XADİM

1. деятель, труженик; 2. служитель;
XAÇVARI
XAHİŞ
OBASTAN VİKİ
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). == Həyatı == Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. == Təhsili == Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). == Həyatı və təhsili == Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. == Fəaliyyəti == 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. == Həyatı == Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory == Həyatı və əmək fəaliyyəti == 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Xadim bəy Talış
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Xadim bəy Xüləfa
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır. == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. Mirzə Cabbar Məmmədzadənin oğlu, Mirzə Abbas Məhəmmədzadənin nəvəsi. == Həyatı == Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dilinin gözəl mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat edib.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Tofiq Süleymanov (ictimai xadim)
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor. == Həyatı == Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. == Təhsili == 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə; 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ; 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri); 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı. == Elmi dərəcəsi == 2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru; 2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor. == Pedoqoji fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri" kafedrasında dosent; 2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor. == İctimai fəaliyyəti == 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri; 1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri; 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini; 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi; 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini; 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri; 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini; 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri; 2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü; == Mükafatları == 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu" 1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı" 2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı" 2005 – AMEA-nın "Fəxri Fərmanı" 2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232) 2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" 2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı" 2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" == Elmi maraq dairələri == Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi; Məsafədən müşahidənin kosmik sistemləri; Kosmik məlumatların emalı metodları; Məsafədən müşahidənin tətbiqi məsələləri; Aerokosmik ekoloji monitorinq.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. == Ümumi məlumatlar == Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Yusif Vəliyev (ictimai xadim)
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Natiq Məmmədov (dövlət xadimi)
Natiq Nəsir oğlu Məmmədov (23 oktyabr 1956, Bakı) — 2006-cı ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. == Həyatı == Natiq Nəsir oğlu Məmmədov 23 oktyabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Respublikasının Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1979-cu ildə həmin İnstitutu bitirmişdir. 1990–1996-ci illərdə Sabunçu rayon Səhiyyə Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996–2001-ci illər ərzində 12 saylı şəhər poliklinikasında baş həkim vəzifəsində işləmişdir. 2001-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində çalışıb. Təşkilatı və İşlər İdarəsinin rəisi, 2002-ci ildən etibarən isə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə Azərbaycan Respublikası "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzinin 14 aprel 2004-cü il tarixli qərarına əsasən Natiq Nəsir oğlu Məmmədova Yusif Məmmədəliyev adına medalla təltif olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
== 1990 ==
Nazim İbrahimov (dövlət xadimi, 1951)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). == Həyatı == Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İbrahimov (dövlət xadimi, 1963)
Nazim Hüseyn oğlu İbrahimov (23 dekabr 1963, Nehrəm, Naxçıvan rayonu) — dövlət xadimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (2008–2018) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2002–2008) sabiq sədri. == Həyatı == 1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur. 1970–1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985–86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986–1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir. 1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir. 2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir. 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
Nikolay Tixonov (dövlət xadimi)
Nikolay Tixonov (rus. Николай Тихонов; 1 (14) may 1905, Xarkov – 1 iyun 1997) — SSRİ Nazirlər Sovetinin Sədri və Sovet siyasətçisidir. Kosıginin gedişindən sonra yeni hökumət başçısı olan Tixonov Brejnevin son illərində, Yuri Andropov və Konstantin Ustinoviç Çernenkonun dövründə və Mixail Qorbaçovun hakimiyyətinin başlanğıcında kabinetə rəhbərlik etdi.
Nizami Məmmədov (idman xadimi)
Nizami Məmmədov (tam adı:Məmmədov Nizami İmaməli oğlu; 25 mart 1940, Qarabağlar, Noraşen rayonu) — idman xadimi, 1962-ci ildən SSRİ idman ustası. == Həyatı == Məmmədov Nizami İmaməli oğlu 25 mart 1940-cı ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. === Təhsili === 1662-ci ildə Azərbaycan Dövlət Bədən və Tərbiyəsi İnstututunu (indiki Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirmişdir. == Fəaliyyəti == === İdman fəaliyyəti === 1959-64-cü illərdə Həndbol üzrə Azərbaycan və SSRİ yığma komandalarının tərkibində Polşa 1964, 1968, Macarıstan 1965, Çexoslovakiya (1966), Bolqarıstan (1967) və Rumıniyada 1969 keçirilən beynəlxalq yarışlarda iştirak etmiş, SSRİ-nin ən güclü hücumçularından sayılmışdır. 1984-86-cı illərdə Mali Respublikasının həndbol üzrə yığma komandasının baş məşqçisi olmuşdur. === Pedaqojo fəaliyyəti === 1986-cı ildən Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiridir. 1990-cı ildən dosentdir. == Üzv olduğu təşkilatlar == 1998 — Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Qasım Qasımzadə (dövlət xadimi)
Qasım Qasımzadə, Qasım Qasımov və ya Ağa Qasım Qasımzadə (1889, Xələnc, Quba qəzası – 20 oktyabr 1959, Tehran) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru. == Həyatı == Qasım Qasımzadə 1889-cu ildə Quba qəzasının Xələnc kəndində Hacı Mahmud Qasım oğlu ilə Şəhrəbanu Allahverdi qızının ailəsində anadan olmuşdur. Atası Hacı Mahmud Qasım oğlu Bakının 2-ci gildiya taciri olub. Qasım Qasımzadə 1899-cu ilin sentyabr ayından 8 iyun 1906-cı il tarixinədək Bakı real məktəbində təhsil almışdır. 15 sentyabr 1906-cı il tarixindən 9 iyun 1907-ci il tarixinədək həmin məktəbdə əlavə sinifdə də təhsil almışdır. 2 iyun 1907-ci ildə əlavə olaraq 8-ci sinif həcmində latın dilindən də imtahan verərək tam orta təhsilini başa vurmuşdur. 6 iyul 1907-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunmaq üçün universitet rektoruna ərizə yazmış və universitetə qəbul edilmişdir. 1911-ci ildə ali təhsilini bitirdikdən sonra Bakıya qayıdan Qasım Qasımzadə burada vəkillik fəaliyyəti göstərməyə başlamışdır. Aprel işğalından sonra Qasım Qasımzadə professor Zidelin təqdimatı və Pəhləvi hökumətinin dəvəti ilə ailəsiylə birgə İrana gəlmiş və burada Tehran Universitetinin Hüquq fakültəsində professor olaraq çalışmağa başlamışdır. O, ailəsi ilə birgə daha sonra isə Fransaya qaçmışdır.
Qəzənfər Ağayev (dövlət xadimi)
Qəzənfər Ağayev (tam adı: Qəzənfər Arif oğlu Ağayev; 2 noyabr 1961, Naxçıvan) — azərbaycanlı dövlət xadimi; Yardımlı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006), Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006–2012), Astara rayonunun İcra Hakimiyyətinin Başçısı (2012—). == Həyatı və Ali təhsili == Qəzənfər Ağayev 1961-ci il noyabr ayının 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Qəzənfər Ağayev Azərbaycan Texnologiya Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. == Əmək fəaliyyəti == Qəzənfər Ağayev 1984–1986-cı illərdə Naxçıvan şəhərində inşaat trestində, 1987–1990-cı illərdə isə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1994–2000-ci illərdə "Xal-xal" Kommersiya Firmasının rəhbəri olan Qəzənfər Ağayev, 2000–2005-ci illərdə Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Qəzənfər Ağayev 2005-ci ildən 2006-cı ilə qədər Yardımlı rayonunun icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 24 mart 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Yardımlı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O, 30 sentyabr 2006-cı il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Qəzənfər Ağayev Masallı rayonunun icra başçısı vəzifəsinə təyin edilib. O, 14 aprel 2012-ci il tarixli Sərəncama əsasən isə tutduğu vəzifədən azad edilib.
RSFSR əməkdar incəsənət xadimi
RSFSR əməkdar incəsənət xadimi — 1931-ci ildə təsis olunmuş RSFSR dövlət mükafatı.
Ramiz Qasımov (əməkdar elm xadimi)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi. == Həyatı == Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb. == Əmək fəaliyyəti == İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.
Rauf İsmayılov (dövlət xadimi)
Rauf Əbdüləli oğlu İsmayılov (22 dekabr 1939, Pərpi, Əştərək rayonu – 2 oktyabr 2019, Bakı) — azərbaycanlı siyasi və ictimai xadim, professor (1986), əməkdar elm xadimi (1992), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), istiqlalçı millət vəkili, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri (1992). == Həyatı == Rauf İsmayılov 22 dekabr 1939-cu ildə Qərbi Azərbaycanın Aştarak rayonunun Parpı kəndində anadan olub. Mirbəşir (Tərtər) rayonu Azadqaraqoyunlu kənd orta məktəbində təhsil alıb. 1958–1963-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində təhsil alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın Ədəbiyyat və Dilçilik İnstitutunda "Azərbaycan satirik şerinin inkişaf yolları" mövzusunda namizədlik, 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutuunda "Azərbaycan-Fransa ədəbi əlaqələri (Azərbaycan ədəbiyyatının tarixi inkişafı kontekstində)" mövsusunda doktorluq dissertasiyası müdafiə edib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Professor R. Ə. İsmayılov 1975–2011-ci illərdə Azərbaycan Texniki Universitetinin "Xarici dillər" kafedrasının müdiri olub. O, Fransa, Rusiya, Azərbaycan və digər ölkələrdə çap olunmuş müxtəlif əsərlərin müəllifidir. Bir sıra fundamental dərslikləri, o cümlədən kitabları Moskva şəhərində "Высшая школа" nəşriyyatı tərəfindən çap edilib, keçmiş SSRİ və MDB ölkələrinin ali texniki məktəblərinin tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunub. Onun elmi rəhbərliyi altında 10-dək namizədlik və doktorluq dissertasiyası yerinə yetirilib. Strasburq, Moskva, Bakı və digər şəhərlərdə keçirilmiş beynəlxalq konfransların iştirakçısı olub.
Rüstəm Rüstəmov (dövlət xadimi)
Rüstəm Əziz oğlu Rüstəmov (1910, Bakı – 17 oktyabr 1961, Bakı) — Azərbaycanlı neftçi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı və fəaliyyəti == Rüstəm Əziz oğlu Rüstəmov 1910-cu ildə Təbrizdə anadan olub. 1 yaşı olanda hər iki valideynini itirib. 10 yaşında çəkməçi yanında köməkçi kimi işləməyə başlayır. 10 nömrəli məktəbdə 6 il təhsil aldıqdan sonra 1930-cu ildə oranı bitirir. Daha sonra "Bakjilsoyuza" daş karxanasında fəaliyyətə başlayıb. Lakin iki ildən sonra səhhətinə görə bu işindən ayrılmalı olur. 1932-ci ildə qazma kontorunda fəaliyyət göstərməyə başlayır. Burada ilk olaraq fəhlə kimi işə başlayan o, usta qazmaçı vəzifəsinə qədər yüksəlir. 1940-cı ildə neft ustaları kursunu başa vurub.
Rəşid Mahmudov (dövlət xadimi)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. == Həyatı == Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Saleh Hacıyev (dövlət xadimi)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981). == Həyatı == Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir. Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir. Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir. Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.
Saleh Məmmədov (dövlət xadimi, 1956)
Saleh Məmmədəli oğlu Məmmədov (12 avqust 1956, Pələkli, Tovuz rayonu) — Azərbaycan Respublikasının sabiq maliyyə naziri (1992–1993), iqtisad elmləri dokturu, professor. == Həyatı == Saleh Məmmədov 1956-cı ilin avqust ayının 12-də Tovuz rayonunun Çatax sovetliyinin Pələkli kəndində anadan olmuşdur. 1973-cü ildə rayonun Çatax kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973–1977-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və statistika fakültəsində təhsil almışdır. 1977–78-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə ixtisası üzrə aspiranturasına daxil olmuş, aspiranturanı bitirərək, iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Ardınca, İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunda doktorantura üzrə təhsilini davam etdirərək iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində başlamış, doktorantura təhsilini bitirdikdən sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə kafedrasında fəaliyyət göstərmişdir. Dövr ərzində, Azərbaycan KP MK-nin iqtisadi məsələlər üzrə katibinin, Azərbaycan Respublikasının baş nazirinin, Azərbaycan Respublikası prezidentinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsində işləmişdir.
Saleh Məmmədov (dövlət xadimi, 1958)
Saleh Ərşad oğlu Məmmədov (1 mart 1958, Mirbəşir rayonu) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis, "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti (2016). == Həyatı == Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirmişdir. Saleh Məmmədov əmək fəaliyyətinə 06.08.1980–15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır. 1980–1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir. O, 1982–1991-ci illərdə "Yoltəmirtikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991–1993-cü illərdə "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994–1995-ci illərdə "Azkommunkomplekttexnika" İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir. 1995–2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar "Azəryolservis" ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir. S. Ə. Məmmədov 19.02.2015-ci il tarixdən "Azəryolservis" ASC sədrinin birinci müavini təyin edilmiş və "Azəryolservis" ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.
Sarasadat Xadimalşəriə
Sarasadat Xademəlşəriyə və ya qısaca Sara Xadim (fars. سارا سادات خادم الشریعه‎; d. 10 mart 1997, Tehran, İran) — İran şahmatçısı, kişilər arasında beynəlxalq usta. == Həyatı == Sarasadat Xademəlşəriyə 10 mart 1997-ci ildə Tehranda anadan olub. 2008-ci ildə 12 yaşlı qızlar arasında Asiya çempionu olub. Bir il sonra eyni yaş qrupunda dünya çempionu adını qazanıb. 2004-cü ildə yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında ikinci olub. 2015-ci ildə qadınlar arasında İran çempionatının qalibi olmuşdur. Sarasadat Xademəlşəriyə qadınlardan ibarət İran yığmasının heyətində 2012, 2014, 2016 və 2018 Şahmat Olimpiadalarının iştirakçısı olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Sarasadat Khademalsharieh.
Sarasadat Xadimüşşəriə
Sarasadat Xademəlşəriyə və ya qısaca Sara Xadim (fars. سارا سادات خادم الشریعه‎; d. 10 mart 1997, Tehran, İran) — İran şahmatçısı, kişilər arasında beynəlxalq usta. == Həyatı == Sarasadat Xademəlşəriyə 10 mart 1997-ci ildə Tehranda anadan olub. 2008-ci ildə 12 yaşlı qızlar arasında Asiya çempionu olub. Bir il sonra eyni yaş qrupunda dünya çempionu adını qazanıb. 2004-cü ildə yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında ikinci olub. 2015-ci ildə qadınlar arasında İran çempionatının qalibi olmuşdur. Sarasadat Xademəlşəriyə qadınlardan ibarət İran yığmasının heyətində 2012, 2014, 2016 və 2018 Şahmat Olimpiadalarının iştirakçısı olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Sarasadat Khademalsharieh.
Sarasadat Xadiməlşəriə
Sarasadat Xademəlşəriyə və ya qısaca Sara Xadim (fars. سارا سادات خادم الشریعه‎; d. 10 mart 1997, Tehran, İran) — İran şahmatçısı, kişilər arasında beynəlxalq usta. == Həyatı == Sarasadat Xademəlşəriyə 10 mart 1997-ci ildə Tehranda anadan olub. 2008-ci ildə 12 yaşlı qızlar arasında Asiya çempionu olub. Bir il sonra eyni yaş qrupunda dünya çempionu adını qazanıb. 2004-cü ildə yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında ikinci olub. 2015-ci ildə qadınlar arasında İran çempionatının qalibi olmuşdur. Sarasadat Xademəlşəriyə qadınlardan ibarət İran yığmasının heyətində 2012, 2014, 2016 və 2018 Şahmat Olimpiadalarının iştirakçısı olub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Sarasadat Khademalsharieh.
Sergey Kozlov (dövlət xadimi)
Kozlov Sergey Vasilyeviç (rus. Козлов Сергей Васильевич; 10 aprel 1923, Treskino[d], Saratov quberniyası[d] – 12 noyabr 2000, Moskva) — SSRİ partiya xadimi, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947). == Həyatı == 22 may 1968-ci ildən 20 aprel 1977-ci ilə qədər Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində işləmiş və Azərbaycan KP MK bürosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyalarının MK-nın ikinci katibləri böyük səlahiyyətlərə malik idilər. Onlar Sovet İttifaqı Kommunist Partiyası MK-nın nomenklaturası olaraq birbaşa Kremlə tabe idilər və respublika haqqında Moskvanı məlumatlandırıb, oradan göstərişlər alırdılar. Bundan əlavə onlar respublikalarda bütün İnzibati orqanların fəaliyyətini idarə edirdilər.

Digər lüğətlərdə