ƏSTƏĞFÜR(ULLAH)
ƏŞAR
OBASTAN VİKİ
Tərabülüs əş-Şam
Tərabülüs əş-Şam (ərəb. طرابلس الشام‎, q.yun. Τρίπολις) - Livanın əş-Şimal mühafəzəsində mərkəzi və ikinci böyük şəhəri. Paytaxt Beyrutdən 85 km şimalda yerləşən şəhərin əhalisi 850 minə yaxındır. Əhalisinin 80%-i Sünni müsəlman, qalan hissəsi isə xristian və ələvilərdir. == Tarixi == Tripolis şəhərinin adı yunan dilindən gəlir. Finikiya şəhəri olan Tərabülüs əş-Şam E.ə. VI əsrdə Əhəmənilər İmperiyasının, E.ə. 312-ci ildə Makedoniyalı İsgəndərin, E.ə. 64-cü ildə Romalıların hakimiyyəti altına keçdi.
Şarm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ‎) — Misirin kurort şəhərdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.
Əhrar əş-Şam
Hərəkat Əhrar əş-Şam Əl İslami (ərəb. حركة أحرار الشام الإسلامية ‎; Şamın Azad İnsanlarının İslami Hərəkatı) — Suriya vətəndaş müharibəsində Bəşşar əl-Əsəda qarşı vuruşan əsas silahlı qruplaşmalardan biri. 2013-cü il iyun ayı məlumatlarına görə qruplaşmanın tərkibində 10 mindən 20 minədək döyüşçü var.
Əbu İshaq əş-Şirazi
Əbu İshaq əş-Şirazi (1003 – 1088) — İslam din xadimi, fiqh alimi, Nizamiyyə mədrəsəsinin ilk rəhbəri. == Haqqında == Əbu Həmid əl-Qəzali, əl-Kiyə əl-Hərrasi, Əbuttayyib ət-Təbəri kimi nəhəng din xadimləri ilə bərabər Əbu İshaq əş-Şirazinin (1003-1088) də azərbaycanlı ziyalıların elmli, bilikli fəqih kimi yetişməsində böyük əməyi olmuşdur. Şafii məzhəbi məktəblərindən birinin əsasını qoyan əşari Camaləddin Əbu İshaq İbrahim ibn Əli ibn Yusif Firuzabadi əş-Şirazi fiqhə aid bir çox əsərlərin müəllifidir. Səlcuqların baş vəziri Nizamülmülklə isti münasibətlərinə görə Bağdadda böyük təsirə malik idi. Əşərizmin mərkəzi olan Bağdad Nizamiyyə mədrəsəsində 17 ildən çox fiqh fənnini tədris etmişdir. Əbu İshaq Nizamiyyə mədrəsəsinin ilk müdiri kimi uzun müddət ona başçılıq etmişdir. Bağdada gəlmiş azərbaycanlılardan Əbülqasim Mahmud Yusif ibn Hüseyn əl-Bərzəndi ət-Tiflisi,Əbulvəfa Xəlil ibn Möhsün ibn Məhəmməd əl-Mərəndi, urməvilərdən Əbulqənaim Qanim ibn Hüseyn və Əbülfəzl Məhəmməd ibn Ömərə fiqhi o öyrətmişdi. Bağdadda qazı Əbuttayyib ət-Təbəridən fiqhi mənimsəmiş Qazı Əbülhəsən Əli ibn Həsən ibn Əli əl-Məyanəci ilə fiqhi birgə tədris etmişlər. Əs-Səmani onların münasibəti üçün səciyyəvi olan maraqlı bir fakt haqqında belə yazır: ”Şeyx Əbu İshaq əş Şirazinin qazı əl-Məyanəciyə göndərdiyi bir məktub gördüm. Sərlövhəsində yazılmışdı: “Fikirlərinə şərik olan, onunla fəxr edən və ona duaçı olan İbrahim ibn Əli əl- Firuzabadi”.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid ibn Yəzid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. == Həyatı == Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Əş-Şam
Əş-Şam (ərəb. جبل شمس‎) — Oman sultanlığının ən hündür nöqtəsi. Əl-Əxdar silsiləsinin ən hündür nöqtəsi. Zirvənin hündürlüyü 3018 metrdir. Dağ Baxla şəhərindən 30 km şimalda yerləşir. Zirvədə radiolakasiya stansiyası yerləşdiyindən qapalı zomnadır. Zirvəyə torpaq yol çəkilmişdir. dağın qarşı tərəfində müşahidə meydançası vardır. Bura yaxın ərazidə turistik baza yerləşir.
Əş-Şəbab
əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين‎; somali Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir. == Etimologiya == Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır. == Tarixi == əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb. əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub. Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar. Təşkilat Somalidə yumşaq "İslam Məhkəmələri" Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimətə başlayıb.
Əş-Şəhid
Əş-Şəhid (ər. الشهيد) — Allahın adlarından biri.
Əş-Şəkur
Əş-Şəkur (ər. الشكور) — Allahın adlarından biri.
Bilad əş-Şam
Bilad əş-Şam (ərəb. بِلَاد الشَّام‎) — Raşidi, Əməvi, Abbasi və Fatimi xilafətlərində vilayət. Vilayət 634–647-ci illərdə müsəlmanlar tərəfindən fəth edilən Bizansın Şərq diosezinin ərazisinə uyğun gəlirdi. Əməvilər dövründə (661–750) Bilad əş-Şam xilafətin paytaxt vilayəti olmuş və vilayətin müxtəlif yerləri Əməvi xəlifələri və şahzadələri üçün iqamətgahı olmuşdur. == Toponim == Bilad əş-Şam adı ərəb dilində "sol tərəfdəki bölgə" kimi tərcümə olunur. Vilayət özlərini doğan günəşə tərəf baxan hesab edən Hicaz (Qərbi Ərəbistan) sakinlərinin baxış bucağından belə adlandırılmışdır. Odur ki, onlar özlərinin sol tərəfində Suriya bölgəsi, sağ tərəfində isə Yəmən bölgəsini ("sağ tərəfdəki bölgə") yerləşdirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gil, Moshe. A History of Palestine, 634-1099. Cambridge University Press.
Kəfr əş-Şeyx
Kəfr əş-Şeyx (ərəb. كفر الشيخ‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 147.393 nəfərdir (2006).
Məhəmməd əş-Şəvkani
Muhamməd bin Əli bin Muhamməd bin Abdullah bin əl-Həsən bin Muhamməd ibn Saləh bin İbrahim bin Muhamməd əl-Afif ibn Muhamməd bin Razəq[1] əş-Şəvkani (1759-1834)—İslam alimi. == Həyatı == Məhəmməd əş-Şəvkani 1759-cu ildə Yəməndə, Səna yaxınlığında, Şəvkan kəndində anadan olmuşdur. (İmam əş-Şəvkani – rahiməhullah təalə - hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi, bazar ertəsi günü Hucrətu Şəvkan bölgəsində dünyaya gəlmişdir.) “əş-Şəvkani” adı “Şəvkan”a aid olduğunu göstərir və o, əs-Səhamiyə’yə aid bir kənddir. əs-Səhamiyə isə Xavlən qəbilələrindən biridir, onunla Sanə’a şəhəri arasında bir gündən az bir məsafə vardır. İmam əş-Şəvkani “əl-Bədr ət-Tali” kitabında (1/481) atasının tərcümeyi-halında deyir: “Tərcümeyi-halın sahibinin “Şəvkan”a aid edilməsi həqiqi deyildir, çünki onun vətəni və əcdadlarının, qohumlarının vətəni “Şəvkan”ın qərbində yerləşən bir yerdir, bu ikisinin arasında böyük və uzun bir dağ vardır, ona “Hucratu Şəvkan” deyirlər. Bu yerə görə onun ailəsi “Şəvkan”a nisbət edilmişdir.” əş-Şəvkani özü öz tərcümeyi-halında atasının əlyazmasından nəql edərək deyir: “Atasının öz xətti ilə yazdığı yazısında görüldüyü kimi hicri 1173-cü ildə zul-qadə ayının iyirmi səkkizi bazar ertəsi günü gündüz vaxtı doğulmuşdur. Doğulduğu yerin adı daha əvvəl atasının tərcümeyi-halında qeyd olunduğu kimi Hucrətu Şəvkandır.” Buradan onun doğum tarixi haqqında söylənilmiş digər tarixlərin xəta olduğunu anlayırıq. Buna misal: əz-Zirikli “əl-Əaləm” əsərinin (6/298) hamişində, “Əbcəd əl-Ulum”əd-Durari əl-Mudyiətu” kitabının girişində[2] onun doğum tarixinin 1177-ci il olmasını nəql etmişdir. kitabından (səh: 877) nəql edərək, “ əz-Zirikli özü bunu tənqid edərək deyir: “Deyirəm: Müəllif özü atasının xəttindən nəql edərək “əl-Bədr ət-Tali” kitabında öz doğum tarixinin hicri 1173-cü il olduğunu qeyd etdikdən sonra bu barədə ixtilaf etməyə heç bir yer qalmamışdır” əz-Zirikli onun tərcümeyi-halının əvvəlində hicri 1173-cü ildə, miladi 1760-cı ildə doğulduğunu zikr etmişdir, doğru olan da budur. Buradan da anlayırıq ki, “əl-Muncid fil-Ədəb val-Ulum” kitabında qeyd olunan tarix xətadır, beləki həmin kitabda onun miladi 1758-ci ildə[3] doğulduğu deyilir.
Hənzələ ibn Əsəd əş-Şibami
Hənzələ ibn Əsəd əl-Şibami (ərəb. حَنْظَلَة بن أسعَد الشِبامی‎) və ya əl-Şami (الشامی) — Kərbəla döyüşü zamanı şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Adı ilə bağlı fikir ayrılığı == Onun adı mənbələrdə bəzi fərqliliklərlə çəkilmişdir. Əş-Şeyx ət-Tusi Hüseyn ibn Əlinin səhabələri siyahısında onu Hənzələ ibn Əsəd əl-Şibami kimi qeyd edir. Digər mətnlərdə isə atasının adı Səd kimi qeyd olunur. İbn Şəhrəşub “Səd ibn Hənzələ” adlı bir şəxsi Kərbəla Şəhidləri kimi qeyd edir. Bununla belə, ət-Tustari onun adının Hənzələ ibn Əsəd əş-Şibami olduğuna inanır. == Aşura günü == Hənzələ Hüseyn ibn Əlidən Quranin Mumin surəsi"nin 30-33-cü ayələrini Kufə ordusuna oxumaq üçün icazə istədi: "Ey qövmüm! Həqiqətən, mən sizin üçün firqələrin günü kimi (bir gündən) qorxuram. Nuh qövmü, Ad və Səmud qövmləri və onlardan sonra gələnlər və Allah (Öz qullarına) zülm etmək istəməz.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. == Nəsil == Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. == Əli ibn Əbu Talibi dəstəkləməsi == Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. == Müslim ibn Əqili dəstəkləməsi == Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Seyid Əşrəf Ağa
Seyid Əşrəf Ağa (10 mart 1936, Qaryagin rayonu – 31 yanvar 1999, Bakı) — XX əsrdə seyid kimi tanınmış biri. == Həyatı == Seyid Əşrəf Ağa 1936-cı il martın 10-u Qaryagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. Əslən Şuşadan olan ağa Seyid Həşim Ağanın nəvəsidir. Seyidlik ona kökdən, Seyid Kazım ağadan gəlib. 7 yaşından ona seyidlik verilib. Seyid Əşrəf Ağa 1999-cu ildə vəfat edib. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. === Seyid Əşrəf Ağa ziyarətgahı === Ziyarətgah Xırdalan şəhərində yerləşir. 2001-ci ildə xeyriyyəçi tərəfindən inşa edilib. Bu ziyarətgahı bilənlər çoxdur.
Seyid Əşrəfəddin Gilani
Seyid Əşrəfəddin Gilani (1872–1934) — şair, publisist. == Həyatı == Seyid Əşrəfəddin Gilani 1872-ci ildə Gilan əyalətinin Rəşt şəhərində doğulmuş və ilk təhsilini də orada almışdır. Əşrəfəddin Gilani ədəbi- ictimai fəaliyyətə gənc yaşlarında başlamışdır. 1908-ci ildə Rəştdə "Nəsimi-Şimal" qəzetini nəşr etməyə başlayıb. Daha sonra o zamanlar üçün İranda böyük ədəbi qəzet sayılan "Sure-İsrafil" qəzetinə rəhbərlik etmişdir. Gilani qəzetlərdə yazdığı yazılarda, şerlərdə əhəmiyyətli məsələlərdən bəshs edirdi. "Şahnamə", "Feqir-füqara", "Yoxsulların və dövlətlilərin vəziyyətinin müqayisəsi" və başqa şeirlərində o vaxtkı şah hökumətinin iç üzünü ifşa etmişdir. Gilaninin yaradıcılığında qadın hüquqlarının müdafiəsi xüsusi yer tutub. 1934-cü ildə Tehranda vəfat etmişdir.
Səkinə Məhəmmədi Əştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. == Onu müdafiə edənlər == Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Çoxistifadəçili əşya yönümlü
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Övsafül-Əşraf
Övsavül Əşraf - Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən yazılmış kitabdır. Kitabın adı ərəbcədən tərcümədə "Şərafətli insanların xüsusiyyətləri" deməkdir. Kitabın dəqiq yazılma tarixinə aid mənbələrdə məlumat verilməsə də 14-cü əsrdə yazıldığı məlumdur. Bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulmuşdur. Kitabın əsas hissəsini elmi, əxlaqi, irfani və məfhumlar təşkil edir. == Tarixi == Nəsirəddin Tusi əsərində mömin insanlara Allahla etdikləri əhdə sadiq olmalarını tövsiyə edir. Onun fikrincə Allahla etdikləri əhdə sadiq qalanlar, yəni siddiqləri peyğəmbərlər və şəhidlər mərətbəsinə ucala bilər. Nəsirəddin Tusi burada Qurani-Kərimin ayələrindən sitat gətirərək yazırdı: «Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar». İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişdir: «Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.» Kitabda düzgünlük və sədaqətin məqsədə çatmaq üçün ən yaxşı yol olduğu başa salınır va yazılır ki, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır. Əsərin müqəddiməsində yazılır ki, Nəsirəddin Tusi bu risaləni Hülaki xanın oğlu Abaqa xanın vəziri Şəmsəddin Məhəmmədin adına yazmışdır.
İsrafil Əşrəfov
İsrafil Əşrəfov (Əşrəfov İsrafil İsmayıl oğlu; d. 30 may, 1900, Bakı — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kommersiya məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Xarici keçid == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə. I cild.
İstanbul Əşkinazi sinaqoqu
İstanbul Əşkinazi sinaqoqu (ivr. ‏האשכנזי בית הכנס‏‎) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu ilçəsində, Qalata qülləsinin yaxınlığında yerləşən sinaqoq. İstanbulda hələ də fəaliyyət göstərən yeganə Əşkinazi sinaqoqu. Avstriya mənşəli yəhudilər tərəfindən 1900-cü ildə qurulmuşdur. Türkiyədəki yəhudi əhalinin cəmi 4 %-ni təşkil edən Əşkinazilər tərəfindən tikilən 3 sinaqoqdan sağ qalan yeganə sinaqoqdur. Sinaqoq həftəiçi səhər dualarına və şənbə günləri Şabat dualarına ziyarətə açıqdır. Sinaqoqda toy və Bar Mitsva Aşkenazi üsulu ilə keçirilir. Bir yəhudi məktəbi olan Bene Beritin qurucusu olan Dr. David Markus 1938-ci ildə ölənə qədər sinaqoqun ruhani lideri olmuşdur. Bu gün isə sinaqoqun hahamı 2003-cü ildən Mendi Çitrikdir.
Şair Əşrəf
Şair Əşrəf (1847, Kırkağaç[d], Manisa vilayəti – 22 may 1912, Kırkağaç[d], Manisa vilayəti) — Türk şair. == Həyatı == 1847-ci ildə Kırkağaçda doğulub. 1912-ci ildə Kırkağaçda vəfat edib.
Əbdürrahman Əşrəf
Əbdürrahman Əşrəf (Türkcə: Abdürrahman Eşref; Konstantinopol – 1748) — bir Osmanlı alimi və divan şairidir. Ona Kipr Mollası da deyilir. == Həyatı == İstanbulda anadan olub. Divan şairi Əhməd Nədimin dayısıdır. Mədrəsədə oxuyub. Əbdürrahman Əşrəf uzun müddət Kiprin Qzaısı idi.
Əbu Musa əl-Əşari
Əbu Musa Abdullah ibn Qeys bin Süleym əl-Əşari (d.? - ö. 662)— Həkəm vəqasında Həzrət Əlini təmsil edən fəqih səhabə. == Həyatı == Yəmənin Zəbid şəhərində oturan, əxlaq və məziyətləri Həzrət Peyğəmbər tərəfindən öyülən Əşar qəbiləsindəndir. Anası Zabyə (Tufyə) bint Vəhb Mədinəyə hicrət edib orada vəfat edən səhabədəndir. Həzrət Peyğəmbərin xalqı İslama dəvət etdiyi duyulunca Əbu Musa ilə iki qardaşının da aralarında olduğu əlli iki nəfərlik bir heyət onun yanına getmək üzrə bir gəmiyə mindi; fəqət gəmi pis hava şərtləri üzündən Həbəşistana sürükləndi. Heyət mənsubları, Cəfər ibn Əbu Talib və yoldaşlarının orada olduğunu öyrənincə bir müddət Həbəşistanda qaldılar.628-ci ildə Xeybərin fəthi sırasında Həbəşistandakı müsəlmanlarla birlikdə Mədinəyə döndülər və Həzrət Peyğəmbərin Xeybərdə olduğunu öyrənincə oraya getdilər. Ələ keçən qənimətdən onlara pay verən Rəsul-i Əkrəm, həm Həbəşistana, həm də Mədinəyə hicrət etmələri səbəbiylə iki hicrət səvabı aldıqlarını söyləyərək onları təbrik etdi;. Əbu Musanın müsəlman olmasıyla ilgili bilgi verən bəzi qaynaqlar isə onun Məkkədə İslamiyəti qəbul edərək məmləkətinə döndüyünü və daha sonra müsəlman olan Əşarilərlə birlikdə Cəfər ibn Əbu Talib və yoldaşlarının Həbəşistandan döndükləri tarixdə Mədinəyə getdiklərini, dolayısıyla Həbəşistana hicrət etmədiklərini qeyd edir. Əbu Musa Xeybərin fəthindən sonra aparılan qəzvə və səriyyələrə qatıldı.
Əbülhəsən Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər xilafəti – təq. 935, Bağdad, İraq, Abbasilər xilafəti) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. == Həyatı == Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əhmədcan Əşiri
Əhmədcan Aksupiyeviç Əşiri ((Qazaxca: Ахметжан Ақсупиұлы Аширов;1938 – Malıbay aulu, Almatı vilayəti, Şelek rayonu (indiki Yenbekşikazax),Qazaxıstan) — uyğur yazıçısı və dramaturqu, Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı == Həyatı == Əhmədcan Aksupiyeviç Əşiri 1938-ci ildə Qazaxıstanın Almatı vilayətinin Şelek rayonunun (indiki Yenbekşikazax) Malıbay aulunda doğulmuşdur. 1956-cı ildə Panfilov adına Pedaqoji məktəbi bitirmişdir, 1961-ci ildə isə Qazaxıstan Dövlət Universitetinin filologiya fakultəsindən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra bir sıra işlərdə işləmiş, o cümlədən Qazaxıstan radiosunda redaktor vəzifəsində çalışmışdır. İbray Altınsarina adına Elmi-Tədqiqat Pedaoji İnstitutunun aspiranturana daxil olmuşdur. Bir müddət Talqar rayonunda müəllim işləmişdir. Daha sonra “Kommunizm tuği” (hazırda “Uyğur avazı”) qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri, məsul katib vəzifələrində çalışmışdır. 1982-ci ildən Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı vəzifəsində çalışır. 1986-cı ildə Qazaxıstan Yazıçılar Birliyinin IX qurultayında yaradıcılıq qurumunun sədr müavini vəzifəsinə seçilmişdir. O, SSRİ Yazıçılar Birliyi Ədəbiyyat fondunun İdarə Heyətinin üzvü, Almatıda rusca yayınlanan “Prostor” dərgisinin redaksiya heyətinin üzvü seçilmişdir. 1991-1995-ci illərdə “Arzu” dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır.
Əl-Əşrəf Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). == Həyatı == Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Əl-Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər xilafəti – təq. 935, Bağdad, İraq, Abbasilər xilafəti) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. == Həyatı == Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əli Əşrəf
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.
Əli Əşrəf Nəqqaş Avşar
Əli Əşrəf Nəqqaş Avşar (d. 1708-?) Qacar dövrünün rəssam və xəttatlarından və qələmdan üstündə rəssamlıqın görkəmli ustalarından idi.O, Məhəmməd Zamanın şagirdlərindən idi.O, Urmiyanın Avşar elindən idi və Allahverdi Naqqaşın böyük qardaşı idi == Əsərləri == Onun əsərlərindən bir çoxu muzeylər və incəsənət kolleksiyalarda mövcuddur ki, o cümlədən Şeyx Sənan və Xristian Qız qələmdanı, Gül və Quş qələmdanı və Gül və Quş güzgü çərçivəsinə işarə etmək olar. == Şagirdlərı == Ağa Sadıq Ağa Zaman Sani Ağa Bağır == İstinadlar == == Qaynaqlar == اسدی زاده، پرویز، و دیگران. دائ‍ره‌الم‍عارف یا فرهن‍گ دانش و هن‍ر شامل‌: اطلاعات عم‍ومی.

Digər lüğətlərdə