ƏLİBOŞ


1. sif. Yoxsul, heç bir şeyi olmayan; fəqir. Əliboş adam.
// Əlində heç bir şey olmayan, heç bir şeysiz.
Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi? S.Rəhimov.

2. zərf Əlində heç bir şey olmadan, özü ilə heç bir şey götürmədən. Əliboş evə gedə bilmərəm. Xəstənin yanına əliboş getmək yaxşı deyil.
– Allahverdi Nəbinin yanına əliboş getmir. Qaçaq Nəbi”.
Züleyxanın əliboş olduğunu görcək anası anladı ki, qonşularda da yeməli bir şey tapılmamışdır. T.Ş.Simurq.

// məc. bax əliyalın. Canavarlara qarşı əliboş çıxmaq.
// Heç bir ov ələ keçirmədən. Ovdan əliboş qayıtmaq.
3. zərf İşsiz, bikar. Əliboş qalmaq.
□ Əliboş gəzmək – boş-boş gəzmək, avara-avara gəzmək; veyillənmək.

Синонимы

  • ƏLİBOŞ işsiz — bikar
  • ƏLİBOŞ yoxsul — fəqir

Антонимы

  • ƏLİBOŞ ƏLİBOŞ – ƏLİDOLU Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram (S
ƏLİBAĞLI
ƏLİBOŞLUQ

Значение слова в других словарях