aforizmsiz
afrikalı
OBASTAN VİKİ
Afrikaans
Afrikaans və ya Bur dili — German dillərindən biridir. CAR-ın rəsmi dövlət dillərindən biridir. Əsasən Transvaal əyalətində yayılmışdır. Afrikaans dili XVII əsrdə Niderland dilinin dialektlərinin, qohum dillərin (alman və ingilis) qarışması və inteqrasiyası nəticəsində yaranmışdır. Fonetik sistemi Niderland dilinin fonetik sisteminə yaxındır. Saitlərin müəyyən fonetik mövqedə burunlaşması və söz əvvəlində cingiltili novlu samitlərin karlaşması səciyyəvi xüsusiyyətlərindəndir.
Afrikaansca Vikipediya
Afrikaansca Vikipediya (afrik. Afrikaanse Wikipedia) — Vikipediyanın Afrikaans dilindəki versiyası. Layihəyə 16 noyabr 2001 tarixində başlanıldı və beləliklə yaradılan 11-ci Vikipediya oldu. 2016-cı ilin dekabrında məqalələrin sayına görə 84-cü ən böyük Vikipediya idi. Cənubi Afrika və Namibiyadan başqa, afrikaansca Vikipediya Avropa, Şimali Amerika və Okeaniyadakı istifadəçilər tərəfindən istifadə edilir. == Ziyarətlər və redaktələr == Afrikaansca Vikipediya bütün Vikipediya axtarışlarının 0,008%-ni təşkil edir. 1 iyul 2009-cu il və 30 sentyabr 2013-cü il tarixləri arasında afrikaansca Vikipediyanı ən çox ziyarət edənlər bu ölkələrdir: CAR (64.0%) ABŞ (5.5%) Almaniya (4.1%) Digər (26.4%) Afrikaansca Vikipediya, Cənubi Afrikadakı bütün axtarışların İngiliscə Vikipediyanın 92,7%-dən sonra 2,2%-ni təşkil edir. Namibiyada ingiliscə (85,3%), almanca (5,7%) və portuqalca (1,5%) Vikipediyalardan sonra afrikaans Vikipediyası 1,2% istifadə olunur.Bütün almanların redaktələrinin 0,1%-i, bütün belçikalıların redaktələrin 0,3%-i və cənubi afrikalıların redaktələrinin 24,4%-i afrikaansca Vikipediyada baş tutur. Hollandiya və Belçikanın afrikaansca Vikipediyaya daxil olması çox güman ki, afrikaansca və niderlandca arasındakı dil əlaqəsi ilə bağlıdır.
гарни́рный допря́сть лупи́ть обыскно́й рекламоноси́тель су́мерками вольномы́слие муфло́н старообря́дец стра́ус федера́льный хоры́ хроно́метр цементиро́вочный языкове́дение бамия aftertime Cainozoe clamant ladle mottle out sister outplacement water-bearing телекс