1. Heyvandan fərqli olaraq danışmaq və düşünmək, ictimai əmək prosesində alət qayırmaq və ondan istifadə etmək qabiliyyətinə malik olan canlı məxluq; insan, bəşər. Sağlam adam. Bilikli adam. – Suyun lal axanı, adamın yerə baxanı. ( Ata. sözü ).
// Hər hansı bir ictimai mühiti təşkil edən fərdlərdən hər biri (çox vaxt cəm şəklində işlənir). Adamların mənəvi-siyasi birliyi. Bizim kəndin adamları. Sadə adamlar.
2. məc. dan. Əxlaqlı, insaniyyətli, qanacaqlı insan.
3. Bəzən əvəzlik yerində işlənir. Adamı təhqir etmək olmaz. Adam heç bir vaxt özünü ləkələndirməməlidir. Adam gəlmişdi, sizi xəbər alırdı. Adama heç yazığın gəlmir.
// Qeyri-müəyyən şəxs. Adamlar deyirlər ki, bu yay çox isti olacaq.
4. dan. Kişi, ər, ya arvad, yaxud bir-biri ilə gəzən oğlan, ya qız.
5. məc. İşçi, fəhlə, kadr mənasında. İşi başa çatdırmaq üçün üç adam lazımdır. Adam yoxdur, iş getmir.
6. Köməkçi. Bu halda qışqırıq qopur.
// məc. dan. Arxa, havadar, tərəfdar, kömək, himayəçi, qohumqardaş. Mənim orada adamım yoxdur.
7. məc. vulq. Oynaş, aşna.
◊ Adam eləmək – tərbiyə vermək, yetişdirmək, ortalığa çıxarmaq.
Adam görmək – bir işi düzəltmək üçün vasitəçi tapmaq, lazımi şəxsləri görüb xahiş etmək, sözləşmək.
Adam kimi – əxlaq və tərbiyə üzrə, adamcasına, insancasına.
Adam olmaq – 1) ağıllı və tərbiyəli olmaq, düzəlmək, ağıllanmaq.
2) bir peşə, iş sahibi olmaq, ortaya çıxmaq. [Əli bəy:] A kişi, heç kəsin sözünə qulaq asma.
Adam saymaq – birisi ilə hesablaşmaq, hörmət etmək.
Adam yerinə qoymamaq, adam yerində tutmamaq – saymamaq, hesablaşmamaq, hörmət etməmək.
Aralıq adamı – 1) vasitəçi, aradüzəldən;
2) xəbərçi, xəbər aparıb-gətirən.