ƏCUZƏ
ƏCZA
OBASTAN VİKİ
Eldar Qarayev (əczaçı)
Rüstəm Əliyev (əczaçı)
Rüstəm Əliyev (25 may 1917, Füzuli — 2 iyun 1966, Bakı) — Azərbaycan əczaçısı. Əczaçılıq elmləri doktoru (1952), professor (1954). 1941-ci ildə Moskva Əczaçılıq İnstitutunu bitirmişdir. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində dərmanların texnologiyası kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, respublikanın dərman sərvətlərinin öyrənilməsinə һəsr edilmişdir. Əczaçılıqda işlədilən küncut yağı, qarğıdalı saçağının və zirinc yarpağının ekstraktlarını, gilabı və İstisu tabletlərini təklif etmişdir. Bakı əczaçılıq məktəbi R. Əliyevin adını daşıyır. Azərbaycan dilində əczaçılığa aid ilk dərsliyin müəllifidir. 1956–1966-cı illərdə Azərbaycan SSR Əczaçılar Cəmiјyyəti İdarə heyətinin sədri olmuşdur.
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları — Bakıdakı Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada təqribən 12 minə yaxın əlyazma var və bu sənəd irsinin əhəmiyyətli bir parçasıdır. Aşkar edilib ki, burada təbabət və əczaçılıqla bağlı 363 orta əsr əlyazması və 27 çap edilmiş qədim kitab vardır. Bunların 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilindədir. 2005-ci ildə əlyazmalardan üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına (ing. Memory of the World) daxil edilib. AMEA Əlyazmalar İnstitutunun toplusuna 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilində olmaqla 363 təbabət və əczaçılıqla bağlı orta əsr əlyazması daxildir. Buradakı ən qədim əlyazmalardan biri İbn Sinanın "Tibb elminin qanunu" əsəridir. Bu əlyazmanın nüsxəsi 1143-cü ildə Bağdadda hazırlanıb və 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının respublika fonduna verilib. Onunla birlikdə Qanunun 1259-cu ildə yenidən yazılmış ikinci əlyazması fonda təqdim edilib.
Əczacıbaşı QVK
"Əczacıbaşı" Dynavit (Dynavit sponsorun adı) — 1966-cı ildə qurulan qadın voleybol komandasıdır. "Əczacıbaşı İdman Klubu"nun bir parçasıdır. Lakin idman klubunun hələ ki, başqa idman növündə komandası yoxdur. Komanda ev oyunlarını əczacıbaşı idman salonunda oynayır. Komanda 1968-ci ildən etibarən İstanbul voleybol liqasında mübarizə aparır.1970-ci ildə liqanın qalibi olur. 1972-ci ildə ölkə çempionatında çempionluq yaşayan komanda on yeddi il bu titulu itirməmişdir. Bu isə Türkiyədə hələ də qırıla bilməyən rekorddur. Neçə illər də qırılması gözlənilmir. 1999-cu ildə qazanılan Top komandalar kuboku Türkiyə voleybolunun CEV turnirlərində qazandığı ilk belə uğur idi. Komanda həmçinin CEV Çempionlar Liqasında da müvafiq olaraq ikincilik, üçüncülük və dördüncülük qazanmışdır.
Əczacıbaşı VK
"Əczacıbaşı" Dynavit (Dynavit sponsorun adı) — 1966-cı ildə qurulan qadın voleybol komandasıdır. "Əczacıbaşı İdman Klubu"nun bir parçasıdır. Lakin idman klubunun hələ ki, başqa idman növündə komandası yoxdur. Komanda ev oyunlarını əczacıbaşı idman salonunda oynayır. Komanda 1968-ci ildən etibarən İstanbul voleybol liqasında mübarizə aparır.1970-ci ildə liqanın qalibi olur. 1972-ci ildə ölkə çempionatında çempionluq yaşayan komanda on yeddi il bu titulu itirməmişdir. Bu isə Türkiyədə hələ də qırıla bilməyən rekorddur. Neçə illər də qırılması gözlənilmir. 1999-cu ildə qazanılan Top komandalar kuboku Türkiyə voleybolunun CEV turnirlərində qazandığı ilk belə uğur idi. Komanda həmçinin CEV Çempionlar Liqasında da müvafiq olaraq ikincilik, üçüncülük və dördüncülük qazanmışdır.
Əczaxana
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. Farmakologiya Əczaçılıq Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Əczaçı
Əczaçılıq fakültələrində 5 illik lisenziya təhsilini müvəffəqiyyətlə tamamlayan, dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə səriştəli insanlara əczaçı deyilir. Əczaçılıq Farmakognoziyası fakültələri (bitki-heyvan əczaçılıq xammalına aiddir), Farmakologiya (dərmanların bədənə təsirini araşdırır), Əczaçılıq toksikologiyası (dərmanlar da daxil olmaqla bütün xenobiotiklərin bədənə təsirini araşdırır), Əczaçılıq texnologiyası (dərmanların istehsal üsullarına aiddir), Əczaçılıq kimya (dərman xammalının sintezi, analiz və dərman təsiri mexanizminin kimyəvi müayinəsinə əlavə olaraq dərman xammalının quruluşu və effektivliyi arasındakı əlaqə ilə bağlıdır) və digər peşə elmləri üzrə təhsil verir. Bu peşə sahibləri əczaçılıq (aptek) edə bilərlər; Əczaçılıq sənayesində Ar-Ge, istehsal, keyfiyyətə nəzarət, lisenziyalaşdırma, marketinq kimi bölmələr işləyə bilər, xəstəxana apteklərinə cavabdeh müdirlik edə bilər, eyni zamanda ictimai qurumlar və ya əczaçılıq anbarlarında peşəsini icra edə bilərlər. Sintetik, yarı sintetik və ya bioloji mənşəli əczaçılıq xammalı əldə etmək, fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini araşdırmaq, qiymətləndirmək, yüksək keyfiyyətli dərman istehsal etmək və dərmanların saxlanması və istifadəsi kimi mövzularda təlim və tədqiqatlar aparır. Həkimlərin təyin etdiyi dərmanları sifarişçiyə satır, lazımi dərmanlar hazırlayır və dərmanların laboratoriyada inkişafı və təhlili ilə bağlı araşdırmalar aparır. Xəstəyə resept dərmanlarının istifadəsi barədə məlumat verir. Onun formulalarına uyğun olaraq hazırlanması lazım olan dərmanların hazırlayır və ya hazırlanmasına nəzarət edir. Tibbi və ya digər məqsədlər üçün istifadə edilən toksinlər və zəhərli maddələr hazırlayır və qaydalara uyğun olaraq paylayır, pozulmalara qarşı tədbir görür. Xüsusi zəhərli maddələr olan reseptlərin qeydlərini aparır və baytarlıq dərmanları kimi vasitələrdən istifadə etməyi məsləhət görür. Laboratoriyada tədqiqat işləri aparır.
Əczaçılıq
Əczaçılıq (Farmasevtika) — farmasiyanın birbaşa dərmanların sənaye-texnoloji prosessləriylə bağlı olan bölümü. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetkinlik sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir. Sintetik və bioloji mənşəli dərman xammallarının əldə edilməsi, fiziki, kimyəvi, və bioloji xüsusiyyətlərinin araşdırılması, qiymətləndirilməsi, keyfiyyətli dərmanlayarın saxlanması, istifadə edilməsi kimi mövzularda təhsil və araşdırma edirlər. Əczaçılıq fəaliyyəti - dərman vasitələrinin elmi axtarışı, hazırlanması, sınaqdan çıxarılması, istehsalı, keyfiyyətinə nəzarət, əldə edilməsi, saxlanması, yayılması və satışı, dərman xammalının toplanması və tədarükü ilə bağlı fəaliyyət növüdür. Dərman vasitələri — xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik müxtəlif mənşəli (bitki, heyvan, sintetik, mineral, biotexnoloji) maddələr, xammal və onların dərman formalarıdır. Farmakoloji vasitələr — klinik tədqiqatın obyekti olan, farmakoloji fəallığı müəyyən edilmiş dərman formasında maddələr və ya maddələrin qarışığıdır; "aptek təşkilatları" — apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləridir. Dərman vasitələri ilə davranış – yeni dərman vasitələrinin və onların substansiyalarının elmi axtarışı və hazırlanması, dərman vasitələrinin hazır şəklə salınması, emalı, qablaşdırılması və ya onların alınmasına yönəlmiş digər fəaliyyət, eləcə də dərman vasitələrinin satışı, paylanması və dövriyyəyə daxil edilməsinin digər üsulları, əldə edilməsi, tətbiqi, saxlanması, bölüşdürülməsi, daşınması, buraxılması və yararsız hala düşdükdə məhv edil-məsidir. "Azərbaycan Respublikası dərman vasitələrinin dövlət reyestri" (bundan sonra "Reyestr") – müvafiq icra hakimiyyəti orqanı tərəfindən istehsalına və tətbiqinə icazə verilən və qeydiyyata alınan dərman vasitələrinin siyahısıdır .

Digər lüğətlərdə