PANTALON

XVI əsrdə İtaliyada müxtəlif şəhərləri dolanaraq tamaşalar göstərən səyyar aktyor truppaları yarandı. Bu tamaşaları daha da maraqlı edən üzlərində maska, əyinlərində kostyum olan daimi personajlar idi. Nadir hallarda teatra gedən “təcrübəsiz” tamaşaçılar bu personajları tanıdıqları, onlara yaxşı bələd olduqları üçün özlərini daha sakit və rahat hiss edirdilər.

Belə maska komediyalarının ən sevimli qəhrəmanlarından biri Pantalone (mənası: şirə bənzəyən) idi. Belə adın daşıyıcısının, əslində, hamının barmağına doladığı qorxağın biri olması çox gülməli idi. 1600-cü il ərəfəsində personaj elə məşhurlaşmışdı ki, Şekspir özünün “Necə istəsəniz” komediyasında bununla nə demək istədiyini auditoriyanın anlayacağına tam əminliklə “arıq, nimdaş pantalon”dan söz açır.

Pantalonenin əynində həmişə torba kimi şalvar olurdu. Bu onu başqalarından fərqləndirən xüsusiyyət idi. Torbayabənzər belə şalvarlara tezliklə pantalon deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

PANORAMA
PAPAQ

Digər lüğətlərdə

на подъём проворо́нить пьяню́жка га́нка двуеди́ный законспекти́ровать интури́стовский о́вен очуме́ть почерни́ть фе́рмерствовать эге́й морить орех тамыр -phagia dramatis personae impuberty indefinitely overfire power plant prayer book ralph разложить самообличение