Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Cəfəri (əqidə)
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Əqidə Manizadə
Əqidə Manizadə — ABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi. Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib. Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur. Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb. 2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir. Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.
Əqidə Ələkbərova
Ələkbərova Əqidə Məmməd qızı — sənətşünaslıq elmləri namizədi (1994), Azərbaycanın əməkdar incəsənət xadimi (1999), dosent (2001) Əqidə Ələkbərova 1955-ci il aprelin 25-də anadan olub. Köçəri yallısı. Etnomusiqi təhlili. AEA-nın Fizika İnstitutu. B., 1995 Yallıların musiqi yozumu. "Elm və həyat" jurnalı, №12, 1995 "Kitabi - Dədə Qorqud"un musiqi yozumuna dair. "Elmi əsərlər" e/m toplusu /xüsusi buraxılış/ Nax.DU, "Qeyrət", №2, 1998 Ərtoğrul Cavid –Azərbaycanın elm xadimidir. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №4, 1999 Yallı sənəti və onun Gəmiqaya rəsmləri ilə bağlılığı. "Qobustan" jurnalı, №2, 1999 Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında rolu. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №7, 2000 Этапы развития музыкальной культуры Нахичеванской автономной республики.
On iki imam şiəliyi (əqidə)
On iki imam şiəliyi və ya İsna əşəriyyə (ərəb. اثنا عشرية‎) — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər Ələvilik, On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
DQİDK
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi — Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı. == Komitənin tarixi == Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. === Dini sahə ilə bağlı statistik rəqəmlər === Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 994 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Əminə
Əminə (ərəb. أمينة‎) — qadınlara verilmiş bir ərəbcə addır.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Bəqdidə
Bəqdidə və ya Bet-Xudidə (süry. ܒܝܬ ܟܘܕܝܕܐ; ərəb. بغديدا‎ və ya ərəb. بخديدا‎), həmçinin Qaraquş (süry. ܩܪܩܘ݂ܫ) və ya Əl-Həmdaniyyə adlanır — İraqın Neynəvə mühafəzəsində şəhər. Əhalisi aysorlardan ibarətdir. Mosul şəhərindən təxminən 32 kilometr (20 mil) cənub-şərqdə və Ərbilin 60 kilometr (37 mil) qərbində yerləşir. Qədim Assuriya şəhərləri Nimrud və Nineviyanın xarabalıqlarına yaxındır. 6 avqust 2014-cü ildə İŞİD-in işğalından sonra onun bütün aysor sakinləri Kürdüstan regionuna qaçmalı olmuşdular. Şəhər 19 oktyabr 2016-cı il tarixinə qədər İŞİD-in nəzarətində qalmış, Mosul döyüşünün bir hissəsi kimi azad edilmiş, sonra isə sakinlər geri qayıtmağa başlamışdır.
Egid Kvirin Azam
Egid Kvirin Azam (alm. Egid Quirin Asam‎; 1692[…], Tegernze[d] – 29 aprel 1750[…], Manhaym) — Almaniya suvaqçısı, heykəltəraşı və interyer dekoratoru. Barokko dövrünün axırlarında yaşayıb-yaratmış, əsasən qardaşı Kosmas Damian Azamla birlikdə işləmişdir. == Həyatı == Egid Kvirin Azam 1692-cu ildə Bavariyada, Tegernze şəhərində anadan olmuşdur. O, atasından heykəltəraşlıq təhsili almışdır. Azam ömrünün ortalarında Münhendə məskunlaşmışdır. Onun ən məşhur əsərlərindən biri Cənubi Almaniyanın barokkosunun ən əhəmiyyətli memarlıq strukturlarından biri olan, Münhen şəhərində yerləşən Azamkirxe kilsəsidir. Egid Kvirin Azam 29 aprel 1750-ci ildə Manhaym şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Friedrich Wilhelm Bautz: Asam, Egid Quirin. In: Biographisch-Bibliographisches Kirchenlexikon (BBKL).
Gəmidə
Gəmidə (film, 1998) — film. Gəmidə (hekayə, 1949) — Cerom Selincerin hekayəsi.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə.
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 572 nəfərdir. Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
Ərimə
Ərimə və ya termal birləşmə, bərk maddənin istilik qəbul edərək maye vəziyyətə keçməsidir. Bu fiziki hadisənin baş verdiyi temperatura ərimə temperaturu deyilir. Ərimə donmanın əksi olaraq da ifadə edilə bilər; Çünki donma zamanı maddə istilik verir, ərimədə isə maddə istilik alır. == Ərimə temperaturu == Ərimə temperaturu bərk cisimlərdə fərqləndirici xüsusiyyətdir. Ərimə temperaturu maddədən maddəyə dəyişir. Bu təzyiq və saflıqdan asılı olaraq dəyişir. Eyni tipli saf maddələrin ərimə və donma temperaturları bərabərdir. Saf maddələrdə ərimə baş verərkən temperatur sabit olsa da, eyni zamanda istilik artımı davam edir və bu temperatur artımı bərk maddə tam əriyənə qədər davam edir. Daha sonra tamamilə ərimiş maddənin istilik və temperatur artımı növbəti vəziyyət dəyişikliyinə qədər davamlı olaraq artır.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Qida
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir.
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa == Həyatı == Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
Fəridə Səfiyarzadə
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı: Fəridə Ağaəli qızı Vəlixanova; 21 oktyabr 1935, Bakı – 5 sentyabr 2023) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), Əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Aqidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Ağidel
Ağidel — Rusiya Federasiyasında yerləşən şəhər. Başqırdıstan Respublikasına daxildir.
Edişə
Edişə (Cəlilabad)
Egeida
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Egisf
Egisf (q.yun. Αἴγισθος; mənası – "keçinin gücü") — yunan mifologiyasında personaj. O, Fiest və onun qızı Pelopiyanın oğlu, Aqamemnonun əmisi oğlu idi. == Ədəbiyyatda == Egisf qədim yunan müəllifləri Esxilin "Aqamemnon" və "Xoefora", Sofoklun "Elektra", Evripidin "Elektra", Roma müəllifləri Livi Andronikin və Aksiyanın "Egisf", Senekanın "Aqamemnon" faciələrinin baş qəhrəmanıdır. Orest və Egisfin dost kimi səhnəni tərk etdiyi müəyyən bir komediya mövcuddur.
Ejiyə
İjiyə — İranın İsfahan ostanının İsfahan şəhristanının Cülgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,309 nəfər və 948 ailədən ibarət idi.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Equidae
Atlar (lat. Equidae) — təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə yeganə müasir olan at cinsi ilə yanaşı onlarla nəsli kəsilmiş cins daxildir.
Elida
Elida (q.yun. Ἦλις və ya Ηλεία, lat. Elis) — Yunanıstanda, Peloponnesin şimal-qərbində tarixi vilayət. Arxaik və klassik dövrlərdə ərazi Elida polisinin nəzarəti altında idi. Qədim dövrdə Elida ərazisində Olimpiya Oyunlarının keçirildiyi ümumyunan Olimpiya ziyarətgahı var idi. Makedoniya və Roma dövründə Elida Peloponnesin şimal-qərb hissəsini əhatə edirdi. Cənubdan Neda çayı boyunca Messeniya ilə, şərqdə Erimantos çayı boyunca Arkadiya ilə, şimalda Laris çayı və Skillida silsiləsi boyunca Axeyya ilə və qərbdə İoni dənizi ilə həmsərhəd idi.