PANORAMA

Latın sözüdür, “bütövlükdə görmək” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

PANGEYA
PANTALON
OBASTAN VİKİ
Panorama
Panorama azadlığı
Panorama azadlığı — ictimai yerlərdə yerləşən müəllif hüquqları ilə qorunan obyektlərin (binalar, heykəllər və s.) şəkillərini çəkmək və sərbəst şəkildə yaymaq imkanı. Panorama azadlığı müxtəlif yurisdiksiyaların müəllif hüquqları qanunlarında daimi olaraq ictimai yerdə yerləşən binaların, bəzən heykəllərin və digər sənət əsərlərinin fotoşəkillərini və video görüntülərini çəkməyə və digər təsvirləri (məsələn rəsm əsəri) yaratmağa icazə verən müddəadır. Panorama azadlığı qanunları və ya presedent hüququ müəlliflik hüquqları sahibinin bu cür şəkillərin yaradıcılarına və paylayıcılarına qarşı müəllif hüquqlarının pozulmasına görə tədbir görmək hüququnu məhdudlaşdırır. Müəlliflik hüququ sahibinin törəmə əsərlərin yaradılmasına və yayılmasına icazə vermək müstəsna hüququna malik olması normal qaydadan istisnadır. Müxtəlif ölkələrin qanunları obyektlərin fotoşəkillərini çəkmək hüquqlarına görə fərqlənir. Xüsusilə, Fransada (o dərəcədə ki, bəzi müddəalarda işıqlandırmanın müəllif hüquqlarına görə ictimai mülkiyyətdə olan, müəlliflik hüququ bitmiş Eyfel qülləsinin gecə çəkilmiş fotoşəklini sərbəst şəkildə yaymaq qadağandır) bu qaydalar çox sərtdir. Almaniyada və küçədə və ya ictimai yerlərdə obyektlərin və insanların fotoşəkillərinin dərc edilməsinin qadağan edilmədiyi digər ölkələrdə bu qaydalar nisbətən yumşaqdır. Bəzi ölkələrdə (Böyük Britaniya, Almaniya, Çin Xalq Respublikası) panorama azadlığı qanunla təsbit olunub. Digərlərində isə (keçmiş SSRİ-nin bəzi dövlətləri, Fransa, Rumıniya) qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. ABŞ, Cənubi Koreya, Rusiya kimi ölkələrdə bu yalnız müəyyən kateqoriyalı obyektlərə, məsələn yalnız binalara aiddir.

Digər lüğətlərdə