AĞBİRÇƏKLİ

1. AĞBİRÇƏK(Lİ) (yaşlı qadın haqqında) [Fatma:] Elə eləmə ki, bu ağbirçək vaxtımda küçələrə düşüm, ona-buna əl açıb, dilənim (H.Abbaszadə); QOCA O Fatma ..düşünürdü ki, Bakıda, Ali Məhkəmədən hakimin qoca anaya ürəyi yanacaq (H.Abbaszadə).

2. AĞBİRÇƏK, AĞCANƏNƏ (dan.) (evin, ailənin ən yaşlı və hörmətli qadını) Evin ağbirçəyi Nubar.. tündməcaz, dargöz və deyingən bir qarı idi (S.Rəhimov).

AĞBİRÇƏK
AĞCA

Значение слова в других словарях