MİLLİ₁

sif. [ ər. ]
1. Millətə aid olan, millətə məxsus olan. Milli məsələ. Milli hərəkat.
[Səttarxan:] Möhtərəm natiq, əsil məsələ yalnız torpaq və suda deyil, mübarizə milli azadlıq uğrundadır. M.S.Ordubadi.

□ Milli azadlıq hərəkatı – vətənlərini, xalqını xarici əsarətdən azad etmək uğrunda xalqların apardığı milli mübarizə.
2. Hər hansı millətin səciyyəvi xüsusiyyətlərini ifadə edən, hər hansı millətə xas olan. Milli mədəniyyət. Milli adətlər. Milli musiqi. Milli geyimlər.
3. Bir ölkəyə, dövlətə aid olan. Milli bayraq. Milli himn.
4. Ayrıca, kiçik millətə (xalqa) aid olan. Milli rayon.

Омонимы

  • MİLLİ MİLLİ I sif. [ ər. ] Millətə məxsus, yerli. Qoydu qolbağını tez milli fonda; Yatdı səngərlərə cəbhə boyunda (M
MİLLƏTPƏRVƏRLİK
MİLLİ...
OBASTAN VİKİ
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki kürd milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Emin Milli
Emin Milli (Emin Abdullayev) — Azərbaycan insan hüquqları müdafiəçisi, bloqqer. Almaniyaya köçmüşdür və hal-hazırda orada yaşayır. == Həyatı == Emin Milli 1979-cu ildə Bakıda doğulub. Əslən neftçalalıdır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2001–2002-ci illərdə Almaniyada oxuyub və Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999–2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002–2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002–2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. "Alumni Network" Gənclər Şəbəkəsinin nümayəndəsi, "ANTV" (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir. === Həbsləri === 2009-cu il iyul ayının 8-də "Ol" Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən "Lebanes" restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Milli Gül
Milli gül — Bir ölkənin simvolu olan gül və ya bitki. Hal-hazırda 100-ə yaxın ölkənin milli gülü var. Kanada, Almaniya və Livan kimi bəzi ölkələrdə, milli bitki simvol bir ağacdır. Qızılgül, çoxlu ölkənin milli gülü olaraq birinci mövqedə yer tutur və 10 ölkədə ki ABŞ, İngiltərə, İtaliya, İran, Rumıniya, İraq, Səudiyyə Ərəbistanı, Mərakeş, Lüksemburq, Bolqarıstandan ibarətdir, milli gül kimi seçilmişdir. İkinci yer, orxideya gülünə məxsusdur .7 ölkə ki əsasən Cənubi Amerikada yerləşirlər, orxideyanı öz milli gülləri kimi seçiblər. Sonrakı rütbələrdə dağlaləsi və jasmin gülləri yerləşirlər. Azərbaycanın rəsmi milli gülü Xarıbülbüldür == Tərif == Milli gül, ölkənin simvolu olan gül və ya bitkiyə deyilir. Milli gül seçimi,dövlət himni və milli bayraqın seçimindən az rəsmi olaraq edilir və adətən milli gülün seçim qaydası belədir ki naməlum zaman hər bir ölkənin əhalisinin sevgi, maraq və adətlərinin təsiri altında bir gül milli gül kimi şöhrət qazanır.Qədim tarixə malik ölkələrdə və həmçinin müxtəlif millətlərdən ibarət olan ölkələlərdə azaraq bir milli gül olur və çox vaxt bir neçə gül əhalinin maraq və diqqət simvolu kimi olur.Bu ölkələrdə milli gül region və ya vilayət üzrə fərq edə bilər.Məsələn, Amerikada hər bir əyalətin özünə məxsus yerli gülü var.Yaponiyada isə 1954-cü ildən bəri 47 vilayətin hər biri üçün xüsusi yerli gül təyin edilib. == Tarixçə == Nəzəriyyələrə görə, milli gül seçiminin başlanğıcı 4000 il bundan əvvəl ətrafına və Qədim Misirə qayıdır.Misir ilk ölkə idi ki Suzanbağı gülünü ölkəsinin milli gülü etdi.Misir erkən padşahlıq dövründə (2700-3000 eramızdan əvvəl), kral Yuxarı Misir simvolun bir növ cil və Aşağı Misir simvolun arıçılardan biri etdi. == Milli gül seçilməsinin əsası == Bir bitkinin milli gül kimi seçilməsi bir ölkənin xüsusiyyətləri ilə dərin bağlantısı var və çoxlu yayınmasından başqa, bitki artımının konkret olması,nadirlik və gözəllik,din, tarix, miflər,yerli məhsul olmaq və ölkə əhalisinin mədəni xüsusiyyətləridə bu seçimin növü ilə bağlıdır .Normal olaraq bir ölkənin ərazisindən başqa yerdə nəşr olmayan milli güllərdən Gümüş qıjın Yeni Zelandiyada, Acacia pycnanthanı Avstraliyada və Rhododendron arboreumu Nepalda ad aparmaq olar.Dini səbəblərə görə seçilən güllərdən biri Hindistanın milli gülü olan Lotus gülüdür.
Milli Konvent
Milli Konvent (fr. Convention nationale) və ya Konvent — Böyük Fransa inqilabı dövründə (1792—1795) qanunverici (səlahiyyət məhdudiyyəi olmayan) orqan. Təşkilat məclis formasında 10 avqust 1792 ci ildə kral hakimiyyətinin süqutundan, "vətən təhlükədədir" elan edildikdən sonra yaranmışdır. Konventə ilk seçki 25 yaşına çatmış (dahasonra 21 yaş) kişilərdən 26 avqust 1792 ci ildə, depatament seçkisi isə həmin ilin 2 sentyabrında keçirilmişdir. 1792 ci il 21 sentyabrda Milli Konvent ilk məclisini keçirərək, kral idarə üsulunun ləğv olunması və respublika elan olunması ilə əlaqədar deklorasiya qəbul edir. Konventdə çoxluğu jirondistlər (500 nəfər) və onların tərəfdarları sağ cinahı, azlıqda olan montanyarlar (dağlılar) isə sol cinahı təşkil edirdilər. İlk iclasdan başlajaraq jirondistlərlə montanyarlar arasında gərgin mübarizə başlanmış olur. Sentyabr qətliamı günahkarlarının cəzalandırılması ilə əlaqəli debatlar gərgin şəraitdə keçir. Jirondistlər montanyarları diktaturaya can atmaqda günahlandırırlar. Kəskin fikir ayrılığı 1792 ci il, 16 oktyabrda məhkəmənin XVI Lüdovikin edam qərarı ilə bağlı olmuşdur.
Milli Kümə
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Milli Liqa
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Milli Məclis
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Milli Net
Milli İnternet Mükafatı (qısaca Milli Net) — Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. == Tarixi == Müsabiqənin 2009-cu ildən bu yana ənənəvi olaraq hər il təşkil olunur. 2018-ci il Milli İnternet Mükafatının 10 illik yubileyi kimi qeyd edildi. Lakin, 2019-cu ildə rəhbərlik tərəfindən AİF, MilliNet TK və MilliNet münsiflərinin qarşıdakı dövrlərdə MilliNet-in tam yeni konsepsiyada fəaliyyətə başlamasını nəzərdə tutduğunu və müasir çağırışlar baxımından Azərbaycan İnternetinin inkişafı, milli internet resursların yaradılmasının stimullaşdırılması və qiymətləndirilməsinə yeni yanaşmalar, MilliNet –in məqsəd və vəzifələrinin yenilənməsi üzərində işlər aparıldığı barədə məlumat verilərək AİF və MilliNet komandasının 2019-cu ildə MilliNet yarışmasını təşkil etməyəcəyinini təsdiq etmiş oldu. Lakin, MilliNet2020-nin yeni konsepsiyada fəaliyyətə başlaması nəzərdə tutulduğu bildirilsə də koronavirus pandemiyası və digər səbəblərə görə layihə təxirə salınmalı oldu. 2021-ci ildə layihənin keçirilib, keçirilməyəcəyi barədə hələki rəsmi açıqlama verilməyib. == Əsas məqsədi == Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək; Ən yaxşı milli internet resurslarımızın Azərbaycanda və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq; İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək; Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək. == Qiymətləndirmə meyarları == Müsabiqə Komissiyası saytların qiymətləndirmə prosesində aşağıdakı meyarları rəhbər tutulur: Məzmun (informasiya tutumu); Dizayn (vizual görünüş); Funksionallıq (naviqasiya funksiyaları).
Milli Ordu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Milli Park
Milli park — mühafizə olunan xüsusi ərazi; xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilər. Bütün növ insan fəaliyyətinin məhdud olduğu qoruqlardan fərqli olaraq milli parkların əraziləridə turistlərin gəzintisinə icazə verilir. Məhdud miqyaslı ərazilərdə insanların yaşamasına və təsərrüfat fəaliyyətinə yol verilir. Dünyada ilk milli park Yellouston Milli Parkı hesab edilir. 1872-ci ildə ABŞ Konqresində qəbul edilmiş və prezident Uliss Qrant tərəfindən imzalanmış qanunun əsasında əsası qoyulmuş bu milli park hazırda ABŞ-nin Vayominq, Montana və İdaho ştatlarının ərazilərində yerləşir. Sahəsinə görə ən böyük milli park isə 1974-cü ildə yaradılmış Şimal-Şərqi Qrenlandiya Milli Parkıdır ki, onun da sahəsi 972 min km²-dir. Eyni zamanda ABŞ-də yerləşən Hot-Sprinq Milli Parkının sahəsi cəmi 22 km² təşkil edir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin müəyyənləşdirdiyi mühafizə olunan ərazilərin koteqoriyalar üzrə bölgüsünə görə milli parklar II kateqoriyaya aiddirlər. Dünyada olan bir sıra parların salınmasında dövlət sərhədləri nəzərə alınmamışdır. Məsələn Niger, Benin və Burkina Faso ölkələrinin ərazilərində salınmış və UNESCO-nun ümumünya İrsinə daxil edilmiş “W” Milli Parkını göstərmək olar.
Milli Pəhriz
Yaponiya Parlamenti (Yapon. 国会, Hepbörn: Kokkai) Yaponiyanın ikipalatalı qanunverici orqanıdır. O, Nümayəndələr Palatası (衆議院, Şūqin) adlanan aşağı palatadan və yuxarı palatadan, Müşavirlər Palatasından (参議院, Sanqin) ibarətdir. Hər iki palata paralel səsvermə sistemi ilə birbaşa seçilir. Qanunların qəbulu ilə yanaşı, parlament rəsmi olaraq Baş nazirin seçilməsinə cavabdehdir. Parlament ilk dəfə 1890-cı ildə Meyci Konstitusiyasına əsasən İmperator Parlamenti olaraq çağırılmış və indiki formasını 1947-ci ildə müharibədən sonrakı konstitusiyanın qəbulundan sonra almışdır. Hər iki ev Naqataço, Çiyoda, Tokioda Milli Parlamenti Binasında (国会議事堂, Kokkai-gijidō) görüşür. == Tərkibi == Parlament palatalarının hər ikisi paralel səsvermə sistemi ilə seçilir. Bu o deməkdir ki, istənilən seçkidə doldurulacaq yerlər hər biri fərqli üsulla seçilən iki qrupa bölünür; evlər arasındakı əsas fərq iki qrupun ölçülərində və onların necə seçilməsindədir. Seçicilərdən həmçinin iki səs vermələri xahiş olunur: biri dairə üzrə fərdi namizədə, digəri isə partiya siyahısına.
Milli Qvardiya
Milli Qvardiya — Azərbaycanda Milli Qvardiya Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı Fərmanı ilə yaradılmışdır. == Milli Qvardiyaların tarixi == Uzaq keçmişlərdə mühafizə işini əsasən o zamanlar mövcud olmuş xüsusi keşikçi dəstələri və yaxud seçmə qoşun hissəsi olan qvardiyalar təşkil edirdi. "Qvardiya" — italyan mənşəli sözdür. Mənası "imtiyazlı seçmə qoşun hissəsi" deməkdir. Ancaq qvardiya mənşəli mühafizə dəstələri hələ quldarlıq dövründə meydana çıxmışdılar və monarxların, yaxud sərkərdələrin keşikçiləri şəklində fəaliyyət göstərirdilər."Qvardiyaçı" termini ilk dəfə XII əsrdə İtaliyada dövlət bayrağını mühafizə edən dəstənin adını ifadə etmək üçün işlədilmişdir. XV əsrdə Fransada, İngiltərədə, İsveçdə, Prussiyada, XVII əsrdə Yaponiyada, XIX əsrdə isə bir çox digər dövlətlərdə qvardiyalar yaradılmışdı. Rusiyada ilk qvardiyanı 1687-ci ildə I Pyotr yaratmışdır. Orta əsrlərdə Şərqdə də muzdlulardan və qullardan ibarət keşikçi dəstələrinin seçmə hissəsi olan qvardiyalar təşkil edilirdi. == Haqqında == Milli Qvardiya isə ilk dəfə Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmışdır. Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması işinə isə ilk dəfə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmışdır.
Milli azlıq
Milli azlıq və ya etnik azlıq — hansısa bir dövlətin ərazisində yaşayaraq onun vətəndaşı olan, ancaq köklü xalqa mənsub olmayan və özünü milli icma hesab edən etnik qrup. == Hüquqi tərifi == Hələ 1935-ci ildə, Beynəlxalq Ədalət Daimi Məhkəməsi, Albaniyada azlıq məktəbləri məsələsində “azlıqların mövcudluğu qanun deyil, həqiqət məsələsidir”. Milli azlığın mahiyyətinin qeyri-müəyyən göstəricisi 1990-cı il ATƏM Kopenhagen Sənədinin 32-ci bəndində yer alır — "Bir insanın milli azlığa mənsub olması onun şəxsi seçiminin mövzusudur." İlk ATƏM / ATƏT-in Milli Azlıqlar üzrə Komissarı Maks van der Stul konsepsiyanı belə izah etdi: “Mən sizə özümün [tərifimi] təklif etməyəcəyəm. Bununla birlikdə qeyd etmək istərdim ki, azlığın varlığı təriflə deyil, həqiqət məsələsidir. (...) Görəndə azlığı tanıdığımı söyləməyə cəsarət edirəm. Birincisi, azlıq əksəriyyətdən dil, etnik və ya mədəni xüsusiyyətləri ilə seçilən bir qrupdur. İkincisi, azlıq bir qayda olaraq yalnız öz kimliyini qorumağa çalışan, həm də bu kimliyə daha güclü bir ifadə verməyə çalışan bir qrupdur." Rusiya Federasiyası Rusiya Federasiyasının beynəlxalq sənədləri və qanunvericiliyi, milli azlığın tərifini ehtiva etmir , baxmayaraq ki, həm insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq sənədlərdə, həm də Sənəddə qeyd olunur. Beynəlxalq Mülki və Siyasi Hüquqlar Qanununun 27-ci maddəsi və Rusiya Konstitusiyasında (Maddələr 71, 72 — maraqlıdır ki, onlarda milli azlıqların hüquqlarının qorunması həm federasiya yurisdiksiyasına, həm də ortaq yurisdiksiyaya aiddir) federasiya və onun subyektlərinin). Ukrayna Ukrayna qanunvericiliyi milli azlıqlar olaraq “milliyyətcə Ukraynalı olmayan, öz aralarında milli kimlik və toplum hisslərini nümayiş etdirən Ukrayna vətəndaşları qrupları.” Estoniya Estoniya Mədəniyyət Muxtariyyəti Qanunu, milli azlığı “Estoniyada yaşayan, Estoniya ilə uzunmüddətli, möhkəm və daimi əlaqələri olan, etnik mənsubiyyəti, mədəni kimliyi, dini və ya dili ilə Estonlardan fərqli olan Estoniya vətəndaşları ortaq kimlik üçün əsas rolunu oynayan mədəni ənənələrini, dinlərini və ya dillərini birlikdə qorumaq.” Latviya Latviya, Milli Azlıqların Qoruma Çərçivə Konvensiyasının təsdiqlənməsindən sonra, milli azlıqlar kimi tanınan “Latviyadan mədəniyyətinə, dininə və dilinə görə fərqli olan Latviya vətəndaşları, ənənəvi olaraq Latviyada nəsillər boyu yaşamışlar və özlərini Latviya dövlətinə və cəmiyyətinə aiddirlər, mədəniyyətinizi, dininizi və ya dilinizi qorumaq və inkişaf etdirmək istəyirlər.” Moldova Moldova qanunlarında deyilir ki, “milli azlıqlara mənsub olan insanlar Moldova Respublikasının ərazisində daimi yaşayan, onun vətəndaşı olan, onları etnik, mədəni, dil və dini xüsusiyyətlərə malik olan, onları xalqın əksəriyyətindən fərqləndirən insanlar kimi başa düşülür. Moldova əhalisi və özlərini fərqli bir təbiətə sahib insanlar etnik mənşəli kimi tanıyan." == İstinadlar == == Ədəbiyyat == Юрьев С. С. Аннотация, предисловие, оглавление // Правовой статус национальных меньшинств (теоретико-правовые аспекты).
Milli bayram
Milli bayram bir ölkədə qeyd olunan milli bayramlara verilən addır. Buna misal olaraq Türkiyənin 30 Avqust Qələbə Günü, Amerikanın Müstəqillik Günü, Respublika Günü, Kanada Gününü göstərmək mümkündür. Ümumiyyətlə millətçi məzmuna malik olan bu tətillərdə; həmin ölkənin milli azadlıq müharibəsini qazandığı gün, rəsmi olaraq tanındığı gün, əhəmiyyətli bir hadisənin şahidi olduğu gün və ya etnik-mifoloji əhəmiyyət kəsb edən bir gün qeyd edilə bilər. Milli bayram adətən tətildir. Bir çox ölkədə birdən çox milli bayram var. Danimarka və Böyük Britaniya milli bayramı olmayan yeganə ölkələrdir.
Milli dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. == Ulus dövlətin yaranması == Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Milli kimlik
== Milli kimlik (identiklik) nədir == Milli kimlik- milli düşüncəni, mədəniyyəti, dili, dini, tarix, vətəndaşlıq, vətənpərvərlik, milli ideya, milliyətçilik anlayışlarını özündə ehtiva edir. Milli identiklik fərdin özünün bu və ya digər dövlətə mənsub olmasım dərk etməsi və duyması, həmçinin müəyyən millətlə eyniləşdirərək konkret siyasi davranış modelinin olmasıdır. Milli identikliyin formalaşmasını araşdırmaq üçün onun struktur hissələrini nəzərdən keçirmək lazımdır. Milli identikliyin tərkibində üç bir-birindən ayrılmaz tərkib hissəni ayırmaq olar: 1) koqnitiv, 2) affektiv, 3) davranış. Koqnitiv komponent fərdin dövlətlə bağlılığı, əlaqəsi haqqında təssəwürləri, bilikləri təmin edir. Bu təsəvvürlərin, biliklərin düzgün qavranılması və mənimsənilməsi olduqca vacibdir. Bu prosesdəki hər hansı yanlışlıq sonradan məlumatların düzgün qiymətləndirilməsinə və şəxsiyyətin tamın üzvü hissəsi kimi özünüdərkinə mane olur. Belə olan halda nəticə etibari ilə ya şəxsiyyətin marginalığı, ya da milli identiklik kimi başa düşülən etnik identiklik hadisəsi ilə rastlaşırıq. Deməli, şəxsiyyətin adekvat davranış modelinin formalaşması mümkünsüz olur. Milli identikliyin ikinci struktur komponenti olan affektiv komponent şəxsin öz dövlətinə olan duyğularından, emosiya və hisslərindən ibarətdir.
Milli kitabxana
Milli ktabxana — hökumət tərəfindən xüsusi olaraq xüsusi qiymətli kitabların və informasiya daşıyıcıların saxlanılması üçün yaradılan saxlanğıc. Adi kitabxanalardan fərqli olaraq oxucuya evə kitab aparmağa icazə verilmir.
Milli komunizm
Milli komunizm və ya digər adı ilə Qaliyevizm — müxtəlif ölkələrdə müxtəlif liderlər tərəfindən qəbul edilən və tətbiq edilən kommunizm forması. Hər bir müstəqil dövlətdə, imperiyada və ya müstəmləkədə sosial sinif ilə millət arasındakə əlaqənin müxtəlif xüsusiyyəti vardır. Ukraynalı kommunistlər olan Şaxray və Mazlax, sonradan müsəlman Sultan Qaliyev hesab edirdi ki, bolşevik Rusiyasının maraqları onların ölkələrinin maraqları ilə tərs düşür. Bunu 1945-ci ildən sonra müstəqil xarici siyasət izləməyə çalışmaqla Yuqoslaviyanın kommunist diktatoru İosip Broz Tito davam etdirmişdir. Karl Marksın və Fridrix Engelsin nəzərdə tutduğu kommunizmə görə internasional proletariya yüksək dərəcədə kosmopolitan olmalıdır. Ondan millətçilik yox, sinfi mübarizə gözlənilir. Bu ideologiyaya görə millətçilik proletariyanı bölmək və idarə etmək üçün burjuaziyanın əlində bir alətdir. Kommunizm XIX əsrin sonlarından 1920-ci ilə qədər çox güclü hərəkat formasında idi. Kommunizm keçmiş Rus imperiyasında qalib gəldikdən onilliklər sonra Soyuq müharibə başladı. Soyuq müharibə ardınca isə Qoşulmama hərəkatı (heç bir bloka qoşulmama nəzərdə tutulur) formalaşdı.
Milli liberalizm
Milli liberalizm liberalizmin variantıdır, bəzi (bir qədər, bir neçə) liberal siyasəti (polisi) ilə millətçiliyi birləşdirmək (kombinasiya edilmək), xüsusilə iqtisadi liberalizmə dair. Mühafizəkar liberalizm əksər Avropa ölkələrində siyasi siniflərin ideologiyası olanda, onun (bunun) kökləri XlX əsrdə tapılan (hesab edilən) olmaqdır onda (sonra) monarxiyalar ilə idarə edilən. Milli liberal partiyalar bu gün mövcuddur, daxil olmaqla inadla onun ölkədə üç ənənəvi ideoloji ailədən birini təmsil etdiyi Avstriyada. == Tarixi milli liberalizm == 19-cu əsrdə milli liberalizmdə Almaniya tərəfdarları onların Avropada daha (daha çox) avtoritar iştiraka (olmaya) və güclü German İmperiyaya inandıqları onda liberal millətçilərindən fərqləndi. Maks Veber kimi liberal millətçiləri başqa Avropa gücləri (hakimiyyətlər) ilə əməkdaşlıqda demokratik Almaniyaya tərəf baxırdı. 'Milli liberalizm' müddətindən (termini) 19-cu əsr ərzində Almaniya və Avstriya kimi Almanca danışan ölkələrdə əsasən istifadə edildi, harada ki "Milli Liberal" partiyalar (tərəflər) hökumətdə uzun idi. == Modern milli liberalizm == Avstriyada, milli liberalizm üç Lagerdən birinin və ya ideoloji düşərgələrin əsası qalmışdır, ölkədə. Tarixən, bu Azadlıq Tərəfi (Partiyası) ilə təmsil edilmişdir, ancaq onlara bu yaxınlarda qəlpə ilə, Avstriyanın Gələcəyi üçün İttifaq qoşulunmuşdurlar. Almaniyanın Azad (Ödənişsiz) Demokratik partiyası tərəfin (partiya) qalan hissəsinə daha çox eurosceptic vəziyyətini (mövqesini) keçirən (tutan) milli liberal fraksiyasına malik olmağa davam edir. Rusiyada 1990-cı illərdə, Boris Nemtsov milli liberalizmi qəbul etmək ilə Anatoly Chubais və Yegor Gaidar ilə ziddiyyət təşkil etdi: getdikcə daha çox siyasi baxımdam avtoritar hökumət ilə azad bazar islahatlarını birləşdirmək.
Milli simvollar
Milli simvollar (national characters) – bəzi kod cədvəllərində, məsələn, ISO-7 cədvəlində ölkədən asılı olaraq görünüşü dəyişilən simvollar. Məsələn, IBM meynfreymlərində $, # və @ milli simvollar adlanır, çünki ABŞ-dən kənarda onlar £, yaxud ¥ kimi simvollarla əvəz oluna bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milli siyasət
Milli Siyasət — 1876-cı ildə Con A. Makdonald Mühafizəkarlar Partiyası tərəfindən tanıdılmış bir Kanada iqtisadi proqramı idi. McDonald 1878-ci ildə Kanada federal seçkilərində Mühafizəkarları qələbəyə aparandan sonra, 1879-cu ildə siyasətlərini davam etdirməyə başladı. inkişaf etməkdə olan sənayeləri olan bir iqtisadiyyat, 1880-ci illərdə inkişaf etmiş bir Kanada iqtisadiyyatı. Makdonald, konfederasiya sonrası bir iqtisadiyyat strategiyası olaraq üç elementi birləşdirərək, istehsalın qorunması üçün idxal olunan mallarda yüksək tariflər, infrastruktur və əhali artımını tələb edir. Kanada Pasifik Dəmir Yolunun tikintisi və Qərbi Kanadaya köçün təşviqi. Makdonald 1878 seçkilərində təşviqat apardı və sərbəst ticarəti dəstəkləyən Liberal Partiyanı məğlub etdi. Bu 1879-cu ildən 1950-ci illərin əvvəllərinə qədər davam etdi. == Mərkəzi siyasət == Daha əvvəl 1867-ci ildən 1873-cü ildə təqaüdə çıxana qədər Kanadanın Baş Naziri vəzifəsində çalışan Con A. Makdonald, həmin il bir seçki qazandıqdan sonra 1878-ci ildə milli siyasətini davam etdirməsinə imkan verərək hakimiyyətə qayıtdı. Siyasət Kanadanın gələcəyini yaxşılaşdıran və genişləndirən üç hissədən ibarət idi: === Kanada sənayesinin inkişafı === Makdonald, Kanadalıları Kanada iqtisadiyyatını inkişaf etdirmək üçün Kanada məhsulları almağa razı etdi. Problem dəmir yollarının ABŞ-dən asanlıqla Kanada istehsalı olan mallara nisbətən daha ucuz mal və məhsulları idxal etməsi idi.
Milli təhlükəsizlik
Milli təhlükəsizlik — vətəndaşlar, iqtisadiyyat və digər institutlar da daxil olmaqla milli dövlətin təhlükəsizliyi. Onun təmin edilməsi hökumətin vəzifəsi hesab olunur. Əslində hərbi hücumdan qorunma kimi qəbul edilən milli təhlükəsizlik artıq daha geniş mənalarda istifadə edilməklə qeyri-hərbi aspektləri, yəni iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, ekoloji təhlükəsizlik, ərzaq təhlükəsizliyi, kiber təhlükəsizlik və s. sahələri də əhatə edir. Eynilə, milli təhlükəsizlik risklərinə digər milli dövlətlərin hərəkətləri ilə yanaşı, zorakı qeyri-dövlət subyektləri, narkokartellər və transmilli şirkətlərin fəaliyyəti, eləcə də təbii fəlakətlərin təsirləri daxildir. Dövlətlər milli təhlükəsizliyi qorumaq üçün müxtəlif tədbirlərə, o cümlədən siyasi, iqtisadi və hərbi güc də daxil olmaqla, diplomatiyaya arxalanırlar. Hökumətlər təhlükəsizliyin transmilli səbəblərini (iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, siyasi təcridetmə və nüvə silahlarının yayılması) azaltmaqla həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik şəraiti qurmağa çalışırlar.
Üçüncü Milli
Üçüncü Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən Üçüncü Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Üçüncü Milli kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Yaşayış məntəqəsini XIX əsrin ortalarında Dərələyəz mahalının Milli kəndindən (kürd nəsillərindən birinin adı) köçüb gəlmiş kürd ailələri salmışlar. Oykonimin birinci komponenti kəndi rayondakı eyniadli iki kənddən (Birinci Milli, İkinci Milli) fərqləndirməyə xidmət edir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
İkinci Milli
İkinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən İkinci Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin sonunda Milli (indiki Üçüncü Milli) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir. İkinci komponent isə etnotoponimdir. 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr Birinci Milli kəndini salmışlar. == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının yamacında yerləşir.
Trakay Tarixi Milli Parkı
Trakay Tarixi Milli Parkı ― Litvada milli park. Park 1992-ci ildə Vilnüsdən 25 km qərbdə yerləşən Trakay şəhərini və onun ətrafındakı meşələri, gölləri və kəndləri əhatə etmək üçün yaradılmışdır. Park IUCN təsnifatında II kateqoriyaya malikdir. Park Avropadakı yeganə tarixi milli parkdır. Park UNESCO-nun müvəqqəti siyahısına daxil edilmişdir. == Təbiəti == Buzlağın əmələ gətirdiyi təpə və silsilələrin paralel zəncirləri ensiz və dərin və ya enli və dayaz gölə bənzər silsilələrlə növbələşir. Parkda 32 göl var. Göllər bir-biri ilə kanallar vasitəsilə əlaqələndirilmiş və vahid sistem yaratmışdır. Göllərin ən böyüyü 21 adanın yerləşdiyi Qalve, ən təmizi isə Akmena gölüdür. Kudrionys meşəsi və bir çox məməli və quş növünün sığındığı Ploments və Varnikay bataqlıqları maraq doğurur.
Trans milli korporasiyalar
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı. Ancaq TMK-ların tarixi daha qədimdir. İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni" sayılır. Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər. Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır. Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.
Trinidad və Tobaqo milli futbol komandası
Trinidad və Tobaqo milli futbol komandası Trinidad və Tobaqonu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komandadır. KONKAKAF-ın üzvüdür. == Tarixi == Trinidad və Tobaqo millisi hələ keçən əsrin əvvəllərindən etibarən futbol arenasında çıxış etməyə başlasa da uzun müddət uğur əldə edə bilməyib və dünya kubokundan kənarda qalıblar. Komanda ilk dəfə 90-cı il dünya çempionatının seçmə mərhələsində mundiala qatılmaq üçün əla şans əldə edib. Bunun üçün son oyunda sadəcə olaraq ABŞ millisi ilə bərabər qalmaq lazım idi. Ancaq ada ölkəsi vacib qarşılaşmada uduzaraq (1-0) "İtaliya 90"-na gedə bilməmişdir. Millinin əsas naliyətləri XXI əsrin əvvəllərinə təsadüf edir. Beləki "Soka döyüşçüləri" əvvəlcə KONKAKAF Qızıl kubokunda yarımfinala qədər irəlləmişdir. Trinidad və Tobaqonun ən böyük uğuru isə DÇ-2006-da iştirakdır. Mundialda İngiltərə, İsveç və Paraqvayla eynin qrupda yarışan komanda skandinavlardan aldıqları 1 xalla sonuncu olmuşlar.
Triqlav Milli Parkı
Triqlav Milli Parkı (sloven. Triglavski narodni park) — Sloveniyada yerləşən milli park. Sloveniyanın yeganə milli parkıdır. Milli park ölənin şimal-qərbində, Alp dağlarının cənub-şərq hissəsində yerləşmişdir. Triqlav dağları Yuli Alp dağlarının ən hündür zirvəsi olmaqla yanaşı Sloveniyanın da ən hündür nöqtəsidir. Dağ düz milli parkın ortasındadır. Bu milli parkdan bir neçə çay başlanğıc götürür. Soça və Sava çayları uyğun olaraq Adriatik dənizi və Qara dənizə tökülür. == Tarixi == Triqlav Gölləri dərəsinində qoruma bölgəsi yaratmaq fikri ilk dəfə 1906 və ya 1908-ci ildə seysmoloq Albin Belar tərəfindən irəli sürülmüşdür. Amma bu təklif qəbul olunmamışdır, çünki qanun hər hansı təbiət ərazisinə girişin məhdudlanmasını qadağan edirdi.
Tunis Milli Dialoq Dördlüyü
Tunis Milli Dialoq Dördlüyü (ərəbcə: الرباعي التونسي للحوار الوطني‎, fransızca: Quartet du dialogue national) 2011-ci il Yasəmən inqilabı iğtişaşlarından və tarixi rejim dəyişikliyindən sonra Tunisdə əldə edilmiş demokratik qazancları möhkəmləndirmək və konstitusiyanın möhkəmləndirilməsində mərkəzi vasitəçi olan dörd vətəndaş cəmiyyəti təşkilatından ibarət qrupdur. Dördlük 2013-cü ilin yayında konstitusiya prosesini dayandıran siyasi böhrandan sonra yaradılıb. Dördlüyün İntibah partiyasının başçılıq etdiyi hökumət gedən danışıqlardan uğur əldə etməsi və tarixi konstitusiyanın hazırlanmasında əldə etdiyi uğurun nəticəsi olaraq, 9 oktyabr 2015-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. Milli Dialoq Dördlüyü Tunis vətəndaş cəmiyyətində aşağıdakı təşkilatlardan ibarətdir: Tunis Ümumi Həmkarlar İttifaqı (UGTT, Union Générale Tunisienne du Travail) Tunis Sənaye, Ticarət və Sənətkarlıq Konfederasiyası (UTICA, Union Tunisienne de l'Industrie, du Commerce et de l'Artisanat) Tunis İnsan Hüquqları Liqası (LTDH, La Ligue Tunisienne pour la Défense des Droits de l'Homme) Tunis Vəkillər kollegiyası (Ordre National des Avocats de Tunisie) == Tunis vətəndaş cəmiyyəti konteksti == 2010-cu ilin dekabr ayının ortalarında Məhəmməd Buəzizinin Sidi Bu-Zeyddə özünü yandırmasından sonra Tunis artan etiraz hərəkatları ilə əhatə olundu. Hərəkat əvvəlcə Sidi Bu-Zeyddə bölgəsindəki kənddə orta səviyyəli işçilər və gəncləri tərəfindən sürətləndirildi, lakin əhalinin müxtəlif təbəqələrini əhatə etdi. Tunis həmkarlar ittifaqlarının etiraz səylərini gücləndirəcəyi müəyyən deyildi. Müstəqillik əldə etdikdən sonra Tunis Ümumi Həmkarlar İttifaqı (UGTT) siyasi cəhətdən fəal idi, xüsusən də Beynəlxalq Valyuta Fondunun subsidiyalarının kəsilməsinə etiraz etdi, lakin Ben Əli rejimi tərəfindən getdikcə daha çox repressiyaya məruz qaldı. İstehlak qiymətlərinin artmasına və əmək haqqının durğunluğuna cavab olaraq 1978-ci ildə "Qara cümə axşamı" etirazı kimi hadisələr və BVF-nun subsidiyalarının daha da azaldılması və yaşayış dəyərinin sürətlə artması ilə əlaqədar 1985-ci il etirazlarının Ben Əlinin daha repressiv mühitində təkrarlanacağı çətin görünürdü. Bu repressiv dövrün zirvəsində Tunis İnsan Haqları Liqası rəsmi olaraq qəbul edilən tək QHT idi. 2011-ci il Ərəb Barometri Tədqiqatına görə, etiraz edən əhalinin 10 faizinin həmkarlar ittifaqına mənsub olduğu Misirdən fərqli olaraq seçmənin yalnız üç faizinin həmkarlar ittifaqında iştirak etdiyini iddia etdi.
Tunis milli futbol komandası
Tunis milli futbol komandası - Tunisi beynəlxalq futbol turnirlərində təmsil edən milli komanda.
Tunis qadın milli voleybol komandası
Tunis qadın milli voleybol komandası — Tunis Voleybol Federasiyasının qadınlar üçün əsas milli komandası. Federasiya Afrika Voleybol Konfederasiyasının üzvüdür. == Tarixi == Tunis millisi 3 dəfə Afrika çempionu olmuşdur. İki dəfə ikinci, üç dəfə üçüncü yeri tutmuşdur. Tunis qadın milli komandası 3 dəfə də dünya çempionatına yüksəlmişdir. 1986-cı ilin mundialında 16-cı yeri tutaraq tarixinin ən yaxşı nəticəsini qazanmışdır. Dünya kubokuna isə yalnız iki dəfə yüksələ bilən Şimali Afrika komandasının bu yarışlarda da bir səkkizinciliyi və bir on ikincilyi vardır.
Tunkinski Milli Parkı
Tunkinski Milli Parkı - Tunkinski vadisinin bütöv və müxtəlif ekosistemlərinin rekreasiya istifadəsini qorumaq və təşkil etmək məqsədi ilə RSFSR Nazirlər Sovetinin 1991-ci il 27 may tarixli 282 nömrəli qərarı ilə yaradılan milli park. Parkda Sayan dağlarının ən yüksək zirvəsi - Munku-Sardık dağı yerləşir. Milli park Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyi tərəfindən idarə olunur. == Coğrafiyası == Milli park Buryatiya Respublikasının Tunkinski rayonunda (bütün inzibati rayonu tutur), Hamar-Daban və Şərqi Sayan silsilələrinin cənub yamaclarında və Tunkinski çökəkliyində yerləşir. == Fauna == Parkın faunası tayqa, çöl, qayalı dağ zirvələrinin sakinləri ilə səciyyələnir. Əsas dominant olaraq - qırmızı-boz çöl siçanı, Sorex caecutiens, Sorex isodon və qırmızı çöl siçanı seçilir. Dırnaqlılar arasında müşk maralı və nəcib maral üstünlük təşkil edir, yırtıcılar arasında Qaqum və Martes zibellina dağıdılır və sürü olur. Alp zolağında isə iriqulaq çöl sıçanı və Ochotona hyperborea üstünlük təşkil edir. Bu zonanın yırtıcısı yenədə qaqumdur. Lakin əsas dominant məməliləri Sorex isodon və qırmızı çöl siçanıdır.
Turkana gölü Milli Parkları
Turkana gölü Milli Parkları — Keniyadakı Turkana gölü ətrafında yerləşən üç milli parkdan ibarət bir qrupdur. 1997-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş və 2001-ci ildə genişləndirmə işləri aparılmışdır. Parkın əhəmiyyətinin səbəbləri onun köçəri quşlar üçün dayanacaq kimi istifadə olunmasını, Nil timsahının, begemotların və ilanların yetişdirilməsi üçün yer kimi istifadə edilməsini əhatə edir. Turkana gölü Milli Parkları Sibiloi Milli Parkı və Turkana gölündəki iki adadan ( Mərkəzi ada və Cənubi ada ) ibarətdir.
Tuva Milli Musiqi və Dram Teatrı
Viktor Kok-ool adına Tuva Milli Musiqi və Dram Teatrı (rus. Тувинский национальный музыкально-драматический театр имени В. Кок-оола, tıva В. Ш. Көк-оол аттыг национал хөгжүм-шии театры) 1936-cı ildə təsis edilmişdir. Teatr Tuva aktyoru və RSFSR-in əməkdar artisti Viktor Şoqjapoviç Kok-oolun adını daşıyır. == Tarixi == Teatr studiyasının əsasında yaradılmışdır. Studiyanın özü 1936-cı ildə Viktor Kok-oolun "Xayıran bot" pyesi əsasında hazırlanmış tamaşa ilə açılmışdır. Studiyanı açma qərarı Tuva Xalq Respublikasının Kiçik Xuralı tərəfindən qəbul edilmişdir. 1944-cü ildə Tuva SSRİ-nin tərkibinə daxil oldu, 1945-ci ildə isə Milli Teatr yaradıldı. 1947-ci ildə teatr nəznində rus truppası yaradıldı. 1950-ci ildə teatrda aktyorluq studiyası açıldı. 1958-ci ildə teatr musiqi və drama teatrına çevrildi.
Tuşeti Milli Parkı
Tuşeti Milli Parkı — Gürcüstanın şərqində yerləşən milli park. Park Gürcüstan Parlamenti tərəfindən 22 aprel 2003-cü ildə təsdiq edilmiş səkkiz yeni qorunan ərazidən biridir. Qlobal Ətraf Mühit Fondu (QƏMF) və Dünya Bankı "Gürcüstan — qorunan ərazilərin inkişafı layihəsi" çərçivəsində bu təsdiqləmə prosesinin bir hissəsi idi. Parkda qorunan bitkilər şam bağları və ağcaqayın bağlarıdır (Betula litwinowii və Betula raddeana). Tuşeti qorunan ərazilərə Tuşeti Milli Parkı, Tuşeti Qorunan Landşaft və Tuşeti Qoruğu daxil olmaqla, ümumi qorunan ərazisi təxminən 113,660.2 ha. təşkil edir. Parkda əsas fauna növləri Anadolu Leopard , ayı, qarapaça, şahin, berqut, toğlugötürən, vaşaq, dağ keçisi, bezoar keçisi və canavardır. Park 2011-ci ildə BudgetTravel tərəfindən zəngin bioloji müxtəlifliyə görə deyil, həm də estetik ərazisinə, yaşayış məntəqələrinə, köhnə müdafiə qüllələrinə, mətbəxinə və xalq mədəniyyətinə görə "Heç vaxt eşitmədiyiniz ən yaxşı yerlərdən biri" adlandırıldı. == Yer == Park ölkənin şimal-şərq hissəsindəki Tuşeti dağlıq bölgəsində qurulub. 205 kilometr (127 mil) Tiflisdən Alvani yolu ilə 120 kilometr (75 mil) uzaqdadır.
Tümən (Azərbaycan Milli Hökuməti)
Azərbaycan Milli Hökuməti tüməni — 1946-cı ildə Azərbaycan Milli Hökumətinin pul vahidi. 1 Tümənn = 10 kran bərabər idi. == Tarixi == 1945-ci ilin dekabrında sovet qoşunları tərəfindən idarə olunan İran Azərbaycanında Azərbaycan Demokratik Respublikası elan edilir. Milli hökumət yarandıqdan sonra İran hakimiyyətinin Təbriz bankından külli miqdarda pul çıxardığı məlum olur. "Pul aclığını" aradan qaldırmaq üçün öz emisiyasına müraciət etmək qərara alınır. 1932-ci ildə İranda pul islahatı aparıldı, fars tüməninin əvəzinə rial tətbiq olunur. Ancaq İran hökuməti köhnə sistemə görə öz banknotlarını buraxır: Tümən = 10 kran. Yeni əskinaslar Təbrizdə, filiqran nişanları olmayan kağız üzərində çap edilir. Yazılar ənənəvi şriftdə, ancaq Azərbaycan dilində hazırlanır. 1946-cı ilin yazında Sovet qoşunları İrandan çıxarılır.
Türk-islam milliyətçiliyi
Türk-islam sintezi (türk. Türk-İslam sentezi) və ya türk-islam milliyətçiliyi (türk. Türk-İslam milliyetçiliği) — Türkiyə millətçiliyi ilə islamçılığı birləşdirən dini milliyətçilik növü. == Tənqidi == İdeologiya ilk olaraq Soyuq müharibə dövründə Türkiyədə Amerikanın dəstəklədiyi sağçı ziyalılar tərəfindən ölkədə Sovetin dəstəklədiyi solçu təsirinin artırılması ilə bağlı Gladio əməliyyatının bir hissəsi kimi yaradılmışdır. Türk-islam milliyətçiliyi tez-tez milliyətçiliyi günah hesab edən islamçılar, dini əhəmiyyətsiz hesab edən dünyəvi türk milliyətçiləri, həmçinin Türkiyədəki azlıq hüquqlarını qoruyan müxtəlif təşkilatlar və fəallar tərəfindən tənqid edilir.
Türk Milli Hərəkatı
Türk Milli Hərəkəti — keçmiş Osmanlı İmperiyası və müasir Türkiyədə baş vermiş milli hərəkat. Birinci dünya müharibəsinin pis nəticəsindən sonra Osmanlı İmperiyasının bölünməsi və Türkiyə Cümhruriyyətinin yaradılması dövrünü əhatə edir. Hərəkata Mustafa Kamal Atatürk liderlik etmişdir. Türk Milli Hərəkatı həm hərbi həm də siyasi hərəkat olaraq türk inqilabçılarını bir məqsəd altında birləşdirməyə nail olmuşdur. Bu hərəkət, Osmanlı İmperiyasının süqutundan sonra onun Türkiyə Respublikası simasında yenidən yaranmasına imkan vermiş və onu bölünmədən xilas etmişdir. Məhz bu hərəkatın üzvlərinin təşəbbüsü ilə daha sonra Misak-i Milli adı ilə anılan "Əhd-i Milli Bəyannaməsini" hazırlamışdılar. Bəyannamə sonradan Türkiyə İstiqlaliyyət müharibəsinin manifesti olub.
Türk milliyətçiliyi
Türkiyə milliyətçiliyi və ya türk milliyətçiliyi (türk. Türk milliyetçiliği) — türk xalqını milli, etnik və ya dil qrupu olaraq təbliğ edən və şöhrətləndirən siyasi ideologiya. == Tarixi == Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk hakimiyyətə gəlmişdir. O, türk dilini yad təsirdən "təmizləmək" məqsədi ilə dil islahatı həyata keçirmişdir. Atatürk 1935-ci ildən Türkiyənin siyasi və təhsil dairələrində Günəş dil nəzəriyyəsini də təbliğ etmişdir. Hüseyn Cahid Yalçın və Rüfət Osman bəy kimi dövrün türk tədqiqatçıları da erkən şumerlərin prototürk olması fikrini irəli sürmüşlər. == Variantları == Türkiyə milliyətçiliyi ilə əlaqəli ideologiyalar arasında etnik və ya irqi əsasçılıq və ya milli mistisizmin bir forması olan türkçülük və ya turançılıq, türk milliyətçiliyini islam kimliyi ilə birləşdirən türk-islam sintezi, türk millətini XI əsrdə səlcuqluların Anadolunu fəth etməsindən sonra inkişaf etmiş ayrı bir varlıq hesab edən anadoluçuluq və dünyəvi, vətəndaş milliyətçisi kamalçılıq daxildir. === Kamalçılıq === Atatürk tərəfindən həyata keçirilən Türkiyə Respublikasının quruculuq ideologiyasında milliyyətçilik onun altı əsas sütunundan biri kimi göstərilmişdir. 1930-cu illərdə kamalçılıq onun dedikləri və yazıları əsasında hər şeyi əhatə edən dövlət ideologiyasına çevrilmişdir. Kamalçıların milliyyət tərifi Türkiyə Respublikası Konstitusiyasının 66-cı maddəsinə inteqrasiya edilmişdir.
Türkiyə Milli Basketbol komandası
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası — Türkiyəni beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Türkiyə Milli Futbol Komandası
Türkiyə milli futbol komandası - Türkiyəni Beynəlxalq turnirlərdə və oyunlarda təmsil edən futbol komandası. İlk oyununa 26 oktyabr 1923-cü ildə Rumıniyaya qarşı çıxmışdır. FİFA Dünya Çempionatına 1950, 1954, 2002 olmaq ilə 3 dəfə vəsiqə qazanmışdır. Amma FİFA Dünya Çempionatı 1950-də maliyyə problemlərinə görə çıxış etməmişdir. Türkiyə Milli Komandası Beynəlxalq turnirlərə Avropa seçmələrindən qatılır. FİFA Dünya Çempionatı 2002-də Şenol Günəşin rəhbərliyi ilə üçüncü yeri tutdu, Fatih Terim rəhbərliyində Avropa Çempionatı 2008-də üçüncü yeri tutdu və Şənol Günəş rəhbərliyində gənc heyət ilə FİFA Konfederasiyalar Kuboku 2003-də üçüncü yeri tutdu. Tarixində iki dəfə FİFA Dünya Çempionatında iştirak etmişdir. Milli formanı ən çox 120 dəfə Rüştü Reçber geyinmişdir. Ən çox qol vuran isə 51 qol ilə Hakan Şükürdür. Türkiyə Milli Komandası qitə miqyasında UEFA Avropa Çempionatında iştirak edir.
Türkiyə Milli Futbol Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Türkiyə Milli Futbol Superkuboku
Türkiyə Milli Futbol Çempionatı
Super Liqa (türk. Süper Lig) — Türkiyənin ən üst səviyyə futbol liqası. Bir mövsümdə 19 futbol klubunun yer aldığı liqada, hər komanda bir-birilə 2 dəfə olmaqla mübarizə aparır və qaliblər dairəvi sistem vasitəsilə seçilir. Mövsümü 1-ci və 2-ci yerdə tamamlayan klublar UEFA Çempionlar Liqasında, 3-cü, 4-cü yerdə tamamlayan və Türkiyə Kubokunu qazanan klublar isə UEFA Kubokunda çıxış etmə şansı qazanır. 9 ay davam edən Super Liqa, avqust və may ayları da daxil olmaqla 34 həftə və 306 matç davam edir. 2015–16 mövsümünün sona çatması ilə liqa UEFA ölkələri sıralamasında 11-ci yerdə qərarlaşmışdır. 1959-cu ildə İstanbul, Ankara və İzmir regional liqalarından cəmi 16 komandanın iştirakı ilə təşkil edilmişdir. Türkiyə 1. Futbol Liqası 1962–63 mövsümündə, 2001–02 mövsüm başında istifadə ediləcək olan Super Liqanın adı, bu dövrdə sponsor sponsor adı əlavə edildikdən sonra liqanın başında müxtəlif sponsorların dəstəyi səbəbiylə istifadə edildi. Zamanla iştirakçıların sayı və format baxımından müxtəlif dəyişikliklərə məruz qaldı.
Türkiyə Milli Kitabxanası
Türkiyə Milli Kitabxanası — Ankarada yerləşən Türkiyənin mərkəzi kitabxanası. 15 aprel 1946-cı ildə yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin tabeliyindədir. Kitabxana milli yaddaş, milli arxiv, muzey və tədqiqat mərkəzidir. Çankaya rayonu sərhədləri daxilində Bahçelievler rayonunda yerləşir. == Tarixi == Türkiyə Milli Kitabxanası 1946-cı il aprelin 15-də Ankaranın Çankaya bölgəsində Maarif Nazirliyinin nəzdində Nəşrlər Bürosu kimi yaradılmışdır. Kitabxanada ilk vaxtlar 8000 çap əsəri var idi, ilk ildə fondun artması sayəsində yeni binaya ehtiyac yarandı. Kitabxana fondunu ictimaiyyətə təqdim etmək üçün 1947-ci il aprelin 17-də kitabxana müvəqqəti binaya köçdü. Tezliklə fondun həcmi 60.000 nüsxəyə çatdı. Kitabxana rəsmi olaraq 16 avqust 1948-ci ildə istifadəçilərə xidmət göstərməyə başladı.
Türkiyə Milli Liqası 1959
Türkiyə Milli Liqası 1959 — futbol üzrə Türkiyə çempionatının ilk mövsümü. Bu liqa Türkiyə bayrağının rənglərinə görə Qırmızı qrup və Beyaz qrup adında iki qrupa bölünən komandalar arasında cüt dövrəli liqa kimi oynanmışdır. 16 komandanın yer aldığı liqadan heç bir komanda aşağı liqaya düşməmişdir. 21 fevral 1959-cu ildə İzmirspor-Beykozspor oyunu ilə başlayan liqa 14 iyun 1959-cu ildə oynanan və Fənərbaxçanın Qalatasarayı 4:0 məğlub etdiyi 2-ci final oyunu ilə başa çatmışdır. Qruplarda oynanan oyunlardan sonra qruplarını birinci bitirən Fənərbaxça və Qalatasaray iki oyundan ibarət finalda qarşılaşmışdır. == Ağ qrup == === Yekun cədvəl === Ən son 23 aprel 2015 tarixində yenilənmişdir.Mənbə: 1959 mövsümüSıralama qaydaları: 1) xallar; 2) vurulan və buraxılan qol sayı (V/B); 3) vurulan qol sayıları. (Ç) = Çempion; (D) = Düşdü == Qırmızı qrup == === Yəkun cədvəl === Ən son 23 aprel 2015 tarixində yenilənmişdir.Mənbə: 1959 mövsümüSıralama qaydaları: 1) xallar; 2) vurulan və buraxılan qol sayı (V/B); 3) vurulan qol sayıları.
Türkiyə Milli Olimpiya Komitəsi
Türkiyə Olimpiya Komitəsi— Türkiyənin əsas Olimpiya orqanı. Dünyada ən qədim Olimpiya komitələrindən biridir. Bu Olimpiya komitəsi 1908-ci ildə yaranıb və 1911-ci ildə tanınıb. Komitənin qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası — Türkiyəni beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Türkiyənin milli parkları
Türkiyədə milli parklar Türkiyədə Qorunan yerlərin 5/1-i Milli parklardır. Türkiyədə Milli Parkılar tam bir ərazinin 1%-ni əhatə edir.

Значение слова в других словарях