Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Əliqasımlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bədirqala
Bədirqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bədirqala oyk, sadə. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Qusar çayından 4 km. aralı, Qusar maili düzənliyindədir. Keçmiş adı Bədirbədəlqala olmuşdur. Kəndin ərazisində orta əsrlərə aid qala xarabalığı mövcuddur. Yerli əhalinin verdiyi məlumata görə, kənd həmin qalanın adını daşıyır. Qalanı Bədirbədəl adlı şəxs tikdirmiş və bununla da yaşayış məntəqəsinin əsasını qoymuşdur. 1917, 1933, 1961-ci illərdə r-nun ərazisində Bədirqala kəndi ilə yanaşı Bədişqala kəndi də qeydə alınmışdır.
Bədirxan Əhmədov
Bədirxan Əhmədov (20 aprel 1955, Gəyliyən, Dmanisi rayonu) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. B. Əhmədov həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.[1] == Həyatı == Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-c ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977–1982-ci illərdə Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983–1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən "Vətən səsi", "Cümhuriyyət", "Azərbaycan ordusu" qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). == Həyatı == Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır. Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir. Xalq artisti Zemfira Əliyevanın anasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr.
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Dəcəl dəstə", "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu", "Dəli Kür", "İntizar", "Dərviş Parisi partladır" filmlərinin kadrlarından istifadə edilmişdir.
Leyla Bədirbəyli
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Murad Bədirov
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib. Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.
Məhərrəm Bədirzadə
Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006). Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 1971-ci ildə Azərbaycan Televiziyasına işə qəbul olunub. Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir. 8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Mənim günahım (film, 1985) "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Nəcməddin Bədirov
Tağı Bədirov
Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972). Tağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır. Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, Konstantinopol – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.
Qədim ağa Bədirbəyli
Qədim ağa Bədirbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bölgənin tanınmış mülkədarlarından biri. Qədim ağa 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar.1882-ci ildə ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi. Bəyliyi təmsil edən Qədim ağa qoçaq, təəssübkeş və vətənpərvər kimi də tanınırdı. O, 1900-cü ildən 1919-cu ilə kimi ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa — yerli əhaliyə hücum edən erməni daşnaklarına qarşı vuruşmağa getmişdi. Çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın torpağı münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər gəldikləri yerləri onların həqiqi sahiblərindən — azərbaycanlılardan "azad" etmək üçün o vaxt etnik təmizləmə aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və kütləvi şəkildə qırırdılar. Qədim ağa bu qırğınların qarşısını almaq üçün nəinki Gəncəyə, Gədəbəyə, hətta Qarabağa və Göyçəyə də tez-tez gedirdi. Qədim ağa növbəti dəfə Qarabağa gedəndə yaxşı tanıdığı Dostu oğlu Süleyman əl çəkmir ki, "ağa, keçən dəfə də demişdim, məni də özünlə apar, aparmadın, döyüşdən qorxan adam deyiləm…" Qədim ağa gördü ki, Süleyman inadından dönənə oxşamır, dedi: — Yaxşı, get, ailəndən icazə al, razı olsalar, ilxıdan bəyəndiyin atı seç, yəhərin-yüyənin yerini də özün bilirsən, hazırlaş.
Kamuran Əli Bədirxan
Kamuran Əli Bədirxan (kürd. Kamiran Alî Bedirxan ,کامران عالی بەدرخان ) (21 avqust 1895, Konstantinopol – 6 dekabr 1978, Paris) — kürd siyasətçi, hüquqşünas və yazıçı. == Siyasi karyerası == 1918-ci ildə ailəsindən başqaları kimi Kürdüstan Yüksəlişi Cəmiyyətinə üzv olmuşdur. 1919-cu ildə Kamuran və qardaşı Cəladət Bədirxan İraqa səfərində Britaniya zabiti Kovbertin Noel müşayiət edirdi. Noel Kürdüstanın rəsmi bir millətinin yaradılması ehtimalını qiymətləndirirdi. Bədirxan Atatürkün istiqlal hərəkatının əleyhdarı idi və İstanbulda Britaniya hökuməti tərəfindən 1919-cu ildə ona Sivasda planlaşdırılan konqresə getmək, Mustafa Kamal Atatürkü həbs etmək əmri verilmişdir. O, qardaşı, Harput qubernatoru və Britaniya zabiti Edvard Noel də daxil olmaqla bir neçə adamla yola düşmüş, lakin layihə uğursuz olmuşdur. Kamuran kamalizmin əleyhdarı idi və 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan olunanda artıq ölkəni tərk edərək Almaniyaya getmişdi. O, Münhendə qohumları ilə yaşamış, burada Lüdviq Maksimilian Universitetində hüquq təhsili almış və sonra təhsilini Leypsiq Universitetində davam etdirmiş və onu da bitirmişdir. 1927-ci ildə Suriyaya yerləşmiş və Beyrutda vəkil işləmişdir.
Qədimovlar (Bədirbəylilər)
Qədimovlar (Bədirbəylilər) — Azərbaycanın tanınmış soylarından biri. == Soyun yaranması == Qədim ağa Bədirbəyli 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. 1882-ci ildə Gəncədə rütbəli ailəsindən Güllü xanımla ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi. XX əsrin birinci rübündə repressiayadan yaxa qurtarmaq üçün soy nümayəndələri soyadlarını "Bədirbəylidən" "Qədimova" dəyişdirmişdirlər. == Soyun fəaliyyəti == Qədim ağanın oğlu Zeynal ağa çar ordusunda xidmətdə olarkən, 1913–14-cü illər rus-türk müharibəsinin iştirakçısı olub. Döyüşlərin şiddətli vaxtı biləndə ki, rus əsgərləri, bu da onların içində, türklərə qarşı vuruşur, döyüşdən boyun qaçırır: "Mən türk qardaşlarıma güllə ata bilmərəm" deyib, silahını yerə qoyur, hərbçi andını pozur və çox çətinliklə də olsa baş götürüb birbaşa Azərbaycana — Şəmkirə gəlir. Atasının təsərrüfatında müəyyən işlərə rəhbərlik edir. Arabir qəzet, dərgi almaq üçün həmkəndlisi Yusif ağayla Gəncəyə gedirdi. Zeynal ağa burada həm də xalqının azadlığı, ölkəsinin müstəqilliyi uğrunda düşünüb-daşınanlarla tanış olurdu.
Bəbir
Bəbir (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
II Bəşir
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
Nemət Bəsir
Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir. Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur. Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir.
Qədir-Xum
Qədiri-Xum(ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu (14 may 1944, Nərimanlı, Basarkeçər rayonu) — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995). Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb. Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb. 1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.
Qədir Hüseynov
Qədir Hüseynov (21 may 1986, Moskva) — Azərbaycan şahmatçısı, qrosmeyster (2002). 1994-cü ildə 8 yaşındaikən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra o nəinki dünyanın ən gənc FİDE ustası adını qazanır və həmçinin Ginnesin Rekordlar Kitabına düşür, hətta Azərbaycanda birinci şahmatçı olur, hansı ki Müstəqil Azərbaycan Respublikası yarandığı 1991-ci ildən sonra Azərbaycan şahmat tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı gətirdi. Şahmat oynamağı Qədirə 6 yaşında olarkən atası öyrətmişdi. İlk dəfə olaraq şahmat məktəbinə Gəncə şəhərində getmişdi. Tezliklə Respublika Çempionatında üçüncü yeri tutaraq o gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ əldə edir. Şahmatçının ailə vəziyyətinin yaxşı olmaması səbəbindən onun bu yarışda iştirakı sual altında idi. Həmin illərdə Azərbaycan müharibə şəraitində Yaxın qohumunun koməyi sayəsində Qədir Hüseynov bu turnirə qatılır və gənclər arasında Avropa çempionatının qalibi olur. Qədirin ilk məşqçisi idman ustalığına namizəd olan Şahin Hacıyev idi, daha sonra onu məşqçi Qurviç çalışdırmışdı. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dörd ən güclü şahmatçını qəbul etmişdir, onların arasında gənc şahmatçı Qədir Huseynov var idi. 2002-ci ildə 15 yaşında ikən o, beynəlxalq qrosmeyster normasını yerinə yetirmişdi.
Qədir Mirzəliyev
Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 1935 – 24 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir. Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır. 1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi.
Qədir Möhsünzadə
Qədir Qurban oğlu Möhsünzadə (24 fevral 1914, Lənkəran, Lənkəran qəzası – 1993, Odessa) — baytarlıq elmləri doktoru, professor. Qədir Möhsünzadə 1914-cü il fevral ayının 24-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1934-cü ildə Zaqafqaziya Baytarlıq İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir (İrəvan). Q.Möhsünzadə institutda oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1934-cü ildə baytarlıq üzrə ən nüfuzlu institutun - Kazan Baytarlıq İnstitutunun aspiranturasına daxil olmuş, yüksək səviyyədə elmi-tədqiqat işi apararaq 3 yaşında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Gənc alim 1937- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstituna (Gəncə şəhəri) işə dəvət olunmuş və 1941- ci ilə kimi baytarlıq fakültəsinin dekanı və klinik diaqnostika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Q. Möhsünzadə, 1941-1945-ci illərdə ordu sıralarında Vətən Müharibəsinin iştirakçısı olmuşdur. "Baytarlıq" jurnalı 2005-ci il 5-ci nömrəsində Böyük Vətən Müharibəsində Qələbəmizin 60 illiyinə həsr etmiş, Rusiya Federasiyası Hərbi Silahlı Qüvvələrin baytar-sanitar xidmətinin rəisi, tibb xidməti polkovniki Y.Q.Boyevin "1941- 1945- ci illərdə Böyük Vətən Müharibəsində hərbi baytarlıq xidməti" məqaləsində yazır: "Müharibə cəbhələrində hırbi terapevtiki xəstələrin müalicəsinin təşkilində və onların məharətlə yerinə yetirilməsində istedadlı şəxslərin- İ. M. Qolosov, A.M.Kolesov, Q.Q.Möhsunzadə, N.Z.Objorin, V. P. Spaski, İ. A. Şarobin, S. D. Şelevin- işlərini xüsusilə qeyd etmək lazımdır". Q. Möhsünzadə 1946- 1951- ci illərdə Gəncədə yenidən Kənd Təsərrüfatı İnstitunun Klinik diaqnostika kafedrasının müdiri olmuş, at və qaramalda böyrəyin funksional fəaliyyətinin öyrənilməsinə dair elmi və əməli əhəmiyyətli geniş tədqiqatlar aparmış və 1950- ci ildə Moskva Baytarlıq Akadmiyasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1951- ci ildə Q. Möhsünzadə Leninqrad Baytarlıq İnstituna dəvət olunmuş və 1960- cı ilə kimi orada Klinik diaqnostika kafedrasına rəhbərlik etmişdir.
Qədir Məmişov
Qədir Məmmədov
Qədir Qızılsəs ya da doğum soyadıyla Məmmədov (1956, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni. Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakı şəhərinə köçmüşdür. 1983-cü ildə ilk Audio Kasseti çıxıb. 2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika bütün müğənnilərin ifası üzrə keçirdiyi sorğuda "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" mükafatına layiq görülüb. 1. Ölürəm Bir Dəli Sevgidən Ötrü — 1999 2. Gəlmədin — 2000 3. Getmə — 2001 4.
Qədir Nəsibov
Qədir Nəsibov (Nəsibov Qədir Əşrəf oğlu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi. Qədir Nəsibov 1967-ci il iyulun 12-də Qərbi Azərbaycan Göycə mahalının Çəmbərək rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan respublikası Prezidentinin 24 iyun 2019-cu il tarixli 1286 nömrəli Sərəncamı ilə polkovnik Qədir Əşrəf oğlu Nəsibova “general-mayor” hərbi rütbəsi verilmişdir. General 30 Dekabr 2021-ci il tarixlində Qarabağ bplgəsinin iişğaldan azad olunmuş ərazilərə baş çəkərək, orada maddi-texniki xidmətin təşkil olunmasına rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2023-cü il tarixli 3991 nömrəli Sərəncamı ilə General-mayor Qədir Əşrəf oğlu Nəsibov hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Ailəlidir. Üç övladı var.
Qədir Qızılsəs
Qədir Qızılsəs ya da doğum soyadıyla Məmmədov (1956, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni. Qədir Qızılsəs 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. 1977-ci ildə Bakı şəhərinə köçmüşdür. 1983-cü ildə ilk Audio Kasseti çıxıb. 2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika bütün müğənnilərin ifası üzrə keçirdiyi sorğuda "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" mükafatına layiq görülüb. 1. Ölürəm Bir Dəli Sevgidən Ötrü — 1999 2. Gəlmədin — 2000 3. Getmə — 2001 4.
Qədir Rüstəmov
Qədir Çərkəz oğlu Rüstəmov (20 noyabr 1935, Ağdam rayonu – 14 dekabr 2011, İstanbul) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (1997). Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir. Ağdam rayonu Güllücə kənd orta məktəbində təhsil almışdır. Elə məktəb illərindən həkim Araz Budaqovla da dostluqları formalaşmışdı. Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir. Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarır. 14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat etmiş və Bakı şəhərində dəfn olunmuşdur.
Qədir Süleymanov
Qədir Süleymanov (1917, İrəvan – 17 sentyabr 2014, Paris) — Fransadakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, Fransada Azərbaycan Evi təşəbbüs qrupunun üzvü. 1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib. Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub. Vətənindən ayrı düşmüş Qədir Süleymanov yalnız 33 il sürən həsrətdən sonra doğma torpağına qovuşa bilib. Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi. Qədir Süleymanov 17 sentyabrda vəfat etmiş və 19 sentyabr 2014-cü ildə Parisdəki Monparnas məzarlığında torpağa tapşırılıb.
Qədir Tərtərli
Qədir Tərtərli (1936, Əskipara, Tərtər rayonu) — azərbaycanlı şair. Qədir Hüsü oğlu Allahverdiyev 1936-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Öz doğma kəndlərində ibtidai məktəbi, 1953-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbini bitirib, həmin ili Bakı Dövlət Universitetinə daxil olmuş, 1958-ci ildə jurnalist ixtisası üzrə universiteti bitirmişdir. "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi, Tərtər, Bərdə, Zaqatala rayon qəzetlərində məsul katib, Kəlbəcərdə çıxan "Yenilik" qəzetində redaktor vəzifələrində çalışmışdır. 1971-1973-cü illərdə Moskvada – Sov.İ.K.P MK yanında Ali Partiya Məktəbində təhsil almışdır. 1973-1975-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1975-1983-cü illərdə Tərtər rayon Partiya Komitəsinin ideoloji işlər üzrə katibi, 1983-1991-ci illərdə Tərtər rayon İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1992-ci ilin avqust-oktyabr aylarında "Ağdərə" qəzetinin redaktoru olmuşdur. 1994-1996-cı illərdə "Nizami Gəncəvi" jurnalı və "Şəhriyar" qəzetlərində şöbə mudiri, "Kirpi" jurnalının bölgə müxbiri vəzifələrində çalışmışdır. 1996-cı ilin noyabr ayından Tərtər rayon mətbuatyayımı şöbəsinin rəisidir. 1963-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür 1977-ci ildə "Şərəf nişanı" ordeni, ayrı-ayrı illərdə isə bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur.
Qədir İsmayılzadə
Qadir İsmayıl oğlu İsmayılzadə (5 yanvar 1929, İrəvan – 24 noyabr 1998) — İmişli Rayon Komitəsinin birinci katibi. Qadir İsmayılzadə 1929-cu il yanvar ayının 5-də İrəvan şəhərində anadan olmuş, 1949-cu ildə indiki N.Tusi adına APU-nun filologiya fakültəsini bitirərək təyinatla İmişli rayonuna göndərilmişdir. O, İmişli rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Qadir İsmayılzadə 1971-ci ildən partiya işinə göndərilmiş, İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Q.İsmayılzadə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, iki dəfə "Şərəf nişanı" ordeni ilə, respublika Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. İki çağırış Ali Sovetin deputatı seçilmişdir. XI çağırış Ali Sovetə 254 nömrəli Qaradonlu seçki dairəsindən deputat seçilmişdir. Qadir İsmayıl oğlu İsmayılzadə uzun sürən xəstəlikdən sonra 1998-ci il noyabr ayının 24-də vəfat etmişdir. İmişli rayon icra hakimiyyətinin başçısının 14 mart 2001-ci il tarixli 71 saylı Sərəncamı ilə rayonun mərkəzi küçələrindən birinə Qadir İsmayılzadənin adı verilmişdir.
Qəsr-Qədir
Qəsr-Qədir (ərəb. قصر قدور‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir. Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir. Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C. 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi.
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Qədir Nəzərov
Qədir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Saleh Bədri
Seyid Saleh Mehdi Bədri (1893, Səmərra, Səlahəddin mühafəzəsi – 1943, Bağdad) — İraq şairi və tərcüməçisi. Saleh Mehdi Bədri həmin dövrdə Osmanlı imperiyasının bir hissəsi olan Samərra şəhərində anadan olmuşdur. O, burada təhsil almış, sonra Bağdadda yerləşən Əl-Rəşdiyə məktəbində təhsilini davam etdirmişdir. İraqın bir sıra şəhərlərində daşınmaz əmlak departamentlərində işçi kimi çalışmışdır. Türk dilini mükəmməl bilirdi deyə ərəb dilinə tərcümələr etmişdir. O, bununla yanaşı fransız və fars dillərini də bilirdi. İraqda ölkə miqyasında şeir müsabiqələrində mükafatlar qazanmışdır. Onun tam şeirlər toplusu oğlu tərəfindən toplanmışdır və "Arzular" adı ilə çap edilmişdir. Bədri Bağdadda vəfat etmişdir.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Məhəmməd Bedur
Sedir adası
Sedir (Sexir; türk. Sedir) — Türkiyənin cənub qərbində, Egey dənizinin Göyova körfəzində yerləşən kiçik ada. Ada Muğla ilinin Ula ilçəsinə aiddir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Ada ərazisində antik dövrə aid Kedrae yaşayış məskəninin qalıqları var. Sedir adası Marmaris şəhərinin 18 km-də yerləşir. Sedir adası özünün qızıl qumlu çimərliyi ilə məşhurdur. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır. Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur: Kleopatra ilə Mark Antoni bu adada görüşmüş və məhz Kleopatra üçün qum Tunisdən gətirilmişdir.