Aesculus flava
Sarı atşabalıdı (lat. Aesculus flava) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Şimali Amerika – Pensilvaniyadan Corciya və Alabamaya qədərdir. Moskvada, Sankt-Peterburqda və digər iri şəhərlərdə yaşıllıqlarda və parklarda təsadüf edilir.
== Botaniki təsviri ==
Hündürlüyü 20–30 m-ə qədər, sıx enli-piramidal çətirli ağacdır. Yarpaqları bölümlü, uzunsov, yumurtaşəkilli və ya ensiz-ellipsvari, ucu biz, nazik dişli, uzunluğu 10–15 sm olan, 5 yarpaqcıqdan ibarət, saplağı uzundur. Yarpaqların üstü tünd yaşıl, altı sarımtıl-yaşıldır. Çiçəkləri sarı, ölçüsü 3 sm, uzunluğu 10–15 sm olan süpürgələrdə yerləşir. Şaxtaya davamlıdır. Meyvələri yumru, diametri 5–6 sm, əsasən 2 toxumludur.