Abb.

= Abbildung şəkil, rəsm, təsvir
abätzen
abbalgen
OBASTAN VİKİ
ABB
Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixi == “ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 66 filial və 13 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. == Xidmət şəbəkəsi == ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir.
Dünyanı bəzəyən Abbasın tarixi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Elgin Abbaslı
Elgiz Abbaslı
Elgün Abbaslı
Elman Abbasov
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Elman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir. == Siyasi-ictimai fəaliyyəti == Elman Abbasov 01.06.1972-ci il tarixindən 05.05.1974-cü il tarixinədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçmiş və Ehtiyat zabit hazırlığı kursunun tank komandiri ixtisasını bitirdiyinə görə SSRİ Müdafiə Nazirinin 28.08.1974-cü il tarixli müvafiq əmrinə əsasən "Kiçik Leytenant" hərbi rütbəsi verilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Komandirinin 23.06.1979-cu il tarixli müvafiq əmri ilə "ehtiyatda olan leytenant" və 23.07.1984-cü il tarixli müvafiq əmri ilə "ehtiyatda olan baş leytenant" hərbi rütbəsi verilmişdir. Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin 20.09.1991-ci il tarixli Fərmanı ilə Elman Abbasov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.07.1992-ci il tarixli müvafiq əmri ilə o, 5-ci əlahiddə motoatıcı briqadanın komandiri vəzifəsinə təyin edilmiş və AR Müdafiə Nazinin 28.11.1992-ci il tarixli əmri tutduğu vəzifədən azad edilmişdir. O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır. Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Elmira Abbaslı
Elmira Mikayıl qızı Abbaslı — Azərbaycanın milli geyimləri muzeyinin və "Qızıltikmə" məktəbinin yaradıcısı == Həyatı == 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 15 yaşından tətbiqi sənətlə məşğul olur. 1987-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü. XIX əsr Azərbaycan milli kostyumunun və ənənəvi tikmələrin bərpası ilə məşğul olur. Bir çox beynəlxalq sərgilər və müsabiqələrin iştirakçısı olmuşdur. Böyük müvəfəqiyyətlə Azərbaycanın tikmələrini Finlandiya, Polşa, Türkiyə, Fransa, Malta və digər ölkələrdə təqdim etmişdir. 1994–1996-cı illərdə Azərbaycanın milli geyimləri muzeyini yaratmışdır. Muzeyin dizaynı və bütün eksponatları onun ikiillik əməyinin məhsulu olmuşdur. "Qızıltikmə" məktəbinin əsası qoyulmuşdur. İncəsənətin bu növünü o öz tələbələrinə öyrədir.
Elmira Abbasova
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abbasova (musiqişünas)

Elnur Abbaslı
Elnur Abbasov
Elnur Abbasov (7 mart 1984, Mingəçevir) — Azərbaycanlı futbolçu. == Həyatı == Elnur Abbasov 7 mart 1984-cü ildə Mingəçevirdə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Ədliyyə Bakı, Turan Tovuz, Karvan, MKT-Araz, Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Azərbaycan çempionatının gümüş mükafatçısı (Karvan - 2006).
Elnur Abbasquliyev
Elnur Abbasquliyev — azərbaycanlı aktyor. == Həyatı == 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır. E.Abbasquliyev Rusiyada (Moskva, 26-30 aprel 1999. "Azərbaycan mədəniyyət günləri"), Türkiyədə (1999-cu il 18-28 noyabr, 4-cü Ankara teatr festivalı), Gürcüstanda (Tiflis, 17 sentyabr-8 oktyabr 2000. "Qızıl maska" Beynəlxalq teatr festivalı), İranda (Tehran, 4-10 noyabr 2000 I Beynəlxalq Pantomima Festivalında), İranda (Tehran, 3-10 mart 2002. "Dostluq" teatr festivalı), Türkiyədə (17-27 oktyabr 2002, Ankara Ethos Uluslararası Teatr Festivalı), Hollandiyada (9-15 dekabr 2002, Amsterdam. OUD-WEST THUIS BEST Beynəlxalq mədəniyyətlərarası festival), Ukraynada (7-14 may 2003, Kiyev.
Elvin Abbasov
Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982, Cəlilabad rayonu) — azərbaycanlı iş adamı; İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü. == Həyatı == Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin bir sıra şirkətlərində kompüter və İnformasiya texnologiyaları üzrə mühəndis, ekspert, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra "INTERLAND Company" MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə "SalamNews" İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən Vision TV şirkətini təsis edib. 2015-ci ildə "Bələdiyyələrin vahid ödəmə sistemi"ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur. 2015-ci ildə "Sərmayənin Milliləşməsi" və eyni zamanda bu sahədə "Milli internet resuslarının yaradılması" fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır..
Elvin Abbasov (baş çavuş)
Elvin Abbasov (iş adamı)

Elvin Abbasov (əsgər)
Elxan Abbasov
Elxan Yunis — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Elçin Abbasov
Elçin Abbasov (folklorşünas)
Elçin Abbasov (əsgər)
Ernst Abbe
Ernst Karl Abbe (d. 23 yanvar 1840, Eisenach - ö. 14 yanvar 1905, Jena) alman fiziki və sənayeçisi. 1861-ci ildən başlayaraq Göttingen Universitetində nəzəri fizika professoru və rəsədxana idarəçiliyi edən Ernst Abbe, Karl Zeiss ilə birgə fəaliyyət göstərirdi. (1875), Karl Zeiss vəfat edəndən sonra, optik cihazlar istehsal edən şirkətin rəhbərliyini üstünə götürdü. Mikroskopun klassik qaydasını ortaya atdı. Qırılma qanunları vasitəsilə mikroskopun seçmə gücünü hesabladı (1877). Abbe sinuslar bağlantısını ortaya qoydu.
Firuzə Abbasova
Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; 1958, Ermənistan SSR) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). == Həyatı == Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır. 1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir. 2012-ci ildən kafedranın professorudur.
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…], Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. == Həyatı == Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Fərrux Abbasov
Fərzalı Abbasov
Abbasov Fərzalı Hətəm oğlu (20 noyabr 1932, Göycəli, Qazax rayonu – 2011) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1932-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. 1952–1964-cü illərdə Ağstafa rayonunda "Nərimanov" və "Lenin" adına kolxozlarda inşaat briqadiri, 1964–1991-ci illərdə Qazax rayonunda S. Vurğun adına sovxozda üzümçülük üzrə briqadir işləmişdir. 1968-ci ildə Qazax Kənd Təsərrüfatı Texnikumunu, 1981-ci ildə isə AzKTİ — nin Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirmişdir. Üzümçülük sahəsində əldə etdiyi nailiyyətlərə görə 1971-ci ildə "Qırmızı əmək bayrağı" ordeni, 1976-cı ildə "Lenin ordeni", 1980-ci ildə "Oraq-Çəkic" medalı və Sosialist Əməyi Qəhrəmanı kimi yüksək mükafatlara layiq görülmüşdür. 1971–1990-cı illərdə Qazax rayon Partiya Komitəsinin Büro üzvü, 1974–85-ci illərdə SSRİ Ali Sovetinə, 1985–90-cı illərdə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1975–90-cı illərdə Azərbaycan KP MK-nin üzvü olmuşdur. 1990–1991-ci illərdə Kalininkənd Qəsəbə XDS-nin İcraiyyə Komitəsinin Sədri, 1991-ci ildən Ağstafa RİN-nin Gəycəli kəndə nümayəndəsi olub. 2011-ci ildə vəfat edib.
Fəzl ibn Abbas
Fəzl ibn Abbas (ərəb. ‎‏ الفضل بن العباس‎‎) — Abdullah ibn Abbasın qardaşı, Məhəmmədin əmoğlusu.