Mirzə Möhsün Təsir Təbrizi

Mirzə Möhsün Təsir Təbrizi (?-?) — XVII əsrin ikinci yarısı – XVIII əsrin əvvəllərində yaşamış müqtədir Azərbaycan şairi.

Mirzə Möhsün Təsir Təbrizi XVII əsrin ikinci yarısı – XVIII əsrin əvvəllərində yaşamış müqtədir Azərbaycan şairidir. Onun həyat və yaradıcılığı kifayət qədər araşdırılmamış, əsərləri əlyazma şəklində qalmışdır. Şairin Tehranın Sipəhsalar Ali Mədrəsəsi Kitabxanasında saxlanan əlyazması əsasında Azərbaycan dilindəki lirik şeirləri ilk dəfə olaraq “Nurlan” nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimovun nəşrə hazırladığı “Təsir Təbrizi. Türkcə şeirləri” kitabına müəllifin anadilli lirikası haqqında ön söz, mətnin transfoneliterasiyası və əlyazmanın fotofaksimilesi daxil edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bir müddət sarayda müstövfi olmuş Mirzə Möhsün Təsir Təbrizinin divanı var ki, burda türkcə qəzəllərdən başqa, türk dilində qəsidə, məsnəvi və digər şeirlər də vardır. Həmin şeirlərin aşağıda verilən başlıqlarından aydın olur ki, Şah Süleymanın (1666-1694) və Şah Sultan Hüseynin (1694-1722) zamanında türkcə məliküş-şüəralıq vəzifəsi də faktiki olaraq bu şairin öhdəsinə düşübmüş: - Qüdrətli, müqəddəs və ulu hökmdar Şah Süleyman əs-Səfəvinin mədhinə həsr edilmiş və onun şərəfli nəzərinə təqdim olunmuş türkcə qəsidə; - Şah Sultan Hüseyn əl-Musəvinin taxta çıxdığı tarixə həsr edilmiş və onun nurlu nəzərinə təqdim olunmuş türkcə qəsidə; - Cənnətməkan hökmdara ərz olunmuş türkcə tərcibənd; - Yüksək əmrə əsasən yazılmış və ərz olunmuş türkcə bayram məsnəvisi; - Şahzadə Sultan Əkbər ibn Övrəngzibin gəlişinə həsr edilmiş və onun mübarək nəzərinə təqdim olunaraq bəyənilmiş türkcə qəzəl.

Turxan Gəncəli: İSFAHANDAKI SƏFƏVİ SARAYINDA TÜRK DİLİNİN MÖVQEYİ

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]