ƏL-ƏLBƏT

нареч. устар. обязательно, непременно. Əl-əlbət gəlin приходите обязательно, əl-əlbət kömək edərəm обязательно помогу, əl-əlbət gözləyəcəyəm обязательно буду ждать
ƏL-ƏL
ƏL-ƏLƏ
OBASTAN VİKİ
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Travmatizm == İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) — Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. == == Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Əl-Alim
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər.
Əl-Axir
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri. Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var.
Əl-Ağeyla
Əl Ağeyla—Kirenaikanın qərbində Sidra körfəzinin cənub ucundakı sahil şəhəri. 1988-ci ildə Əcdəbiyyə rayonunda yerləşirdi; 1995-ci ildə Əcdəbiyyə rayonundan çıxarıldı, lakin 2001-ci ildə yenidən Əcdəbiyyə rayonuna qaytarıldı. Liviya, Kirenaica'nın qərbindəki Sidra körfəzinin cənub ucundakı sahil şəhəridir. 1988-ci ildə Əcdəbiyyə rayonuna yerləşdirildi; 1995-ci ildə Əcdəbiyyə rayonundan çıxarıldı, lakin 2001-ci ildə yenidən Əcdəbiyyə rayonuna qaytarıldı. 2007-ci ildə şəhər, genişlənmiş Əl Vahat rayonuna yerləşdirildi. Şəhər, tarixə ən yaxşı şəkildə Şimali Afrika Kampaniyası zamanı bir neçə dəfə İkinci Dünya Müharibəsi zamanı qızğın döyüşlərin yeri olaraq bilinir.
Əl-Bais
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri. "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.". Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir: (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir: "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
Əl-Baqi
Əl-Baqi (ər. الباقي) — Allahın adlarından biri. "(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir." Kainatın içində olan bütün varlıqların bir sonu vardır. Bir insan doğular, yaşayar və dünyada davam etdirdiyi məhdud ömrün sonunda ölər. Bu son bütün insanlar üçün qaçınılmazdır. İnsanlar kimi bitkilər və heyvanlar aləminin də yox olması qaçınılmazdır. Onlar da doğulduqdan bir müddət sonra bir-bir ölərlər. Məsələn: bir ağac yer üzündə yüz illərlə yaşaya bilər. Lakin ən nəhayət ölməyə məhkumdur.
Əl-Batin
Əl-Batin (ər. الباطن) — Allahın adlarından biri. Mahiyyəti gizli olan, gözlərdən, idrak və duyğulardan əslini gizləmiş və zatı ilə batin olan deməkdir. əl-Batin adı ilə hər şeyin, daxili quruluşuna nüfuz edərək, hər şeyə, hər şeydən yaxın olandır O! Kaaf surəsi (50), 16: "... Və Biz ona şah damarından daha yaxınıq." Fatır surəsi (35), 38: "... Əlbəttə, O, ürəklərdə olanları da bilir." Qəsəs surəsi (28), 69: "Sənin Rəbbin onların sinələrində gizlində də, aşkarda da nə etdiklərini bilir." Mülk surəsi (67), 13 "Sözünüzü gizli saxlasanız da, istər açıq deyin; bilin ki, O, ürəklərdə olanları biləndir." Aləmlərin yaradıcısı əl-də Odur dostlar! Uca Rəbbim, Sən "Əvvəl" sin, Sən "Axır" sin, Sən "Zahir" sin, Sən "Batin" sın. Adlarına sığınaraq, evvelimi, ahırımız, zâhirimi və bâtınımı nurunla nurlandırmanı diləyirəm. Dualarımı qəbul eylə Allahım!
Əl-Battani
Əbu Abdillah Məhəmməd ibn Cabir bin Sinan ər-Rakkı əl-Hərrani (təq. 858, Harran[d], Abbasilər xilafəti – təq. 929[…], Səmərra, Abbasilər xilafəti) — Assur (Suriyalı) astronom. == Həyatı == əl-Battani, Harranın Battan qəsəbəsində doğuldu (859–929). Əsl adı Məhəmməd min Cabir ibn Sinan ər-Rakki el-Harranidir. Əbu Abdullah ləqəbi və Battani adıyla məşhur olmuşdur. Dünyanın gəlmiş keçmiş ən məşhur 20 astronomundan biri qəbul edilir. Battani, elmdəki məqsədini bu əsas üzərinə bina edər: "İnsan, Allahın (cc) varlığını, birliyini, qüdrətini və əsərlərinin mükəmməlliyini başda astronomiya olmaq üzrə, elmlər sayəsində öyrənə bilər. Məsələn bu görünən ulduzlar, üstündə yaşadığımız bu dünya və dünyanın hərəkətləri Allahın (cc) varlıq və birliyinin açıq bir dəlilidir." === Günəş sistemini təsbiti === Battaninin işlərinin hamısı astronomiyayla əlaqədardır. Battani bugünkü Həlbin 160 km şərqində Fərat çayı sahilindəki Rakka şəhərində bir rəsədxana (müşahidə evi) tikmiş; Günəş və Ayın görünər diametrlərində il boyunca meydana gələn dəyişiklikləri ölçmədə, əvvəlki elm adamlarının etdiyi işlərə əlavələr etmiş; Günəş, Ay və planetlərin hərəkətlərini, orbitlərini daha doğru bir şəkildə təyin etməyə çalışmışdır.
Əl-Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010). Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Əl-Beyda
əl-Beyda — xəzərlərin paytaxt şəhəri. Tədqiqatçılar onu İtil şəhəri ilə eyniləşdirirlər.
Əl-Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.)) — İslam alimi. == Həyatı == Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Əl-Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzmşahlar dövləti, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni, Qəznəvilər dövləti) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır.
Əl-Buxari
Buxari və ya tam adı ilə Əbu Abdullah Məhəmməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari (810-869) — tanınmış hədis alimi. == Həyatı == Buxari əslən Səmərqənd Buxara şəhərində anadan olub. Buxari ərəb olub. Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda o, elm öyrənmək istəyi ilə Məkkədə qalır. On səkkiz yaşında "Kitabi Kadyas-Səhabə vət Tabiin" ilə "ət-Tarixül-Kəbir" adlı əsərlərini yazan Buxari elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı.
Əl-Bəb
Əl-Bədi
Əl-Bədi (ər. البديع) — Allahın adlarından biri. Bütün varlıqları, həyat yoldaşı və nümunəsi olmadan, sənətkaranə bir şəkildə yaradan, misilsiz, heyrət verici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir. Səcdə surəsi (32), 7: " Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur. " Bəqərə surəsi (2) , 117 : "O, göyləri və yeri yoxdan var edicisidir və O, bir işin olmasını murad edincə , ona yalnız :" Ol! "Deyər, o da dərhal olar . " Allah (cc), " Mən yer üzündə bir xəlifə yaradacağam " (Bəqərə surəsi (2), 30.) buyurdu və yerləri, göyləri yaratmamışdan əvvəl o, "Ərş" ı sular üzərindəykən , gələcək insanların taleyini yazdı … Sonra Öz nurundan "Ya Məhəmməd ! Sen olmasan Cənnəti yaratmazdım , sən olmasan Cəhənnəmi yaratmazdım , sən olmasan dünyanı yaratmazdım !" (Üsulu -i Hədisi və qanunvericilik — ı Aliyyü'l — Kari Tərcüməsi, Əhməd Serdaroğlu , shf. 99.) buyurduğu Sevgili Peyğəmbərimizin nurunu yaratdı. O "nur " ilə " eşq" üfürüləcəkdir aləmlərə dostlar ; eşq üfürüləcəkdir.
Əl-Bəlazuri
Əl-Bəlazuri (ərəb. اأحمد بن يحيى بن جابر البلاذري‎) Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri — IX əsr tarixçisi. Doğum ili 2-ci h.q yeri isə Bağdad, 892-ci ildə vəfat etmişdir. ikinci h.q əsrinin coğrafiya və tarixçilərindənidi ki Bağdadda yaşayıb Farsca kitabların Süryanicəyə çevirirdi. Yaquty Həməvi ondan çoxlu təriflər etmişdir. == Ad və soy == Onun nəsli və ataları bəlli deyil. Bəlazuri adı deyilməsinində səbəbi onun Bəlazur içib xəstə olmağından qaynaqlanır. Bəlazur adı hindustanda təbabətdə istifadə edilən bir meyvənin adıdır. == Kitabları == Ənsabül Əşraf Fütuhul Büldan Əhdi Ərdəşir Kitabül Əxbar === Fütuhul Büldan === Bu kitab peyğəmbər zamanından sonrakı savaşların tarixi kitabıdır və o, savaşları şəhər-şəhərə bəyan etmişdir. eləbil!
Əl-Bəri
Əl-Bəri (ər. البارئ) — Allahın adlarından biri. O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr Surəsi, 24) Yaşadığımız kainat ilə əlaqədar hər şeydə bir tarazlıq və ahəngə rast gələrik. Xüsusilə elm sahəsində yeni inkişaflar yazılıb bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca, bu tarazlıq və ahəng daha da dəqiqləşməkdədir. Görünən odur ki, kainat üzərində var olan hər sistem Üstün Bir Ağlın dizaynıdır. Bu Üstün Ağlın Sahibi, hər şeyi heyrət ediləcək bir nizam içində var etmişdir.
Əl-Bərr
Əl-Bərr (ər. البَرّ) — Allahın adlarından biri. Bütün yaxşılıq və gözəlliklərin sahibi, qullarına qarşı hədiyyə və ehsanı çox olan, yaxşılığın, vəfanın, gözəlliyin və ehsanın tək qaynağı deməkdir. İbn Abbasdan nəql edildiyinə görə, Rəsulullah (s) Allah-taaladan rəvayət etdiyi bir hədisdə belə buyurdu: "Allah-taala yaxşılıq və pislikləri təqdir edib yazdıqdan sonra bunların yaxşı və pis oluşunu belə açıqladı: Kim bir yaxşılıq etmək istər də edə bilməzsə, Cənabı Haqq bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq qeyd edir. Əgər bir kimsə yaxşılıq etmək istər sonra da onu etsə, Cənabi-Haqq o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artıqlamasıyla yazar. Kim bir pislik etmək istər amma imtina etsə, Cənabi-Haqq bunu mükəmməl bir yaxşılıq olaraq qeyd edir. Əgər insan bir pislik etmək istər sonra da onu etsə, Cənabi-Haqq o pisliyi yalnız bir günah olaraq yazar. " Bərr sözü, ərəbcə "birr" kökündən törəyir və itaətkar, vəfalı və xeyirxah mənasını verir. Bu söz Qurani-Kərimdə insanın qazanması istənilən bir xüsusiyyət olaraq istifadə edilir. Çünki əl- Bərr olan Yaradan, qullarının " birr " e çataraq özlərini aşmalarını , təmizlənib , yücelmelerini istər dostlar.
Əl-Bəsir
Əl-Bəsir (ər. البصير) — Allahın adlarından biri. Hər şeyi görən . Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk Surəsi, 19) İnsanın görmə tutumu şübhəsiz çox məhduddur. Çılpaq gözlə görə biləcəyi məsafə ən çox bir neçə kilometr kənarıdır. Üstəlik bu da ancaq açıq bir havada, yüksək bir yerdən baxırsa mümkün olar. Ancaq şərtlər nə qədər uyğun olsa da görə bildiyi ən uzaq yer/yeyər onun üçün puslu bir görünüşdən başqa bir şey deyil.
Əl-Bəsit
Əl-Bəsit (ər. الباسط) — Allahın adlarından biri. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə Surəsi, 245) Allah, Özünə iman edən, ürəkdən itaət edən kəslərə dünyada maddi və mənəvi bolluq, genişlik verər. Onların qarşılarındakı çətinlikləri açar. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıqda və xəstəlikdə yalnız Allaha sığınarlar və Onu vəkil əldə edərlər. Bunun bir qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırar. Bu mövzuda Quranda verilmiş bir çox nümunə vardır.

Digər lüğətlərdə