox insan övladına Kürşad adını verib. 1939-cu ildə Hüseyn Nihal Atsız "Kopuz" jurnalında yazdığı məqaləsində "Kür Şad"dan danışıb universitet meydanında tək daş parçası ilə qırx bir qılıncdan ibarət abidənin ucaldılmasını təklif etdi. Daha sonra 1946-cı ildə yazdığı Bozqurdların Ölümü romanında "Kür Şad" obrazından istifadə etdi. 1947-ci ildə isə Kür Şad jurnalı nəşr olunmağa başladı və jurnalın ilk nəşri üçün "En Büyük Türk Kahramanı Kür Şad" adlı yazını şəxsən özü yazıb "Yarınki Türkeli"ndə Kür Şad üçün ulu bir abidə düşündüyünü açıqladı.
Tamqan şad
Tamqan şad — Göytürk şahzadəsi. İstəmi xaqanın oğlu idi. 576-cı ildə atası İstəmi xaqan öləndə İdil çayı bölgəsinə qardaşı Tardu xaqan tərəfindən göndərilmişdi. Tamqan şad həm də Bizans imperiyası ilə əlaqələrdən məsul şəxs idi. Bizanslıların onlara xəyanət edərək Avarlarla müqavilə imzalamasına hiddətlənərək Bizansın Qara dəniz sahili bölgəsini və Krımı ələ keçirərək Göytürk dövlətinə birləşdirmişdi. == Ölümü == Tamqanın ölüm tarixi bəlli deyil. Lakin Apa xaqanın tərəfini tutduğu bilinir. Çox güman 584-cü ildən sonra vəfat etmişdir.
Tarduş şad
Tarduş şad — Tonq Yabqu xaqanın oğlu, Toxaristanın ilk yabqusu. == Hakimiyyəti == Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı. Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır. Bütün Əfqanıstan torpaqlarını öz hakimiyyəti altına almışdı. 645-ci ildə oğlu İşbara Yabqunun sifarişi ilə öz xatunu tərəfindən öldürülmüşdür.
Yükük şad
Yükük İrbis Tulu xaqan (əsl adı Aşina Yükük 阿史那欲谷, taxt adı İrbis Tulu xaqan 乙毗咄陆可汗) — Tulular tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. == İlk illəri == Atası Şərqi Göytürk xaqanı İllig xaqan idi. Şad titulu almışdı. Atasının əmrinə uyğun olaraq 627-ci ildə Tyanşan ətrafında üsyanları yatızdırmaq istəsə də buna nail olmamışdı. Üç il sonra atasının dövləti dağılmışdı. == Xaqanlığa gəlişi == Tonq Yabqu xaqanın ölümündən sonra Qərbi Göytürk xaqanlığı zəifləməyə başlamışdı. Nuşibilər və Tuluların münaqişəsi bitmək bilmirdi. Tulular və başçıları olan Tun Tudun xaqanlıq üçün Yükük şadı dəvət etdilər. Nuşibilər isə Xallıq İşbara Yabqu xaqanı taxta çağırdılar. İki xaqan arasındakı müharibədən sonra 638-ci ildə İli Çayı sülhü imzalandı.
Şad astrakanta
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börü Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Böri şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Hüseyn xan Şadlinski
Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski — Çar ordusunun əsgəri. == Həyatı == Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb. == Mənbə == Mehparə Sultanova, Şadlinskilər, Mədəniyyət.- 2010.- 28 may.- S. 9. Ələkbərli, Əziz, Abbasquli bəy Şadlinski, Bakı, "Sabah", 1996. Əsgər Zeynalov, İrəvan ziyalıları,Bakı, 1999.səh.
Məzrayə-i Şadi (Vərziqan)
Məzrayə-i Şadi (fars. مزرعه شادي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (110 ailə).
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Vaqif Şadlinski
Vaqif Şadlinski (Şadlinski Vaqif Bilas oğlu; 24 yanvar 1940, Vedi rayonu) — əməkdar elm xadimi, Tibb e.d., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor. ATU-da İnsan anatomiyası kafedrasının müdiri. == Həyatı == Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olub. 1948–50-ci illərdə çoxsaylı Azərbaycanlı ailələr erməni daşnakları tərəfindən dədə-baba yurdundan deportasiyaya uğradılan zaman V. B. Şadlinski ailə üzvləri ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşmışdır. Məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir. O, 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olmuş, bölmə komandiri vəzifəsində çalışmışdır. Ordudan tərxis olunduqdan sonra 1962–63-cü illərdə Şəmkir rayonunun Həzi Aslanov kolxozunda sürücü vəzifəsində çalışmışdır. V. B. Şadlinski 1963-cü ildə müvəffəqiyyətlə qəbul imtahanı verərək, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olmuşdur. V. B. Şadlinski 1964-cü ildə ATİ — nun 3 saylı tələbə yataqxanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. V. B. Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir.
Yarməhəmməd xan Şadlı
Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. == Həyatı == Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı. Atasından sonra elbəyi təyin edilmişdi. Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi. Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu. Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi.
Yuxarı Şadlı (Çaldıran)
Yuxarı Şadlı (fars. شادلوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 204 nəfər yaşayır (40 ailə).
İbrahim xan Şadlı
İbrahim xan Şadlı (?-?) — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. == Həyatı == İbrahim xan Xorasan əyalətinin Qoçan vilayətinin Şadlı elinin Yusifsultanlı obasında anadan olmuşdu. Atasından sonra elbəyi təyin edilmişdi. İbrahim xan Fətəli şah Qacarın hakimiyyətinin ilk illərində Əsfərayinin valisi idi. == Mənbə == Ənvər Çingizoğlu, Şadlı eli, "Soy" dərgisi, 1 (33), 2010, səh. 51.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. == Tarixi == Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. == Əhalisi == Əhalisi 182 nəfərdir.
Şadara
Şadara — taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Şadbad
Şadbad-i Məşayiq (Təbriz)
Şadbad-i Məşayiq (Təbriz)
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4.317 nəfər yaşayır (1.086 ailə).
Şadbağı (Sərab)
Şadbağı (fars. شادباغي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (130 ailə).
Şade Adu
Şade Adu (ing. Sade Adu; 16 yanvar 1959, İbadan) — Nigeriya əsilli ingilis müğənni, mahnı müəllifi və şairə, aranjımançı və prodüser, Sade qrupunun lideri və yeganə vokalisti. == Həyatı == Şade Adu, Stüart Metyumen, Pol Spenser Deymen və Endryu Xeylin üzvlüyü ilə yaradılan qrup vokal xarakterli idi. Lakin, qrup musiqi dünyasında üzvlərinin birinin-Şadenin adıyla tanındı və beləcə də məşhurlaşdı.Qrupun üzvləri repertuarda soul, caz, ritm-n-blüz, fanka və soft-rok janrlarına üstünlük veriblər. İlk debütünü 1984-cü ildə edən "Şade" hələ də dünyanın dinlənilən qruplarındandır. Debütdən bir il sonra, 1985-ci ildə "Diamond Life" adlı albom təkcə ABŞ-də 17 milyon, dünyada isə 50 milyon tirajla satıldı. Bu, qrupun məşhurluğunun ilk addımı oldu. "Qremmy" mükafatı laureatı "Şade" bir neçə beynəlxalq mükafata da layiq görülüb. Qrupun tərkibi belədir: Şade Adu-Vokal, Stüart Metyumen-saksofon, gitara, Pol Spenser Deymen-bas, Endryu Xeylın-klaviş. 25 fevral 1984-cü ildə "Şade" öz birinci sinqlı olan "Your Love is King"-i Böyük Britaniyada təqdim etdi.
Şadgan
Şadgan — İranın Xuzistan ostanının şəhərlərindən və Şadgan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 48,642 nəfər və 8,600 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Şadgan şəhristanı
Şadgan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şadgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 138,226 nəfər və 23,813 ailədən ibarət idi.
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. == Bioqrafiya == Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Şadiabad
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4.317 nəfər yaşayır (1.086 ailə).
Şadiabad (Qürvə)
Şadiabad (fars. شادي آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.

Значение слова в других словарях