ABBAS İBN ƏBDÜLMÜTTƏLİB

(32/653-cü ildə vəfat etmişdir) Məhəmməd peyğəmbərin əmisi olmuşdur. Onu Əbül- Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir. Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır. O, hətta bəzi hallarda peyğəmbərə kömək belə etmişdir. Onun həyat yoldaşı Ümmül- Fəzl isə ilk müsəlman qadınlarından biri olmuşdur. Bütün bunlara baxmayaraq, Bədr döyüşünə bütpərəstlərin tərəfində olmağa məcbur edilən Abbas ibn Əbdülmüttəlib müsəlmanlar tərəfindən əsir götürülmüşdür. Əsirlikdən azad olunduqdan sonra İslamı qəbul edərək, Məkkəyə qayıtmış, ancaq bir müddət müsəlman olduğunu gizlətmiş, təqiyyədə olmuşdur. O, oradakı müsəlmanlara köməklik göstərmiş, Mədinədə hicrətdə olan peyğəmbərə Məkkədəki vəziyyət haqqında xəbərlər göndərmişdir. Daha sonra, müsəlmanların Məkkəni fəth etməsinə az qalmış o da, Mədinəyə hicrət etmişdir. Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərin tərəfində olmuş, Hüneyn döyüşündə bütpərəstlərə qarşı vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra isə Abbas ibn Əbdülmüttəlib Xilafət üçün böyük işlər görmüş və ilk üç Raşidi xəlifələrə yaxından köməklik göstərmişdir. O, İslam ordusu üçün böyük məbləğdə vəsait xərcləmiş, xüsusən də, Bizansa qarşı yürüşlərin bütün xərcini öz öhdəsinə götürmüşdür. Abbas ibn Əbdülmüttəlib xəlifə Osmanın xəlifəliyi zamanı dünyasını dəyişmişdir. Yüz ilə yaxın bir müddət keçdikdən sonra, onun soyundan olan varisləri Xilafətə başçılıq etmişdirlər. Məhz, Abbasilər sülaləsi onun soyundan gəlməkdədirlər.
А DÜL-İRƏM
ABBASİLƏR
OBASTAN VİKİ
Abbas ibn Əbdülmüttəlib
Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb. Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər.
Həmzə ibn Əbdülmüttəlib
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
Abdullah ibn Əbdülmüttəlib
Abdullah ibn Əbdülmüttəlib (təq. 545, Məkkə – 570, Mədinə) — Məhəmməd peyğəmbərin atası. Abdullah atası Əbdülmüttəllibin sevimli oğlu olmuşdur. Rəvayətlərə görə Əbdülmüttəlib çoxlu oğlu olarsa, birini qurban verəcəyinə söz vermişdir. İllər sonra onun on oğul övladı dünyaya gəlmişdir. Buna görə də Əbdülmüttəlib verdiyi sözü tutmuş və övladlarından birini qurban verməyi qərara almışdır. Onun atdığı püşk oğlu Abdullaha düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli oğlunu qurban verməli idi. Ancaq sonra, qüreyşlilərin təkidi ilə o öz fikrindən daşınmış, oğlunun yerinə 100 dəvəni qurban kəsmişdir. Daha sonralar Əbdülmüttəllib Abdullahı nüfuzlu ərəb qəbilələrindən birinə məxsus Əminə adlı bir qızla evləndirmişdir.
Əbdülmüttəlib
Əbdülmüttəlib ibn Haşim (ərəbcə: عبد المطّلب) — Qureyş (Quranda adı çəkilən surələrdən biridir)qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. Vəfatına qədər nəvəsinə ən yaxşı şəkildə baxdıqdan sonra, peyğəmbəri oğlu Əbu Talibə əmanət vermişdir. Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardır: Haris ibn Əbdülmüttəlib — Zübeyr ibn Əbdülmütəllib — Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası Həmzə ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin əmisidir, Məkkəninn fəthi uğrunda döyüşlərin iştirakçısı Əbu Ləhəb — Məhəmməd peyğəmbərin əmisi. Onun fəal rəqiblərindən biri Hakim ibn Əbdülmütəllib — Makvam ibn Əbdülmütəllib — Səfər ibn Əbdülmütəllib — Abbas ibn Əbdülmüttəlib (566–653) — Məhəmməd peyğəmbərin əmisi Səfiyə binti Əbdülmütəllib — peyğəmbər Məhəmmədin bibisi, Zübeyrin anası "Peyğəmbərin (s) babasının adı niyə Əbdülmüttəlib olub?". Milli.Az (az.). 2016-01-21. İstifadə tarixi: 2023-12-19.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
Abbas ibn Firnas
Abbas ibn Firnas və ya Abbas Abu Al-Qasim ibn Firnas (ərəb. عباس بن فرناس‎; d.810 – ö.887) — müsəlman bərbər-əndəlus intellektualı, ixtiraçısı, fizik və mühəndisi.. Həm də musiqiçi və şair olmuşdur. == Həyatı və fəaliyyəti == Bərbər mənşəli Firnas Əndəlusun İzn-Rand-Onda məntəqəsində (Ronda, İspaniya) anadan olmuş və Kordova əmirliyində yaşamışdır. İbn Firnas Əl-Maqata adlanan su saatı və bir neçə metronom düzəltmiş, rəngsiz şüşə istehsalı texnologiyasını hazırlamış, müxtəlif şüşə planisferlər ixtira etmişdi. O həm də müxtəlif linzalar (“oxuma daşları”) hazırlamış, planetlərin və ulduzların hərəkətini əyani şəkildə göstərən üzüklər zənciri düzəltmişdi. İbn Firnas tərəfindən dağ büllurunun emalı prosesinin təkmilləşdirilməsi nəticəsində, artıq bu büllurun emal üçün Misirə göndərilməsinə ehtiyac qalmadı. Öz evində alim xüsusi otaqda ulduz, bulud və ildırım modellərini quraşdırmışdı və bütün bu modellər zirzəmidə olan xüsusi mexanizmlərin köməyi ilə hərəkətə gətirilirdi. == Aviasiya == Mərakeşli tarixçi Əhməd Məhəmməd əl-Məqqari yazır ki, ibn Firnas hazırladığı deltaplanabənzər aparatı özünə bərkitməklə uçmağa səy göstərmiş, “bir qədər uçduqdan sonra enməyə başlamış və enmə zamanı xəsarət almışdı” və söyləmişdi ki, aparataın quyruq hissəsi olmadığından o uğursuz eniş etmişdir. Bu hadisənin 875-ci ildə baş verməsi güman edilir.
Abbas ibn Ubadə
Abbas ibn Ubadə — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Birinci və İkinci Əqabə beyətində iştirak edən səhabələrdəndir. Mədinənin Xəzrəc qəbiləsindəndir. İkinci Əqəbə beyti ilə müsəlman olur. Lakin o, digər mədinəlilər kimi məmləkətinə qayıtmayırlar və Məkkədə peyğəmbərin yanında qalır. Bu səbəbdən o, İslam tarixində “Ənsarın mühaciri” kimi məşhurlaşır. Abbas bin Ubadə Uhud döyüşündə pərən-pərən düşmüş İslam ordusunu toplamaq istəmiş və Məkkəlilərin ordusuna hücum edərkən həlak olmuşdur.
Abbas ibn Əbdülmütəllib
Abbas ibn Əbdülmüttəlib (təq. 568, Məkkə – 15 fevral 653, Mədinə, Hicaz, Rəşidi xilafəti) – Məhəmməd peyğəmbərin əmisi. Abbasilər sülaləsinin adı məhz Abbasdan götürülüb. Azərbaycan Milli Ensiklopediyasında atasının adı Əbdülmütəllib formasında qeyd edilib. == Gənclik yaşları == Onu Əbül-Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas Məhəmmədlə bir evdə böyümüşdür. Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm quyusundan onlara su ikram edirdilər.
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli qəhrəman kimi tanınmışdır.
Abdullah ibn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
Fəzl ibn Abbas
Fəzl ibn Abbas (ərəb. ‎‏ الفضل بن العباس‎‎) — Abdullah ibn Abbasın qardaşı, Məhəmmədin əmoğlusu.
Qasım ibn Abbas
Qasım ibn Abbas ibn Əli — Abbas ibn Əlinin oğlu, Kərbəla şəhidi. O və qardaşı Fəzl ibn Abbas Kərbəla hadisəsində vəfat etmişdir.
Qusam ibn Abbas
Qusam ibn Abbas (ərəb. قثم بن العباس‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi oğlu idi və İslamı müasir Özbəkistan ərazisinə gətirən şəxsdir. Şaxi Zindada Qusam ibn Abbasın türbəsi olduğuna inanılır.
Qasim ibn Abbas
Qasim ibn Abbas (ərəb. قَاسِم ٱبْن عَبَّاس‎) — bəzi mənbələrdə Kərbəla döyüşü şəhidləri arasında hesab edilir, sonrakı mənbələrdə Qasim ibn Abbas anası Lübabə binti Ubeydullah ibn Abbas olmaqla Abbas ibn Əlinin oğlu kimi qeyd edilir. O və qardaşı Fəzl Kərbəla döyüşündə həlak oldular.
Abbas
Abbas — kişilərə verilən şəxsi ad. Azərbaycanda bu addan geniş istifadə olunur. I Abbas — Səfəvilər dövlətinin hökmdarı (1587–1629). II Abbas — Səfəvilər dövlətinin hökmdarı (1642-1666). III Abbas — Səfəvilər dövlətinin sonuncu — XI şahı, II Təhmasibin oğlu. Abbas ağa Abbasağa Azərtürk — şair, pedaqoq (1934-1998). Abbas ağa Nazir — azərbaycanlı şair, tərcüməçi və maarif xadimi. Abbas ağa Təbrizi — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. Abbas Ağalarov — azərbaycanlı boksçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. Abbas Ağamirov — azərbaycanlı boksçu, SSRİ-nin əməkdar idman ustası.
İbn
İbn Firnans
Fərhad Abbas
Fərhad Abbas (ərəb. فرحات عباس‎) (24 avqust 1899[…] – 24 dekabr 1985[…], Əlcəzair) — Əlcəzair siyasətçisi, ölkənin müstəqilliyi uğrunda mübarizənin liderlərindən biri. O, mülayim milliyətçi fikirlərə sahib idi. == Həyatı == Fərhad Abbas 24 avqust 1899-cu ildə Fransanın bir hissəsi olan Əlcəzairin Tahir şəhərində anadan olmuşdur. O, Sətifdə əczaçı olaraq çalışırdı. Abbas 1938-ci ildə Əlcəzair Xalq İttifaqını təsis etmişdir. O, 1943-cü ildə "Əlcəzair xalqının manifesti"ni yayımlamış və Əlcəzair Bəyannaməsinin Demokratik Birlik Partiyasını təsis etmişdir. Abbas İkinci Təsis Məclisi, daha sonra 1948-ci ildə Əlcəzair Məclisinin üzvü olmuşdur. O, iğtişaşlar başlayandan sonra ölkəni tərk etmiş və Misirə getmişdir. Abbas 1958-ci ildə Qahirədə yaradılmış "Əlcəzair Müvəqqəti Hökuməti"nin rəhbəri olmuşdur.
Göyər Abbas
Göyər Abbas, Göyərabas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Göyər Abbas kəndi Bərgüşad silsiləsinin yamacındadır. Oykonimin birinci komponenti Göyərcik sözünün ellipsiyaya uğramış variantıdır. İkinci komponent isə vaxtilə həmin məntəqənin adı çəkilən şəxsin tabeliyində olduğunu göstərir. Kəndin adı "Abbasa məxsus Göyərcik kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Göyərabas kəndi Qubadlı rayonunun ən ucqar kəndlərindən biridir. Kiçik ərazisi olan bu kənd 4 tərəfdən dağlarla əhatələnmişdir. Kəndin çox heyrətamiz təbiəti, dağ havası və saf bulaq suları var.
Həmid Abbas
Həmid Abbas — şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi (1970-1981), Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri (1981-1999), Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Həmid Məmmədəli oğlu Abbasov 10 oktyabr 1935-ci ildə Qazax rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsindən məzun olub. Həmid Abbas 19 noyabr 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəaliyyəti == Əmək fəaliyyətinə 1960-cı ildə tərcüməçilik edərək başlasa da səyyar müxbirlik, redaktorluk kimi vəzifələrdə də çalışmışdır. İlk əsəri, ,,Dilican’’ adlı şeiridir (1957). Ayrıca ,,Gəncliyin səsi’’ adlı ədəbi külliyətində ve dönəm mətbuatlarında şeirləri yayımlanmışdır. ,,Tarla qızları’’ adlı ilk şeir kitabı Abbas Həmid təxəllüsü ilə nəşr edildi. 1978-ci ildə Ali Partiya Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Jurnalistlər Birliyinə, 1983-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv oldu.
III Abbas
III Şah Abbas və ya III Abbas (tam adı: Abbas Mirzə Təhmasib oğlu Səfəvi; yanvar 1732, Qoçan, Rəzəvi Xorasan ostanı – fevral 1740, Səbzivar[d], Rəzəvi Xorasan ostanı) — Səfəvilər İmperiyasının XI şahı (avqust 1732—21 mart 1736). II Şah Təhmasibin Şahpuri sultandan olan oğlu. == Həyatı == Abbas Mirzə yanvar 1732-ci ildə Səfəvilər İmperiyasında anadan olmuşdur. 1732-ci ilin avqustunda Nadir xan Əfşar Xorasandakı qiyamı yatırdıqdan sonra öz tərəfdarları olan feodal əyanlarının köməyi ilə Səfəvilər İmperiyasının hökmdarı II Şah Təhmasibi hakimiyyətdən devirərək, Abbas Mirzəni hakimiyyətə gətirir. II Təhmasib isə Nadir xan tərəfindən Xorasanın Səbzivar şəhərində həbs edilir. 7 sentyabr 1732-ci ildə Abbas Mirzə III Şah Abbas adı ilə nominal şah elan edilir və tacqoyma mərasimi keçirilir. Və beləliklə dövləti onun adından Səfəvi ordusunun baş komandanı Nadir xan idarə etməyə başlayır. 21 mart 1736-cı ildə Nadir xan Suqovuşanda özünü şah elan edir və III Abbası Səbzivar şəhərinə atası II Təhmasibin yanına həbsə göndərir. 1738-ci ildə Nadir şah oğlu Rzaqulu xan Əfşarı naibus-səltənə təyin edib Əfqanıstan və Hindistana yürüşə gedir. H.Q. 1752-ci ilin baharında İraqda şayiə yayılır ki, Hindistanda Əfşar ordusuna qorxulu xəstəlik düşüb və Nadir şah özü də həlak olub.
II Abbas
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
I Abbas
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
Katolikos Abbas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Mahmud Abbas
Mahmud Abbas (ərəb. محمود عباس‎) və ya Əbu Mazen (ابو مازن‎‎; 15 noyabr 1935, Safed, Britaniya Fələstini) — Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin (FƏTH) sədri.
Məşədi Abbas
Məşədi Abbas Məşədi Həşim oğlu Rzazadə (1878-1954) 1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir. O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula-pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş. Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: "Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin".