ADAM

1. человек; 2. благовоспитанный, гуманный человек;
ADALI
ADAMALDADAN
OBASTAN VİKİ
Düşünən adam
Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb. Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.
Fil adam
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Hörümçək-adam
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını "Kralın Əmrində" kimi düşünsə də, dostlarının məsləhəti ilə onu "Gülən Adam" olaraq dəyişib. Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" — " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen — əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Günahsız adam
Günahsız adam (hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. == Rollarda == Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. == Mövzusu == "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Omer Adam
Omer Adam (ivr. ‏ עומר אדם‏‎; 22 oktyabr 1993, Şimali Karolina, ABŞ[…]) — İsrail müğənnisi. Mizrahi şərq musiqisi üslubunda müasir musiqi alətlərinin müşayəti ilə mahnılar ifa edir. 2009-cu ildə İsraildə keçirilən Koxav Nolad musiqi müsabiqəsinə qatıldıqdan sonra məşhurlaşmışdır. 2010-cu ildə "Names Mimeh" adlı ilk albomunu satışa çıxarmışdır.
Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür. İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir. Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.
Qarışqa-adam
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
Qurd adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Frans Adam
Frans Adam (4 may 1815[…], Milan – 30 sentyabr 1886, Münxen) — Münhen şəhərindən olan alman rəssamı. == Həyatı == Albreçt Adamın ikinci oğlu və tələbəsi.O özünü əsgər həyatının, döyüşlərin, xüsusən də atların istedadlı təsviri kimi məşhurlaşdırıb. O böyük realizmdə atasından fərqlənir, həm də Avstriyada hörmət qazandığı macar xalq həyatından səhnələrdə çox mahirdir; üstəlik, bir neçə gözəl icra edilmiş atlı portretləri ilə tanınır. Frans Adamın məzarı Münhendəki köhnə cənub qəbiristanlığında yerləşir[2]. Müəllim, məşhur tələbələri arasında Georg Grimm. == Seçilmiş əsərləri == "24 iyul 1859-cu ildə Solferino və Valecio arasındakı yol" (1867) "1812-ci ildə Rusiyadan geri çəkilmə" "1859-cu il kampaniyası zamanı Avstriya lancerlərinin Piedmontes əjdahaları ilə döyüşü" (1868) "Sedan yaxınlığındakı Floanda fransızlarla döyüş" (1879) "10 oktyabr 1870-ci ildə Orleanın tutulması zamanı ilk ordu korpusu" (1879) "Sedan döyüşündən sonra əsirlərin daşınması" "Villa Mestredə Xorvat yaşayış yeri" İmperator Frans Cozef və feldmarşal Vredenin atlı portretləri (1859).
Qar adam
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Yad adam
Yad adam (türk. Yaban) — Türkiyə yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun romanı, türk ədəbiyyatında ziyalı-kəndli arasındakı uçurumu dilə gətirən nadir romanlardan biri. Əsər Birinci Dünya müharibəsində qolunu itirən türk zabiti Əhməd Cəlalın xatirələrindən ibarətdir. Hadisələr 1920-ci illər Türkiyə İstiqlaliyyat müharibəsini əhatə edir. Şərəfli döyüş yolu keçən türk zabiti müharibədən sonra sadiq əsgərlərindən birinin dəvətiylə onun kəndinə yollanır. Əsərdə hadisələr Anadolunun ucqar kəndlərindən birində Porsuq çayı ətrafında cərəyan edir. Əhməd Cəlal böyük qürurla vətən uğrunda mübarizədən, bu yolda necə can qoyduğundan danışsa da, kəndlilər onun bu söhbətlərini, fədakarlıqlarını laqeydliklə qarşılayırlar. Ə.Cəlal onlar üçün nə qədər can yandırsa da, onu öz aralarına almır, "yad adam" kimi baxırlar. Çox sevdiyi Əminə belə onu "yad adam", "gəlmə" hesab edərək, Mehmed Əlinin qardaşı İsmayılla evlənir. Kənddəki insanlar bütün sivilizasiyalardan uzaq, heç bir şeylə maraqlanmadan gündəlik öz işlərini görür, Əhməd Cəlal kimi "yad adam"ın vətənpərvərlik çağırışlarına etina etmirlər.
Tənha adam
Tənha adam (türk. Issız Adam) — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib. Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır. Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb. Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi. Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.
Adam Frank
Adam Frank (1 avqust 1962, Nyu-York, Nyu-York ştatı) — Amerikalı fizik, astronom və yazıçıdır. Onun elmi tədqiqatları ulduzların meydana gəlməsi və inkişafının son mərhələlərinə diqqət yetirməklə hesablama astrofizikasına yönəlmişdir. Onun fəaliyyətinə həm də ekzoplanet atmosferi və astrobiologiya üzrə tədqiqatlar daxildir. O, ekzo-sivilizasiyalar haqqında məlumatlar toplamağa çalışmışdır. Onun əsərlərində bir çox elmi məsələlərə diqqət yetirilmişdir. Mövzulara aşağıdakılar daxildir: iqlim və insan gələcəyi, texnologiya və mədəni təkamül; şüurun təbiəti və təcrübə; elm və din. O, Milli İctimai Radioda (NPR) yaranan 13.7 Kosmos və Mədəniyyət Bloqunun həmtəsisçisidir və o, NPR-nin Hər Şey Nəzərdən keçirilməsi bloquna da müntəzəm olaraq efirdə töhfə verir. O, vaxtaşırı New York Times qəzeti üçün də yazır. == Həyat və karyera == Frank 1 avqust 1962-ci ildə Nyu Cersi ştatının Belleville şəhərində anadan olub. O, bakalavr təhsilini Kolorado Universitetində və dissertasiya işlərini isə Vaşinqton Universitetində müdafiə edib, Hollandiyanın Leiden Universitetində və Minnesota Universitetində çalışıb.
Adam Klark
Adam Klark – (Clark Ádám) 14 avqust 1811, Edinburq, Şotlandiya - 23 iyun 1866, Budapeşt, Avstriya-Macarıstan) — Macarıstandakı işi ilə tanınan şotlandiyalı inşaat mühəndisi. == Bioqrafiya == Fəhlə ailəsində dünyaya gələn Adam Klark texniki təhsilini (Darling & Hume və G. Manwaring & Co) aldıqdan sonar, Hunter & English şirkətində çalışıb. 1834-cü ildə A. Klark qraf İştvan Seçeninin dəvəti ilə Dunay çayının axınını tənzimləmək üçün yeni dibçəkən gəminin tikintisinə nəzarət etmək məqsədilə Budapeştə gedir. İki il sonra isə Şotlandiyaya qayıdır. 1839-cu ildə A. Klark Dunay çayı üzərində Buda və Peşt şəhərlərini birləşdirməli olan Zəncirli körpünü tikintisinə nəzarətçi kimi Macarıstana geri qayıdır. Körpü 1839-cu ildə Qraf Şeçeninin təşəbbüsü ilə ingilis mühəndisi Villiam Tierney Klark (William Tierney Clark) (heç bir qohumluq əlaqəsi yoxdur) tərəfindən layihələndirilib. Lakin Villiam Tierney Klark köpünün tikintisinə nəzarət etmək üçün Macarıstanda qala bilmir və ya istəmir. Sonradan bu layihə, İştvan Seçeni tərəfindən Adam Klarka həvalə olunur. Adam Klarka, körpünün inşası üzərində on il çalışmışdır. 1847-ci ildə Milli Kommunikasiyalar Komitəsinin (Yollar üzrə) (Kozlekedési Országos Bizottság) müşaviri, 1848-ci ildə isə İctimai İşlər Nazirliyinin (Kozmunkák Minisztérium) texniki məsləhətçisi olmuşdur.
Adam Yeyts
Adam Riçard Yates (7 avqust 1992) — hazırda UCI WorldTeam BAE Team Emirates komandasında yarışan britaniyalı peşəkar yol və trek yarışı velosipedçisidir. Yeyts 2016-cı il Tour de France-da ümumi hesabda dördüncü yeri tutdu və əkiz qardaşı Simonu bir il qabaqlayaraq gənc atlıların təsnifatını qazanan ilk britaniyalı sürücü oldu. == Yetkinlik dövrü və həvəskar karyera == Ataları Con avtomobil idarə edərkən toqquşma nəticəsində Adam və Simon yaralandıqdan sonra velosiped sürməyə başladılar — sağalma müddətində əkizləri Mançester Velodromuna aparılaraq velosiped klubu Bury Clarion tərəfindən idarə olunan seansları izlədilər. Hər iki qardaş tezliklə Bury Clarion komandası üçün yolda və Eastlands Velo trekində sürməyə başladılar. Simon Britaniya Velosiped İdmanı Olimpiya Akademiyası proqramı üçün seçildiyi halda, Adam Deyv Rayner Fondunun maliyyə yardımı ilə yol yarışı karyerasını Fransada davam etdirdi. Yates Böyük Britaniya millisini təmsil edərkən 2013-cü il Tour de l'Avenir-in ümumi təsnifatında ispaniyalı atlı Rubén Fernándezdən sonra cəmi 55 saniyə ilə ikinci olub. == Peşəkar karyera == === 2014 === Fransız həvəskar CC Etupes komandası ilə uğurlu bir mövsüm keçirərək, 2014-cü ildə qardaşı ilə birlikdə Avstraliyanın UCI Dünya Turu komandası Orica–GreenEDGE-ə qoşuldu. Argentinada keçirilən ilk peşəkar yarışında, Tur de San Luis yarışında Yates ümumi hesabda on birinci, gənc atlıların təsnifatında birinci oldu. Yeytsin yüksək nəticələri 2014-cü il aprelin sonu və may ayının əvvəllərində Türkiyə Turunda əldə edildi. O, qardaşı ilə birlikdə ümumi təsnifat üçün komandanın qorunan atlılarından biri idi.
Adam içində
Adam içində — ANS TV-də yayımlanmış veriliş. == Verliş haqqında == Verilişin ilk qonaqları bəstəkarlar Nailə Mirməmmədli, Elçin İmanov, bəstəkar-müğənni Elza Seyidcahan və cazmen Cavan Zeynallı olub. 2 saat davam edən proqramın ilk mövzusu "müğənnilik sənəti" olub. 2 saat ərzində övladlarını müğənni görmək istəyən analar və müğənnilik arzusu ilə yaşayan gənclər müzakirə olunub. "Adam içində" proqramı həftəiçi hər gün 2 saat, 17:00–19:00 arası birbaşa efirdə olub. Verilişin prodüserləri telejurnalist Afət Rahilqızı və teleprodüser Şahin Əhədovdur. "Adam içində" verilişi sosial tok-şou xarakterlidir. Verilişdə əsasən sosial, ailə münaqişələri, şou-biznes, mistik və gündəmdə olan məsələlər, fövqəladə hadisələr müzakirə edilir. "Adam içində" hər mövzuya uyğun tanınmış qonaqlar və ekspertlər də dəvət olunur. Prodüseri Şahin Əhədov olan, sözügedən verilişin aparıcısı isə Elgiz Əkbərdir.
Adam oğurluğu
Adam oğurluğu — gizli və ya aşkar şəkildə, yaxud aldatma yolu ilə şəxsi ələ keçirməyə, onu təbii mikrososial mühitindən çıxarmağa, yaşadığı yerdən köçürməyə, sonra isə öz iradəsinə zidd olaraq başqa yerdə saxlamağa yönəlmiş məqsədyönlü, qanunsuz əməl. Qadınlar, uşaqlar, miqrantlar və qaçqınlar insan alverçilərinin hədəfində olan ən həssas əhali arasındadır. Əksər hallarda, bu, eqoist məqsədlərlə törədilir və oğurlanmış şəxsin qohumlarından və ya yaxınlarından fidyə almaq, habelə bu şəxsləri qaçıranlar üçün zəruri olan hərəkətləri etməyə məcbur etmək məqsədi daşıyır. == Haqqında == Yeni ölkəyə köçmüsünüzsə tanımadığınız insanlarla, xüsusən sizə iş və digər imkanlar təklif edən və ya daha yaxşı həyat vəd edənlərlə ünsiyyət qurarkən diqqətli olun. Hər hansı bir iş görməzdən əvvəl həmişə şəxsin və ya təşkilatın qanuniliyini və etibarlılığını yoxlayın. Tək olduğunuz zaman barlardan, klublardan və digər oxşar yerlərdən uzaq durun. Şəxsi məlumatlarınızı daim məxfi saxlayın. Ünvan, telefon nömrəniz və sosial media profilləriniz kimi şəxsi məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmaqdan çəkinin. İnsan alverçiləri sizi izləmək və hədəf almaq üçün bu məlumatdan istifadə edə bilərlər. === Növləri === Məcburi əmək — qaçırılan şəxslər hədələnərək işləməyə məcbur edilirlər.
Saman adam
Saman adam — tanımadan və ya fərqi etiraf etmədən faktiki olaraq müzakirə ediləndən fərqli bir arqumentin təkzib edilməsinin qeyri-rəsmi yanlışlığı. Bunla məşğul olan birinin "saman adama hücum etdiyi" deyilir. Tipik saman adam arqumenti, rəqibin fikrini gizli şəkildə başqa bir fikirlə əvəz etməklə və sonradan rəqibin fikri əvəzinə həmin saxta arqumenti təkzib etməklə, onun fikrini təkzib etmək və ya məğlub etmək illüziyası yaradır. Saman adamı arqumentləri tarix boyu polemik debatlarda, xüsusən də yüksək emosional mövzularda istifadə edilmişdir.
Udi Adam
Ehud "Udi" Adam (ivr. ‏אהוד "אודי" אדם‏‎; 22 yanvar 1958, Tel-Əviv) — İsrail Müdafiə Qüvvələrinin keçmiş generalı və İsrail Şimal Komandanlığının keçmiş rəhbəri. Adam 2016-cı ilin mayından 2020-ci ilin mayına qədər İsrail Müdafiə Nazirliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Yekutiel Adam
Yekutiel "Kuti" Adam (ivr. ‏יקותיאל "קותי" אדם‏‎; 3 noyabr 1927, Tel-Əviv – 10 iyun 1982) İsrail generalı və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini. Tel-Əvivdə Yehuda və Elişeva Adamın (keçmiş Adamov) ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Petax-Tıkvanı ərəblərdən müdafiə edən döyüşdə həlak olmuş babası Yekutiel Ravayevin şərəfinə adlandırılmışdır. Ailəsi Qafqaz regionundan dağ yəhudilərindən idi. Victor Ostrovsky, The Other Side of Deception, Chapter 8, pp. 55–56. Michael Oren, Six Days of War (Oxford, 2002), ISBN 0-345-46192-4, pp. 182, 212.
İçəridəki adam
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.
Dünyanı xilas edən adam (film, 1982)
Dünyanı xilas edən adam (türk. Dünyayı kurtaran adam)1982-ci il, türk filmi.
Elvin Abbasov (iş adamı)
Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982, Cəlilabad rayonu) — azərbaycanlı iş adamı; İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü. == Həyatı == Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin bir sıra şirkətlərində kompüter və İnformasiya texnologiyaları üzrə mühəndis, ekspert, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra "INTERLAND Company" MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə "SalamNews" İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən Vision TV şirkətini təsis edib. 2015-ci ildə "Bələdiyyələrin vahid ödəmə sistemi"ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur. 2015-ci ildə "Sərmayənin Milliləşməsi" və eyni zamanda bu sahədə "Milli internet resuslarının yaradılması" fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır..
Fil adam (film, 1980)
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Füzuli Məmmədov (iş adamı)
Füzuli Məmmədov (Füzuli Məmməd oğlu Məmmədov; d. 9 fevral, 1963, Naxçıvan MSSR, Ordubad) — "İntersever" şirkətlər qrupunun rəhbəridir. Şirkətin rəsmi saytında adı Frenk Naxçıvanski kimi qeyd olunub, Dünya Azərbaycanlıları İttifaqının prezidenti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti. == Həyatı == Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən Füzuli Məmmədov, 1989-cu ildən "İnterserver" şirkətinin prezidenti vəzifəsində çalışır. Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub.Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir. Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayır, 2 övladı var. === Ailəsi === Evlidir.
Gonbul adam (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Hendrik Adamson
Hendrik Adamson- (6 oktyabr 1891- 7 mart 1946) Estoniya şairi və pedaqoqudur. == Bioqrafiya == Hendrik Adamson 6 oktyabr 1891-ci ildə Metsakuru kəndində, Patsidə, dərzi ailəsində anadan olmuşdur. Həmin ərazi Karstna regionun (hal-hazırda Veisjarve kəndi və Tarvastu) Vilyandimaa vilayətində yerləşir. 1911-ci ildən Vötikvere Torma məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 1919-cu ildən 1927-ci ilə qədər Estoniyanın Karstna kəndinin ibtidai məktəbinin müdiri olmuşdur. Nəticədə, Hendrik Adamson peşəkar yazıçı oldu. Estoniya Yazıçılar Birliyinin üzvü seçildi. Hendrik Adamson bir müddət Valqamaal Lovel (1940) və Karstnasda (1944) müəllim kimi fəaliyyət göstərmişdir. Adamson 1929-cu ilin sonunda esperanto dilini öyrəndi. 1930-cu ildə isə bu dildə orijinal şeirlər yazmağa başladı.
Heyrətamiz Hörümçək-adam (dəqiqləşdirmə)
Heyrətamiz Hörümçək-adam (ing. The Amazing Spider-Man) — Marvel Comics tərəfindən istehsal olunan, Hörümçək-adam haqqında Amerikan komik kitab seriyası.
Heyrətamiz Hörümçək-adam (teleserial, 1977)
Heyrətamiz Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına həsr olunmuş qısa müddətli ABŞ teleserialı. Hörümçək-adam ilə əlaqəli ilk canlı-ekşn janrında olan teleserialdır və 14 sentyabr 1977-ci ildən 6 iyul 1979-cu ilə qədər yayımlanmışdır. Serialın yüksək reytinqinə baxmayaraq, daha sonra CBS serialın süjetinə daxil olan 13 seriyanı silmişdir. Serialın ssenarisinin Nyu-Yorkda yazılmasına baxmayaraq, Los-Ancelesdə lentə alınmışdır. == Kastinq və personajlar == Nikolas Hemmond – Piter Parker / Hörümçək-adam Devid Uayt (pilot) və Robert F. Simon (2-ci seriyadan) – Cey Cona Ceymson Çip Filds – Rita Konuey Maykl Petekay – Kapitan Barbera (mövsüm 1) İllen Bray – Culiya Mestrs (mövsüm 2) Həm teleserial, həm də komikslərdə görünən personajlar Piter Parker/Hörümçək-adam, Cey Cona Ceymson və Mey xaladır. Coy "Robbi" Robertson da (Hilli Hiks) çox görünən personajdır, ancaq o pilot seriyalardakı çıxışları ilə məşhurdur. Ferli Stilluell, Marvel kainatından olan bir alimdir və ən çox Qurd adam görünüşündədir. Mey xalanın hər bir seriyadakı çıxışı müxtəlif aktrisalar tərəfindən canlandırılıb. Hər təcəssümdə, Cey Cona Ceymson abraziv, hirsli bir şəxsiyyət kimi görünür və daha çox evunkulyar tərzdə təsvir olunur.
Heyrətamiz Hörümçək adam (film)
== Süjet xətti == Piter Parker uşaq vaxtı valideynləri tərəfindən tərk edilib. Onu dayısı və dayısı arvadı böyüdüb. İllər keçir və Piter xuliqanların hücumlarına məruz qalan və sinif yoldaşı Qven Steysiyə aşiq olan adi yeniyetmə həyatı yaşayır. Lakin geni dəyişdirilmiş hörümçəyin onu dişləməsindən sonra Piter inanılmaz fövqəltəbii gücə yiyələnir və onun həyatı tamamilə dəyişir. Amma valideynlərinin taleyinin necə olduğu sualı yenə də ona əzab verir. O atasının köhnə dostu Kurt Konnorsla tanış olur. Kurt onun atası ilə birlikdə regenerasiyanın formulunu işləyib hazırlayıb. Piter ona işi başa çatdırmaq üçün kömək edir, bütün ömrü boyu sağ əlini qaytarmaq istəyən Konor formulu özünə yeridir və Kərtənkələ Adama çevrilir. Səhvini başa düşən Piter, müəmmali superqəhraman kimi yeni həyatına başlayır, indi onun əsas məqsədi Konorsun qarşısını almaqdır.
Heyrətamiz Hörümçək adam (film, 2012)
== Süjet xətti == Piter Parker uşaq vaxtı valideynləri tərəfindən tərk edilib. Onu dayısı və dayısı arvadı böyüdüb. İllər keçir və Piter xuliqanların hücumlarına məruz qalan və sinif yoldaşı Qven Steysiyə aşiq olan adi yeniyetmə həyatı yaşayır. Lakin geni dəyişdirilmiş hörümçəyin onu dişləməsindən sonra Piter inanılmaz fövqəltəbii gücə yiyələnir və onun həyatı tamamilə dəyişir. Amma valideynlərinin taleyinin necə olduğu sualı yenə də ona əzab verir. O atasının köhnə dostu Kurt Konnorsla tanış olur. Kurt onun atası ilə birlikdə regenerasiyanın formulunu işləyib hazırlayıb. Piter ona işi başa çatdırmaq üçün kömək edir, bütün ömrü boyu sağ əlini qaytarmaq istəyən Konor formulu özünə yeridir və Kərtənkələ Adama çevrilir. Səhvini başa düşən Piter, müəmmali superqəhraman kimi yeni həyatına başlayır, indi onun əsas məqsədi Konorsun qarşısını almaqdır.
Hörümçək-adam: Evdən uzaqda (film, 2019)
Hörümçək-adam: Evdən uzaqda (ing. Spider-Man: Far From Home) — Marvel Comics tərəfindən nəşr edilmiş Hörümçək-adam komiksinə əsaslanan və 2019-cu ilin iyul ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. Columbia Pictures və Marvel Studiosun əməkdaşlığı ilə çəkilmiş filmin distribütoru Sony Pictures Releasingdir. 2017-ci ildə çıxarılmış "Hörümçək-adam: Evə qayıdış" filminin sikveli olan "Evdən uzaqda", Marvel Kinematoqrafiya Kainatının (MKK) iyirmi üçüncü filmidir. Film, Kris MakKenna və Erik Sommers tərəfindən yazılmış ssenari əsasında Con Uottsun rejissorluğu ilə çəkilmişdir. Filmdə əsas rolları Tom Holland, Ceyk Cillenhol, Semuel L. Cekson, Zendaya, Kobi Smalders, Con Favro və başqaları canlandırmışlar. "Hörümçək-adam: Evdən uzaqda" filmində, sinif yoldaşları ilə Avropa səfərində olan Piter Parker, Nik Fyuri və Misterio tərəfindən təbiət ünsürlərini təmsil edən Elementallarla mübarizəyə cəlb edilir. 2016-cı ilin oktyabrında "Hörümçək-adam: Evə qayıdış" filminin sikvelinin istehsalı ilə bağlı müzakirələrə başlanılır , ilin sonuna yaxın isə filmə reliz tarixi təyin olunur. 2017-ci ilin iyulunda Tom Hollandın Hörümçək-adam roluna qayıdacağı, ilin sonuna kimmi isə rejissor Con Uottsun və ssenari müəlliflərinin öz vəzifələrinə qayıdacaqları təsdiqlənir. 2018-ci ildə Cekson və Cillenhol müvafiq olaraq Fyuri və Misterio rolları ilə filmin aktyor heyətinə qoşulurlar.
Hörümçək-adam: Evə qayıdış (film, 2017)
Hörümçək-adam: Evə qayıdış (film, 2017) - Rejissoru Con Uotts olan, Hörümçək-adam rolunu Tom Hollandın canlandırdığı, ABŞ istehsalı on altıncı Marvel Kinematoqrafiya Kainatı super qəhrəmən filmidir. == Məzmun == Qisasçılar ilə yaşadığı macəranın həyacanına qapılan gənc Piter Parker özünü isbat etmək istəyi ilə yaşayan bir cavandır. Ancaq yaşına görə böyük olan bir çox fərqli məsuliyəti var. May xalası ilə yaşayan gənc Piter bir yandan da ona göz qulaq olan Toni Stark (Iron Man) ilə dostluğunu möhkəmləndirmişdi. Məktəb həyatına öyrəşməyə və adi bir gənc kimi yaşamağa çalışan Piterin ağlında isə cinayətkarlarla mübarizə aparmaq və dünyanı daha təhlükəsiz bir hala gətirmək var idi. Vulture yeni bir düşməni olaraq meydana çıxanda isə Piterin özünü göstərmək fürsəti yaranacaq, ancaq ən dəyərli gördüyü həkəs təhdid altında olacaqdı.
Hörümçək-adam: Evə yol yoxdur (film, 2021)
Hörümçək-adam: Evə yol yoxdur və ya Hörümçək-adam: Geriyə yol yoxdur – Columbia Pictures və Marvel Studios tərəfindən istehsal olunan və Sony Pictures tərəfindən distrübüterlik edilən, Marvel Comics qəhrəmanı Hörümçək Adam cizgi romanlarından uyarlanan ABŞ super qəhrəman filmidir. Hörümçək-Adam: Evə Qayıdış və Hörümçək-Adam: Evdən Uzaqda seriyasının davamı olan və Marvel Sinematik Dünyasının 27-ci filmidir. Rollarda Peter Parker / Hörümçək Adamı canlandıran Tom Holland ilə birlikdə Zendeya, Benedict Cumerbatc, Tobey Maguire, Andrew Garfield, Jon Favreau, Jacob Batalon, Marisa Tomei, J. B. Smoove, Benedict Wong, Williem Dafoe, Alfred Molina, Jamie Foxx-un yer aldığı, rejissoru Jon Watts və ssenaristi Chris McKenna və Erik Sommers-dir. Filmdə Parker, Evdən Uzaqda filmində gizliliyi açılan Hörümçək Adam gizliliyini yenidən bir sirr halına gətirmək üçün Stephen Strange-dən kömək istəyir. Evə Qayıdış-ın istehsalı zamanı, 2017-ci ilin əvvəllərində, üçüncü Hörümçək Adam Marvel Sinematik Dünyası filmi dizaynınına başlanmışdı. 2019-cu il avqust ayında Sony və Marvel Studioları arasında Hörümçək Adam filmlərini birlikdə hazırladıqları müqaviləni dəyişdirmək üçün edilən görüşlər, Marvel Studios-un layihədən ayrılması ilə nəticələndi. Ancaq pərəstişkarların mənfi qarşılığı, bir ay sonra iki şirkət arasında yeni bir müqavilənin edilməsinə yol açdı. Watts, McKenna, Sommers və Holland bu müddət ərzində geri qayıtmağa hazır idi. Çəkilişlər 2020-ci ilin oktyabr ayında New York-da başladı, eyni ay içərisində Atlanta-da davam etdi. Çəkilişlər ərzində Foxx və Molina-nın köhnə Hörümçək Adam filmlərindəki personajları yenidən canlandıraraq filmdə yer aldıqları ortaya çıxdı.
Hörümçək-adam: Hörümçək-kainata doğru (film, 2018)
Hörümçək-adam: Hörümçək-kainata doğru (ing. Spider-Man: Into the Spider-Verse) — 2018-ci il ABŞ istehsalı kompüter animasiyası, superqəhrəman filmi. "Columbia Pictures" və "Sony Pictures Animation" şirkətinin istehsalı olan filmdə "Marvel Comics" qəhrəmanı Mayls Moralesdən bəhs edilir. "Sony Pictures Releasing" tərəfindən buraxılan "Hörümçək-adam franşizası"nın ilk cizgi filmidir. Rejissorluğu Bob Persichetti, Peter Ramsey və Rodney Rothman tərəfindən edilmiş, ssenarisi Phil Lord və Rothman tərəfindən yazılmışdır. Baş rolu Şamik Mur, digər rolları Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali, Brian Tyree Henry, Lily Tomlin, Luna Lauren Velez, John Mulaney, Kimiko Glenn, Nicolas Cage, və Liev Schreiber səsləndirib. Filmdə Mayls Moralesin Hörümçək-adama çevrilməsindən və digər kainatdan gələn Hörümçək-insanlarla birlikdə kainatı Kingpindən xilas etməsindən bəhs edilir. Phil Lord və Christopher Miller tərəfindən cizgi filmi üçün planlar 2014-cü ildə sızdırıldı və 2015-ci ilin aprelində elan edildi. Persichetti, Ramsey və Rothman sonrakı iki il ərzində, Mur və Schreiber ilə 2017-ci ilin aprelində çəkildi. Lord və Miller Miles Moralesin həmyaradıcısı Sara Piçellinin işindən ilhamlanaraq kompüter animasiyasını ənənəvi əl ilə çəkilmiş komiks texnikaları ilə birləşdirən film unikal üsluba sahib olmalıdır.
Hörümçək-adam: Hörümçək kainatına doğru (film, 2018)
Hörümçək-adam: Yüksək Gərginlik (film, 2014)
Yeni Hörümçək-adam: Yüksək gərginlik – 2014-cü ildə istehsal olunmuş "Hörümçək-adam" filmi. == Məzmun == Piter Parker yenə də şəhəri pis adamlardan qorumağa davam edir. Məktəb illəri artıq geridədir və böyüməyin vaxtı gəlib çatıb. Bunu Piter və sevgilisi Qven də gözəl bilir. Bu səbəbdən də Piter Qveni təhlükəyə atmamaq üçün onun həyatından çıxmalıdır. Bu son deyil. Piter başa düşür ki, bir gün ondan daha güclüsü qarşısına çıxa bilər. Qəhrəman olmaq — həyatını risqə atmaq deməkdir… Həyatının qaranlıq məqamları barədə öyrənmək üçün o, köhnə tanışı Harri Osbornun yanına gedəcək. Əslində Piter Parker kimdir? O keçmişi barədə nələri bilmir?
Hörümçək-adam (cizgi serialı, 1967)
Hörümçək-adam ― superqəhrəman janrında olan ABŞ cizgi serialı. Serial Sten Li və Stiv Ditko tərəfindən yaradılmış Hörümçək-adam komiksinə əsaslanır. Cizgi serialı Kanada (səs kadrları) və ABŞ-də (animasiya) istehsal olunmuşdur. Serialın məşhur ulduzu olan Piter Parker-i Paul Solis səsləndirir. Cizgi serialının ilk iki mövsümü ABC telekanalında yayımlanmışdır. Üçüncü mövsüm isə sindikasiyada paylanmışdır. Grantray-Lawrence Animation serialın birinci mövsümünü, Krantz Films (Nyu-Yorkda yerləşir) isə ikinci və üçüncü mövsümlərini istehsal etdi. Serial 9 sentyabr 1967-ci ilin şənbə günü səhəri yayıma başladı. 14 iyun 1970-ci ildə isə final seriyası ilə yayımını başa çatdırdı. Serial eyni zamanda simvolik "Hörümçək-adam, Hörümçək-adam, hörümçək bacardığı hər şeyi edir ..." açılış tema musiqisi ilə də xatırlanır.
Hörümçək-adam (cizgi serialı, 1981)
Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına əsaslanan və 1981-1982-ci illərdə yayımlanmış ABŞ animasiya serialı. Serial ikinci Hörümçək-adam cizgi serialı olub, 1967-1970-ci illərdə yayımlanmış cizgi serialının davamıdır. == Məzmun == Cizgi serialı, öz bacarıqları ilə cinayətkarlara qarşı mübarizə aparan və universitetdə təhsil alan Piter Parker adlı tələbə haqqındadır. O həmçinin Daily Bugle-də fotoqraf kimi işləyir və xalası Mey ilə birgə yaşayır. == Səsləndirənlər == Ted Şkuortz - Hörümçək-adam/Piter Parker Cek Encl - Doktor Donald Bleyk, Men Mountin Marko, Moi ("Pis üçbucaq") Li Beyli - Robbi Robertson Uilliam Boyitt - Çəkicbaş Uolli Börr - Sem Blok Kori Böron - Kərtənkələ Filip L. Klerki - Saydvayndr/Vəhşi Uilli Uilson ("Saydvayndr tətili") Ricis Kordik - Sirk ustası, Professor Cizmo Henri Korden - Doktor Naymann Relf Ceyms - Doktor Dum, Qoron Piter Köllin - Qırmızı Kəllə, Kaskadyor/Cek Rayvn ("Pis üçbucaq") Brayn Kömminqs - İmpayr Dövlət Universitetinin direktoru ("Nyu-York şəhərinin siçantutanı"), General ("Nyu-York şəhərinin siçantutanı") Ceff Devid - Nifilia/Doktor Bredli Şau Layn Conson - Bələdiyyə başçısı ("Şikayət") Morqan Loftinq - Mey xala, Qara pişik Muna Merşell - Betti Brent, Rodeo Qız ("Saydvayndr tətili"), Oğlan Viktor Von Dum ("Əzab topu") Cek DiLion - Ovçu Kreyvn George DiCenzo - Kapitan Amerika, Sehrbaz Uolker Edmiston - Maqnit Ron Finberq - Oğru pişik ("Arsen və Mey xala") Brayn Föld - İohann, Gənc Zənginlər ("Əzab topu"), Gənc Viktor von Dum ("Əzab topu") Linda Qeri - Kolin ("Arsen və Mey xala") Böster Cons - Hərəkətli müəllimə Sten Cons - Doktor Osminoq, Kralpin Les Lempson - Şloker ("Pis üçbucaq") Con H. Meyr - Buqələmun, Serjant Polis ("Arsen və Mey xala") Don Messik - Quzğun, Kələf Eduards ("Quzğun endi") Örlin Miller - Ka-Zar Vik Pörrin - Sub-Meriner, Kiser Sesöra Toni Popi - Boris Riçard Remos - İxtiraçı/Coşua ("Möhtəşəm kiçilmə") Cini Ross - Lerri ("Pis üçbucaq") Nil Ross - Yaşıl Qoblin/Norman Osborn, Maykl ("Gerisayma") Maykl Ray - Misterio Merilayn Şkreffer - Selli Enn Biumont ("Qumadam gəlir") Ceri Sicer - Conni Qriffon ("Hörümçək-adamı öldürməyə maraq"), Ev sahibi ("Pis üçbucaq") Maykl Şihen - Mötaymer Con Stefenson - Doktor Norton Endri Stocka - Qumadam, Professor Hiqins B.C. Uord - Nemorita, Meduza Paul Uinçell - Silvermane, Ben əmi Uilyam Uodson - Cey Cona Ceymson, Professor Donaldson ("Quzğun endu"), Doktor İvirett ("Wrath of the Sub-Mariner") Qeyd: Nil Ross Norman Osborn / Hörümçək-adam 1994 serialı üçün Yaşıl Qoblin rolunu təkrar canlandırdı. Uolter S. Börr cizgi serialın səs rejissoru idi. == İstehsal == Serial DePatie–Freleng Enterprises-in varisi Marvel Productions-un başlanmasına yaradılıb. Bu studiya əvvəllər Yeni Möhtəşəm Dörd və Hörümçək-qadın animasiya seriallarını istehsal etmişdir (hər iki serialda Hörümçək-adam görünür). == Yayım və nəşrlər == 26 seriyanın hər birinin DVD-si 4 DVD üzərindən Clear Vision tərəfindən nəşr olunmuşdur. Digər Hörümçək-adam DVD nəşrlərilə qarışıqlıq yaranmaması üçün Clear Vision bu serialın DVD cildini "Hörümçək-adam 5000" adı altında buraxmışdır.
Hörümçək-adam (dəqiqləşdirmə)
Hörümçək-adam (ing. Spider-Man) – Marvel Comics superqəhrəmanı Hörümçək-adam və ya Spider-Man aşağıdakı mənalara da uyğun gələ bilər: == Əyləncə == Spider-Man (komiks) – "Peter Parker: Spider-Man". Hörümçək-adam (Maylz Morales) – Piter Parkerin Ultimate kainatındakı ölümündən sonra onun yerinə keçmiş versiyası. Hörümçək-adamın alternativ versiyalarının siyahısı === Film === Hörümçək-adam (1977-ci il filmi) – 1970-ci illərin teleserialının film adaptasiyası. Hörümçək-adam (1978-ci il filmi) – Yaponiya teleserialının Yaponiya film adaptasiyası. Hörümçək-adam: Geri Qayıdır – 1978-ci ildə istehsal olunmuş ABŞ filmi. Hörümçək-adam: Əjdaha Çağırışı – 1981-ci ildə istehsal olunmuş ABŞ filmi. Hörümçək-adam (2002-ci il filmi) – Sem Reyminin birinci Hörümçək-adam filmi. Hörümçək-adam 2 – Sem Reyminin ikinci Hörümçək-adam filmi. Hörümçək-adam 3 – Sem Reyminin üçüncü Hörümçək-adam filmi.
Hörümçək-adam (film, 1977)
Hörümçək-adam — 1977-ci ildə televiziya üçün hazırlanmış ABŞ istehsalı superqəhrəman filmi. Filmin ABŞ-dən kənar nümayişləri olmuşdur və bunlar 1978-ci ildə istehsal olunan Heyrətamiz Hörümçək-adam teleserialının pilot seriyası kimi xidmət göstərirdi. Filmin rejissoru İ. U. Suokhemr, ssenaristi isə Elvin Boretzdir. Baş rol Nikolas Hemmonda məxsusdur. Digər obrazlara həyat verənlər isə Devid Uayt, Maykl Peteki, Ceff Dunill və Teyr Deviddir. Film Columbia Pictures-in ilk Hörümçək-adam filmidir. Davamında isə, Hörümçək-adam: Geri Qayıdır və Hörümçək-adam: Əjdaha Çağırışı filmləri istehsal olunmuşdur. == Məzmun == Piter Parker (Nikolas Hemmond), Daily Bugle-də işləyən bir fotoqrafdır. O radioaktiv bir hörümçək tərəfindən dişləndikdən sonra, özündə yeni super-güclər kəşf edir. Quru (Teyr Devid) insanları ağılla idarə edərək yerləşdirərkən, bankları qarət edəcəyini və 50 milyon dollar ödəmədiyi təqdirdə on Nyu-Yorkluya intihar əmri verəcəyinə söz vermək üzrə onları qorxudur.
Hörümçək-adam (film, 1978)
Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman), həmçinin Yapon Hörümçək-adam kimi tanınır — Marvel Comics-in məşhur personajı Hörümçək-adama əsaslanan Yaponiya istehsalı film. Film Hörümçək-adam Yaponiya teleserialından bir spin-offdur. İlk dəfə 1978-ci ildə Yaponiyada yayımlanmışdır. == Süjet == Film 10-cu ("Alovlu Cəhənnəmə: İlan qadının göz yaşlarına baxır") və 11-ci ("Professor Bədheybətin Ultra Zəhəri") seriyalarda cərəyan edir. Dəmir Xaç Ordusu, ağızından torpedalar vurmaq qabiliyyətinə malik olan yarı mexaniki antropomorf qılıncı olan Dəniz-şeytanı adlı canavarının köməyi ilə neft tankerlərinə sabotaj edir. Hörümçək-adam, Dəmir Xaç Ordusunu dayandırmaq üçün interpol agenti Cüzo Mamiyanın köməyindən istifadə edir. Hörümçək-adam Marvellerdən istifadə edərək partladıcı raketlərlə sənaye mərkəzini partladan Dəniz-şeytanını dayandırır. Sonra bədheybətin yaradıcısı bir nəhəng yaradır və Hörümçək-adam Marveller vasitəsilə bədheybətlə mübarizə aparmaq üçün nəhəng mexanikə çevrilir, sonra Hörümçək-adam Dəniz-şeytanını parçalamağ üçün nəhəng qılıncdan istifadə edir. == Kastinq == Hörümçək-adam (Takuya Yamaşiro) — Şinci Todo Cüzo Mamiya — Noboru Nakaya == İstehsal == Filmin rejissoru Koiçi Takemoto və ssenaristi Susumu Takakudur. Film Cüzo Mamiyanın ilk çıxışı idi, hansı ki o serialın digər üç seriyasında rol canlandırmışdır.
Hörümçək-adam (film, 2002)
Hörümçək-adam (ing. Spider-Man) — 2002-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, Marvel Comicsin eyniadlı personajının mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmidir. Nyu-Yorkda yaşayan filmin qəhrəmanı Piter Parker (Tobi Maquayr), ali məktəb tələbəsidir və o, Hörümçək-adamın super güclərini əldə etdikdən sonra cinayətkarlığa qarşı mübarizəyə başlayır. Filmdə, Kirsten Danst Piterin romantik münasibətdə olduğu Meri Ceyn Uotsonu, Uillem Dafoe Piterin düşməni olan Norman Osborn və ya gizli adı ilə Yaşıl qoblini, Rozmari Harris və Kliff Robertson Mey xala ilə Ben əmini, Ceyms Franko Piterin ən yaxın dostu Harri Osbornu, Conatan Simmons "Daily Bugle" qəzetinin baş redaktoru və nəşriyyatçısı Cey Cona Ceymsonu canlandırıb. == Məzmun == Piter Parker cavan məktəbli botanikdir. Onun yalnız yaşlı dayısı və xalası vardır. Piteri məktbdə hamı ələ salır. Onunla yalnız varlı məktəbli Harri Osborn dostluq edir. Piterin isə Meri Ceyn Uotson adında qız dostu var və ona aşiqdir. Onunla bərabər Harri də Meriyə aşiqdir.

Digər lüğətlərdə