– Soğan da meyvə cərgəsinə keçdi. ( ).
Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından [Xavərnisənin] gözləri yaşarmışdı.
◊ Soğan (qabığı) kimi soyulmaq – varyoxu tamamilə əlindən çıxmaq və ya əlindən alınmaq; müflisləşmək.
Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əsir düşən qızı deyil, qaragözlü bir Bağdad gözəlini gördülər.
[Məşədi Məmməd:] [Qazı] mənə bir dil tökdü, yazdı, verdi. Soğan kimi soyuldum, gəldim.
Soğan kimi qabığını soymaq – bütün var-yoxunu əlindən almaq.
Kefinə (ovqatına) soğan doğramaq – bax kef.
Saqqala soğan doğramaq – bax saqqal.
Ürəyi soğan kimi soyulmaq – bax ürək.