Gecə əsnasında
== Filmin məzmunu ==
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.