ŞUX

sif. [ fars. ]
1. Şən, xoştəbiət, xoşədalı, işvəli, oynaq.
Gözlərin şuxdu sənin; Kirpiyin oxdu sənin; Dərdin məni öldürür; Xəbərin yoxdur sənin. Sarı Aşıq.
Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varıyoxundan. M.V.Vidadi.
Fəxrəddinin diqqətnəzərini gözəl və şux bir qız cəlb etdi. M.S.Ordubadi.

2. məc. Nəzərəçarpan, ürəkaçan, parlaq. Şux rəng.
[Şəbbu:] Gər yox isə sevimli rəngim mənim; Şux deyildirsə də həngim mənim; Ətrim uzaqdan bürüyür aləmi. A.Səhhət.
[Qumru] hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı.

Синонимы

  • ŞUX gülərüzlü
  • ŞUX oynaq — şən — şad
  • ŞUX nazlı — şivəli — ədalı — işvəli

Антонимы

  • ŞUX ŞUX – KƏDƏRLİ Sən də vaxtilə cavan idin, bizim kimi şux idin və şənlik edərdin (M.Talıbov); Dinləyirəm məyus, kədərli (R

Этимология

  • ŞUX Fars mənşəlidir, “şad”, “şən”, “toxunulmamış” və s. mənalarda işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞUĞULLUQ
ŞUXLUQ

Значение слова в других словарях