Qəzənfər Aloyev
Qəzənfər Aloyev (Qəzənfər Vəli oğlu Aloyev; 17 avqust 1985, Ermənistan) — kapitan, Sərhəd Qoşunlarının komandanının əmri ilə Sərhəd Qoşunlarının yaradılmasının 90 illiyi münasibətilə medalçısı, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin yaradılmasının 90 illiyi münasibətilə medalçısı.
== Həyatı ==
Qəzənfər Aloyev 1985-ci ildə 17 avqustda Qərbi Azərbaycanda anadan olub.
1992-2000-ci illərdə Bakı şəhər N.Nərimanov rayonu Montin qəsəbəsində yerləşən 57 saylı tam orta məktəbin 8-ci sinifini bitirmiş.
2000-2003-cü illərdə C.Naxşıvanski adına Hərbi Litseyin məzunu olmuşdur.
2003-2007-ci illərdə MTN-nin H.Əliyev adına Akademiyasının məzunu olmuşdur.
== Fəaliyyəti ==
2007-2013-cü illərdə DSX-də müxtəlif vəzifələrdə xidmət etmiş:
Zastava rəisinin döyüş hazırlığı üzrə müavini;
Zastava rəisinin əvəzi;
DSX Akademiyasında Taqım komandiri;
DSX Akademiyasında bölük komandirinin əvəzi;
DSX Akademiyasında poliqon rəisinin müavini;
DSX Akademiyasında poliqon rəisinin əvəzi;
DSX Aviasiyasında Mühafizə və Təminat bölüyünün komandiri;
DSX Aviasiyasında Silah və sursat bölməsinin rəisi;
NMR DSX Qərargah zabiti.2017-2018-ci illərdə Bizneslə məşğul olmuş;
“HARALAR TRAVEL” adında turizim şirkəti yaratmış;
Moskva şəhərində şəxsi biznesi yaratmış;2019-cu ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) “HARALAR TRAVEL” MMC şirkətini fəaliyyətini genişləndirərək beynəlxalq sərnişindaşıma şirkəti yaratmış. Aşağıdakı marşurutlar üzrə fəaliyyət göstərir :
“BAKI-TƏBRİZ-BAKI”
“BAKI-TEHRAN-BAKI”
“BAKI-İSTANBUL-BAKI”
“BAKI-NAXÇIVAN-BAKI”
2019-cü ilin iyul ayından “HARALAR TRAVEL” MMC şirkətlər qrupu “WHITE CITY” uşaq futbol klubunun sponsoru olmuşdur.
2020 ci il HARALAR futbol klubunun prezidenti
2020-ci ilin yanvar ayından “MAYOMED” klinikasının Baş direktorudur.
2020 - ci ildə Caspian Enerji Clubun Tibbi Turizim departamentin rəhbəri.
2020-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Bakı şəhər Nərimanov rayon Nümayəndəliyinin sədr müavini təyin olunub.