ŞAM

is. [ fars. ]
1. Axşam. Şam süfrəsi.
□ Şam(ü) səhər – axşam-səhər, səhəraxşam.
Şamü səhər bülbül kimi ağlaram; Qorxuram qönçədən gülüm pozula. Aşıq Murad.
Gəl, baba, məscidlərə, ehsanı gör! Şamü səhər aşı, fisincanı gör! Ə.Nəzmi.

Şam ta səhər klas. – axşamdan-səhərədək.
Dolanım başına şam ta səhər; Şəmi-camalının pərvanəsiyəm. Q.Zakir.

2. Axşam yeməyi.
…Yusif şah buyurdu: – Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. M.F.Axundzadə.
Şamdan sonra xan yenə özünü çırthaçırtla yanan buxarının yanına verib oturdu. Çəmənzəminli.
Hamı yedi, şam bitdi.
Amma Məstan bəyin gözü yolda qaldı. B.Talıblı.

□ Şam etmək (eləmək) – axşam yeməyi yemək.
Saat on birdə yenə qonaqları dəvət elədilər xörək otağına və yenə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. C.Məmmədquluzadə.

Синонимы

  • ŞAM I ŞAM (keçmişdə çıraq yerinə yandırılan yumşaq maye) Dedim: çoxdan könül sorağındadır; Dedi: pərvanə şam fərağındadır (M

Омонимы

  • ŞAM ŞAM I is. [ fars. ] Axşam; axşam yeməyi. ŞAM II is. [ ər. ] Yandırmaq üçün mumdan hazırlanmış cisim. Yanır saxsı parçasının üstündə bir şam (R

Этимология

  • ŞAM Məncə, işıq kəlməsi ilə qohumdur və ərəblərə bizdən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞAM
ŞAMAĞACI
OBASTAN VİKİ
Adi şam
Adi şam Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir. Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır. Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır.
Ağ şam
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Boz şam
Vətəni Şimali Amerikadır. 1832-ci ildə Londonda Mədəni Bitkilər Cəmiyyətinin katibi Corc Sabininin şərəfinə adlandırılmışdır. Orta hündürlükdə, çoxaylı gövdəyə malik ağacdır. Budaqları qısa olub, müxtəlif tərəflərə əyilmişdir. Qabığı boz-qonur, qalın, dərin qırışlıdır. Zoğları nazik, mavi-yaşıl rəngli, çılpaq və qırışlıdır. Tumurcuqları xırda, silindrik olub, uzunluğu 1,5-2 sm-dir. Qatranlı, qabıqların kənarları məxməri, açıq-qonurdur. İynəyarpaqların 3 ədədi bir yerə birləşmiş, bir-birindən aralı və sallaqdır, budaqların üzərində 3 ilə qədər qalır. Açıq mavi-yaşıl rəngli olub, uzunluğu 20-30 sm və eni 1,5 mm-dir, kənarları dişlidir, qatran kanalları parenximdə yerləşir.
Burulmuş şam
Burulmuş şam — Şimali Amerika nın qərb hissəsində, Sakit okean sahillərində, Alyaska dan Meksika ya qədər qayalıq dağlarda, dəniz səviyyəsindən 3500 m hündürlüyə qədər böyük sahələri əhatə edir. Hündürlüyü 50 m-dək olan kol və ya ağacdır. Gövdəsi düz və ya əyilmiş, qalınlığı 90 sm-ə qədərdir. Çətiri genetik mənşəyindən asılı olaraq, müxtəlifdir; aşağı budaqları çox vaxt tükcüklüdür, yuxarı budaqları isə şaxələnmiş və ya yuxarı qalxandır. Qabığı boz, qırmızı və ya qonur rəngli, şırımlıdır. Budaqları nazik, çox köbəli, narıncı və ya qırmızı-qonur, yaşlandıqda qonur rəngli olurlar. İynəyarpaqları iki dəstəyə yığılmış, şaxələnmiş və ya yuxarı istiqamətlənmiş, cod, tünd-yaşıl, uzunluğu 2–8 sm, qalınlığı 0,7–2 (3) mm, əyilmiş, yanlarında ağ məsaməli xətlər yaxçı görünür, kənarları xırda dişlidir; ucları küt və ya bizşəkillidir; qabığı 0,3–0,6 (-1) sm, həmişəlik bünövrəsi vardır. Yarpaqları ağacda 3–8 il qalır. Tumurcaqları ensiz və ya enli yumurtavarı, tünd-qırmızı qonur, uzunluğu 1,2 sm-ə qədər, bir az qatrandır. Erkək qozları elipsvari və ya silindrikdir, uzunluğu 5–15 sm olub, narıncı-qırmızı rənglidir.
Qarmaqvarı şam
Qarmaqvarı şam — Təbii halda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Göygöldə, Zəyəm çayının sol sahilində yayılmış, hündürlüyü 25 m olan, bir gövdəli ağac. Çətiri piramida formalı və ya yumrudur. Gövdənin aşağı hissəsinin qabığı tünd-qonur rəngli, dərin yarıqlı, yuxarısında qırmızı-sarı, budaqları boz, cavan budaqları açıq-sarıdır. Yarpaqları cod, duz və az əyilmiş, göyümtüldür, uzunluğu 2-7 sm və eni təxminən 0,2 sm-dir. Qozaları konusşəkilli, assimmetrik, kənar pulcuqları zəif dişlidir. Qozaları tək-tək və ya 2-4 ədədi bir yerdə yerləşir. Parlaq, oval-şar şəkillidir, əvvəlcə yaşıl, sonra qonur-qırmızı olur. Böyümənin axırında qonur-boz rəngdə olur. Aşağı əyilir, uzunluğu 1,5-5,5 sm və qaidəsində eni 2-4 sm-dir. Pulcuqları qırışlı qalxanlıdır.
Sarı şam
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Sıxçiçəkli şam
Pinus densiflora (lat. Pinus densiflora) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Yaponiya , Koreya və Çin in dağ meşələrində dəniz səviyyəsindən 1000–2000 m hündürlükdə, Tunberqa şamı (Pinus Thunbergii Parl.), Zibolda tsuqası (Tsuga Sieboldii Carr.), həmişəyaşıl palıdlarla, müxtəlif iynəyarpaqlı, yarpağı tökülən ağaclarla birlikdə bitir. Hündürlüyü 20–35 m-ədək, gövdəsinin diametri 1-1,3 m olan ağacdır. Qabığı açıq qırmızımtıl-qonur, hamar, nazikdir. Qoca gövdələrin aşağı hissəsi tünd-qonur rəngli olub, dərin uzunsov çatlara bölünür. Yaşlandıqda çətirvarı budaqları hündür, üfüqi yaruslarla yerləşir. Zoğları sarımtıl-qonur, mum örtüklüdür. Tumurcuqları silindrik, ucu biz, qırmızı-qonur, enli-neştərvaridir. Tumurcuqların qabıqları tünd-qonur, kənarlarında sıx yerləşmiş açıq saçaqlıdır.
Uzunyarpaq şam
Vətəni Himalay dağıdır. Kanar şamına yaxınsır və qozaların uzunsov olması ilə ondan fərqlənir. Hündürlüyü 25 m olan dekorativ ağacdır. Gövdəsi boz rəngli, qalın və çat-çat olmuş qabıq ilə örtülüdür. İynəyarpaqları açıq-yaşıldır, 25-27 sm uzunluğunda at yalına bənzər olub, aşağıya doğru sallanır. Çətiri yığcam ellipsvarıdır. Qozaların uzunluğu 18 sm-dir. Kanar şamından qozaların qabığının uzunsov qalxanalrı ilə fərqlənir. Azərbaycan da Mərdəkan dendrarisində introduksiya edilmişdir. Burada iri qozalar əmələ gətirir, lakin toxum tam yetişmir.
Xırdaçiçəkli şam
Pinus parviflora (lat. Pinus parviflora) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Yaponiya nın dağ rayonlarında dəniz səviyyəsindən 2500 m hündürlüyə qədər olan ərazilərdə və Koreya sahilləri ndə Utserye yarımadasında bitir. Hündürlüyü 15–20 m-ə çatan ağacdır. Gövdəsi çox vaxt bünövrədən budaqlanır. Çətiri cavanlıqda ensiz-konusvarı olub, yaşlandıqdan sonra enli-konusvarı, şaxəlidir. Qabığı hamardır, yaşlandıqda nazik qabıqlarla çıxır. Cavan zoğlarında qabıqların qalınlığı təxminən 3 mm-dir, yaşıl və ya yaşılımtıl qonur olub, ağımtıl, qıvrım tükcüklərlə örtülür. Yaşlı zoğları açıq-boz rənglidir, çılpaqdır. Uc tumurcuqların uzunluğu 4–7 mm, eni 2,5–3 mm, yumurtavarı-silindrikdir, qatranlı deyil, qırmızı və ya tünd qonurdur, kənarları açıq saçaqlıdır.
Yumşaqiynəyarpaqlı şam
Pinus muricata (lat. Pinus muricata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir. Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır.
Şam-Fi
Şam (ağac)
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Şam (işıq)
Şam — işıqlandırma vasitəsi. Adətən yanan bərk maddədən silindr şəklində hazırlayırlar. Onu yandırmaq üçün fitil adlanan hissəni alova tuturlar. Yanan bərk maddə kimi əsasən parafindən istifadə olunur. Bundan başqa piy, mum, spermaset (kaşalotun kəllə sümüyündən çıxardılan, ətriyyat istehsalında və sənayedə işlədilən maddə) və s.-dən istifadə olunur. Fitilə şora, ammonium-xlor, bor turşusu məhlulu hopdurulur.
Şam (kənd)
Şamb, Şamkəndi, Şamkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Şamkəndi kimi qeyd edilmişdir. Toponimin ilkin forması "Şam"dır. Toponimin sonundakı "b" samiti sonradan artırılaraq erməni dilində "qarğı, qamış" mənasını verən şamb formasına uyğunlaşdırılmışdır. Toponim "ağac" mənasında işlənən şam sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Qurluşca sadə toponimdir.
Şam (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Şam ağacı
Şam ağacı (lat. Pinus) — şamkimilər fəsiləsinə aid bitki cinsi. Şam ağacının 115 növü məlumdur. Şam ağacının iynəyarpaqlarından diş ağrısının müalicəsində istifadə olunur. Ağızı iynəyarpaq həlimi və sirkə ilə yaxalamaq uğurlu nəticə verir. İynəyarpaq buxarı ilə inhalyasiya etmək aborta kömək edir və aybaşının başlanmasına təkan verir. İynəyarpağın tüstüsü qaş və kipriklərin tökülməsində, gözdən yaş gəldikdə və zəif görmədə kömək edir. Şamağacı tumurcuğunun həlimi öskürəyə qarşı vasitədir. İynəyarpağından böyrək xəstəliklərinə qarşı preparatlar və vanna üçün şamağacı ekstraktı hazırlanır. İynəyarpaq-karotin pastası yaraların müalicəsində işlənir.
Şam namazı
Şam və ya axşam namazı 3 rəkətdir. Əvvəl vaxtı Günəş qürub edərkən günçıxan tərəfdən gələn işartının başımızın üstündən günbatan tərəfə keçdiyi vaxtdır. Axır vaxtı isə gecəyarısına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir 1-ci rəkət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rəkət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə; Təşəhhüd; 3-cü rəkət: Təsbihati-ərbəə Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Niyyət bu şəkildə edilir: "Şam namazı qılıram vacib qürbətən iləllah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə ondan başqa qısa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı. Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan.
Şam qarğası
Şam qarğası (lat. Nucifraga caryocatactes), qarğalar (Corvidae) ailəsindən bir quş növüdür.
Şüalı şam
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Əş-Şam
Əş-Şam (ərəb. جبل شمس‎) — Oman sultanlığının ən hündür nöqtəsi. Əl-Əxdar silsiləsinin ən hündür nöqtəsi. Zirvənin hündürlüyü 3018 metrdir. Dağ Baxla şəhərindən 30 km şimalda yerləşir. Zirvədə radiolakasiya stansiyası yerləşdiyindən qapalı zomnadır. Zirvəyə torpaq yol çəkilmişdir. dağın qarşı tərəfində müşahidə meydançası vardır. Bura yaxın ərazidə turistik baza yerləşir.
Qara şam
Qara şam (lat. Larix) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
Şam (dəqiqləşdirmə)
Şam — Şam (tibb) — Şam (xalça) — Şam şəhəri — Şamb — Sisyan rayonunda kənd. Şam ağacı — Alışdırma şamları — Avtomobildə alışdırma şamları.
Şam şəhəri
Dəməşq və ya Şam — Suriya Ərəb Respublikasının paytaxtıdır. Dəməşq (ərəb dilində "təşəbbüs" mənasını bildirir) nəinki Suriyanın, eləcə də bütün dünyanın ən qədim şəhərlərindən biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə təsadüf edir. Dəməşq həm də dünyanın ən qədim paytaxt şəhəridir.Belə ki, e.ə. 13 əsrin əvvəllərindən e.ə. 732-ci ilə qədər şəhər Dəməşq padşahlığının paytaxtı olub. Çoxəsrlik tarixi boyunca Dəməşq assuriyalılar, farslar, makedoniyalılar, romalılar tərəfindən dəfələrlə təzyiqə və az qala məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və mədəniyyət mərkəzi kimi yenidən dirçəlmişdir. Dəməşqin əsasının qoyulduğu dəqiq tarix bilinmir, lakin XII əsrdə yaşamış ərəb tarixçisi İbn Asakir şəhərin əsasının eramızdan əvvəl IV minillikdə qoyulduğu, Nuh dövründəki böyük daşqından sonra ilk tikilən qala divarlarının Dəməşqdə olduğunu yazıb. Şəhərin mövcudluğuna dair ilk yazılı abidə eramızdan əvvəl XV əsrə aiddir, bu vaxt Dəməşq Misir fironluğunun hakimiyyəti altında olub.
Sonuncu şam yeməyi
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər. Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir.
Tərabülüs əş-Şam
Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام‎, q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristian və ələvilərdir. Tripolis şəhərinin adı yunan dilindən gəlir. Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi.
Cümə məscidi (Şamaxı)
Şamaxı Cümə məscidi – Şamaxı şəhəri ərazisində yerləşən məscid. Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Məscid 743-744-cü illərdə inşa edilmişdir. Şamaxı cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilmiş məscid 1856 və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə İosif Ploşko tərəfindən bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılmışdır. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, “Azərbaycan memarlıq tarixində Şamaxı cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim qurğunun tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır." Məscid 743-744-cü illərdə inşa edilmişdir. XIX əsrə qədər Şamaxı cümə məscidinin tikilmə mərhələləri haqqında demək olar ki, heç bir məlumat yox idi. Onun formalaşmasının başlanğıcı qrafik və mətn sənədlərinin mövcud olmadığı erkən orta əsrlərə gedib çıxır.
Dağ şamı
Mərkəzi və Cənubi Avropa dağları, Pireney, Alp və Karpat və Balkan dağlarının dəniz səviyyəsindən 300–2500 m hündürlüyə qədər olan ərazilərdə bitərək meşələr əmələ gətirir, xüsusən də daşlıq yamaclarda bataqlaşmış düzənliklərdə, hündür dağlarda alçaq əyilmiş formaları geniş yayılıb. Hündürlüyü 10 m-ə (bəzən 20 m-ə), enli-piramidal çətiri isə 4–5 m-ə çatan ağac və ya çox gövdəli koldur. Kol və ya torpaqqoruyucu, sürünən formaları vardır. Qabığı tünd-boz, dərin şırımlı, qeyri-bərabərdir. Cavan zoğları əvvəlcə yaşılımtıl, sonra kələ-kötür olub, tünd-qonur rəngli, qısa, çılpaqdır. Tumurcuqları qonur, yumurtavarı, qatranlı, qabıqları isə dişlidir. İynəyarpaqları qalın, cod, möhkəm, qılıncvarı əyilmiş, uzunluğu 3-10 sm, qalınlığı 1,5 mm, parlaq, tünd yaşıl olub, ucu biz, nazik dişlidir, ağacın üzərində 2-5 il qalır. Qınların uzunluğu 11–15 mm-dir. Qozaları konusvarı və ya yumurtavarıdır, bir az qabarıq apofizli, qara haşiyə ilə əhatə olunmuş, uzunluğu 2-6,5 sm, eni 4 sm-ə qədərdir, sarımtıl, tünd-qonur rəngdədir, ağacda oturaq formalı, üfüqi və ya yuxarı qalxandır, tək və ya 2-3 ədədi bir yerdədir. Qozalar üçüncü ilin yazında yetişir və toxum əmələ gətirir.
Dağıstan və Çeçenistan imamı Şeyx Şamil adına məscid
Şeyx Şamil məscidi və ya Dağıstan və Çeçenistan İmamı Şeyx Şamil adına məscid — Dağıstanın Mahaçqala şəhərində Lenin Meydanında yerləşən məscid. Dini ibadətgah 2013-2017-ci illər ərzində Dağıstana rəhbərlik etmiş Ramazan Abdulatipovun təşəbüssü ilə 2015-2016-cı illərdə inşa edilmişdir. Şeyx Şamil adına məscid Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun təşəbbüsü ilə tikilib, onun ideyası əsasında hökumət binasının hər iki tərəfində pravoslav kilsəsi və məscid tikilib.. Məscidin tikintisinə 2015-ci ildə başlanılıb. 2016-cı ilin may ayında isə tikinti işləri başa çatdırılıb. Məscidin tikintisi üçün lazım olan maddi vəsait respublika rəhbərinin özü və Dağıstan Respublikasının Müftiliyi tərəfindən ayrılıb. Məscid Dağıstan aid memarlıq üslubunda tikilib və onu yalnız ayparanın yanında yerləşən məbəddən ayırd edə bilərsiniz. Məscidin inşasında Dərbənddən gətirilmiş kərpicdən istifadə olunub. Məscid minarəsiz ikimərtəbəli kvadrat tikilidir. Məscidin zirzəmisi də mövcuddur.
Durmuş xan Şamlı
Durmuş xan Əbdi bəy oğlu Şamlı (XV əsr, Herat – 1525, Herat) — qızılbaş sərkərdəsi, Herat hakimi. Əmir xan Mosullu tərəfindən Əmir Qiyasəddinin 11 iyun 1521-ci ildə i İxtiyarə qalasına həbs edilib, 16 iyunda isə edam edilməsi xəbəri Şah ismayıla çatdıqda şahın əmri ilə Təhmasib Mirzə və Əmir xan Təbrizə çağırıldı. Şahzadə Sam Mirzə və onun lələsi kimi Durmuş xan Şamlı yeni Xorasan hakimi təyin edildilər. Bu xəbər Durmuş xana çatdıqda o hələ də Xirqanda idi. Xəbəri eşidən kimi Herata doğru yola düşdü. Nəhayət 1521-ci ildə Durmuş xan Herat hakimi kimi vəzifəsinin icrasına başladı. O ömrünün sonuna kimi Herat hakimi kimi fəaliyyətini davam etdirdi. Durmuş xanın hakimliyində Herat şəhəri özünün yüksəliş dövrünü yaşadı. Şamlı boyundan olan Durmuş xan məşhur təvaçıbaşı Əbdi bəy Şamlı ilə Şah İsmayılın bacısının oğlu idi. Mənbələrdə Durmuş xan haqqında Şah İsmayılın ən yaxın adamlarından biri olduğu və şaha sədaqəti ilə seçildiyi yazılır.
Dəmirçi (Şamaxı)
Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Dəmirçi Şamaxı rayonunun eyniadlı kəndin inzibati ərazi vahidində kənddir. Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur. İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir. Dəmirçi kəndi Dəmirçi inzibati ərazi vahidinə aiddir.
Dəniz şamı
Dəniz şamı (lat. Pinus pinaster) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Aralıq dənizi nin şərqində və Portuqaliya da yayalmışdır. Ağacın hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6-12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır.
Eduard Şamaryayev
Eduard Şamaryayev (tam adı: Eduard Yaqub oğlu Şamaryayev) — Azərbaycanlı zərgər, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət mükafatları laureatı Eduard Şamaryayev 1979-cu il oktyabr ayının 16-sı Bakı şəhəri, Yasamal rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1996-cı ildə BİTK Bakı İdarəetmə və Texnologiya Kollecinin zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması fakültəsinə daxil olub, 1999-cu ildə həmin kolleci "Fərqlənmə" diplomu ilə bitirmişdir. Sənətkar kolleci bitirdiyi tarixdən bu günədək elə həmin kolecin və eyni zamanda Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası vəzifəsində öz tələbələrini yetişdirir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür Onu klassik Azərbaycan zərgərlik məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist zərgər kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını metal üzərində böyük ustalıqla canlandıra bilir. E. Şamaryayev seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir. Onun yaratdığı bəzək əşyaları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini metal üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir. Zərgərlik sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib.
Eldar Şamı Dövlət Təbiət Qoruğu
Eldar Şamı Dövlət Təbiət Qoruğu — Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc, saqqız ağacı və s.), dünyada 31 vətəni olan Ellər oyuğunda eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir. Eldar Şamı Dövlət Təbiət Qoruğunun zəruri infrastrukturu yaradılmışdır. Hələ 1931-ci ildə 3,1 min hektar sahədə eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə "Eldar şamı" yasaqlığı yaradıldı. Eldar şamı Azərbaycanın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hər tərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.
Eldar şamı
Eldar şamı (lat. Pinus eldarica Medw.) — Şamkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir. Təbii halda hündürlüyü 21 m-ədək оlan ağacdır. İynəyarpaqları qında ikibir və ya üçbir yerləşir. Qının uzunluğu 1sm, iynələrinki isə 8–10 sm оlur. İynəyarpaqları yaşıl rəngli, sərt uclu və kənarları хırda dişlidir. Iynəyarpaqların uzunluğu 12–15 sm-ədək оlub, göy rəngdədir, kənarları narın dişlidir, ucları azca sivriləşmişdir. Yarpaq qınlarının uzunluğu 1 sm-ə qədərdir, əvvəl pas, sоnradan qоnurumtul-bоz rəngə çevrilir, təpə hissəsi arхaya qatlanmışdır, yanlarında uzun ağ saçları vardır. Tumurcuqları qətranlı deyildir.
Emil Şamilov
Emil Rafiq oğlu Şamilov (3 iyul 1996, Bakı – 26 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Rafiq oğlu Şamilov 1996-cı ilin 3 iyul tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu 170 saylı orta məktəbdə almış, Bakı şəhəri, 296 saylı orta məktəbdə davam edib, oradan məzun olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub. Məktəb vaxtlarından idmanla məşğul olduğundan, növbəti illərdə də idman sahədində uğurlar qazanmışdır. Kolleci bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olmuşdur. Xidməti başa vurduqdan sonra yenidən idmana davam edib. Emil Şamilov 12 qat Azərbaycan, Zaqafqaziya və Avropa çempionudur. 2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılmışdır. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb.
Emmausda şam yeməyi (Karavacco), London
Emmausda şam yeməyi (ing. The Supper at Emmaus) italyan rəssam Karavacco tərəfindən 1601-ci ildə çəkilmişdir və hazırda rəsm London milli qalereyasında sərgilənir. İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar.
Emmausda şam yeməyi (Karavacco, London)
Emmausda şam yeməyi (ing. The Supper at Emmaus) italyan rəssam Karavacco tərəfindən 1601-ci ildə çəkilmişdir və hazırda rəsm London milli qalereyasında sərgilənir. İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar.
Epine-Şamplatrö
Epine-Şamplatrö (fr. Épinay-Champlâtreux) — Fransada bələdiyyə, İl-de-Frans regionunda yerləşir, Val-d'Uaz departamentinə aiddir, Sarsel rayonu Lüzarş kantonunun tərkib hissəsi sayılır. Əhalisi 75 nəfərdır (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalında, Serji bələdiyyəsinin 27 km şərqində yerləşir.
Firudin Şamoyev
Firuddin Şamoyev (7 fevral 1962, Qazax – 13 aprel 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Firudin Şamoyev 7 fevral 1962-ci ildə Qazax şəhərində, kürd mənşəli ailədə anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra Təmir Tikinti İdarəsində çilingər işləməyə başlamışdır. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. "N" saylı hərbi hissəyə hərbi hissədə minaatan bölüyünün komandiri vəzifəsinə təyin olunan Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, ermənilərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu.
Fərid Şamilov
Şamilov Fərid Mirzə oğlu 04.05.1999 ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib. Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005–2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Fərid bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-cü ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: "Nənə gedib Şuşanı alacam, sənidə aparacam…" Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedib. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cu ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb. "Səba" Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb.
Gülüstan qalası (Şamaxı)
Gülüstan qalası – Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qala. Qaladan əldə edilmiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir. Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, "gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir." Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar.
Günəşli (Şamaxı)
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Hacılı (Şamaxı)
Hacılı — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd əhalisi 346 nəfərdir ki, onunda 157 nəfəri kişi, 189 nəfəri isə qadınlar təşkil edir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Hacıqədirli (Şamaxı)
Hacıqədirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. XIX əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş 84 ailədən ibarət bir elat hacıqədirli adlanırdı. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. XIX əsrin sonlarında oturaqlaşmağa başlayan hacıqədirlilər bu yaşayış məntəqələrində məskunlaşmışdılar. Kənd əhalisi 444 nəfərdir ki, onunda 215 nəfəri kişi, 229 nəfəri isə qadınlar təşkil edir.[mənbə göstərin] Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Heldreyx şamı
Pinus heldreichii (lat. Pinus heldreichii) — Balkan yarımadası nın qərb hissəsində-dağlarda və Cənubi İtaliya da bitir. Hündürlüyü 20 m olan ağacdır. Bitmə şəraitindən asılı olaraq çətiri ensiz-konusvari formadan enli-şaxələnmiş və aşağı sallanmış formaya qədər dəyişilir. Gövdəsinin qabığı boz rəngdədir. Cavan budaqlarında iynəyarpaqları töküldükdən sonra üzərində rombvari yarpaq ayalarının izləri qalır. İynəyarpaqları tünd-yaşıl, sıx, cüt, cod, ucu bizdir,dəstədə 2 ədəd olmaqla zoğların uclarında yığılmışıdr. Zoğları qısa, möhkəmdir. Uzunluğu 12 sm-ə qədərdir. Erkək çiçək qrupları dəstələrdə yığılmış, qızıl-sarıdır.
Heydər Qiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Heydər Ğiyai Şamlı
Heydər Qiyai Şamlı (23 oktyabr 1922, Tehran – 6 sentyabr 1985, Antib) — Azərbaycanlı memar. Müasir İran memarlığının ilk nümayəndələrindən biri olan o Senat evinin, Tehran Hilton Otelinin, bir neçə qatar stansiyalarının, kinoteatrların, müxtəlif mülkü və hökumət binalarının memarıdır. Heydər Qiyai Şamlı Qızılbaş tayfa ittifaqına daxil olan Şamlı tayfasındandır. 23 oktyabr 1922-ci ildə Tehranda doğulub. 1948-1953-cü illər ərzində o Parisdə yerləşən "École nationale supérieure des Beaux-Art" ali məktəbində təhsil alıb. 1954-cü ildə vətənə qayıtdıqdan sonra Tehran universitetinin incəsənət fakultəsində dərs deməyə başlayır. Dövlətdən aldığı ilk sifariş Tehran Senat evinin tikintisi olur. 1954-1959-cu illər ərzində Mohsen Furuği il birlikdə bu binanın tikintisində çalışır. Bundan sonra məşhurluq əldə edən o 1959-cu ildə Su və elektrik təchizatı nazirliyi binasının, 1960-cı ildə İncəsənət sarayının, 1963-cü ildə Məşhəd xəstəxanasının, 1970-ci ildə Kənd təsərrüfatı nazirliyi binasının və bir sıra dövlət sifarişi olan binaların memarı olur. 1968-ci ildə Qiyai rəsmi olaraq şah sarayının memarı təyin olunur və Fərəhabad saraylarının tikintisi ilə məşğul olur.
Həsən xan Şamlı
Həsən xan Şamlı (?-1641) — qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat. Həsən xan Hüseyn xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Sonra mədrəsədə oxumuşdu. Şamlı elinin Bəydili oymağına mənsub olan ailəsini səfəvilərlə qohumluq telləri bağlayırdı. Atası Sultan Hüseyn xan 1618-ci ildə vafat etdikdən sonra Heratın hakimi oldu. Həsən xan dövlət işlərində çalışmaqla yanaşı ədəbiyyatla, incəsənətlə də məşğul olurdu. Şair idi. Xoşxətt xəttat kimi də tanınmışdı. Məhəmməd Tahir Nəsrabadinin məşhur təzkirəsinə əsaslanan İsmayıl Hikmət dediklərinə nümunə olaraq Səfəvilər dövründə Herat hakimi olmuş Həsən xan Şamlını nümunə gətirir.
II Zeynal xan Şamlı
II Zeynal xan Şamlı (Zəncan – 1630) — qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi. II Zeynal xan Şamlı elinin Bəydili oymağındandır. I Şah Abbasın adlı-sanlı əmirlərindən idi. Əvvəlcə eşikağası olmuşdu. Sonra əmirlik vəzifəsinə yüksəldi. Şah onu Rey vilayətinə hakim təyin etmişdi. Zeynal xan Şamlının nəvəsidir. Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.32–35.
II Əliqulu xan Şamlı
II Əliqulu xan Şamlı — Səfəvi dövlətinin hərbi-siyasi rəhbəri, Məruçak hökmdarı, şair. Əliqulu xan Həsən xan Şamlının oğullarından idi. Məhəmməd Tahir Nəsrabadi onu mahir döyüşçü və idarəçi kimi təsvir edir. Meruçakın hökmdarı olan Əliqulu xan özbəkləri itaətdə saxlamış və bu səbəbdən də o, II Şah Abbasla yaxşı münasibətdə olmuşdur. Əliqulu xan şairlərin himayədarı idi və özü də "Əzəm" təxəllüsü ilə yazan şair idi. Tahir Nəsrabadi qeyd edir ki, o, Əliqulu xanın təxminən iki min beytdən ibarət divanını görüb.

Значение слова в других словарях