ALAYONCALIQ
ALAZAY
OBASTAN VİKİ
Alaz Xan
Alaz Xan — türk və altay mifologiyasında ocaq tanrısı. Alas Xan olaraq da tanınmaqdadır. Evlərdəki ocağı və ev heyvanlarını da quruyar. Ocaq və içindəki od müqəddəsdir və ona hörmətlə davranılmalıdır. Əks halda Alaz Xan əsəbiləşərək yanğın törədər. Türklərdə göy böyük bir çadır olaraq düşünüldüyü üçün, ev tanrısı olan bu ruh, yer üzünün istiliyinə də müdaxilə edir. Ülkər bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan isti hava üfləyər. Beləcə yaz gəlir. == Etimologiya == (Al/Yal) kökündən törəmişdir. Atəş, alov deməkdir.
Alazan
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.
Alazan-Həftəran vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi.Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu.
Alazan- Əyriçay fiziki- coğrafi rayonu
Alazan- Əyriçay fiziki- coğrafi rayonu - rayon eyniadlı çökəkliyi əhatə edib, Baş Qafqaz silsiləsinin cənub ətəkləri ilə Acınohur öndağlığı arasıda yerləşir. Alazan – Əyriçay çökəkliyi cənub yamac çaylarının yerli eroziya bazisi olduğundan burada çaydaşı və qumlardan ibarət allüvial çöküntülər qalın örtük yaratmışdır. Fiziki - coğrafi rayonun şimal hissəsi selli çayların gətirmə konuslarından təşkil olunub qabarıq səthə malikdir. Gətirmə konusları yuxarı hissəsədən konuslararası çökəkliklərlə ayrılır. Burada toplanan çay çöküntüləri iri həcmli olması ilə seçilir. Rayonun ərazisi düzənliyin meşə və meşə- çəmən landşaftı ilə örtülmüşdür. Bu landşaftlar ərazinin əlverişli tektonik və litoloji şəraitə malik olması sayəsində, qrunt sularının səthə yaxın yerləşməsi ilə əlaqədar olaraq formalaşmışdır. Rayonun Topçu kəndi yaxınlığında və başqa sahələrinə düzənlik meşələri ilə alçaq dağ meşələri bir- biri ilə birləşərək meşə örtüyü yaradır. Lakin insanların çoxəsrlik təsərrüfat fəaliyyətilə əlaqədar düzənlik meşələri əsaslı şəkildə qırılıb məhv edilmış, onun yerində bağ və əkin sahələri yaradılmış və yaxud da kollu, seyrək meşəli çəmənlik əmələ gəlmişdir. Alazan - Əyriçay rayonu respublikamızda kənd təsərrüfatının inkişafında, xüsusilə fındıq, qoz, şabalıd, barama qızılgül istehsalında mühüm rol oynayır.
Alazan-Əyriçay fiziki-coğrafi rayonu

Alazan-Əyriçay vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi.Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu.
Alazan vadisi

Alazan çayı
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.
Alazeya
Alazeya (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasının şimal-şərqində çay. Uzunluğu 1,590 kilometr, hövzəsinin sahəsi 64,7 min km2-dir. Alazeya yaylasının cənubundan başlanır. Kolıma düzənliyinə axıb Şərqi Sibir dənizinə tökülür. Əsas qolu Rossoxa çayıdır. Sentyabrdan maya qədər donmuş olur. Hövzəsində çoxlu göl var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алазея // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Alazeya yaylası
Alazeya yaylası (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasında İndigirka, Kolıma, Alazeya, Ojogina çayları arasında yayla. Uzunluğu 300 kilometr, orta hündürlüyü 350 metrdir. Alazeya çayının dalğalı səthində mütləq hündürlük 400–954 metr olan yastı zirvəli tək-tək massivlər və silsilələr var. 450 metr hündürlüyə qədər seyrək qaraşam meşələri, yuxarılar isə sidr koluqları və tundradır. Bataqlıq çoxdur.
Alazlama
Alazlama - türk və altay xalq mədəniyyətində od müalicəsi. Yalazlama (digər bəzi Türk dillərində Alaslama və ya Yalaslama) olaraq da bilinər. Xəstəlikləri odla müalicə etmək deməkdir. Albastı (Al/Hal kökü yəni "Atəş" mənası da nəzərə alınmaqla) və Alaz Xan ilə əlaqəli olduğu açıqdır. Bəlkə də Alaz Xanın köməyi istənilir. Mərasim başlarkən Alaz! deyə bağırılması bunun açıq bir göstəricisidir. Qırmızı bir bez parçası yandırılıb xəstənin ətrafında dolanacaqlar. Odun təmizləyici və yaxşılaşdırıcı bir varlıq olduğu inancının bir nəticəsidir bu vəziyyət. Alazlama əməliyyatı axşam qaranlığında yanan ilk işıqla birlikdə işə başlayır.
Giuli Alazania
Qiuli Qivievna Alasaniya (gürc. გიული გივის ასული ალასანია; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır. == Həyatı == Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi.
Karlos Alazraki
Carlos Jaime Alazraqui (ing. Carlos Alazraqui; 20 iyul 1962, Yonkers, New York) — ABŞ aktyoru.
Pirikitel Alazani
Pirikitel Alazani çayı (Pirikiti Alazanigürc. პირიქითი ალაზანი, Pirikita Alazani, Pirikitel Alazani, gürc. ქვახიდისწყალი) — Gürcüstanın şimal-şərqində Tuşetiya tarixi-coğrafi bölgəsində dağ çayı. Tuşeti Milli Parkının şimal hissəsindəki Kaxeti Axmeta bələdiyyəsinin ərazisindən axır. Andi Göysu çayının sol qoludur. == Toponimiyası == Yuxarı axarda çayın adı - Xvaxidisçkali (gürc. ქვახიდისწყალი) adlanır. Gürcü dilindən tərcümə edildikdə çayın adı üç hissəyə ayrılır. Sözün hərfi mənasında gürcü dilində: ქვა (kva) - daş, yük; gürcü dilində ხიდის (hidis) - körpü və yük; gürcü dilində: წყალი (tskali) - su, çay deməkdir. == Coğrafiyası == Çayın ümumi uzunluğu 46 (49) km-dir.
Alazan Baycan
Alazan Baycan və ya Hacı Həsənzadə ― azərbaycanlı mühacir şair və həkim. Qazax Müəllimlər Seminariyasında, Azərbaycan Dövlət Universitetində və İstanbul Universitetində təhsil alıb. Mühacir kimi Türkiyə və Almaniyada yaşayıb. 1943-cü ildən 1947-ci ilədək əsir düşərgələrində həkim və tərcüməçi kimi fəaliyyət göstərib. == Haqqında == Hacı Həsənzadə 1913-cü il may ayının 12-də Qazaxda anadan olub. Orta məktəbi Qazaxda bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasına daxil olub. 1929-cu ildə seminariyanı bitirib bir il müddətində Balakəndə müəllimlik edib. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. 1933-cü ildə universiteti ataraq əvvəlcə İrana, daha sonra isə Türkiyəyə keçib. 1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub.

Digər lüğətlərdə