EV

is.
1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev.
– On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə.
Şose yolu kənarında, sarı kirəmitli … bir ev görünürdü. M.Hüseyn.

// Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq.
[Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov.
[Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov.

2. Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi.
– Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. M.İbrahimov.

3. Ailə, oğul-uşaq, külfət mənasında. Evinə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə bağlı adam.
[Məşədi Səttar:] Əhvalın necədir, ev, uşaq salamatdırmı? Ə.Haqverdiyev.

□ Ev açmaq (qurmaq) – özünə ayrıca ailə qurmaq. O, ata-anasından ayrılıb özünə ev açdı.
[Kəmtərov və Leyla] indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Mir Cəlal.

Ev adamı1) ailənin üzvü və ya ailəyə yaxın şəxs.
Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən;

2) köhn. evfemistik yolla ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə.
[Qoca kişi:] Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşımıza demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin, bizim uşağa baxsın. C.Məmmədquluzadə.

Ev arvadı (qadını) – heç bir müəssisə və ya idarədə işləməyib, ancaq ev işləri və təsərrüfatı ilə məşğul olan qadın, evdar qadın.
[Hurizad oğluna:] Yaxşı, elə oxumuş qızdan ev qadını olarmı? – deyə ciddi sima ilə sordu. Çəmənzəminli.
Üst qatlarda ev arvadı yoxdur ki? Mir Cəlal.

Ev qulluqçusu – muzdla başqasına müxtəlif ev işləri görən qadın (qız). [Məsmə:] …Mənim həyatımın ikinci səhifəsi 23-cü ilin baharından başlayır.
Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn.

Ev olmaq, ev yiyəsi olmaq – evlənmək, ailə qurmaq, ev-eşik sahibi olmaq.
[Soltan bəy:] Qızım, inad olma, … gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan. Ü.Hacıbəyov.
Zarafat deyil, evlənir, ay parçası kimi bir qız alır.
Ev olur, daha yurdsuzluqdan çıxır. Mir Cəlal.

Ev sahibi, ev yiyəsi məc. – ailənin başçısı, evin böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini. ( Ata. sözü ).
Tahir ev yiyəsini bir də çağırdı. M.Hüseyn.

Ev tökmək – evin hər tərəfini silib-süpürmək, tamam təmizləyib yığışdırmaq.
Evdən çıxmaq – ailədən küsüb getmək.
[Mehriban] Rəmziyyəsini kimə tapşırıb evdən çıxır, onları tərk edirdi. S.Hüseyn.

4. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. – Ev danası ev danasından qorxmaz. ( Ata. sözü ).
Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli.

5. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri.
◊ Ev bizim, sirr bizim – gizli saxlanmalı olan söz, iş haqqında deyilir.
Ev bizim, sirr bizim, söhbətini elə, Fərmandan de! Mir Cəlal.

Ev yıxmaq – birinə pislik etmək, bədbəxt etmək.
[Mərcan bəy:] Mənim evimi yıxdın, hələ bir gəlib pul da istəyirsən? Ü.Hacıbəyov.

Evdə bişməyib, qonşudan gəlməyib – haqqında heç bir şey bilinməyən, heç bir təsəvvür olmayan şey haqqında.
Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq. İ.Şıxlı.

Evdə qalmaq – vaxtı keçdiyi halda ərə getməmək (qız haqqında).
[Asya:] Bəs ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb un çuvalına tay olacaqsan? Ü.Hacıbəyov.

Evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! – ölüm və ya fəlakətdən danışarkən söylənən evfemistik ifadə.
[Məşədi Məmməd:] Allah evlərdən iraq eləsin, məni qorxudan elə işin burasıdır. R.Əfəndiyev.

Evdən gəlmək – pay gətirmək, əlidolu gəlmək.
Evi abad, evin abadan! – yaxşılığa, hörmətə qarşı təşəkkür ifadəsi.
[Əsgər Gülçöhrəyə:] Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. Ü.Hacıbəyov.

Evi başına götürmək – bərkdən qışqırmaq, bağırmaq, çığırmaq. Uşaq evi başına götürüb.
– Buzov isə ardıarası kəsilmədən mələyir, evi başına götürürdü. Ə.Əbülhəsən.

Evi başına uçulmaq – bax evi yıxılmaq.
Evi bərbad (viran) olmaq – bax evi yıxılmaq.
Evi viran olmuş (dağılmış, bərbad olmuş, yıxılmış) – bədbəxt, zavallı, yazıq.
Nə çarə edim eşqimə pəs mən evi viyran; Yüz çöhrəyə mən müştəriyəm valehi-didar. S.Ə.Şirvani.
[Məşədi İmam:] Axı, Məşədi evi yıxılmış başına nə daş salsın. Ə.Haqverdiyev.

Evi yıxılmaq, evi bərbad olmaq – ağır bir fəlakətə düçar olmaq, bəlaya düşmək, bədbəxt olmaq.
Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim ol ləhzə yıxıldı, başıma daş oldu. S.Ə.Şirvani.
Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz.
Ədə, kişini qatıblar atın qabağına aparırlar, kişinin evi yıxıldı. C.Məmmədquluzadə.

Evin tikilsin! – alqış, tərif məqamında işlənən ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir. “M.N.lətif”.
[Ələmdar Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin zülfüqarından da itidir! S.Rəhimov.

Evin(i) yıxmaq – pis yola aparmaq, xatalı işə cəlb etmək, bədbəxt etmək.
Deyir ki, Məşədi qorxulu yolnan gedir, oğlunu da özünə qoşub evini yıxır. M.Hüseyn.
[Tamaşa:] Ağazalın evin yıxan elə siz olmadınızmı? Ə.Əbülhəsən.

Evindən qaçaq düşmək – hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, aralı yaşamaq.
Evindən düşəsən qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani.

Öz evini yıxmaq – ehtiyatsızlığı üzündən özünü bəlaya salmaq, ağır vəziyyətə düşmək, özünü bədbəxt etmək.
[Süleyman bəy:] Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım… Ə.Haqverdiyev.

Синонимы

  • EV 1. EV Bura Qəzənfərgilin evi idi (S.Vəliyev); DAM-DAŞ [Kiçik oğlanın] qabağına bir gözəl dam-daş çıxdı (“Üç şahzadə” nağılı); DƏMXANA (köhn
  • EV bina — tikili

Этимология

  • EV Əsli öy (oy) kimi olub, oymaq (yəni “qazmaq”, “eşmək”) sözü ilə bağlıdır. Qabaq­lar qazma evlər tikirdilər
ETǗD
EV-EŞİK
OBASTAN VİKİ
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. === Dairəvi evlər === Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Atlantlı ev
Atlantlı ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında mövcud olmuş, memar İosif Ploşkonun layihəsi əsasında 1900-cü ildə inşa edilmiş yaşayış evi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, Azərbaycanın yerli əhəmiyyətli tarixi və mədəni memarlıq abidəsi elan edilib. == Tarixi == Bina, 1900-cü ildə Polis küçəsində (Yusif Məmmədəliyev küçəsinin keçmiş adı) polşalı memar İosif Ploşkonun layihəsi əsasında barokko üslubunda inşa edilib. Binanın eyvanlarından birini iki atlant heykəli saxladığdan, bina daha çox "Atlantlı ev" kimi tanınıb. Bu yaşayış evi şəhərin tarixi mərkəzinin tikintisinin fəal elementlərindən biri kimi çıxış edib. Fasadın memarlıq kompozisiyasının üfüqi formada mərkəzi tinləmə və yanlarda güclü atlantlar (dayaqlar) üzərində duran erker ilə təqdim edilmiş üç oxlu sistemi maraqlı fəza mühiti yaratmışdır. Mənzərəli kompozisiya, memarlıq kütlələrinin proporsional bölünməsi, order sistemi elementlərinin bacarıqla paylaşdırılması, incəsənət sahələrinin sintezi və interyerlərinin zənginliyi binanın memarlıq abidəsi kimi Bakıdakı tarixi əhəmiyyətli yaşayış evlərinin ən yaxşı nümunələrindən birinə çevirmişdi. === Sökülməsi === 2004-cü ildə binanın söküləcəyi barəsində məlumatlar yayılıb. 2008-ci ildə binanın sakinləri köçürülüb. Köçürülməyə səbəb kimi isə binanın bərpası göstərilib.
Ağ Ev
Ağ Ev (ing. the White House) – Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və kölələr tərəfindən bina 8 ilə tikilib. 1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi iqamətgahın ilk sakinləri olub. 1800-cü ildən başlayaraq, bu bina əhali arasında "Ağ ev" adlandırılıb: çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. Bundan əvvəl bina "Prezident Sarayı" (the Presidential Palace) adlanırdı. Mətbuatda "Ağ ev" sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin "Viq" qəzetində işlədilib. "Ağ ev" adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1902-ci ildə prezident Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının Ağ ev adlandırılması barədə sənəd imzalayıb.
Butulkalı ev
Butulka ev — Gəncədə tarixi bina. Bu evi məşhur edən onun tikinti materialı əvəzinə butulkadan istifadə edilməsidir. Bina 1966-ci ildə tikilmişdir. Binanın inşasında kiçik dərman şüşələrindən, təbii müxtəlif ölçülü dəniz daşlarından da istifadə olunub. Bu İbrahim Cəfərov adlı bir memarın fantaziyasıdır. İbrahim Cəfərov 1966-1967-ci ildə evi müharibədə itkin düşmüş qardaşı Yusifin xatirəsinə tikib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək. O, bir ilə tikdiyi evin inşasında şampan butılkasından tutmuş, kiçik dərman şüşələri də daxil olmaqla, 48 min butulkadan istifadə edib. İbrahim kişinin yadigar qoyub getdiyi evdə indi onun gəlini və nəvələri yaşayır. Evin arxa tərəfində isə rusca “Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb.
Ev atı
Ev atı, əhli at (lat. Equus ferus caballus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin atlar cinsinin vəhşi at növündən heyvan. Bədən quruluşu Eşşək və Çöl eşşəyinə çox yaxındır. == Ümumi məlumat == İngiltərənin Exeter Universitetinin arxeoloqları Qazaxıstanın şimalında dünyanın ən qədim at ferması sayıla bilən qəsəbə aşkar ediblər. Qədim Botay mədəniyyəti ilə əlaqələndirilən həmin qəsəbədə at sümükləri və madyan südü izləri daşıyan qab-qacaq tapılıb ki, bu da alimləri belə düşünməyə vadar edir ki, insanlar atı indiyədək hesab olunandan daha qədim dövrlərdə əhliləşdirməyə başlayıb. Belə ki, alimlərə görə, Qazaxıstanda tunc dövründən də qabaq - bizim eradan 3500 il əvvəl insanlar at sürüblərmiş. Müqayisə üçün qeyd edək ki, Avropada atın 1500 il bundan əvvəl əhliləşdirilməyə başlanıb. Atlar bəşəriyyət tarixində nəqliyyat vasitəsi kimi, kənd təsərrüfatında, eləcə də müharibələr zamanı mühüm rol oynayıb. Arxeoloqlar atların əhilləşdirilməsi prosesinin qədim Orta Asiyadan başlandığını çoxdan güman edirdilər, lakin indiyə qədər onların buna dair kifayət qədər dəlilləri yox idi. == At nəqliyyat vasitəsi kimi == Min illiklər boyu öz dövünün ən sürətli və ən rahat minik nəqliyyatı vasitəsi at olmuşdur.
Ev donuzu
Ev donuzu (lat. Sus scrofa domestica) — donuzlar fəsiləsindən olan ev heyvanı. Donuzkimilər fəsiləsindən olan ev donuzları orta böyüklükdə, çevik bir bədən quruluşuna sahib məməlilərdir. Bədənləri çox seyrək, fırça kimi sərt və qısa olan tüklərlə örtülüdür. Rəngləri qırmızımsı qəhvəyi ilə boz və ya qara olaraq dəyişir. Uzunluqları 50–190 sm (3–45 sm quyruq) və ağırlıqları 6–350 kq arası dəyişir. Donuzlar hər ayaqlarında daimi 4 barmaqları vardır. 2-ci və 3-cü barmaqlar digərlərindən daha böyük olur və bütün ağırlığı daşıyırlar. Daha kiçik olan 1-ci və 4-cü barmaqlar yerə toxunmur. Donuzlar təbii şəkildə Avrasiyanın cənubunu və bütün Afrikada yaşayırlar.
Ev dovşanı
Adadovşanı (lat. Cuniculus) — məməlilər cinsindən və dovşanlar fəsiləsindən olan ev heyvanı. == Xüsusiyyətləri == === Dovşanlardan fərqi === Adadovşanı dovşanlardan aydın şəkildə fərqlənirlər — onlar kor doğulurlar, kürk örtüyündən məhrum olurlar və yuvada böyüyürlər. Dovşanlar isə əksinə açıqgözlü doğulurlar və xəz örtükləri olur. Amerikan dovşanı istisna olmaqla bütün ev dovşanları yeraltı yuvalarda yaşayırlar. Yerüstü yerlərdə yaşadıqda isə, çox zaman dərin və mürəkkəb yerlər seçirlər. Ev dovşanları adətən qruplardan kənarda yaşamır. Adadovşanı ümumiyyətlə digər dovşanlardan daha böyükdür, qulaqları daha uzundur və onların kürklərində qara nöqtələr var. Həmçinin digər dovşanlar hələ də tam əhliləşdirilməmişdir — onlar tez-digər vəhşi heyvanlar kimi çıxış edirlər. === Anatomik xüsusiyyətləri === Adadovşanlarının böyük, oval bədənləri var.
Ev heyvanları
Ev heyvanları — insan tərəfindən əhliləşdirilən və ona evində və ya təsərrüfatında xeyir verən heyvanlar.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Haqqında == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Ev iyesi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev iyəsi
Ev iyəsi — türk xalq mədəniyyətində evin qoruyucu ruhu. Üy (Uy, Oy, Öy) iyəsi olaraq da tanınır. Moğollar Gər (Ker) Ezen deyərlər. == Xüsusiyyətləri == Hər ev üçün fərqli bir iye vardır. Bəzən bir ilan olaraq betimlenir. Evdə görülən ilanın bərəkət gətirəcəyinə inanılır. Onu öldürmədən çölə çıxarmaq lazımdır. Beləcə o da heç kimə zərər verməmiş olar. Əks halda evin bərəkəti qaçır. Qısa boylu bir kişi şəklindədir.
Ev keçisi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Ev nandinası
Ev nandinası (lat. Nandina domestica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin nandina cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir. == Təbii yayılması == Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir.
Ev pişiyi
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Ev quşarmudu
Ev quşarmudu (lat. Sorbus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Cənubi Avropa, Şimal-qərbi Afrika və Kiçik Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m (bəzən 30 m-dək), yavaş böyüyən, gövdəsinin diametri 1 m-dək, enli, yumru çətirli ağacdır. Budaqları əvəlcə boz keçəli, sonra çılpaq, qırmızı-qonurdur. Cavan ağacların qabığı qonur və hamar, qocalarda çatlayan və soyulandır. Yarpaqların uzunluğu 15-25 sm, növbəli, lələkvari, yuxarı tərəfi tutqun yaşıl, bir az keçəli-tükcüklü, payızda sarı və ya sarı-narıncıdır. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərin diametri 13-18 mm, 5 ağ ləçəkli və 20 ədəd açıq sarı-ağ erkəkciklidir. Meyvələrin uzunluğu 2-3 sm, yaşıl-qonur rəngli, parlaq qırmızıdır.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Ev öküzü
Günbəzli ev
Günbəzli ev — XVI–XIX əsrlərdə Gəncə şəhərində geniş yayılmış yaşayış binaları. Dövrümüzə çatmış ən qədim nümunələri XVII–XVIII əsrlərə aid olan bu cür yaşayış binası memarlığına Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. == Dizayn xüsusiyyətləri == Ənənəvi Gəncə evləri adətən küçədən izolyasiya edilmiş şəkildə və ya kar divarı küçə istiqamətində yerləşməklə inşa edilirdi. Küçələrdən çıxan dalanlara isə evlərin kiçik qapıları və ya həyətə açılan oxvari və ya yarımdairəvi tağla çərçivələnmiş böyük taxta darvazalar açılırdı. Şəhər ərazisində dövrümüzə çatmış ən qədim yaşayış tikililəri XVII–XVIII əsrlərə aid edilir. Bu tikililər maraqlı memarlıq həllinə malikdir. Onların üstü gəc məhlulu ilə inşa edilmiş gümbəzlə tamamlandığına görə, elmi ədəbiyyatda həm də "Günbəzli ev" kimi tanınırlar. Bu evlərin unikal memarlıq xüsusiyyətlərinə Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Tədqiqatçılar həmin ərazidə bu cür mülki memarlığın inkişaf etməsini yerli memarların ərazi üçün xarakterik olan inşaat materiallarına (bişmiş və çiy kərpic, gəc) mükəmməl hakim olmaları ilə izah edirlər. Günbəzli evlərin interyerlərində istifadə edilən kompozisiya həlləri, həmçinin polixromiyanın incə şəkildə tətbiq edilməsi xalq memarlarının peşəkarlığı ilə yanaşı həm də yüksək zövq sahibi olduqlarını nümayiş etdirir.
Mələkli ev
Mələkli ev — Bakı şəhərində, Nigar Rəfibəyli küçəsi ilə Rəsul Rza küçələrinin kəsişməsində yerləşən üçmərtəbəli bina. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Haqqında == Bu ev 1893-cü ildə milyonçu Sergey Tumayevin sifarişi ilə tikilib, tarix binanın kartuşunda döyülüb. Binanın damında cəmi dörd mələk var. İkisi meydana, ikisi isə arxaya, Xaqani bağına tərəf baxır. Keçmiş dövrlərin tədqiqatçıları hesab edirlər ki, mələklər burada "elə belə deyil, bunun mənası var". İki versiya mövcuddur: birinci versiyaya görə, mələkləri Tumayevlərin əkiz övladlarının dünyaya gəlməsi münasibətilə qoyublar; ikinci versiyaya görə isə, mələklər Sergey Tumayevin dənizdə batan qohumları Qriqori Tumayev və onun xanımının xatirəsinə həsr olunub. Evin üstünə döyülən hərflər isə heç də rus əlifbasının "ТС" deyil, latın qrafikasının "TG" hərfləridir, yəni Tumayev Grigori. 2000-ci ildə baş verən zəlzələ zamanı mələklərdən birinin başı və çiyninin bir hissəsi qopub düşüb. Hadisə qurbansız ötüşüb.
Quraşdırma ev
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Zəncirli ev
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. == Tarixi == Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Çaynikli ev
Çaynikli ev — Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər. Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü fərqlidir. Belə ki, onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib. Tikilinin keçmiş sahibi Əli Əliyev 1970-1980-ci illərdə uzun müddət Gəncə Çini qablar zavodunda çalışıb. Elə həmin vaxt istehsal prosesinə yararsız sayılan məhsullardan səmərəli istifadə edərək bu evi tikib. 1985-ci ildə inşa edilən bu ev 1993-cü ildə başqasına satılıb. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır.
Ev tapşırığı
Ev tapşırığı — Müəllim tərəfindən şagirdə (tələbəyə) dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq. Ev tapşırığının verilməsində məqsəd yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. == Maraqlı faktlar == Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yerləşən gimnaziyaların birində dərs sisteminin özünəməxsus qurulması nəticəsində şagirdlər ev tapşırığından azaddırlar.
Ağıllı ev
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Tulay evləri
Fucyen tulouları (Çincə:福建土樓|福建土楼|Fújiàn Tǔlóu) — Çində XII və XX əsrlərdə inşa edilən yaşayış yerləri. Tulay evləri 46 evdən ibarətdir. Çinin Fuji bölgəsinin 120 km-də yerləşir. Hər birinin içində 800 adam yaşaya biləcək şəkildə tikilmişdir. Bütün bir qəbiləni içində saxlaya bilən bu evlər sanki kiçik şəhəri xatırladır.
Typhlodromus evectus
Typhlodromus evectus (lat. Typhlodromus evectus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus evectus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Təzə evlənənlər üçün çətir (film, 1986)
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. == Məzmun == Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Uimzinin evi (film, 1995)
Wimzie's House (ing. Wimzie's House) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 4 mart 1995-ci il ilə 31 avqust 1996-cı il arasında yayımlanmışdır. == İstinadlar == == Xarici keçidlər == Uimzinin evi — Internet Movie Database saytında.
Uçan xəncərlər evi (film, 2005)
"Uçan xəncərlər evi" (çin. 十面埋伏, shí miàn mái fú, ing. House of Flying Daggers) — Çjan İmounun filmi, 57-ci Kann Film Festivalının müsabiqədən kənar proqramının iştirakçısı. Çjao Syaodin 2005-ci ildə Oskar mükafatının "Ən yaxşı operator işi" nominasiyasına layiq görülmüşdür. Film usya janrında çəkilib. Film üsyançı hərəkatın liderlərini ovlayan və bunun üçün üsyan liderinin qızının etimadını qazanan və tələyə düşən imperiya polisinin gizli agentindən bəhs edir. Bu, "qadağan olunmuş" sevgini canlandıran və sevginin həyatı necə məhv etdiyini göstərən filmlərdən biridir.
Uğurlu bəyin evi
Uğurlu bəyin evi — XVIII əsrə aid Şuşa şəhərində yerləşən ölkə əhəmiyyətli abidə. Molla Pənah Vaqifin inzibati binası (Uğurlu bəyin keçmiş evi) == İstinadlar == == Xarici keçidlər == "ŞUŞA DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU". armenianvandalism.preslib.az. İstifadə tarixi: 1 iyul 2021.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
VI Mitridat Evpator
VI Mitridat Evpator (həmçinin Yevpator; yun. Μιθραδάτης; e.ə. 134 və ya e.ə. 132, Sinop – e.ə. 63, Bosfor dövləti) — Pont çarı (e.ə. 120–63). == Etimologiya == Mitridat mənası "Mitra tərəfindən verilmiş" olan farsların "Mihrdat" adının yunanca yazılışıdır. Mitra qədim İran günəş tanrısının adıdır. Adın özü qədim İran Miθra-dāta- sözündəndir. == Həyatı == VI Mitridat e.ə.
Vahid Avropa Evi
Vahid Avropa Evi — Sovetlər İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov tərəfindən hazırlanan və müdafiə edilən bir anlayış. İlk olaraq 1985-ci ildə Sovetlər birliyinin lideri Mixayıl Qarbaçov tərəfindən irəli sürülən və sülh içində bir Avropa həsrətini həyata keçirmək məqsədini ifadə edən bir siyasi layihə olaraq ortaya çıxarılmışdır. Atlas okeanından Ural dağlarına qədər vahid bir Avropa zehniyyətini qoruyur. == Qabaqcıl ritorika == Sözügedən anlayışın 1981-ci ildə Qərbi Almaniyanın paytaxtı Bonna səfəri zamanı Leonid Brejnevin xarici siyasətində bəzi sələfləri olmuşdur, lakin o dönəmlərdə, böyük ehtimalla, ABŞ və Avropalı müttəfiqlərinin arasında uyğunsuzluq yaratmaq və ABŞ siyasətlərinin mülayimləşilməsi ümidi üçün istifadə edilmişdir. == Avropa evi fikrinin ortaya çıxması == Qorbaçov 1985-ci ildə köhnə dünyanı "ortaq evimiz" kimi səciyyələndirən bir sözlə bənzər bir ifadə istifadə etməsinə baxmayaraq, bu terminin də ən tanınan istifadəsi Qorbaçovun 1987-ci ilin aprel ayında Çexoslovakiya səfəri zamanı "Vahid Avropa Evi", ya da "Bütün Avropa Evi" anlayışını təqdim etdiyi zaman ortaya çıxdı. dünya düzəni anlayışını yaradan ən mühüm bəyannamə, Mixail Qorbaçovun 1988-ci il 7 dekabr tarixli Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclasında etdiyi çıxış idi. Qorbaçovun formulu yeni nizam yaratmaq üçün əhatəli bir fikir siyahısı ehtiva edirdi. Birləşmiş Millətlərin mərkəzi rolunun gücləndirilməsini və bütün üzvlərin fəal iştirakını müdafiə edirdi. Soyuq Müharibə BMT və BMT Təhlükəsizlik Şurasının əvvəllər nəzərdə tutulan rollarını yerinə yetirməsinə mane oldu. Dövlətlər arasındakı əlaqələrin ideologiyalardan təmizlənilməsi bu yeni əməkdaşlığın təmin edəcəyi faydaları arasında göstərilirdi.
Van Qoq evi (muzey)
Van Qoq Evi — Hollandiyanın Drente əyalətindəki Niv-Amsterdamda bir mədəniyyət məkanıdır. Rəssam Vinsent van Qoq 1883-cü ildə üç ay burada yaşamışdır. Hal-hazırda ev muzey olaraq fəaliyyət göstərir. == Tarixi == === Van Qoq Drentedə === Vinsent van Qoq 1883-cü ilin sentyabr ayından etibarən üç ay Drentedə yaşadı. O, sentyabrın 11-də Haaqadan Hoqivenə qatarla gələrək təxminən iki həftə orada qonaq evində yaşadı. Kanal gəmisi ilə Niv-Amsterdam şəhərinə gedərək burada 2 oktyabrdan etibarən bu evdə yaşamağa başladı. Bölgəni araşdıraraq rəsmlər çəkdi. Burada yaşadığı müddətdə Parisdəki qardaşı Teoya çox məktublar yazdı. 4 dekabrda Hoqivenə qayıtdı və oradan qatarla Nuenenə, valideynlərinin evinə getdi.
Vaqif Mustafazadənin ev-muzeyi
Vaqif Mustafazadənin ev-muzeyi— Bakının tarixi kvartalı İçəri şəhərdə yerləşən ev-muzey. Bu muzeydə caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadə yaşamışdır. == Tarixi == Xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılmışdır. 1994-cü ildə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olmuşdur. 1989–1997-ci illərdə Muzeyin direktoru Zivar Ağasaf qızı Əliyeva olmuşdur. 2005-ci il martın 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə ev muzeyinin açılışı olub. Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur. 1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir. == Ekspozisiya == Muzey Azərbaycan sovet caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin (1940–1979) həyatına və fəaliyyətinə həsr olunub. Muzeydə Vaqif Mustafazadənin həyatı və işi ilə bağlı fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, 1214 əşyadan ibarət 3 otaqı var.
Vasili Qabaşvilinin evi
Vasili Qabaşvilinin evi (gürc. თავად ვასილ გაბაშვილის სახლი) – Tbilisi şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsidir. Bina Rustaveli prospekti 54 ünvanında yerləşir. == Tarixi == Malikanə tipli bina 1896-cı ildə knyaz Vasili Qabaşvilinin sifarişi ilə memar Korneli Tatişevin layihəsi əsasında istifadə edilmişdir. İnşası tamamlandıqdan sonra ev, hədiyyə kimi knyazın qızı Daryeyə hədiyyə edilmiş, ikinci isə öz növbəsində həkim Nikolay Kipişidze (1887-1954) ilə ailə həyatı qurmuşdur. Gürcüstanın SSRİ tərkibinə qatılmasından sonra bina milliləşdirilərək birinci mərtəbəsi başqa ailələr arasında bölünmüşdür. Lakin, yeni hakimiyyət dövründə Kipşidzenin qazandığı yüksək mövqe evin tamamilə ailənin əlindən alınmasına imkan verməmişdir. 1960-cı illərdə əvvəlki sahibin varisləri birinci mərtəbədəki mənzilləri tamamilə almağa müvəffəq olmuşlar və beləliklə ev yenidən tamamilə ilkin sahiblərinə qaytarılmışdır. 1 iyun 1990-cı ildə Rustaveli prospektindən Mtatsminda dağına aparan kanat yolunda baş verən qəza zamanı bina ciddi zədələnmişdir. Daşıyıcı trosun qopması və əyləcin işləməməsinə görə kabinlər qoparaq evin damına düşmüş və insanlar həlak olmuşdur.
Vikarın evində qətl
"Vikarın evində qətl" yaxud "Yepiskopun evində qəl" (ing. The Murder at the Vicarage) — Aqata Kristi tərəfindən yazılmış roman. Detektiv janrında olan roman "Mis Marpl" silsilə əsərlərindən olub 1930 cu ildə qələmə alınmışdır. == Personajlar == Jane Marple — qarımış qız, həvəskar detektiv. Leonard Klement — qəsəbə vikarı. Qrizelda klement — vikarın gənç arvadı. Dennis Clement — vikarın qardaşı oğlu. Mari — vikarın ev xidmətçisi. Polkovnik Protero — istefada olan hərbçi polkovnik, Sent-Meri-Mid kilsə rəhbəri. Lucius Protero — polkovnik Proteronun birinci nigahdan olan qızı.
Violet Evergarden
Violet Evergarden(yapon: ヴァイオレット・エヴァーガーデン Vaioretto Evāgāden) — Bənövşəyi Everqarden Kana Akatsuki tərəfindən yazılmış roman seriyasıdır. Serial 2015-ci ilin dekabrından 2020-ci ilin martına qədər Kyoto Animation-ın KA Esuma Bunko izi altında nəşr olunur. O, 2014-cü ildə beşinci Kyoto Animasiya Mükafatının roman kateqoriyasında baş mükafatı qazanaraq, bu kateqoriyada mükafat qazanan ilk əsər oldu. Kyoto Animasiyası tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında yayımlanan animesi, OVA seriyası isə 2018-ci ilin iyulunda yayımlandı. Serial 2019 Crunchyroll Anime Mükafatlarında Ən Yaxşı Animasiya Mükafatına layiq görüldü. Animedən film adaptasiyasının 2020-ci ilin yanvarında nümayişi planlaşdırılır. Violet Evergarden Gaiden: Eien to Jidō Shuki Ningyo adlı film uyğunlaşması 6 sentyabr 2019-cu ildə buraxıldı. Gekijōban Violet Evergarden adlı davam filmi 18 sentyabr 2020-ci ildə buraxıldı. == Mövzusu == Serial Avtomatik yaddaş oyuncaqlarının (自動手記人形 Jidō Shuki Ningyō) söhbətlərini və emosiyalarını yazan insanlar ətrafında cərəyan edir. Əvvəlcə Dr.
Vitex evoluta
Vitex evoluta (lat. Vitex evoluta) — dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Vulkan Üzərində Ev (1929)
Vulkan üzərində ev (film, 1929)
== Məzmun == Filmin əsasını olmuş əhvalatlar təşkil edir, 1907–1908-ci illərdə Bakı quberniyasının Zabrat neft mədənlərində və onun yaxınlığında fəhlə-neftçilər üçün salınmış komalarda baş verən faciəli hadisələr təşkil edir. Bütün bu əhvalatlar ekranda qocaman qazma ustasının xatirələrində canlandırılır. == Film haqqında == Film aktyor Ələsgər Ələkbərovun kinoda ilk işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Quruluşçu operator: Aleksandr Qalperin Quruluşçu rəssam: Aleksandr S. Qonçarski İkinci operator: E. Nikulesku Fotoqraf-rəssam: E. Nikulesku Qrim rəssamı : Georgi Parisaşvili Rejissor assistenti: Qriqori Braginski, Mustafa Mərdanov Rejissor köməkçisi: A. Məmmədov, V. Troşkin === Rollarda === Ələsgər Ələkbərov — Həsən Salman Dadaşov — Abbas (Həsənin oğlu) Dmitri Kipiani — Georgi Aleksandr Şiray — rus fəhləsi Pavel Yesikovski — rus fəhləsi S. A. Makuxina — Sona Mikayıl Mikayılov == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970. "Kino" qəzeti. 9 iyul 1984-cü il.
Vyana Xalq Opera evi
Vyana Xalq Opera, Volksoper, Vyana operasından sonra Vyana'daki ikinci opera evi. Mövsümdən sentyabr ayına qədər teatr üç yüz tamaşa verir. Əlavə olaraq 1473 oturacaq üçün nəzərdə tutulmuşdur, ayaq üstə yerlərdə 102 tamaşaçı yerləşdirilə bilər. Repertuvar Volksoper ənənəvi olaraq operettası və Alman dilində opera ilə əlaqələndirilir. İndi opera, operettalar, singspils, musiqilər və baletlər səhnəyə qoyulub. == Tarix == Teatr 1898-ci ildə tikilmişdir. Əvvəlcə Volksoper İmperator Franz Joseph I hökmranlığının 50 illiyi şərəfinə imperatorun (Alman Kaiser-Jubiläums-Stadttheater) İlin Şəhər Teatrı adlandırılmışdı və yalnız oyunların istehsalı üçün nəzərdə tutulmuşdu, lakin 1903-cü ildə opera və operettalar səhnəyə çıxmağa başladı. 1906-cı ildə ilk dirijor Aleksandr Tsemlinsky oldu. Tosca və Salomanın ilk istehsalı 1907 və 1910-cu illərdə keçirilmişdir. müvafiq olaraq.
Xalq Evləri Cəmiyyəti
"Xalq evləri" cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət göstərmiş klub tipli müəssisələr. Əsas məqsədi Bakı şəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif işi aparmaq idi. Xalq evləri bir çox tədbirlərin mərkəzinə çevrilmişdi: burada savadartırma kurslarından tutmuş, universitet kurslarına qədər müxtəlif kurs məşğələləri keçirilir, kitabxana-qiraətxanalar təşkil edilir, teatr tamaşaları, konsertlər göstərilirdi. == Fəaliyyəti == Qaraşəhərdəki xalq evi böyük mədəni-maarif işi aparılır, teatr tamaşaları təşkil edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirir və həftədə iki dəfə opera tamaşaları göstərirdi. Qaraşəhərdəki cəmiyyət nəzdində 1919-cu il mayın 1-də mədəni-maarif və musiqi-teatr bölmələri təşkil edilmişdi. İyulun 2-də isə Şamaxı xalq evi təsis edilmişdi. Xalq evlərinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti xalq evlərinə avadanlıq almması üçün vəsait ayırmışdı. Məhz bu yardım sayəsində orada kino zalı yaradılmış və filmlərin nümayiş etdirilməsinə başlanmışdı.
Xan qızı Natəvanın evi
Xan qızı Natəvanın evi — Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır. Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir. Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri ilə müqayisədə daha da genişləndirilmişdir. == Tarixi == Xurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir. Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi).
Xurşidbanu Natəvanın heykəli (Evian-le-Bən, 2017)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Fransanın Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuş heykəl. == Haqqında == === Yaradılması tarixi === 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. === Vandalizm === 2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır. Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir. 2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir. Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür. Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.
Xəlifə Evi Muzeyi
Xəlifə Evi Muzeyi — Sudanın Omdurman vilayətində yerləşən muzeydir. Muzey Xəlifə Abdullah İbn Məhəmmədin (Torşin) keçmiş evidir. İki mərtəbədən ibarət olan ev ilk dəfə 1887-ci ildən 1888-ci ilə qədər, ikinci dəfə 1891-ci ildə olmaqla iki mərhələdə inşa edilmişdir. Tikinti İtaliyalı memar Pietronun nəzarəti altında Həmid Abdel Nur tərəfindən həyata keçirilmişdir. .
Yaponiya imperator evi
Yaponiya imperator evi (yap. 皇室 ко:sitsu) — yapon monarxik sülaləsini — imperator və onun ailə üzvlərini bildirmək üçün istifadə olunan ümumi ad. == Ad == ко:sitsu (yap. 皇室) — müasir rəsmi adı; teysitsu (yap. 帝室) — 1945-ci ilə qədər istifadə olunan adı; tenno:ка (yap. 天皇家) — müasir populyar adı. Hər üç ad azərbaycan dilinə "imperator evi" kimi tərcümə olunur. == Qısa məlumat == Kontekstdən asılı olaraq, imperator ailəsinə imperatorun öz ailəsiylə yanaşı onun yaxın qohumlarının da ailələrini aid edirlər. Yapon taxtının varislik qaydaları və imperator ailəsinə mənsubluq kriteriyaları 16 yanvar 1947-ci ildən İmperator evi haqqında qanunla tənzimlənir. Evin başçısı imperator hesab olunur, o olmadıqda isə regent.
Yaponiyada evlilik
Yaponiyada evlilik ölkədə ailənin leqal və sosial institutudur. Orta əsrlərdən fərqli olaraq hazırda Yaponiyada bərabərhüquqlu evlilik qüvvədədir. Toylar iki formada keçirilir: ənənəvi şinto adətləri ilə və xristian evliliyi adətləri ilə. Yaponiyada evlilik "kankon sosai" (冠婚葬祭) adlandırılan 4 əsas mərasimdən biridir. == Orta əsrlər == Orta əsrlər dövründə Yaponiyada ümumi mənşə ilə bağlı böyük patriarxal ailə mövcud idi. Bu cür ailələr bir qayda olaraq, bir neçə kiçik ailəni əhatə edirdi. Valideynlərlə uşaqlar, ərlə arvad, böyük qardaşla kiçik qardaş arasında münasibətlər subordinasiya əsasında qurulmuşdu. Patriarx (ailə başçısı) öz icma üzvləri üzərində geniş hakimiyyətə malik idi. Evlənmə, boşanma, oğulluğa götürmə kimi məsələlərdə patriarxın razılığı olmalı idi. Qədim yapon qanunlarında silki və patriarxal başlanğıclar sosial-hüquq münasibətlərinin bütün sferalarını səciyyələndirirdi.
Yaşayış binası (Nizami küçəsi, dalan 5, ev 33)
Nizami küçəsi, dalan 5, ev 33 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == Evin fasadları sadə və lakonikdir. Fasad divarı gəclə üzlənmişdir; sonradan əlavə edilmiş və bütün fasad boyunca uzanan taxta veranda yaxşı işlənmiş detalları ilə diqqət cəlb edir. Evin planı kifayət qədər sadədir. O, orta örçülü bir otaqdan ibarətdir. Xidməti otaqlar ehtimal ki, əlavə tikililərdə yerləşmişdir. Evin interyeri, fasadla müqayisədə daha zəngin həll edilmişdir. İnteryerdə divarlar yerli mənşəli açıq tonlu gəc məhlulu ilə üzlənmişdir; kəsişmə yerlərində tünd xəttlər keçir ki, bu da tağın konstruksiyasını vurğulayır. Otağın bütün perimetri boyunca "ləmə" adlandırılan tağçalar yerləşdirilmişdir.

Значение слова в других словарях