Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir әdәbi hadisәnin başqa әdәbi hadisә ilә ideya yaradıcılıq әlaqәlәri. Ayrı-ayrı yazıçılar, yaxud әdәbi cәrәyanlar, mәktәblәr vә bütöv әdәbi dövrlәr sәviyyәsindә yaranır. Ədәbiyyatla digәr sәnәt növlәri (teatr, rәssamlıq, musiqi vә s.) arasında da әlaqә vә qarşılıqlı tәsir mövcuddur. Bir sәnәtkarın yaradıcılığında olduğu kimi, ümumi әdәbi prosesdә dә hәr şey bir-biri ilә qarşılıqlı әlaqәdә olur .
== Haqqında ==
Ədәbi әlaqә iki aspektdә öyrәnilir: yazıçı, yaxud әdәbi mühitin tәsir altında olması vә onun özünün tәsir göstәrmәsi. Bir milli әdәbiyyat daxilindә әdәbi әlaqә bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlәrinә, yaxud sonrakı әdәbi nәsillәrә tәsiri, millәtlәrarası әdәbi әlaqә isә bir xalqın bәdii kәşflәri vә nailiyyәtlәrinin başqa bir xalqa tәsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir .
Antik yunan әdәbiyyatı, orta әsrlәr Azәrbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü әdәbiyyatı, Fransa Maarifçilik әdәbiyyatı, rus realist әdәbiyyatı beynәlmilәl әhәmiyyәtә malikdir. Sәnәtin inkişafında müәyyәn nisbi müstәqilliyә baxmayaraq, bәdii şüurun inkişafında ümumi, tәkrarlanan cәhәtlәri mәhz sosial-tarixi vә ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şәrtlәndirir.