ƏNVARFİŞAN
ƏNVƏTƏN
OBASTAN VİKİ
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Xayril Ənvər
Xayril Ənvər həmçinin Xairil Ənvər (26.07.1922-ci il Medan, 28.04.1949-cu il Cakarta) — indoneziyalı şair və tərcüməçi olmuşdur. "45-ci il nəslinin" lideri idi. O, İndoneziya dilini rəsmidən qeyri-rəsmi danışıq dili ilə əvəz etmişdir. Medanda anadan olub və orada orta məktəbi bitirib. 1940-cı ildə Cakartaya gəlir. Şair Cakartada xəstəxanada bilinməyən xəstəlikdən rəhmətə gedir. Cakartada Karet Bivak qəbirsanlığında basdırılır. HB Jassin qeyd edir ki, 1943-cü ildə sonuncu şeirini Pandji Pustaka'ya təqdim edərkən Ənvərın ilk təəssüratı "nazik, solğun və görünməmiş görüntü" idi. Onun gözləri "qırmızı, bir qədər çılpaq daha doğrusu boş idi, lakin həmişə bu gözlər düşüncə içində itirdi. Bəziləri bunu "sadəcə qayğıya ehtiyacı olduğu" kimi qələmə verirdilər.
Şezana Ənvər
Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı. Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.
Ənvər Abbasov
Ənvər Abbasov (2 iyun 1985, Ağdam rayonu) — rejissor, aktyor, ssenarist, redaktor. Ənvər Abbasov 2009-cu ildən fəaliyyət göstərən Bacanaqlar komediyasının ssenari müəlliflərindən biri olmuşdur. 2015-ci ildən isə filmdən ayrılmışdır, filmin ssenarisini Ramin Hacıyev, Tərlan-Nur Yaşar yazmışdır. İlk dəfə Emil Abdullayevin rejissorluq etdiyi My Name is İntiqam filmi 2014-cü ildə çəkilmişdir. Bu filmin ssenarisini Fariz Əliyev, Ənvər Abbasov, qələmə almışdır. 2015-ci ildə isə filmin 2 ci hissəsi çəkilmişdir. Bu filmi İlham Yaşaroğlu çəkmişdir. Bu filmdə ssenari 4 insanın qələmindən keçmişdir: İlham Yaşaroğlu, Fariz Əliyev, Ənvər Abbasov. 2015 ci ildə isə Kənan Mahmudovun rejissorluq etdiyi Ay Brilliant komediyasının ssenari müəllifi olmuşdur. 2014 cü ildə "Qız Atası" komediyasının redaktoru və ssenari müəllifidir.
Ənvər Abican
Ənvər Abican (Abicanov) (əsl adı Ənvərcan Obitcanov; 25 yanvar 1947, Fərqanə – 11 aprel 2020, Daşkənd) — Özbəkistan-sovet jurnalisti, şairi, fantastika yazıçısı. 1998-ci ildə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür. 2020-ci ildə vəfat etmişdir. Аламазон и его пехота: Фантастическая повесть (60000 nüs.). Ташкент: Ёш гвардия. Пер. с узб. О. Ипатова. 1984. Грозный Мешпалван: Сказки, приключения, фантастика (75000 nüs.).
Ənvər Almaszadə
Ənvər Hacağa oğlu Almaszadə (27 avqust 1918, Bakı – 6 mart 2007, Bakı) — Azərbaycanın teatr rəssamı, qrafik, Azərbaycan SSR əməkdar rəssamı (1964). Ənvər Almaszadə 27 avqust 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildən rəssam kimi fəaliyyət göstərmiş AOBT-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına və "Leyli və Məсnun" operasına tərtibat vermiş, geyim eskizləri hazırlamışdır. 29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar rəssamı fəxri adı ilə təltif olunub. Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qəmər Almaszadənin qardaşıdır.
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Ənvər Nəciyev
Ənvər İbrahimov
Ənvər İbrahimov (15 iyul 1931; Xanlar rayonu, Azərbaycan SSR – ?) — azərbaycanlı üzümçü, Sosialist Əməyi Qəhrəmanı (1951). Ənvər İbrahimov 1931-ci il iyulun 15-də Azərbaycan SSR Xanlar rayonunun Şəmşədin kəndində anadan olub (hal-hazırda bu kənd yoxdur). 1944-cü ildən Xanlar rayonundakı Azərbaycan üzümçülük sovxozunda fəhlə, rəhbər və 1958-ci ildən yenidən fəhlə işləyib. 1950-ci ildə 6,3 hektar sahədən hər hektardan 166,6 sentner üzüm məhsulu alıb. SSRİ Ali Soveti Rəyasət Heyətinin 3 sentyabr 1951-ci il tarixli fərmanı ilə 1950-ci ildə yüksək üzüm məhsulu əldə etdiyinə görə İbrahimov Ənvər Qəmbər oğlu Lenin ordeni və "Oraq və Çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Ənvər İbrahimovun adına Qobu qəsəbəsində 2 №-li tam orta məktəb yerləşir.
Ənvər Arazov
Ənvər Talış oğlu Arazov (2 dekabr 1953, Kirovabad – 2 noyabr 1992, Sırxavənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı. Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib.
Ənvər Bariyev
Ənvər Rza oğlu Barıyev (2 oktyabr 1964, Əli-Bayramlı) 2 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuşdur. O, 1985-ci ildə SSRİ DİN-in Lvovdakı yanğınsöndürmə üzrə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra Minskdə yanğından mühafizə şöbəsində mühəndis, daha sonra Belorusiya SSR DİN yanğından mühafizə İdarəsində mühəndis işləmişdir. Ənvər müəllim 1991-ci ildə keçmiş SSR DİN-in Ali Mühəndis Yanğınsöndürmə Texniki Məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1991-1996-cı illərdə Belorusiya DİN Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsinin Respublika Praktiki Mərkəzində baş elmi işçi, sonra rəis müavini işləmişdir. 1996-cı ildə ona böyük etimad göstərilir. Ə. Bariyev MDB üzrə Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsi rəisinin 1-ci müavini təyin olunur. 2000-ci ildə Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasını əla qiymətlərlə bitirən istedadlı həmyerlimiz Belorusiya Respublikası fövqəladə hallar nazirinin 1-ci müavini təyin edilir. O, 29 dekabr 2004-cü ildə isə fövqəladə hallar naziri vəzifəsini icra edir. Ə. Bariyev 22 mart 2005-ci ildən - 2011-ci ilə kimi Belorusiya fövqəladə hallar naziri işləmişdir.
Ənvər Bayramov
Ənvər Rza oğlu Bayramov (15 avqust 1939, Kiçik Məzrə, Basarkeçər rayonu – 30 mart 2015, Gəncə) — Azərbaycan Texnologiya Universiteti mexanika kafedrasının professoru. Ənvər Bayramov 15 avqust 1939-cu ildə Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Atası İsmayılov Rza Bayram oğlu 1941-ci ildə Boyük Vətən Müharibəsinə getmiş və 25 yaşında həlak olmuşdur. Anası İsmayılova Sura Hüseyn qızı 23 yaşında dul qalaraq iki övladını böyütmüş, 1980-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Ə. Bayramov 1947-ci ildə Basarkeçər rayon Balaməzrə kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1952-ci ildə Ə. Bayramovun ailəsi başqa qohum-əqrabaları ilə birlikdə Azərbaycan SSR-in Tərtər rayonuna deportasiya olunub və o təhsilini Tərtər rayon Cəmilli kənd orta məktəbində davam etdirib və 1957-ci ildə həmin məktəbi bitirib. 1958-ci ildə Ə. Bayramov Nuxa toxuculuq texnikumuna qəbul olunaraq həmin texnikumu 1961-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1961-ci ildə Daşkənd Toxuculuq Institutunun mexanika fakültəsinə daxil olur. O, əyani şöbədə əla qiymətlərlə oxumaqla yanaşı 1961-1966-cı illərdə «Узбекхлопкомаш» zavodunda frezerçi, institutun qrafika kafedrasında baş laborant, təchizatçı, «Таджиктекстильмаш» zavodunda mühəndis-konstruktor vəzifələrində işləmişdi. İnstitutun rektoru akademik M.A.Xadjinova Nuxa ipək kombinatına Bayramov Ənvərin nümunəvi tələbə olması haqda razılıq məktubu yazmışdı və həmin məktub Nuxa şəhərinin "İpəkçi" qəzetində dərc olunmuşdu.
Ənvər Behbudov
Ənvər Məcid oğlu Behbudov (20 mart 1912, Şuşa – 18 mart 1993, Moskva) — RSFSR xalq artisti (1965), rejissor, bədii rəhbər. Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmiş (1942), Ulyanovsk (1944–1946), Xabarovsk (1946–1948), Novosibirsk (1948–1954) teatrlarında rejissor və bədii rəhbər olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan, 1954–1959) və M. Qorki adına Dram Teatrında (Rostov, 1959–1964) baş rejissor işləmişdir. "Tüfəngli adam" (N. Poqodin), "Oyanmış torpaq" (M. Şoloxov), "Ölü canlar" (N. Qoqol), "Məhəbbət haqqında 104 səhifə" (E. Radzinski) və s. tamaşaların quruluşunu vermişdir. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor işləmiş, "Koroğlu" operasını tamaşaya qoymuşdur. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada "Altı iyul" (1970, M. Şatrov), "Kənar adam" (1972, M. Dvoretski), "Öz yolunla" (1973, R. İbrahimbəјov), "Sən yanmasan" (1974, N. Xəzri), "Ötən yay Çulimskdə" (1975, A. Vampilov), "Bir iflasın protokolu" (1976, A. Gelman) və s. əsərləri tamaşaya qoymuşdur. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmişdir.
Ənvər Bikçentayev
Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; başq. Әнүәр Һаҙый улы Бикчәнтәев; d. 4 oktyabr 1913, Ufa – 18 may 1989, Ufa) — başqırd sovet yazıçısı. 4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür. 1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur. 1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir. 1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir.
Ənvər Fərəcov
Ənvər Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.
Ənvər Hümbətov
Ənvər Oruc oğlu Hümbətov (1 yanvar 1950, Məscidli Görarxı, Marneuli rayonu – 4 iyul 1993, Abxaziya) — leytenant, Abxaziya müharibəsi iştirakçısı. "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunub. Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Texniki Universitetinin Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirmişdir. Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. Təhsilini başa vurduqdan sonra sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. Fatma Xasiyeva ilə ailə həyatı qurmuş və Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir. Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırdı. 1992-ci ilin sonlarında Abxaz separatçılarının fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanmışdır. O, döyüşlərin ən qızğın olduğu — Oçamçira, Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşmüşdür.
Ənvər Hüseynov
Ənvər Məhərrəm oğlu Hüseynov — Culfa Rayon Partiya Komitəsinin birinci katibi. Ənvər Hüseynov 28 avqust 1948-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində anadan olmuşdur. Ənvər Hüseynov AR Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdir. Sonradan Şahbuz rayon kommunist partiyasında 2-ci katib, Naxçıvan şəhər Komsomol komitəsində katib, Naxçıvan Peşə Təhsil Komitəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziri, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri, Naxçıvan MR Həmkərlar İttifaqının sədri, Culfa Rayon Partiya Komitəsində 1-ci katib və başqa vəzifələrdə işləmişdir. Naxçıvan MR Ali Məclisinin deputatı olmuş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Ənvər Hüseynov 21 sentyabr 1993-cü ildə vəfat etmişdir.
Ənvər Həmidov
Ənvər Həmidov (geoloq)
Ənvər Həsənov
Həsənov Ənvər Cəfər oğlu (17 avqust 1950, Bakı) — Azərbaycan aktyoru, rejissor, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçir. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır. Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilməyə başlamışdır. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaratmışdır. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol almışdır.
Ənvər Mansurov
Ənvər Mansurov (tarzən) — Azərbaycan tarzəni.
Ənvər Məlikov
Ənvər Soltan oğlu Məlikov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1978–1982), Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı. Ənvər Soltan oğlu Məlikov 1937-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Ümumittifaq Toxuculuq və Yüngül Sənaye İnstitutunu bitirmişdir. 1956-cı ildən komvol kombinatı əyirici fabrikinin fəhləsi, növbə ustası, texniki nəzarət şöbəsinin rəisi, mühəndisi, sahə rəisi, fabrikin rəisi, kombinatın baş mühəndisi olmuşdur. Bakı zərif mahud kombinatının, sonra isə komvol kombinatının direktoru, Bakı Komvol-Mahud İstehsalat Birliyinin direktoru vəzifələrində işləmişdir. 1977-ci ildə Azərbaycan SSR yüngül sənaye nazirinin müavini, 1978-ci ildə isə yüngül sənaye naziri təyin edilmişdir. Ənvər Məlikov 1965-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin IX və X çağırış deputatı olmuşdur.
Ənvər Məmmədov
Ənvər Məmmədov (tam adı: Ənvər Nazim oğlu Məmmədov, rus. Энвер Назимович Мамедов; 15 avqust 1923, Bakı – 7 sentyabr 2023, Moskva) — Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini (1962–1985). 1923-cü il 15 avqust tarixində Bakı şəhərində müəllim ailəsində dünyaya gəlmişdir. Atası, Məmmədov Nazim Rauf oğlu həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdir. Ölümündən sonra bəraət almışdır. Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyirdi. Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır. Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlamış, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunmuşdur. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunmuşdur. Bundan sonra Bakıya qayıtmış və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilmişdir.
Ənvər Məmmədxanlı
Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay – 19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987). Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926–1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936–1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir.
Ənvər Məmmədyarov
Məmmədyarov Ənvər Əhməd oğlu (1 iyul 1942, Genlik, Zəngilan rayonu – 28 aprel 2019, Bakı) — dövlət xadimi, MTN Polkovniki, Azərbaycan Respublikası Milli Məclisin deputatı. Ənvər Məmmədyarov 1942-ci ildə Zəngilan rayonunun Genlık kəndində anadan olmuşdur. 1967-ci ildə ADU- nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Zəngilan rayonunda "Kənd həyatı" qəzetinin redaksiyasında işə başlamışdır. "Azəraycan gəncləri" qəzetində "110 yol ayrıcında", "Kəhrəba zəmi" və s. kimi oçerkləri dərc edilmişdir. 1967-ci il 27 Noyabırda Azərbaycan Respublikası DTK-nın sədri cənab Heydər Əliyev tərəfindən Zəngilan rayon şöbəsinə əməliyyat müvəkkili təyin edilmişdir, 1975-ci ildə Zəngilan-Qubadlı, 1978–1987-ci illərdə Şamaxı (Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay, Zərdab və Ucar rayonlarını özündə birləşdirən regional şöbə), 1987-ci ildə Sabunçu, 1992–1993-cü illərdə Quba, Qusar rayon DTX şöbələrinin rəisi vəzifəsində işləmişdir. 1993-cü ildə MT orqanlarından təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində MT orqanlarında çoxsaylı milli kadrlar hazirlamışdır. Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, orden və medallarla təltif olunmuşdur: 1. Milli Təhlükəsizlik orqanları veteranı 2.
Ənvər Nəhmədov
Ənvər Nəhmədov (Nəhmədov Ənvər Pirverdi oğlu; d. 24.08.1959, Bakı şəhəri, Azərbaycan SSR) — Fizika elmləri doktoru, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017) Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. 1. E. Nakhmedov, S. Mammadova, and O. Alekperov, “Topolojical superconductivity and the fractional Josephson effect in quasi-one dimensional üires on a plane”, JETP Lett. 103, 18 (2016). 2. V. M. Aliev, O. Alekperov, and E. Nakhmedov, “Superconducting and normal state properties of CdBa 2 Cu 3O 7-δ crystal” , Phys. Rev. B, 89, (2014). 3.
2000-2010 seçmələri (Ənvər Sadıqov, albom)
2000-2010 seçmələri (Ənvər Sadıqov albomu)
2010-2015 seçmələri (Ənvər Sadıqov albomu
2010-2015 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun üçüncü studiya albomu. Alboma 17 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ramiz Mirişli, Elza İbrahimova, Süleyman Ələsgərov, Telman Hacıyev, Tofiq Quliyev, Rafiq Babayev, Adil Bəbirov, Elçin İmanov və Emin Sabitoğlu kimi bəstəkarların əsərləri yer almışdır.
2010-2015 seçmələri (Ənvər Sadıqov albomu)
2010-2015 seçmələri – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun üçüncü studiya albomu. Alboma 17 musiqi nömrəsi daxildir. == Albom haqqında == Albomda xalq rəqslərindən tutmuş, Ramiz Mirişli, Elza İbrahimova, Süleyman Ələsgərov, Telman Hacıyev, Tofiq Quliyev, Rafiq Babayev, Adil Bəbirov, Elçin İmanov və Emin Sabitoğlu kimi bəstəkarların əsərləri yer almışdır.
Hacı Ənvər Vəliyev
Vəliyev Ənvər Əliyulla oglu (14 may 1945, Bakı – 23 may 2023) — Azərbaycan aktyoru, qiraət ustası, Azərbaycan Respublikasının Əməkdar müəllimi. == Həyatı == Ənvər Vəliyev 14 may 1945-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş. 1951-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbə daxil olub 1960-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnistutuna Dram-Kino fakültəsi üzrə daxil olmuş və 1973-cü ildə həmin inisitutunu bitirmişdir. Elə həmin ildən uzun illər həmin universitetdə saxlanılaraq müəllim kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti idi. 2023-cü ilin mayında vəfat etmişdir.
İlham Ənvəroğlu
İlham Ənvəroğlu ( Əhmədov İlham Ənvər oğlu; d.1975 - Azərbaycan SSR, Ağcabədi şəhəri) - Türkiyədə çalışan tanınmış azərbaycanlı rəssam,dizayner,sənətşünas alim,Səlcuq Universitetinin professoru İlham Ənvər oğlu Əhmədov 27 may 1970-ci ildə Ağcabədi şəhərində şair, filoloq alim Ənvər Əhmədin ailəsində anadan olmuşdur. Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə aldıqdan sonra 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olmuşdur.1998-ci ildə Türkiyədə Konya şəhərində Səlcuq Universitetində incəsənət fakültəsində təhsil işçisi olaraq çalışmışdır.2000-ci ildə Səlcuq Universiteti İctimai Elmlər İnstitutunda “rəsm təhsili fundamental elm sahəsi” üzrə magistr adını qazanmışdır. Səlcuq Universiteti incəsənət fakültəsində müəllim olaraq fəaliyyətə başlamışdır.Hazırda Türkiyədə Konya şəhərində Səlcuq Universitetində dosent olmaqla Gözəl sənətlər (incəsənət) fakültəsində "endüstri ürünləri tasarım bölümü"nün başkanıdır (sənaye məhsulları dizaynı kafedrasının müdiridir). Rəssam İlham Ənvəroğlu 50-dən çox milli və beynəlxalq sərgilərdə iştirak etmişdir. Bakıda (1995), Konyada (1996, 1997, 1999, 2003, 2005, 2007), Adanada (2006), Bodrumda (2008, 2010), İstanbulda (2009, 2010), Ankarada (2001, 2002, 2003, 2007), Eskişehirdə (2010), Samsunda (2000), Malatyada (2005, 2006), Kayseridə (2006) və Bursada (2007) fərdi sərgiləri rəssamın əsərləri uğurla nümayiş etdirilmişdir.2006-cı ildə 67-ci Dövlət rəsm və heykəl sərgisində, 2008-ci ildə “Kempinski sənət günləri” sərgisində birincilik mükafatına layiq görülmüşdür. İ.Ənvəroğlu 2010-cu ildə Balaton – Szalon Kiçikhəcmli işlər Biennalında böyük mükafatla təltif olunmuşdu. UNESCO Beynəlxalq Plastik Sənətlər Assosiasiyasının (AİAP ) üzvüdür.İ.Ənvəroğlu “Aman ovçu”, “Şaman”, “Kutsal şehirler”, Cənnət quşu” və digər məşhur əsərlərin müəlifidir. Həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən mərasimdə rəssamın 30 işi nümayiş etdirilib Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi olub.
Şeyx Ənvər ül-Haqq
Şeyx Ənvər ül-Haqq (11 may 1917, Calandhar[d], Britaniya Hindistanı – 3 mart 1995, Lahor) — 23 sentyabr 1977-ci il tarixindən 25 mart 1981-ci il tarixinə kimi (istefaya qədər) Pakistanın 9-cu Baş hüquqşünas vəzifəsini icra edən Pakistan hüquqşünası və akademik. O, Lahordakı Pəncab Universitetində iqtisadçı olaraq təhsil almış, 1944-cü ildə Britaniya Hindistanında bələdiyyə idarəçiliyinə rəhbərlik etmək üçün təyin edilmiş bir məmur olaraq Hindistan Dövlət Xidmətinin məmuru olaraq çalışmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində Pakistanın müstəqillik qazandı.Sonradan o, 1957-ci ildə Sind Ali Məhkəməsinin hakimi olaraq yüksəldildi. 1962-ci ildə Ali Məhkəmədə vəzifə almaq üçün namizəd oldu və 1971-ci ildə Pakistan Ali Məhkəməsinin baş hakimi vəzifəsinə təyin olunmadan əvvəl 1970-ci ildə Lahor Ali Məhkəməsinin baş hakimi təyin edildi.
Şəhid Ənvər Paşa (roman)
Şəhid Ənvər Paşa (türk. Şehit Enver Paşa) — Nevzat Kösoğlunun Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər Paşadan bəhs edən son kitabı. Nevzat Kösoğlunun son kitabı olan “Şəhid Ənvər Paşa” ilk dəfə 2008-ci ildə “Ötükən” nəşriyyatında işıq üzü görüb. 2019-cu ilə qədər 7 dəfə təkrar nəşr olunub. Əsər Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış türk hərbçisi və siyasi xadim Ənvər Paşanın həyat və fəaliyyətinə həsr olunub. Kitab müəllifin uzun müddət davam edən araşdırmaları nəticəsində ərsəyə gəlib, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Osmanlının tənəzzülü də təşəkkülü kimi bir dastandır. Tənəzzülün qəhrəmanları olan nəslin bayraqdarı Ənvər Paşadır. Onların varlığı ilə imperiyanın tənəzzülünü birlikdə düşünmək çaşdırıcıdır və haqsızlıq kimi görünər. Onların ürəkləri dağ kimi idi; xəyalları da həmçinin...
Əli Ənvəri-Əbivərdi
Ənvəri, Əvhədəddin Əli ibn Məhəmməd Haravani (Farsca: انوری اوحد الدین علی ابن محمد) (1126 və ya təq. 1116, Əbivərd – 1190 və ya təq. 1189, Bəlx, Bəlx vilayəti) — İran şairi. Ənvəri 1126-cı ildə Əbivərddə anadan olmuşdu. Tusda mükəmməl mədrəsə təhsili almışdı. Mühəmməd Vakidi (740–823) xəlifə Ömərin zamanında, təqribən 638–639-cu illərdə ərəb ordusunun Ərməniyyəni (Van gölü və ətrafı) fəthi zamanı Ərciş (Van) gölü yaxınlığında yaşayan xristian oğuzlardan və onların məleykəsi Turunc xatundan və onun islamı qəbul etməsindən söhbət açır. Eyni hadisə Ənvərinin yeganə nüsxəsi Paris Milli Kitabxanasında qorunan "Düsturnamə" əsərində də yer almaqdadır. Ənvəri eyni zamanda həmin bölgədə yaşayan oğuzların Oğuz Tümən adlı başçısını da yad edir. Məşhur şair Ənvəri Bəlx şəhərində gəzişərkən görür ki, camaat bir nəfərin başına toplaşıb dinləyir. Bir az qulaq asandan sonra Ənvəriyə aydın olur ki, həmin adam onun şerlərini öz adına çıxıb oxuyur.
Ənvər Abbasov (aktyor)
Ənvər Abbasov (2 iyun 1985, Ağdam rayonu) — rejissor, aktyor, ssenarist, redaktor. Ənvər Abbasov 2009-cu ildən fəaliyyət göstərən Bacanaqlar komediyasının ssenari müəlliflərindən biri olmuşdur. 2015-ci ildən isə filmdən ayrılmışdır, filmin ssenarisini Ramin Hacıyev, Tərlan-Nur Yaşar yazmışdır. İlk dəfə Emil Abdullayevin rejissorluq etdiyi My Name is İntiqam filmi 2014-cü ildə çəkilmişdir. Bu filmin ssenarisini Fariz Əliyev, Ənvər Abbasov, qələmə almışdır. 2015-ci ildə isə filmin 2 ci hissəsi çəkilmişdir. Bu filmi İlham Yaşaroğlu çəkmişdir. Bu filmdə ssenari 4 insanın qələmindən keçmişdir: İlham Yaşaroğlu, Fariz Əliyev, Ənvər Abbasov. 2015 ci ildə isə Kənan Mahmudovun rejissorluq etdiyi Ay Brilliant komediyasının ssenari müəllifi olmuşdur. 2014 cü ildə "Qız Atası" komediyasının redaktoru və ssenari müəllifidir.
Ənvər Abbasov (alim)
Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir.
Ənvər Abbasov (pedaqoq)
Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir.
Ənvər Əliyev (leytenant)
Ənvər Əliyev (siyasətçi)
Ənvər Abbas oğlu Əliyev (25 yanvar 1951, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. Ənvər Abbas oğlu Əliyev 25 yanvar 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdır. Ənvər Əliyev aqrar elmlər üzrə fəlsəfə doktoru və dosentdir. O, hal-hazırda AMEA Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi daşımaqdadır. Ənvər Əliyev Meydan Hərəkatının fəallarından və təşkilatçılarından biri olmuşdur. Ənvər Əliyev 26 sentyabr 1992-ci il tarixində yaradılan Vətəndaş Həmrəyliyi Partiyasının təsisçilərindən və partiya Ali Məclisinin ilk üzvlərindən biri olmuşdur. Ənvər Əliyev 2002-ci ildən üzvü kimi fəaliyyət göstərdiyi üçün partiya sıralarından istefa vermişdir. Ənvər Əliyev 28 iyun 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir. Ənvər Əliyev 13 iyun 2003-cü il tarixində növbəti dəfə Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatı ilə Mərkəzi Seçki Komissiyası üzvlüyünə seçilmişdir.
Ənvər Abbasov (dəqiqləşdirmə)
Ənvər Abbasov (pedaqoq)
Ənvər Süleyman oğlu Köçərli
Ənvər Süleyman oğlu Köçərli — biologiya elmləri namizədi (1966), Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru (1971-1982), Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri (1982-1989), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparıcı elmi işçi–ekspert (1989-2008). Ənvər Süleyman oğlu Köçərli 1934-cü il yanvar ayının 10-da Gədəbəy rayonunun İsalı kəndində doğulub. 1952-ci ildə Bakı Feldşerlik Texnikumunu, 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1959-cu ildən 1964-cü ilə qədər Gədəbəy və Masallı rayonlarında fəaliyyət göstərmiş, əldə etdiyi nəzəri bilikləri təcrübəyə tətbiq etmişdir. O, 1963-cü ildə Azərbaycan EA Zoologiya İnstitutunun aspiranturasına daxil olub. 1966-cı ildə dissertasiya müdafiə edərək biologiya elmlər namizədi elmi adı almışdır. Qafqazda miqyasına görə ən böyük və ixtisaslaıdırılmış Mərdəkan Quşçuluq Fabrikinin yaradılması Ənvər Köçərlinin rəhbərliyi altında qısa müddətdə uğurla yerinə yetirilmişdir. 1971-1982-ci illərdə Eksperimental Kolbasa-Konserv Zavodunun direktoru vəzifəsində işləmişdir. Dövlət tərəfindən orden, diplom və fəxri fərmanlarla təltif edilmişdir. 1982-1989-cu illərdə Elmi tədqiqat institutunda baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Значение слова в других словарях