Akselbant
Akselbant (alm. Achselband və ya Achsel — çiyin, Band — lent) — qızılı, gümüşü və ya rəngli saplardan toxunan və metal ucluqlarla tamamlanan hərbi geyim aksessuarı. 17-ci əsrdən Qərbi Avropada geniş yayılmışdır. Hazırda bir çox dünya dövlətlərində, eləcə də Azərbaycanda fəxri qarovul və hərbi paradlarda iştirak edən şəxsi heyətin geyimlərində, hərbi məktəb kursantların geyimlərində istifadə olunur.
== Qalereya ==
== Mənbə ==
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 241.