1. sif. Yoxsul, heç bir şeyi olmayan; fəqir. Əliboş adam.
// Əlində heç bir şey olmayan, heç bir şeysiz.
2. zərf Əlində heç bir şey olmadan, özü ilə heç bir şey götürmədən. Əliboş evə gedə bilmərəm. Xəstənin yanına əliboş getmək yaxşı deyil.
// məc. bax əliyalın. Canavarlara qarşı əliboş çıxmaq.
// Heç bir ov ələ keçirmədən. Ovdan əliboş qayıtmaq.
3. zərf İşsiz, bikar. Əliboş qalmaq.
□ Əliboş gəzmək – boş-boş gəzmək, avara-avara gəzmək; veyillənmək.