ƏHVAL

is. [ ər. “hal” söz. cəmi]
1. Kef, hal, ruhi vəziyyət.
Əhvalın necədir? – Bəli, dərd əhlinin əhvalını dərd əhli bilir; Kimsə bilməz ki, necə yardan oldum məyus. S.Ə.Şirvani.

2. Keyfiyyət, vəziyyət, hal.
Güldükcə təbiət açılır min cürə güllər; Quşlar da bu əhvalı görüncə sevinirlər. A.Səhhət.
İnmirə məhəlləsi bu əhvalı görüb dodaqaltı gülürdü. N.Nərimanov.
Fəqət nədənsə o gün əhvalım tamamilə pərişan keçdi. S.Hüseyn.

// Səhhətcə vəziyyət. Xəstənin əhvalı pisləşmişdir.
– Bir gün Məmməd sövdəgər bazarda əhvalını pis görüb, haman saat dükanını bağlayıb evə gəldi. Aşıq Qərib”.

3. Keçinmək, dolanmaq vəziyyəti; güzəran. İşə girəndən sonra əhvalı xeyli yaxşılaşmışdır.
// Var, dövlət, pul, tanqah.
[Cavadın] on min manata yaxın əhvalı var. Ə.Haqverdiyev.
Bu gələn kişidə əhval olar? S.Rəhimov.

◊ Əhval sormaq (soruşmaq, tutmaq, bilmək) – kefini, halını, vəziyyətini soruşmaq; əhvallaşmaq.
[Qurban] [Səfərə] yaxınlaşaraq əhval soruşdu. A.Şaiq.
Nənəqız bu saat ağsaqqal kişiyə yanaşıb, yenə də ondan bir əhval tutmaq istədi. S.Rəhimov.
Şəhərdən gələn adamları ziyarətdən qayıtmışlar kimi əhatə edir, əhval soruşurdular. Mir Cəlal.

Əhvalı bulanmaq (qarışmaq, pozulmaq)1) kefi pozulmaq, kədərlənmək, qəmginləşmək.
…Axşam yaxınlaşdıqca Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov;

2) xəstələnmək, xəstəliyi daha da ağırlaşmaq.

Синонимы

  • ƏHVAL ƏHVAL Onlar bizim əhvalımızı soruşmağa başladılar (C.Məmmədquluzadə); ƏHVALİ-RUHİYYƏ [Yunis:] Biz onlara təsəlli verməliyik, əhvali-ruhiyyələrini qald
  • ƏHVAL güzəran
  • ƏHVAL keyfiyyət — vəziyyət
  • ƏHVAL kef — hal
ƏHSƏN
ƏHVALAT

Значение слова в других словарях