ƏKS-SƏDA

[ər.] сущ. 1. элкъведай ван (са чкада, мес. кьвала, кӀвалин цла ва мс. акьуна кьулухъ хъиядай, элкъвена жуваз хкведай ван); патуза, патузадин ван; пер. ван; 2. пер. эсер, таъсир.
ƏKS-MANEVR
ƏKS-TƏDBİR
OBASTAN VİKİ
Əks-səda
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Əks-səda doğuracaq
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Əks-səda (film, 1987)
== Məzmun == Film 70-ci illərin axırlarında parlaq istedadları ilə ürəklərdə işıqlı ümidlər doğurmuş dörd istedadlı, həvəskar müğənninin aqibətindən, sonrakı taleyindən, istedada qayğı əvəzinə laqeydliyin acı nəticələrindən söhbət açır. == Festivallar və mükafatlar == 1)1987-ci ildə Filmin yaradıcıları Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Vladimir Konyagin Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 329; 377. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
...Əks-səda doğuracaq (film, 1987)
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Əks-səda və səs lokasiyası
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Lahıc dağlarında əks-səda (film, 1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Oruc Səda
Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir. == Yaradıcılığı == Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir.
Səda mətbəəsi
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. == Mətbəənin yarandığı dövrdə ictimai vəziyyət == XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Səda Fəttahoğlu
Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon – 27 sentyabr 2023, Bəyoğlu, İstanbul ili) — Türk aktrisası. == Həyatı == Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003–2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan "Çocuklar Duymasın" serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o "Muhteşem Yüzyıl", "Sihirli Annem", "Dolunay", "Sular Durulmuyor" kimi seriallarda ekranlara çıxıb. == Ölümü == Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi.
Səda (mətbəə)
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. == Mətbəənin yarandığı dövrdə ictimai vəziyyət == XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Əks-partizan
Əks-partizan və ya Kontrgerilla — NATO tərkibindəki ölkələrdə sol təşkilatlanmağa, kommunist və marksist-leninist hərəkatına qarşı yaradılan CİA əlaqəli gizli Qladio təşkilatlanmalarının Türkiyədəki adı. NATO-un Xüsusi Hərb təlimnamələrinə görə, üzv ölkələrdə qurulan NATO vahidləri Türkiyədə 1952 ya da 1953-də əvvəl Səfərbərlik Tədqiq Təşkilatı adıyla təşkilatlanmış sonra doğrudan Baş qərargah rəisliyinə bağlı Xüsusi Hərb Dairəsi damı altında və bunun vətəndaş davamı olaraq fəaliyyət icra etmişdir. Bülənt Əcəvit 1974-də dövrün Baş qərargah Başçısı Semih Sancardan Xüsusi Hərb Dairəsinin varlığını öyrənmişdir. Türkiyədə 1980 çevrilişinin rəhbəri Baş qərargah rəisi Kənan Evrənin Türk əks-partizan "stay-behind" təşkilatlanmasının bir üzvü olduğu iddia edilir.Türkiyədə də "stay-behind" qruplardakı liderlərin qanuni vəzifələrdə olma üst-üstə düşməsi yaşanmışdır.
Əks inqilab
Əks inqilab — bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks kəşfiyyat
Əks-kəşfiyyat — kəşfiyyata qarşı durmaq. Onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları yığmasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları əlavə olaraq ölkələrin təhlükəsizliyi üçün təhdid olan və hücum üçün həssas nöqtələrin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan orqanlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər. == İstinadlar == == Xarici keçidlər == Алексеенко В., Мелтон К. Шпионский арсенал.
Əks-inqilab
Əks inqilab — bir inqilabı yıxmaq və nəticələrini yox etmək üçün nəzərdə tutulan əks hərəkətdir. Bu hərəkəti reallaşdıranlara əks inqilabçı deyilir. Bir əks inqilabın nəticələri mövcud inqilabın xeyirli və ya ziyanlı olmasına görə təsirli və ya təsirsiz ola bilər. Nümunə olaraq Böyük Fransa inqilabı dövründə Yakobinlər Vandeya üsyanını rəsmi olaraq təsirsiz olaraq qiymətləndirmişdirlər.
Əks mühəndislik
Tərsinə mühəndislik — deduktiv mülahizə vasitəsilə əvvəllər hazırlanmış cihazın, prosesin, sistemin və ya proqram təminatının bir tapşırığı necə yerinə yetirdiyinin (əgər varsa) başa düşülməyə çalışıldığı proses və ya üsul. Nəzərdən keçirilən sistemdən və istifadə olunan texnologiyalardan asılı olaraq, tərsinə mühəndislik zamanı əldə edilən biliklər köhnəlmiş obyektlərin təyinatının dəyişdirilməsinə, təhlükəsizlik analizinin aparılmasına və ya bir şeyin necə işlədiyini öyrənməyə kömək edə bilər. Prosesin həyata keçirildiyi obyektə xas olmasına baxmayaraq, bütün tərsinə mühəndislik prosesləri üç əsas addımdan ibarətdir: məlumatın çıxarılması, modelləşdirmə və nəzərdən keçirmə. Məlumat çıxarma əməliyyat üçün bütün müvafiq məlumatların toplanması təcrübəsidir. Modelləşdirmə, yeni bir obyekt və ya sistemin layihələndirilməsi üçün bələdçi kimi istifadə edilə bilən abstrakt bir modeldə toplanmış məlumatların birləşdirilməsi təcrübəsidir. Nəzərdən keçirmə seçilmiş abstraktın etibarlılığını təmin etmək üçün modelin sınaqdan keçirilməsidir. Tərsinə mühəndislik kompüter mühəndisliyi, maşınqayırma, dizayn, elektron mühəndislik, proqram mühəndisliyi, kimya mühəndisliyi və sistem biologiyası sahələrində tətbiq olunur. == İcmal == Müxtəlif sahələrdə tərsinə mühəndisliyi yerinə yetirməyin bir çox səbəbi var. Tərsinə mühəndislik öz mənşəyini kommersiya və ya hərbi üstünlük üçün aparatların analizindən alır.:13 Bununla belə, tərsinə mühəndislik prosesi həmişə surətin yaradılması və ya artefaktın hansısa şəkildə dəyişdirilməsi ilə bağlı olmaya bilər.:15 Bəzi hallarda tərsinə mühəndislik prosesinin məqsədi sadəcə olaraq köhnə sistemlərin yenidən sənədləşdirilməsi ola bilər.:15 Hətta tərsinə çevrilmiş məhsul rəqibin məhsulu olsa belə, məqsəd onu kopyalamaq deyil, rəqibin analizini aparmaq ola bilər. Tərsinə mühəndislik qarşılıqlı fəaliyyət göstərən məhsullar yaratmaq üçün də istifadə edilə bilər və bəzi dar çərçivədə hazırlanmış ABŞ və Avropa İttifaqı qanunvericiliyinə baxmayaraq, bu məqsədlə xüsusi tərsinə mühəndislik üsullarından istifadənin qanuniliyi iyirmi ildən artıqdır ki, bütün dünyada məhkəmələrdə qızğın mübahisələrə səbəb olur.
Nükət-Səda Sultan
Nükət-Səda Sultan (1760, Gürcüstan və ya Abxaziya[d] – 4 iyun 1850 və ya 15 may 1850, İstanbul və ya Beşiktaş, İstanbul ili) — I Əbdülhəmidin 14-cü arvadı və Osmanlı padşahı IV Mustafanın doğma anası. == Həyatı == I Əbdülhəmid öldüyü zaman hələ də Baş iqbal və gözdə olaraq qalan Nükət-Səda Sultan bu səbəbdən validə sultan ola bilməmişdir. Oğlu IV Mustafanın dönəmində onun yerinə validə sultan I Əbdülhəmidin 1776-cı ildə evləndiyi 11-ci arvadı Aişə Səniyəpərvər Sultan olmuşdur. == Vəfatı == Nükət-Səda Sultan oğlu IV Mustafanın 17 noyabr 1808-ci ildə devrilməsindən sonra uzun illər yaşamış və 4 iyun 1850-ci ildə vəfat etmişdir.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Passatlararası əks cərəyan
Passatlararası əks cərəyan — Atlantik, Sakit və Hind okeanlarında, ekvatora yaxın enliklərdə Qərbdən Şərqə gedən okean cərəyanıdır. Passatlararası əks cərəyan keçmişdə Ekvator əks cərəyanı adlanırdı.
Əks-qəza avtomatikası
Əks-qəza avtomatikası (ƏQA) — enerji sistemin elektroenergetika rejiminin parametrlərinin ölçülməsini və emal edilməsini, məlumatların ötürülməsi və idarəetmə əmrlərinin verilməsini və nəzarət tədbirlərinin müəyyən edilmiş alqoritm və parametrlərə uyğun həyata keçirilməsini təmin edən, enerji sistemdə olan qəza rejimlərinin inkişafının qarşısını alan və ləğv edən qurğuların cəmidir. ƏQA qurğusu — qəzaların qeyd edilməsini həyata keçirən, enerji sistemin elektroenergetika rejiminin parametrlərini emal edən, idarəetmə təsirlərini seçən, qəza siqnalları və idarəetmə əmrlərini ötürən və ya nəzarət təsirlərini həyata keçirən və bütövlükdə (operativ və texniki) xidmət göstərən texniki qurğudur (aparat, terminal).
Səda Əl Şimal (qəzet)
Səda Əl Şimal (qəzet) — siyasi qəzet. == Haqqında == "Səda Əl Şimal" qəzeti həftəlik ərəb dilində çap edilən siyasi qəzet olmuşdur. Lakin qəzetdə daşınmaz əmlak sənədi ilə bağlı elanlar türk dilində çap edilirdi. İlk sayı 1951-ci il fevralın 6-sında işıq üzü görmüşdür. Qəzetin sahibi sahibi və baş yazarı Maruf Əl Arif, məsul rəhbəri isə vəkil Burhan Əl Tikriti idi. "Səda Əl Şimal" qəzeti Kərkük bələdiyyə mətbəəsində çap edilirdi. Qəzetin 1951-ci il mayın 20-si 13-cü sayı çap edildikdən sonra Bağdada köçmüşdür.
Səda Əl Şəbəb (dərgi)
"Səda Əl Şəbəb (dərgi)" — tələbə dərgisi. == Məlumat == Səda Əl Şəbəb adı ilə çap edilmiş tələbə dərgisi ərəbcə ara-sıra müxtəlif məktəblər tərəfindən yayımlanıb. Vaxtilə şəhərin bir məktəbinin çıxardığı "Səda Əl Şəbəb"in ilk sayı 1949-cu il aprelin 23-üdə nəşr edilib. Dərgi 9x23 ölçüsündə, 24 səhifədən ibarət idi. Üzərində mətbəə adı qeyd edilməyən dərginin Bağdadda çap edilməsi ehtimal olunur. Jurnalın 1950-ci il may sayı "Əl İxlas" adıyla işıq üzü görsə də, birinci səhifəsində sonradan ayrıca kağıza çap edilmiş "Səda Əl Şəbəb" adı yapışdırılıb. Buna səbəb dərginin təsisçisi haqqında adının olduğu kimi qalmalı olması ilə əlaqədardır. Jurnalın bu sayı 40 səhifədən ibarət olub Bağdadda "Əl Ərəbiyyə" mətbəssində işıq üzü görüb. Bu nömrədə Kərküklü şair Hicri Dədənin türk dilində mənzuməsinə də yer ayrılıb. Dərginin 1952-ci il fevral sayı də Bağdadda dərc edilib.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Qular fillərə əks olunur
Sumqayıtın əks-sədası (film, 1992)
== Məzmun == Film 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eyruz Məmmədov, Nadejda İsmayılova, Davud İmanov Quruluşçu rejissor: Davud İmanov Quruluşçu operator: Rövşən Quliyev Musiqi tərtibatı: Rauf Əliyev Səs operatoru: Teymur Abdullayev Operator: Ramiz Ağayev, Nadir Mehdiyev Rejissor assistenti: Nazim Məmmədov, İlham Salmanov Operator assistenti: [Sadıq Kərimov Səs texniki: Fazil Əfşani Montaj edən: Nelli Mahmudova, Nailə Dadaşova Məsləhətçi: Vladimir Lebedev (MTN polkovniki) Filmin direktoru: Rimma Abdullayeva == İstinadlar == == Mənbə == Akif Cabbarlı, Bəşir Şərifli. "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. Azərbaycan.- 2011.-27 fevral.- S. 7.

Digər lüğətlərdə