Yetişmək, çatmaq mənasını verən ermək feili var. Ərgən həmin feildən əmələ gəlib, mənası yetişmiş deməkdir. Oğlana da, qıza da ərgən deyirik. Deməli, söz ər (kişi, oğlan) kəlməsi ilə bağlı ola bilməz. Ata malı qardaşlar arasında bölünərkən hələ arvad almamış qardaşa əlavə pay verilirmiş. Buna “ərgənlik” deyiblər. Quzuqulağı, xımı, turşəng (əsli farsca türşək) kimi yeməli bitkilərin gövdəsi bərkiyəndə erkəkləyib deyirlər. Bu da yetişmək, vaxtı ötmək anlamı ilə bağlıdır. Qaqauz dilində ərgən əvəzinə, yergin işlədilir. Görünür, sözün əsli yetişmək feili ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)