ARALIQ

is.
1. İki şey arasındakı boşluq, boş yer; iki yerin arası; ortalıq, orta, ara. Aralıqda qalan şeyləri götürün. Aralıqda gəzib işə mane olma.
// Bir neçə otaq və sairə arasındakı açıq yer. Samovarı aralıqda qoy. Kömür yeşiyi aralıqdadır.
// sif. İki və ya bir neçə şeyin arasında, ortasında olan. Aralıq malı arada yeyilər.
– Əhməd aralıq peçini yandırdı. Mir Cəlal.

2. Dar dalan, dar küçə. Dalandar aralığı süpürdü. Bizim ev aralıqdadır. Qapı aralığa çıxır.
// Sif. mənasında.
Fayton aralıq küçələrdən keçib irəliləməyə başladı. S.Rəhman.

3. “Bu” sözü ilə bərabər: bu aralıq – bu zaman, bu vaxt, bu əsnada, bu dəmdə. Bu aralıq göy guruldamağa başladı.
– Bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir. M.S.Ordubadi.
Bu aralıq birdənbirə toyuğumu xatırlayıb, cəld hinin ağzına yüyürdüm. A.Şaiq.

// “Bir” sözü ilə bərabər: bir aralıq – az zaman, bir müddət, bir anlığa, müvəqqəti olaraq. Bir aralıq sakitlik düşdü. Bir aralıq səsini kəsdi.
4. Yerl.
halda: aralıqda – ortalıqda, ortada, arada. [Heydər bəy:] Ondan ötrü Səfər bəy məsləhət gördü ki, götürüm qaçım.
Toy xərci aralıqda itsin. M.F.Axundzadə.
…Yarım saat çəkmədi, aralıqda beş-on köynək cırıldı və Hürzad tərəf döyülmüş, söyülmüş, geri çəkilib evdə qapandılar. Çəmənzəminli.
[Səfər bəy:] Əgər siz başlasanız birbirinin ziddinə getməyə, aralıqda ziyan çəkən mən olaram. B.Talıblı.

◊ Aralıq adamı1) araçı, vasitəçi, aradüzəldən;
2) toyda, məclisdə qonaqlara xidmət edən adam;
3) avara, veyil.
Aralığa almaq – bax araya almaq (“ara”da).
Salmanın bu hərəkətinə ciddi diqqət yetirən cavanlar onu aralığa aldılar. Ə.Vəliyev.

Aralığa atmaq – bax araya atmaq (“ara”da).
Aralığa gəlmək – ortaya çıxmaq.
…Evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də aralığa gəldi. S.S.Axundov.

Aralığa gətirmək – ortaya gətirmək, meydana atmaq.
Bu inteligentlərin sözün gətirmə heç aralığa. M.Ə.Sabir.

Aralığa söz qatmaq – kənar sözlərlə aldatmağa, fikri yayındırmağa çalışmaq.
Aralığa tökmək – sirrin üstünü açmaq, ifşa etmək, açıb söyləmək.
Aralıq qarışmaq – bax ara qarışmaq (“ara”da). Aralıq get-gedə qarışırdı.
Hər gün şəhərdən gələn bir-birinə zidd xəbərlər kənddə vəziyyəti dəyişirdi. Mir Cəlal.

Aralıq sözü – bax ara sözü (söhbəti) (“ara”da).
Aralıq vurmaq – bax ara vurmaq (“ara”da).
Baxma firibinə hərzəguların; Aralıq vurmaqdı işi buların. Q.Zakir.

Aralıqda qalmaq – bax arada qalmaq (“ara”da).

Синонимы

  • ARALIQ ARALIQ, ARA, ORTA, ORTALIQ, MİYAN
  • ARALIQ boşluq — ortalıq

Этимология

  • ARALIQ Türklərdə ay adları belədir: ocaq, şubat, mart, nisan, mayıs, haziran, tem­muz, ağustos, eylül, ekim, kasım, aralıq
ARALI
ARAM
OBASTAN VİKİ
Adətli (Aralıq)
Adətli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 28 km, Aralıq ilçə mərkəzinə 17 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 108 kürd yaşayırdı.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Aralıq (anatomiya)
Aralıq — lat. perineum anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıq və oturaq sümüklərinin aşağı şaxələri, oma-qabar bağı və oturaq qabarları isə yan tərəflərini əhatə etmişdir. Aralıq nəzəri olaraq oturaq qabarlarından keçən köndələn xətt vasitəsilə iki üçbucağa bölünür. Öndəkinə sidik-cinsiyyət üçbucağı — lat. trigonum urogenitale, arxadakına isə anus üçbucağı — lat. trigonum anale deyilir. Sidik-cinsiyyət üçbucağında kişilərdə penis, qadınlarda isə cinsiyyət yarığı — lat. rima pudendi, anus üçbucağında isə adından məlum olduğu kimi anus yerləşmişdir.
Aralıq (İğdır)
Aralıq (türk. Aralık) — İğdır ilinin ilçələrindən biridir. == Tarix == Keçmişdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, daha sonra Azərbaycan Səfəvilər İmperiyasının tərkibində Azərbaycan əyalətinin (dörd xanlıq dövründə Çuxursəd xanlığının daxilində) tərkibində olmuşdur. 1 yanvar 1960-cı ildə yaradılıb. == Ərazi == İlçənin ərazisi 709.23 km²–dir. İlçə ərazisi şərqdə 49 km-lik sərhəd xətti ilə İranla, şimalda 11 km-lik sərhəd xətti ilə Azərbaycanla (Naxçıvan MR-nın Sədərək rayonu), qərbində elin mərkəzi ilçəsi (İğdır İlçəsi), 56 km-lik sərhəd xətti (Araz çayı boyu) ilə Ermənistanla, cənubda isə Ağrı ilinin Doğubəyazıd ilçəsi ilə həmsərhəddir. == Əhali == Aralıq ilçəsi 5 məhəllədən ibarət Aralıq şəhərini və 22 kənddən ibarət Mərkəz bucağını (bucaq: ilçədən kiçik ərazi bölgüsüdür, kəndləri əhatə edir.) əhatə edir. 31 dekabr 2011-ci il rəsmi təxmininə əsasən cəmi ilçə əhalisi 22.425 nəfərdir . Onların 6.775 nəfəri şəhərdə yaşamaqdadır. === Milli tərkib === Aralıq ilçəsi : əhalinin təxminən 60 %-i kürdlərdən, 40 %-i isə azərbaycanlılardan ibarətdir.
Aralıq (Şörəyel)
Aralıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz», «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur. == Əhalisi == Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır. Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 510 nəfər qarapapaqlar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.
Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim. == Haqqında == Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəllüttariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən " دریای مدیترانه" ('Daryay-e Meditarane) yazilib və işlədilir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq kərtənkələsi
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Aralıq nahiyəsi
Aralıq nahiyəsi — XIV əsr inzibati-ərazi vahidi. İndiki dövürdə Aralıq (İğdır),Qəmərli rayonu,Şərur rayonu ərazisini əhatə edir. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Aralıq nahiyəsi 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Aralıq nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == 1590-cı il Kəndləri == Axura kəndi Ağbaş kəndi - Boralan kəndi s. 268 - Boralanbulaqbaşı kəndi. - Başqa adı Xeyrəddin qışlağıdır Cadqıran kəndi - [[Yenicə, Ayıbasan və Təndirli məzrə`ələri. - Ərəboğlu kəndi - Yenicəyi-islamiyyə kəndi - Yenicəyi-İsa Çələbi məzrə`əsi - Məsimli kəndi - Oğruviranı məzrə`əsi - Əliqızıl kəndi s. 269 - Novruzlu kəndi - Xudulu kəndi. Başqa adı İlicaqdır. - Kürdviranı məzrə`əsi. Başqa adı Güney Yörədir.
Aralıq sahib
Aralıq sahib - parazitin sürfə mərhələsi inkişaf edən sahib orqanizmlər - heyvanlar. Parazitin növündən asılı olaraq onun inkişafında bir və ya bir neçə aralıq sahib iştirak edir. Məsələn, malyariya plazmodisinin inkişafında bir aralıq sahib (insan), sorucu qurdların əksəriyyətində isə iki aralıq sahib iştirak edir. Aralıq sahib iki olduqda sürfənin birinci növbədə parazitlik etdiyi sahib birinci aralıq sahib, ikinci növbədə parazitlik etdiyi sahib isə ikinci aralıq sahib adlanır. Məsələn, sorucu qurdların birinci aralıq sahibi həmişə molyusklar, ikinci aralıq sahibi isə müxtəlif onurğasız heyvanlar (həşərat sürfələri), yaxud balıqlar, suda-quruda yaşayanlar və s. olur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Aralıq seçim
Aralıq seçim nəzəriyyəsi — istehlakçı seçimini təsvir edərkən zaman amilinin açıq şəkildə nəzərə alınması lazım olduğu nəzəriyyəsi. Gəlirlərin bölüşdürülməsinə qərar verərkən istehlakçı yalnız mövcud dəyərini deyil, həyatı boyu alacağı bütün gəliri də nəzərə alır. Müvəqqəti seçim nəzəriyyəsində istehlakçı indi nə qədər istehlak edəcəyinə və daha sonra istehlak etmək üçün nə qədər qənaət edəcəyinə qərar verir. Onun qərarına gözlənilən gəlir və bazarda faiz dərəcələri təsir göstərir. Nəzəriyyə istehlakçı davranışını təsvir etmək üçün makroiqtisadi modellərdə istifadə olunur. Bənzər bir problem investisiya qərarları verərkən ortaya çıxır. İnvestorun fərqli investisiya variantları arasında seçim etməsi lazımdır. Layihələrin dəyərini müqayisə edərkən zaman amilinin nəzərə alınmasını tələb etdiyi üçün maliyyə riyaziyyatında ən yaxşı investor seçimi qaydaları nəzərə alınır. == Tarixi == Bu nəzəriyyə Irving Fisher tərəfindən irəli sürülmüş və sonradan makroiqtisadi modelləri əsaslandırmaq üçün istifadə edilmişdir. 20-ci əsrin ortalarında iqtisadiyyatda Keynes baxışları üstünlük təşkil etdiyi üçün o qədər də populyar deyildi.
Aşağı Aralıq
Aşağı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi keçmiş Aralıq Başkənd (indiki Yuxarı Aralıq) kəndindən çıxmış ailələr tərəfindən salınmış və Aşağı Aralıq Başkənd adlandırılmışdır. Sonralar toponimin tərkibindəki Başkənd komponenti ixtisara uğramış və indiki formada rəsmiləşdirilmişdir. Oykonim "aşağıda yerləşən Aralıq kəndi" deməkdir. 29 mart 2005-ci ildə Aşağı Aralıq kəndi Aralıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Aralıq kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1077 nəfərdir. === Tanınmış şəxləri === Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Aşağıtorpaqlı (Aralıq)
Aşağıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Alıqızıl, 1928-ci il qeydlərində isə Aşağı Əliqızıl kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Aşağıçamurlu (Aralıq)
Aşağıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd . == Tarixi == Kənd 1901-ci ildən eyni addadır. == Coğrafiya == İğdır şəhər mərkəzinə 34 km, Aralıq qəsəbəsinin mərkəzindən 11 km məsafədədir.
Aşağıçiftlik (Aralıq)
Aşağıçiftlik —Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd . == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Iğdır şəhər mərkəzinə 51 km, Aralıq qəsəbə mərkəzindən 6 km məsafədədir.
Babacan (Aralıq)
Babacan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1886-cı il qeydlərində Kobi kimi qeyd olunur. Əvvəllər Daşburun bucağına aid məhəllə idi, lakin 29 mart 1946-cı ildə kənd statusu almışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 26 km, Aralıq qəsəbəsinin mərkəzindən 19 km məsafədədir.
Gödəkli (Aralıq)
Gödəkli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 57 km, Aralıq qəsəbəsinin mərkəzindən 12 km məsafədədir.
Hacıağa (Aralıq)
Hacıağa — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 38 km, Aralıq qəsəbəsinin mərkəzindən 7 km məsafədədir. Hacıağa kəndi ilə Ağbulaq yaylası arasında təqribən 65 km məsafə var və bu kəndin ailələri buradan gəlir.
Qarahacılı (Aralıq)
Qarahacılı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1914-cü il qeydlərində Qarağaçlı kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 31 km, Aralıq qəsəbəsinin mərkəzindən 14 km məsafədədir.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Tarlabaşı (Aralıq)
Tarlabaşı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901 və 1928-ci il qeydlərində Ahuri və ya Ahori kimi qeyd olunur. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 63 km, Aralıq qəsəbəsinin mərkəzindən 18 km məsafədədir.
1951 Aralıq dənizi Oyunları
1951 Aralıq dənizi Oyunları — 1951-ci ilin 5–20 oktyabr tarixləri arasında Misirin İsgəndəriyyə şəhərində keçirilmiş ilk Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 734 atlet iştirak etmişdir.
1955 Aralıq dənizi Oyunları
1955 Aralıq dənizi Oyunları — 1955-ci ilin 15–25 iyul tarixləri arasında İspaniyanın Barselona şəhərində keçirilmiş ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 1135 atlet iştirak etmişdir.
1959 Aralıq dənizi Oyunları
1959 Aralıq dənizi Oyunları — 1959-cu ilin 11–23 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 11 ölkədən 792 atlet iştirak etmişdir.
1963 Aralıq dənizi Oyunları
1963 Aralıq dənizi Oyunları — 1963-cü ilin 21–29 sentyabr tarixləri arasında İtaliyanın Neapol şəhərində keçirilmiş dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 13 ölkədən 1057 atlet iştirak etmişdir.
1967 Aralıq dənizi Oyunları
1967 Aralıq dənizi Oyunları — 1967-ci ilin 8–17 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş beşinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 12 ölkədən 1249 atlet iştirak etmişdir. Bu qadınların da iştirak etdiyi ilk Aralıq dənizi Oyunları idi.
1971 Aralıq dənizi Oyunları
1971 Aralıq dənizi Oyunları — 1971-ci ilin 6–17 oktyabr tarixləri arasında Türkiyənin İzmir şəhərində keçirilmiş altıncı Aralıq dənizi Oyunları. Bu oyunlarda 14 ölkədən 1362 atlet iştirak etmişdir. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk stadionu olmuşdur.
1975 Aralıq dənizi Oyunları
1975 Aralıq dənizi Oyunları — 1975-ci ilin 23 avqust – 6 sentyabr tarixləri arasında Əlcəzairin eyniadlı şəhərində keçirilmiş yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 15 ölkədən 2444 atlet iştirak etmişdir.
1983 Aralıq dənizi Oyunları
1983 Aralıq dənizi Oyunları — 1983-cü ilin 3–17 sentyabr tarixləri arasında Mərakeşin Kasablanka şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 16 ölkədən 2180 atlet iştirak etmişdir.
1987 Aralıq dənizi Oyunları
1987 Aralıq dənizi Oyunları — 1987-ci ilin 11–25 sentyabr tarixləri arasında Suriyanın Latakiya şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2180 atlet iştirak etmişdir.
1991 Aralıq dənizi Oyunları
1991 Aralıq dənizi Oyunları — 1991-ci ilin 28 iyun – 12 iyul tarixləri arasında Yunanıstanın Afina şəhərində keçirilmiş on birinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2762 atlet iştirak etmişdir.
1993 Aralıq dənizi Oyunları
1993 Aralıq dənizi Oyunları — 1993-cü ilin 16–27 iyun tarixləri arasında Fransanın Langedok-Russilyon regionunda keçirilmiş on ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 20 ölkədən 2598 atlet iştirak etmişdir.
1997 Aralıq dənizi Oyunları
1997 Aralıq dənizi Oyunları — 1997-ci ilin 13–25 iyun tarixləri arasında İtaliyanın Bari şəhərində keçirilmiş on üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963-cü ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 2999 atlet iştirak etmişdir.
2001 Aralıq dənizi Oyunları
2001 Aralıq dənizi Oyunları — 2001-ci ilin 2–15 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş on dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 23 ölkədən 3041 atlet iştirak etmişdir. Bu oyunlar Tunisdə, həm də eyni şəhərdə 1967-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Beləliklə də Tunis şəhəri Aralıq dənizi Oyunlarına iki dəfə ev sahibliyi etmiş ilk və hələlik yeganə şəhər tituluna sahib olmuşdur.
2005 Aralıq dənizi Oyunları
2005 Aralıq dənizi Oyunları — 2005-ci ilin 24 iyun – 3 iyul tarixləri arasında İspaniyanın Almeriya şəhərində keçirilmiş on beşinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 3214 atlet iştirak etmişdir.
2009 Aralıq dənizi Oyunları
2009 Aralıq dənizi Oyunları — 2009-cu ilin 25 iyun – 5 iyul tarixləri arasında İtaliyanın Peskara şəhərində keçirilmiş on altıncı Aralıq dənizi Oyunları. Bu oyunlar İtaliyada 1963 və 1997-ci ildən sonra üçüncü dəfə keçirilmişdir. Bu oyunlarda 23 ölkədən 3368 atlet iştirak etmişdir.
2013 Aralıq dənizi Oyunları
2013 Aralıq dənizi Oyunları — 2013-cü ilin 20–30 iyun tarixləri arasında Türkiyənin Mersin şəhərində keçirilmiş on yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlar Türkiyədə 1971-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 24 ölkədən 3064 atlet iştirak etmişdir.
2018 Aralıq dənizi Oyunları
2018 Aralıq dənizi Oyunları — 2018-ci ilin 22 iyun – 1 iyul tarixləri arasında İspaniyanın Tarraqona şəhərində keçiriləcək on səkkizinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955 və 2005-ci illərdən sonra üçüncü dəfə keçiriləcək.
2021 Aralıq dənizi Oyunları
2021 Aralıq dənizi Oyunları — 2021-ci ildə Əlcəzairin Vəhran şəhərində keçiriləcək on doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlar Əlcəzairdə 1975-ci ildən sonra ikinci dəfə keçiriləcək.
Aralıq dənizi irqi
Aralıq dənizi irqi — ağ irqə daxil olan; çox geniş bir sahəni əhatə edən, amma tipik olanları İber yarımadasında, Qərb Aralıq dənizi adalarıyla Cənubi Fransa və İtaliyada, Cənub-Şərqi Balkanlarda görülən; tünd qəhvəyi, yatık-dalğalı saç, tünd qəhvəyi göz, əsmər dəri, qısa boy, narın quruluş , uzun baş, incə və uzun üz, dolğun dodaq və incə burun kimi xüsusiyyətlərlə sıralanan irq. Ümumiyyətlə əsmər yada tünd əsmər dərili, saçlar qara və dalğalı, gözlər tünd rəngli, burunlar incə və gine burunlarının kürəklərinə düz yada kəmərli, üz uzun və baş isə dolikosefal yada mezosefaldir. Ataları ön Akdenizlilerdir. Bundan 11 min il əvvəl İsraildə Natufiyen epipaleolitik (ən köhnə daş dövrü) dövrü yəni daşı daşı yonub şekillendirebiliyor. Narin quruluşlu Aralıq dənizi irqinin təməl kəllə xüsusiyyətləri; yüksək kəllə və gövdə qalınlığı daha kiçik, qol və qıç sümükləri isə daha incədir. İlk dəfə olaraq Aralıq dənizi irqinin fiziki və sosial təsviri 1851-ci ildə şotland alimi Vilyam Rhind tərəfindən verilmişdir. Vilyam Rhind 15-ci bölmədə Qafqaz irqini və onun keçid irqlərini aşağıdakı təsvirlərində vermişdir. Onun fikrincə, bu irq yaxşı formalaşmış baş, arxadan önə doğru uzanmış və mülayim genişlikdə oval sifət, xüsusiyyətləri yaxşı nəzərə çarpan və zərif formalaşan, qaraşın sifət rəngi, tünd qəhvəyi və ya qara gözlər, erkən bozlaşan qara saçlar, orta ölçüdə formalaşan yaraşıqlı əllər və ayaqlarla xarakterizə olunmuşdur. Onlar Avropanın cənubi və qapalı hissəsində məskunlaşmışdırlar.Vilyam Z. Ripleyə görə, Aralıq dənizi irqinə mənsub olan əhalinin irqi xüsusiyyətləri bunlardan ibarətdir. Bunlar: qara saç, qara gözlər, uzun sifət, dolixokefal kəllə və xalqlara görə uzunluğu dəyişə bilən ensiz burun.
Aralıq dənizi mətbəxi
Aralıq dənizi mətbəxi — Alimlərin ortaq fikrinə görə, Aralıq dənizi mətbəxi və pəhrizi uzun yaşamağın stimuludur. Məşhur mətbəxlərdən biri, öz yeməkləri ilə fərqlənir. Dünyanın ən yaxşı mətbəxlərindən biri kimi sayılır. Hər regionunda fərqli yeməklər bişirilir. == Haqqında == Aralıq dənizi regionun mətbəxi öz təzəliyi, yüngüllüyü və incə ətiri ilə adamı valeh edir. Deyirlər ki, bu, varlıların dünyasına yol tapmış kasıbların qidasıdır. === “Heyrətləndirici xəbər” === Seynt-Etyen Universitetin alimləri miokard infarktından əziyyət çəkən 600 pasientdən ibarət olan qrup üzərində tədqiqat aparıblar. Pasientlər iki qrupa bölündülər. Birinci qrup az kalorili pəhrizi, ikinci isə zeytun yağı, makaron, təzə meyvə və tərəvəzlər, paxlalar, az miqdarda qırmızı ət, daha çox miqdarda ev quşların əti, balıq, və yemək zamanı qırmızı şərabın istifadə olunması prinsiplərə əsaslanan Aralıq dənizi reqionunun pəhrizini tutmalı idir. Tədqiqatın nəticələri heyrətləndirici oldu.
Aralıq dənizi qızılquşu
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. == Yayılması == Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Aralıq dənizi regionu
Aralıq dənizi regionu (türk. Akdeniz Bölgesi) – Türkiyənin yeddi coğrafi regionundan biri. Anadolunun cənubunda Aralıq Dənizi sahili boyu uzanır. Eni 120–180 km arasında dəyişir. Qərb və şimal qərbində Egey Dənizi Bölgəsi, şimalında Daxili Anadolu Bölgəsi, şərqində Cənub-şərqi Anadolu Bölgəsi, cənubunda isə Aralıq Dənizi yerləşir. Cənub-şərqdən Suriya ilə qonşudur. Türkiyənin başqa bölgələrində olduğu kimi Aralıq Dənizi Bölgəsində də region sərhədləri ilə idarəetmə orqanları olan rayonların sərhədləri tamam olaraq üst-üstə düşmür. == Ümumi məlumat == === Ənlər === Karstik Ərazinin ən yaygın olduğu bölgə. Gölün ən çox olduğu bölgə. Bananın yetişdirildiyi tək bölgə.
Aralıq dənizi tısbağaları
Aralıq dənizi tısbağaları (lat. Testudo) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinə aid heyvan cinsi. Bu cinsə dörd nadir tısbağa növü daxildir ki, onlarında 35 sm uzunluğu vardır. Onlar əsasən Cənubi Avropa, Şimali Afrika, Qərbi Asiya ərazilərində yayılmışdır. == Növləri == Kənarlarıdişvari quru tısbağası (Testudo marginata) обитающий на Пелопоннесе подвид иногда рассматривают как отдельный вид Testudo weissingeri Aralıq dənizi tısbağası (Testudo graeca) bu növə 13 yarımnöv daxil edilir; bəzən isə Testudo graeca müstəqil növlər ayrıllır: Testudo zarudnyi, Testudo terrestris, Testudo perses, Testudo nabeulensis, Testudo buxtoni, Testudo floweri, Testudo antakyensis Balkan tısbağası (Testudo hermanni), bəzən növ başqa cinslərə aid edilir Eurotestudo, bura daxil yarımnövlər isə müstəqil növ hesab edilir Eurotestudo hermanni və Eurotestudo boettgeri Misir tısbağası (Testudo kleinmanni) şərq yarımnövü, Misir və İsraildə yayılmışdır. Bəzən ayrı növ hesab edilir Testudo werneri Ortaasiya tısbağası (Testudo horsfieldii), Qərb alimləri bu növü Testudo cinsinə daxildir.
Aralıq dənizi tısbağası
Aralıqdənizi tısbağası (lat. Testudo graeca) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin aralıq dənizi tısbağaları cinsinə aid heyvan növü. == Qısa təsviri == Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu: T. g.

Значение слова в других словарях