Əhalinin Siyahıya Alınması

əhalinin sayı və tərkibi haqqında informasiyanın toplanması üzrə vaxtaşırı, yaxud birdəfəlik proses.
Əhalinin Alıcılıq Qabiliyyəti
Əhatə İndeksi
OBASTAN VİKİ
Əhalinin Siyahıya Alınması (1937)
Ümumrusiya əhalinin siyahıya alınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümumrusiya əhalinin siyahıya alınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Əhalinin siyahıya alınması (film, 1937)
Əhalinin siyahıya alınması (film, 1978)
Əhalinin qocalması
Əhalinin qocalması — əhali içərisində yaşlı şəxslərin (60 və ya 65 yaşdan yuxarı) payının artması. Polyak demoqraf E. Rossetin şkalasına görə, ölkə əhalisinin sayında 60 və daha yuxarı yaşlı şəxslərin payı 8%-ə qədər olduqda – demoqrafik cavanlıq, 8–10% – qocalmanın başlanğıcı, 12% və daha çox – demoqrafik qocalmadır. Bu pay uşaqların və yaşlıların sayının artmasına nisbətən yeniyetmələrin sayının ləng artması, yəni ya doğum sayının azalması və ya yaşlıların ölümünün əskilməsinə, ya da bu iki amilin birgə təsiri nəticəsində arta bilər. Demək, təkrarlanma xarakterinin uzunmüddətli dəyişməsi əhalinin qocalmasının səbəbidir. 19 əsrin 60–70-ci illərindən başlayaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində doğum sayının uzunmüddətli azalması üzündən əhali çox qocalmışdır: bu ölkələrdə 60 və daha yuxarı yaşlı şəxslərin payı təqr. 16% təşkil edir. Yaşlı insanların payı 5–6% olan ölkələrdə əhali nisbətən cavandır. Əhalinin qocalmasına ayrı-ayrı yaş qruplarına müxtəlif dərəcədə təsir edən miqrasiya da səbəb ola bilər. Məsələn, gənclərin kənddən şəhərə miqrasiyası kənd əhalisinin qocalması ilə nəticələnir. Əhalinin qocalmasının sosial-iqtisadi baxımdan yekunları, əsasən, əmək qabiliyyəti olan hər nəfərə düşən pensiya yaşlı şəxslərin sayının artması ilə əlaqədardır.
Əhalinin sıxlığı
Bastiliyanın alınması
Bastiliyanın alınması (fr. Prise de la Bastille) — Böyük Fransa inqilabının bir epizodu. == Tarixi == Fransada XVIII əsrin sonu Kralın ikiüzlü siyasəti və Parisin çörəklə təchizatının kəskin pisləşməsi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Parlamenti dəstəkləyən əhalinin gözünə hər yanda "aristokrat sui-qəsdi" görünməyə başlayır, şəhərə şayiə yayılır ki, kral qoşunları Bastiliya qalasının yanında cəmləşəcək. Paris qiyama qalxır. Qiyamçılar silah anbarlarını ələ keçirir, 14 iyul 1789-cu ildə isə hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirilir . Bu, artıq qiyam deyil, əsl inqilab idi. Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur. Bastiliyanın alınmasından dərhal sonra Fransada iri torpaq sahiblərinə qarşı kəndlilərin üsyanı başlayır. Üsyançıları dəstəkləyən Milli Assambleya avqustun 6-da feodal imtiyazlarının və kilsə vergisinin (mədaxilin 10%-i) ləğv olunması barədə dekret qəbul edir.
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Ədənin alınması
Ədənin alınması — 1547-ci ildə yerli əl-Tevlaki qəbiləsinin nəzarətinə keçən Ədənin Portuqaliya imperiyasının işğal etməsinə qarşı 26 Fevral 1548-ci ildə Piri Rəisin komandanlığı altında Osmanlı imperiyası tərəfindən keçirilən hərbi əməliyyat. Ədən əməliyyatı Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) zamanı əsas hadisələrdən olmuşdur. Yəmən və onun ən əhəmiyyətli limanı olan Ədən, Məmlük Sultanlığına daxil olduğu üçün 1517-ci ildə Ridaniyə döyüşüdən sonra, bu ölkənin bütün torpaqları ilə Osmanlı imperiyasının tabeliyinə keçdi. Tahirilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunan bölgənin strateji əhəmiyyəti və yerli hökmdarların Qırmızı dəniz bölgəsində getdikcə daha təhlükəli olan Portuqaliyaya rəğbət bəsləməsi səbəbindən Yəmən və Ədənin birbaşa Osmanlı rəhbərliyi altında olacağı təxmin edilirdi. Lakin portuqaliyalıların artan iddiası Osmanlı imperiyasını xüsusilə narahat edirdi. Onlar hər vəchlə Hind Okeanında nəzarəti ələ alaraq, Avropa ilə bütün Şərqi Asiyanın ticarətini inhisara almağa çalışırdılar. Bu səbəbdən portuqallar Ərəbistan yarımadasında olan əsas liman və boğazları ələ keçirməyə çalışırdılar. Məmlük dövlətinin süqutundan sonra Portuqaliyalılara mübarizə aparacaq yeganə dövlət Osmanlı imperiyası idi. Çünki, regionda olan daha bir müsəlman dövləti Səfəvi imperiyasının donanması və odlu silahı az olduğundan onlarla mübarizə aparacaq potensiala malik deyildi. Bu məqsədlə 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu.
İnəgölün alınması
İnəgölün alınması və ya Bizans mənbələrindəki adı ilə Angelokoma mühasirəsi İnəgöl Təkfurluğunun (Angelokoma Təkfurluğu) təkfuru olan Aya Nikola ilə Osmanlı imperiyasının Ordu komandanı olan Turqut bəy arasında baş vermiş olan müharibədir. Müharibə türklərin qələbəsi ilə başa çatmışdır. Bu qələbə Osmanlı tarixində Qulacahisarın alınmasından sonrakı ilk qələbələrdən biridir. Bu qələbə zamanı Osman Qazinin böyük qardaşı olan Gündüz bəy şəhid olmuş, Nikola isə Turqut Alp tərəfindən öldürülmüşdür. Bu qələbə 1299-cu ildə baş vermişdir. Bu qələbədən sonra Qoyunhisar müharibəsi (1302), Bursanın mühasirəsi (1326) və Osmanlı imperiyasının yaradılması baş vermişdir.
Qulacahisarın alınması
Qulacahisarın alınması və ya Qulacahisar hücumu; 1285-ci ildə Osman bəyin komandanlığı altında olan türk qoşunları ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir. I Osman İnəgöldən bir neçə fərsəx uzaqda yerləşən və Əmirdağın ətəyində olan bu qalanı Ermənibeli müharibəsində qardaşı Savcı bəyin oğlu olan Bayhocanın öldürülməsindən sonra ələ keçirmişdi. 300 nəfərlik hərbi qüvvə ilə gecə basqını nəticəsində qala türklərin əlinə keçmişdir. Bu, Osmanlı imperiyasının tarixində ilk qala alınmasıdır. Xristian xalq Osman bəyin sultanlığını qəbul etdiyi üçün oradakı insanlara zərər vurulmamışdır. Osman bəy qalanı yerlə-yeksan etmiş olsa da, camaatın canını bağışlamış və onları əsir götürmüşdür.
Əhalinin həyat keyfiyyəti
Əhalinin həyat keyfiyyəti — əhalinin iqtisadi, siyasi-sosial, etnik-milli, konfessional (dini), təbii-coğrafi amillərin qarşılıqlı təsiri ilə müəyyən olunan xüsusiyyətləri və təkrar istehsalının məcmu xarakteristikası . Əhalinin həyat keyfiyyəti əhalinin təkrar istehsalının həm kəmiyyətcə, yəni xüsusi demoqrafik göstəricilərlə (təkrar istehsal əmsalı, ölüm sayının xüsusi göstəriciləri, körpələr və analar, əməkqabiliyyətli yaşdakı əhalinin ölüm sayı), həm də sosial (təhsil, səhiyyə, ərazi və əmək mobilliyi və s.) səviyyəsini əks etdirən keyfiyyət xarakteristikası ilə müəyyənləşdirilir. Həyat keyfiyyəti, həyat səviyyəsi istər bazar və qeyri-bazar təsərrüfatı sistemində, istərsə də keçid dövründə əhalinin yaşayış təminatı kimi xarakterizə olunur. Bununla da, iqtisadiyyatda sosial kateqoriya kimi səciyyələndirilir. Belə dəyərləndirmə sadə göstəricilər dəsti, yaxud xüsusi aqreqasiya olunmuş göstəricilər vasitəsilə aparıla bilər, lakin bu fenomenin keyfiyyət göstəricilərini bütünlükdə formalaşdırmaq qeyri-mümkündür. Əhalinin həyat keyfiyyəti insan amilinin iqtisadiyyata təsirinin müxtəlif formalarını üzə çıxaran mühüm makro iqtisadi meyardır. O, insan, insan qrupu və ya hər hansı birliyin fiziki, mental, sosial-mədəni inkişafını müəyyənləşdirən əlamətləri xarakterizə edir. Əhalinin həyat keyfiyyəti ilə əhalinin təkrar istehsalının səmərəliliyi anlayışları arasında (demoqrafiyada bu, doğum sayının azalması müşahidə edilərkən, ölüm sayının daha da azaldılması yolu ilə təbii artımın eyni səviyyədə saxlanması deməkdir) qarşılıqlı əlaqə vardır. Əhalinin təkrar istehsalı homeostazis (özünü təkrar istehsal edən) sistem kimi onun mühüm keyfiyyət əlamətlərindən biridir. Əhalinin həyat keyfiyyətinin əsasını sağlamlıq təşkil edir.
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Bakının alınması (1501)
Bakının mühasirəsi — Bakının 1501-ci ildə İsmayılın başçılıq etdiyi qızılbaşlar tərəfindən mühasirəyə alınması. Burada İsmayıla bildirilir ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və "xərac verməkdən" imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir. Əmirlərin müşayiəti ilə şəhərə yaxınlaşan İsmayıl qala divarlarını, qüllələri, qapıları və xəndəyi bir-bir gəzib nəzərdən keçirir. Qalaya hücumun çətinliklərlə bağlı olacağını və itkilərlə nəticələnə biləcəyini başa düşən Səfəvilər bakılılarla dialoqa girib, şəhəri təslim etməyə razı salmağı qərara alır. Qalanın müdafiəsinə, Fərrux Yəsarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi. İsmayıl öz səfirini "Qazı bəyin və onun arvadının" hüzuruna göndərir. Qızılbaş səfirinin təslim olmaq haqqında tələbinə cavab olaraq Qazı bəyin arvadı onun edam olunmasını əmr edir. Belə olanda Bakı darğası Əbülfəth bəy onu İsmayılın qəzəbi ilə qorxudaraq bu addımı atmaqdan çəkindirməyə cəgd göstərir.
Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) — Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Qar şəhərciyinin alınması
Qar şəhərciyinin alınması (rus. Взятие снежного городка) — rus rəssamı Vasili Surikov (1848—1916) tərəfindən 1891-ci ildə çəkilmiş tablo. Sankt-Peterburqdakı Rus Dövlət Muzeyində saxlanılır. Tablonun ölçüsü 156 × 282 sm. Tablo Sibirin kazak əhalisi arasında populyar olan qədim xalq oyununu təsvir edir. Ənənəvi olaraq, bu oyun karnavalın son günündə təşkil edildi və Krasnoyarskda böyüyən rəssam bunu dəfələrlə uşaqlıq dövründə müşahidə etmişdir. Surikov 1889-1890-cı illərdə Krasnoyarskda qaldığı zaman tablo üzərində işləmiş və Moskvaya dönməsindən sonra onu tamamlamışdır. Tablo üzərində işləyərkən, rəssam bir çox yerli və tanış naturşiklərdən istifadə etmişdir. Бенуа А. Н. Художественные письма. 1908—1917.
Qiymətli kağızların alınması
Qiymətli kağızların alınması (uzun alış və ya uzun mövqe, həmçinin yüksək alış) (ing. long buying) — qiymətli kağızların və ya valyutanın dəyərinin artması gözləntisi ilə əldə edilməsi. Valyuta əməliyyatlarının çox hissəsini təşkil edən valyuta əməliyyatlarının ən mühüm növü spot əməliyyatlardır. “Al və saxla” investisiya strategiyasına uyğundur. Səhm və ya istiqraz kimi qiymətli kağızlar baxımından və ya ekvivalent olaraq, qiymətli kağızda uzun müddətə sahib olmaq o deməkdir ki, qiymətli kağızın qiyməti qalxarsa, qiymətli kağızın bahalaşacağı və qazanc əldə edəcəyi gözləntiləri ilə vəzifə sahibi qiymətli kağıza sahibdir. Uzun vəzifələrə investisiya etmək daha çox yayılmış investisiya təcrübəsidir. Gələcəkdə uzun müddət davam etmək o deməkdir ki, mövqe sahibi müqavilənin müddəti başa çatdıqda əsas aləti müqavilə qiymətinə almağa borcludur. Vəzifə sahibi əsas alətin qiyməti artarsa, qazanc əldə edəcək, çünki ödədiyi qiymət bazar qiymətindən az olacaq. Seçim investoru zənglər üzrə satmaq opsionlarını almaq və ya satmaqla əsas investisiyada uzun mövqeyə (texniki jarqonda “in” sözü buraxılır) daxil olur. Bu, əsas aktivi almaq və ya ticarət fyuçersləri ilə uzun müddət davam etməkdən fərqlidir, çünki opsionda uzun müddət davam etmək, əsas alətin qiymətinin qalxacağı təqdirdə opsion sahibinin mənfəət əldə edəcəyi demək deyil.
Əhalinin dinamikası və strukturu
XX əsrdə dünya əhalisi 1,5 mlrd. nəfərədək artmışdır. Lakin ayrı-ayrı ölkələrdə və regionlarda bu artım qeyri-bərabər gedir. IEÖ-də artım sürəti son iki onillikdə sabit alçaqdır. Keçid iqtisadiyyatına malik ölkələrdə artım sürəti kəskin azalmışdır. Rusiyada, bir sıra MDB ölkələrində, Baltikyanı ölkələrdə, Şərqi Avropada əhalinin təbii azalması prosesi müşahidə olunur. Əhalinin artım sürətinin azalması IEOÖ-də, xüsusən, Şərqi Asiya, Cənub-şərqi Asiya və Latın Amerikası ölkələri hesabına baş verir. Hal-hazırda işçi qüvvəsinin 2/3-i adambaşına ən kiçik ÜDM göstəricilərinə malik ölkələrin payına düşür. Yaş strukturunun 2 əsas tipi mövcuddur. 1-ci tip əksər IEOÖ üçün səciyyəvidir və uşaqların çox olması, yaşlı insanların (65 yaşdan yuxarı) isə az olması ilə səciyyələnir.
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2002)
2002-ci il ümumrusiya əhalinin siyahıya alınması — 9 oktyabr 2002-ci il tarixdə Rusiya Federasiyasında keçirilmiş əhalinin siyahıyaalınması. Siyahıyaalma bütün Rusiya ərazisində saat 00:00 radələrində başlamışdı. Сайт переписи населения России Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine Федеральная служба государственной статистики Arxivləşdirilib 2010-12-03 at the Wayback Machine «МИГРАЦИОННАЯ СТАТИСТИКА В ОТКРЫТОМ ОБЩЕСТВЕ».
Ümum-Rusiya əhalinin siyahıyaalınması (2010)
2010-cu il ümumrusiya əhalinin siyahıya alınması — Rusiya Federasiyasının bütün ərazisində vahid dövlət stasistik metodologiya ilə ümumiləşdirilmiş demoqrafik, iqtisadi və sosial məlumatların əldə edilməsi. Siyahıya alınma əsasən 14 oktyabr - 25 oktyabr 2010-cu il tarixində, bəzi yerlərdə isə 1 aprelən 20 dekabr 2010-cu ilədək keçirildi.
Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Əhalinin orta yaşına görə ölkələrin siyahısı
Orta yaş (ing. median age) əhalini iki bərabər yaş qrupuna böldükdə, əhalinin yarısı bu yaşdan gənc, digər yarısı isə bu yaşdan qocadır. Başqa sözlə, elə yaşdır ki, əhalini tən iki yerə bölür. Bu ölkə əhalisinin yaşa görə necə paylandığını göstərir. Hal hazırda, orta yaş ölkələrə görə çox müxtəlifdir. Məsələn, Nigerin əhalisinin orta yaşı 15 yaşdır, amma Avropa Birliyi, Kanada və Yaponiya kimi ölkələrdə bu yaş 40 dan yuxarıdır. Köhnə Sovet İttifaqı ölkələrində qadınların orta yaşı kişilərin orta yaşından dah çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1918-ci ilin 26 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayıb və bu gün əmək və məşğulluq, sosial müdafiə, sosial sığorta, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması