AKKUMULYATİV BÖYÜK DÜZƏNLİKLƏR

iri tektonik çökəkliklərdə yerləşir. Əsasən Mezozoy və Kaynozoy eralarında əmələ gəlib çöküntülərin qalınlığı 3-5km, bəzən 10 km-ə qədər çatır / Mis: Arazyanı, Kür, Qərbi Sibir düzənlikləri/. Bunların quruluşunda dəniz, göl, allüvial, prolüvial və bəzən flyüvioqlasial və buzlaq çöküntülər də iştirak edir. равнины великие аккумулятивные аccumulative great plain
AKKUMULYATİV ALÇAQ DÜZƏNLİK
AKKUMULYATİV ÇÖKƏKLİK
OBASTAN VİKİ
Böyük Düzənliklər
Böyük Düzənliklər (ing. Great Plains) — Kanada və ABŞ-nin ərazilərində yerləşən dağətəyi yayla, Qayalı dağlardan şərqdə yerləşir. Hündürlüyü təqribən dəniz səviyyəsindən 700–1800 m yüksəklikdədir. Uzunluğu təqribən 3600 km, eni 500–800 km bərabərdir. == Coğrafi mövqeyi == Böyük Düzənliklər Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərini və Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko, Texas, Oklahoma, Kolorado, Kanzas, Nebraska, Montana, Şimali Dakota, Cənubi Dakota və Vayominq ştatlarını əhatə edir. Bir sıra rayonlarında süxurların eroziyası müşahidə olunur, bu da bedlendlərin yaranmasına gətirib çıxardır. Ərazi cənubda Meksika yaylasına qədər gedib çıxır. Düzənlik daxilində iqlim kontinentaldır. Bitki örtüyü çöl (preri) tiplidir. == İqtisadiyyatı == Yayla ərazisində buğda istehsalı və otlaq heyvandarlığı inkişaf olunub.
Fluvioqlasial düzənliklər
Fluvioqlasial düzənliklər — Bu düzənliklərin əmələ gəlməsi əsasən dördüncü dövr buzlaqlarının əriməsi ilə əlaqədar olaraq,suyu daha da artmış dağ çaylarının dağıdıcı fəaliyyəti ilə izah edilir. Həmin çay sularının gətirdiyi çöküntülər ətraf sahələrə yayılaraq, geniş fluvioqlasial düzənliklər yaradır. Bu çöküntülər fluvioqlasial çöküntülər, həmin düzənliklər isə fluvioqlasial düzənliklər adlanır. Belə düzənliklər dördüncü dövr buzlaşma dövründə Qərbi Avropanın şimalında Almaniya və Polşa ərazisində əmələ gəlmişdir. Dördüncü dövr buzlaşmasının təsirinə məruz qalan dağətəyi düzənliklərin bir qismi də fluvioqlasial düzənlik kimi formalaşmışdır. Belə düzənliklərə Azərbaycanda Qusar maili düzənliyini,Almaniyada Münxen düzənliyini və s.düzənlikləri misal göstərmək olar.
Arazboyu düzənliklər
Arazboyu düzənlikləri — Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir.
Akkumulyativ relyef
Akkumulyativ yamac
Akkumulyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Akkumulyativ sahil tipi
Akkumulyativ sahil tipi — Bu tip sahillərin əmələ gəlməsi yalnız nisbətən dayaz şelf zonasında mümkündür. Bu da geomorfologiya və okeanoqrafiyadan məlum olan məşhur Kornalya-Zenkoviç qanunauyğunluğu ilə əlaqədardır. Bu qanunauyğunluğa əsasən dəniz və okean şəraitində nisbətən dərin sahədə suyun ayrı-ayrı hissəcikləri dairəvi orbit üzrə hərəkət edir. Dayazlıq artdıqca, yəni şelf sahəsinin sahilə yaxın ərazisində həmin orbit xeyli sıxılır və elliptik orbit ilə əvəz olunur. Dayazlığın daha da artması nisbətən yastı ellipsin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin yastı ellips üzrə qüvvə vektorları dərinliyin azaldığı sahəyə doğru, yəni sahilə doğru yönəlmiş olur. Bu səbəbdən dayaz sahənin qum çöküntüləri sahilə doğru aparılır. Nəticədə əsasən qum çöküntülərindən ibarət olan akkumulyativ sahil tipi əmələ gəlir. Belə sahillərə misal olaraq Xəzər dənizinin sahil zonasının çox hissəsini Krım yarımadasının şimal-qərb hissəsini, Baltik dənizinin cənub sahillərinin çox hissəsini və s. göstərmək olar.
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. == Həyatı == Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.
Əsgəre Böyük
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. == Həyatı == Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Böyük Livan
Böyük Livan dövləti (ərəb. دولة لبنان الكبير‎; fr. État du Grand Liban), sonrakı adı ilə Livan Respublikası (ərəb. الجمهورية اللبنانية‎ al-Jumhūrīyah al-Lubnānīyah; fr. République libanaise) — Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının keçmiş ərazilərində, Millətlər Liqasının qərarı ilə Fransaya bu ərazi üçün mandat verildikdən sonra Fransanın mandatının bir hissəsi. Bundan əvvəlki dövrdə Livan Beyrut vilayətinin mərkəzi hissəsində muxtar bir qurum kimi Böyük Suriya adlanan ərazinin bir hissəsi idi. General Quro Livan ilə cənub və qərb sərhədlərində bir neçə Suriya kəndini parçalayaraq Livana birləşdirmiş, paytaxtı Beyrut təyin edərək indiki sərhədləri ilə dövlətin qurulmasını elan etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Salibi, Kamal. A House of Many Mansions: The History of Lebanon Reconsidered. University of California Press.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Böyük Xan
Böyük Xan — Kiprin ən böyük karvansarası, bütün adada ən gözəl tikililərdən biri hesab olunur. Qismən tanınan Şimali Kipr Türk Respublikasının paytaxtı Şimali Nikosiyada yerləşir. == Tarixi == Böyük Xan Osmanlı türkləri tərəfindən 1572-ci ildə Kipri ​​venesiyalılardan aldıqdan bir il sonra tikilmişdir. 1878-ci ildən Böyük-Xan şəhərin Britaniya hakimiyyəti altında olan ilk həbsxanası, 1893-cü ildən isə onların tabeliyində olan yoxsulların sığınacağına çevrilmişdir. 1990-cı illərdə Böyük Xan yenidən quruldu, bir neçə qalereya və emalatxanası olan və inkişaf edən bir sənət mərkəzinə çevrildi. == Təsviri == Sütunlarının uzunluğu təqribən 50 metr olan dörd ikimərtəbəli bina həyətində sütunlu və yuxarıda yerləşən eyvanlarla kvadrat kompleks təşkil edir. Açıq həyətin mərkəzində namazdan əvvəl dəstəmaz almaq üçün fəvvarəli məscid var. Burada həmçinin kafe və suvenir mağazaları var.
Böyük ayətullah
Ayətullah (ərəb. آية الله‎; fars. آيت‌الله‎ — Āyatollāh), Şiəlikdə xüsusilə Cəfərilikdə istifadə edilən bir dərəcədir. İranda dini bir dərəcə olaraq da tanınır. Ayətullah dərəcəsində olanların fətva vermək səlahiyyəti var. Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi almışdır. Ayətullah Allahın ayəsi (dəlili) deməkdir. Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma və Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var. Öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilər. Hazırda İranda 1.000-dən çox ayətullah var.
Böyük dövlət
Böyük dövlət — ictimai siyasətin və ya özəl sektorun müəyyən sahələrində ifrat dərəcədə iştirak edən dövlət üçün alçaldıcı termin. Böyük dövlət ilk növbədə onun ölçüsü ilə müəyyən edilir, ya mütləq mənada, ya da ümumi milli iqtisadiyyata nisbətən büdcə və ya işçilərin sayı ilə ölçülür. Termin həmçinin özəl seksual davranış və ya fərdi qida seçimləri kimi şəxsi və ya şəxsi hesab edilən məsələləri tənzimləməyə cəhd edən dövlət siyasətləri ilə əlaqədar olaraq da istifadə edilir. Bu termin ABŞ kontekstində yerli qurumların səlahiyyətlərinə nəzarət etməyə çalışan dominant federal hökuməti təsvir etmək üçün istifadə edilmişdir.
Böyük pandalar
Ailuropoda - nəhəng pandanın beş növünü özündə birləşdirən ursid növüdür. Nəhəng Panda (Ailuropoda melanoleuca) hal-hazırda mövcuddur. Yırtıcı heyvanlar kimi onun taksonomik təsnifatına baxmayaraq, panda hər şeydən əvvəl otyeyən rasiona malikdir. Onun qidasının əsasını demək olar ki, bambuk bitkisi təşkil edir. Pandalar sonuncu Miocene ərzində yaşamış Ailurarctosdan törənir. == Növləri == †Ailuropoda microta Pei, 1962 †Ailuropoda wulingshanensis Wang et alii.
Böyük Lebovski
Böyük Lebovski (ing. The Big Lebowski) — Coel və İtan Koen tərəfindən yazılan və rejissorluğunu etdikləri 1998-ci il tarixli cinayət komediya filmidir. Əsas rollarda Ceff Brices, Con Qudman, Culianna Mur, Stiv Buşemi, Tara Reyd, Filip Seymur Hoffman və Devid Haddlstonun oynadığı bu qara komediya filminin kinematoqrafiyası Rocer Dikinsə aiddir. Filmin orijinal musiqisini uzun müddət Koen qardaşları ilə işləyən Karter Börvell bəstələyib. == Məzmun == Hər şey Los-Ancelesdə yaşayan işsiz, tənbəl, boulinq aludəçisi "The Dude" (Dostum) ləqəbli Jeffrey Lebowskinin (Ceff Brices) başqa bir milyonçu ilə səhv salınması ilə başlayır. Əlil arabasına məhkum milyonçunun gənc həyat yoldaşı şəhərdə bir çox insana borclanmış və borcunu ödəməmişdir. Dude Lebovskinin evinə gələn iki gangster onu döyüb qiymətli xalçasına işədikdən sonra xalçasının pulunu almaq üçün adaşı olan milyonçunun malikanəsinə gedir və heç gözləmədiyi bir macəraya daxil olur. Klassik hekayə anladılış texnikasından uzaq olan film, bir sıra qəribə skeçlərin birləşdirilərək əmələ gəlmişə oxşuyur. 15 milyon dollara başa gələn film, kinoteatrlarda gözləndiyi qədər gəlir əldə etmədi ABŞ-də 18 milyon dollar dünyada isə ümumilikdə 29 milyon dollar gəlir etdi buna baxmayaraq tənqidçilərdən müsbət rəylər aldı. Eksantrik xarakterləri (xüsusən filmin anti-qəhrəmanı Jeffrey "Dude" Lebowski), qeyri-ənənəvi ritorikası, sürrealist yuxu səhnələri və seçilmə musiqiləri ilə tez bir zamanda kult klassikə çevrildi və hətta "İnternet dövrünün ilk kult filmi" olaraq da tanındı.
Böyük diktator
Böyük diktator (ing. The Great Dictator) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Ona təyyarəçi Şultsu xilas etmək nəsib olur. İş elə gətirir ki, təyyarə zərblə yerə çırpılır və əsgər yaddaşını itirərək xəstəxanaya düşür. İllər keçir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya (Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir. Getdikcə yəhudi məhəlləsi gettoya çevrilir.
Böyük xartiya
Böyük Azadlıqlar Xartiyası (lat. Magna Carta Libertatum, ing. The Great Charter) — İngiltərə kralı Con və onun baronları arasında 15 iyun 1215-ci ildə imzalanmış və kralın hüquqlarını məhdudlaşdıran sənəddir. Sonrakı dövrdə İngiltərədə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynamışdır. Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. Bu sənəd İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla yanaşı, dünya hüquq tarixinin ən mühüm mənbə və nümunələrindən biri hesab edilir. Xartiya 63 maddədən ibarət tərtib olunmuş, bunlardan 60 maddə sonrakı dövrlərdə parlament tərəfindən ləğv edilmişdir. Üç maddəsi isə bu günədək qüvvədədir. == Tarixi və strukturu == Yaranma səbəbi kralla zadəganlar arasında olan ziddiyətlərin kəskinləşməsi və beləliklə də baronların öz hüquqlarını müdafiə istəkləri olmuşdur. Nəticədə baronlar qrupu kralı belə bir xartiyanı imzalamağa məcbur etmişdir.
Böyük Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Böyük Yevfimi
Böyük Yevfimi (yun. Εὐθύμιος ὁ Μέϒας; 377[…], Malatya – 20 yanvar 473, Qüds) — xristian müqəddəsi, ieromonax. Yevfimi Böyük Antoni, Böyük Makari və Böyük Paxomi ilə birlikdə səhra həyatının sütunu və monastır cəmiyyətinin qurucularından biri hesab olunur. O, regiondakı rahiblərin əksəriyyətinin buna qarşı çıxmasına baxmayaraq, Xalkidon Şurasının (451) qərarlarının Yerusəlimdə üstünlük təşkil etməsində həlledici rol oynamışdır. Pravoslav Kilsəsində (Yulian təqviminə görə 20 yanvarda) və Katolik Kilsəsində ehtiram edilir.
Böyük Ayətullah
Böyük Ayətullah (ərəb. آية الله العظمى‎, fars. آیت‌الله العظمی‎) — Şiəlikdə dini ad. Bu titulu İslam hüququnda (fiqh) və metodologiyada (üsul) yüksək məqamlara çatmış və fətva (müəyyən məsələlərdə şəriət rəyləri) vermək hüququ olan şiə üləmaları daşıyırlar. Böyük Ayətullah Mərceyi-təqlid ("nümunə model") titulunu daşıyır. “Böyük Ayətullah” titulunu Əli Xamenei (İran), Sadiq Şirazi (İran), Məkarim Şirazi (İran), Əli Sistani (İraq) və bir sıra digər din xadimləri daşıyır. Böyük Ayətullahın mütləq ictihad etmək hüququ vardır. Başqa sözlə desək, o, dini normaları subyektiv dərk etməsinə əsaslanaraq, ictimai münasibətlərin bütün sahələrində yeni davranış qaydaları formalaşdıra bilir. == Ədəbiyyat == Wilfried Buchta. Schiiten.
Böyük admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Böyük orda
Böyük Orda — Qızıl Ordanın parçalanmasından sonra Cuçilər (Çingizlilərin bir qolu) tərəfindən idarə olunan yeganə hissəsi. Toxtamışın nəvəsi Seyid Əhməd xan tərəfindən qurulmuşdu. Krım xanlığı, Noqay Orda və Moskva knyazlığının hücumları nəticəsində dağılmışdı.
Böyük oyun
Böyük Oyun (ing. Great (Grand) Game, başqa bir adı "Kölgələrin döyüşü") — XIX və XX əsrin əvvəllərində Cənubi və Mərkəzi Asiyada hökmranlıq uğrunda Britaniya və Rusiya imperiyaları arasında geosiyasi rəqabət. Rəqabət Əfqanıstan, İran, Britaniya Hindistanı və Tibet uğrunda gedib. Böyük Oyun ifadəsi ilk dəfə Şərqi Hindistan şirkətinin xidmətində olan zabit Artur Konolli tərəfindən 1840-cı ildə Kabildəki İngilis siyasi nümayəndəsinin Bombey qubernatoruna göndərdiyi məktubun surətinin kənarında istifadə edilib. Termin geniş dövriyyəyə Rudyard Kipling tərəfindən "Kim" (1901) romanın nəşrindən sonra daxil olub. Termin 1979-cu ildə Sovet-Əfqan müharibəsindən sonra daha da populyarlaşıb. İngiltərə Rusiyanın Hindistanı işğal etməyi planlaşdırdığını və onun bu məqsədlə Mərkəzi Asiyada geniş əraziləri tutmasından narahat idi. Rusiya isə Mərkəzi Asiyada ingilis maraqlarının genişlənməsindən ehtiyat edirdi. Nəticədə, iki böyük Avropa imperiyası arasında dərin inamsızlıq və müharibə təhlükəsi yarandı. Rusiya Mərkəzi Asiyanı işğal etməyə davam edərkən İngiltərə Hindistana qarşı bütün təhlükələri qorumağı yüksək prioritet hesab edirdi.
Böyük partlayış
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı genişmiqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB — cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir. Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. Corc Lemetr 1927-ci ildə ilk dəfə olaraq genişlənən kainatın zamanla yaranan tək nöqtə ilə izlənilə biləcəyini qeyd etdi. Bu nəzəriyyəni "ibtidai atom" nəzəriyyəsi adlandırdı. Bir zamanlar elmi ictimaiyyət Böyük partlayış tərəfdarları və "stasionar vəziyyət" tərəfdarları (Böyük partlayış olmadığına, həmişə stabilliyin olduğuna inananlar) olaraq 2 fərqli model tərəfdarları arasında bölünmüşdü. Lakin, bir sıra geniş empirik sübutlara əsasən hal-hazırda əksəriyyət hamı tərəfindən qəbul edilən Böyük partlayış tərəfdarıdır. Qalaktik qırmızı yerdəyişmələr əsasında aparılan analizlərə görə, Edvin Habbl 1929-cu ildə qalaktikaların bir-birindən ayrıldığı nəticəsinə gəldi; bu genişlənən kainat üçün olduqca əhəmiyyətli müşahidə dəlilidir. 1964-cü ildə Böyük partlayış modelinin lehinə olan çox önəmli bir hadisə, Kosmik mikrodalğa arxa plan şüalanması hadisəsi kəşf edildi.