ALP DAĞLARI TİPİ

«alplar», nisbətən yaxşı saxlanılmış, parçalanmağa yenicə başlamış, orta yüksəkliyi kifayət qədər olan, süxurların müxtəlif növ strukturları və formaları müşahidə edilən dağ qurumları, sistemi. тип гор альпийский alpine type of mountain
ALLÜVİAL TERRAS
ALP QIRIŞIQLIĞI
OBASTAN VİKİ
Alp Dağları Tipi
Alp Dağları Tipi -"alplar", nisbətən yaxşı saxlanılmış, parçalanmnağa yenicə başlamış, orta yüksəkliyi kifayət qədər olan, süxurların müxtəlif növ strukturları və formaları müşahidə edilən dağ qurumları, sistemi.
Alp dağları
Alp dağları (alm. Alpen‎, fr. Alpes, it. Alpi, sloven. Alpe) — Qərbi Avropanın nisbətən hündür dağ sistemi. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxilində olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsi nisbətinə görə dövlətlərin sıralamsı aşağıdakı qaydada yerləşir: Lixtenşteyn (100%), Monako (100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%), Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 261 kilometrdir. Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir.
Avstraliya Alp dağları
Avstraliya Alp dağları (ing. Australian Alps) — Böyük Suayırıcı silsiləsinin ən yüksək hissəsi. == Xüsusiyyətləri == Avstraliya Alp dağlarının uzunluğu təqribən 400 kilometrdir. Onun ən hündür zirvəsi 2,300 metr hündürlüyündə olan Kostyuşka dağıdır. Bu, eyni zamanda Avstraliya materikinin ən yüksək nöqtəsidir. Avstraliya Alp dağlarının şimal-qərbindən Avstraliyanın əsas çayı olan Mürrey başlanır. Avstraliya Alp dağları Avstraliyada ən sərt iqlimli yerdir. Yamacları 1,200 metrə qədər evkalipt və ağacabənzər ayıdöşəyi meşələri, daha yuxarılar ali çəmənliklərdir.
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü ildə partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Buğumayaqlılar tipi
Buğumayaqlılar (lat. Arthropoda) — heyvanlar aləminə aid heyvan tipi. == Ümumi xarakteristika == Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna, istərsə də müxtəlifliyinə görə daha çox diqqəti cəlb edir. Yaşayış mümkün olan elə bir yer yoxdur ki, orada buğumayaqlılara rast gəlinməsin. Tipin 1500000-dən artıq növü məlumdur. Onlar dəniz və okeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar. Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Parazitliklə əlaqədar olaraq, bəzi növlər öz formalarını elə dəyişmişdir ki, onları buğumayaqlılara oxşatmaq elə də asan olmur. === Müxtəlifliyi === ==== I yarımtip Qəlsəmətənəffüslülər-Brabnchiata ==== ===== I sinif. Xərçənkimilər-Crustacea ===== 1 yarımsinif.
Dalayıcılar tipi
Dalayıcılar (lat. Cnidaria) — heyvanlar aləminə aid heyvan tipi. Suda yaşayırlar. Tipə daxil olan növlərin əksəriyyəti dənizlərdə, bir qismi isə şirin sularda yaşayır. 11000-ə yaxın növü qeydə alınıb. Xarakterik numayəndələri meduzalar, mərcanlar və hidralardır. Knidarialar sırf su heyvanları olub başlıca olaraq normal-dəniz hövzələrində, abissala qədər bütün dərinliklərdə məskunlaşmış; bəziləri şor və şirin su hövzələrində yaşayır. Knidarialar dalayıcı və ya gicitkan adlanan xüsusi kapsullar var. Bu kapsullar zəhərli maye dolmuş, içərisində sap dolağı olan boşluqdan ibarətdir. Bu saplar xaricə atılır, müxtəlif heyvanları yaralayır və iflic halına salır.
Knidosporidilər tipi
Knidosporidilər tipi (lat. CNIDOSPORIDIA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan tip. == Haqqında == Knidosporidiler — parazit ibtidailərin özünəməxsus qrupu olub, uzun müddət sporlulara aid edilmişdir. Knidosporidiler sporlulardan həyat dövriyyəsinin bir sıra xüsusiyyətlərinə və sporun quruluşuna görə fərqlənir. Onlann sporlarında ikinüvəli amöbvarı rüşeymdən əlavə, bir neçə (1–4) polyar kapsula vardr. Polyar kapsulalar bağırsaqboşluqluların dalayıcı hüceyrələrinə oxşar olub, içərisində spiral şeklində burulmuş sap yerləşir. Bu saplar xaricə atılmaq qabiliyyətinə malikdir. Bağırsaq şirələrinin təsirindən saplar xaricə atılaraq sporu bağırsağın divarına yapışdırır. Burada rüşeym spordan xaricə çıxaraq inkişaf edir. Inkişafın ilk mərhələsindeə knidosporidiler heyvanlann toxuma və orqanlarında parazitlik edən kiçik amöbvari orqanizmləri xatırladır.
Lövhəcikkimilər tipi
== Ümumi xarakteristika == Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir. Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir. == Həzm prosesi == Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.
Nomenklatur tipi
Tip və ya nomenklatur tipi (lat. typus) — (lat. typus nomenclaturalis), — taksonun təsvirinə əsaslanan bioloji təsnifləndirmə elementi. Nomenklatur tipi Ali bitkilər Vienna Code, 2006 Beynəlxalq kodeks Division II. Rules and Recomendations. Chapter II. Status, Typification, and Priority of Names. Section 2.
Poqonoforlar tipi
Siboglinidae (lat. Siboglinidae) — heyvanlar aləminin həlqəvi qurdlar tipinin çoxqıllı qurdlar sinfinə aid heyvan fəsiləsi. Poqonoforlar həmçinin çoxqıllı həlqəvi qurdlarin buynuzkanallılar dəstəsinə aid Riftiya və Vestimentifera cinslərinin aid olduğu fəsilə kimi də tanınır. Uzun xitinli və iki tərəfi açıq xüsusi borucuqlarda yaşayırlar. Sapşəkilli qurdabənzər bədəni 4 şöbədən ibarətdir. 2000-ədək çıxıntısı olur. Suda həll olmuş üzvi maddələrlə qidalanır. Poqonoforlar ayrıcinsiyyətlidir. Dənizlərin 20 m vəya daha dərin yerlərində yaşayır. Qalapaqos adaları sularının 2400 m dərinliyində uzunluğu 3 m-dən çox olan nəhəng poqonoforlar tapılmışdır.
Qılçənəlilər tipi
Çənəsiqıllılar (lat. Chaetognatha) — heyvanlar aləminə aid heyvan tipi. Çənəsiqıllılar sırf dəniz heyvanları olub, 140-a qədər növü məlumdur. Böyük əksəriyyəti plankton həyat tərzi keçirir. Dib həyat tərzi keçirən, yosunların, daşların arasında yaşayan növləri də vardır. Sürətlə hərəkət etmələrinə və bədənlərinin uzunsov olmasına görə çənəsiqıllıları dəniz oxları da adlandırırlar. Bədənləri 0.5-9 sm ölçüdə olub, şəffafdır. Bədənlərinin ön hissəsində tip üçün xarakterik olan – qıllarla təchiz olunmuş ağız aparatı yerləşir. Çənəsiqıllılar bu aparat vasitəsilə öz şikarını ovlayırlar. Çənəsiqıllılar ikinci bədən boşluğuna malik heyvanlardır.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Süngərlər tipi
Səs tipi
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Tipi (çadır)
Tipi (ing. tipi, tepee, teepee) — Böyük Düzənliklərin köçəri hindularının ənənəvi portativ yaşayış yeri üçün hamı tərəfindən qəbul edilmiş ad. Lakin, Sioux dilində thípi [ˈtʰipi] hər hansı bir yaşayış mənasını verir və bu tip çadır üçün xüsusi sözü mövcüddur — wi-. Bu tip yaşayış məskəni, ov qərbində, Uzaq Qərbdəki dağ tayfaları, çöl kənarındakı oturaq qəbilələr tərəfindən də istifadə edilmişdir. Sonrakı dövrlərdə meşə bölgələrində də tez-tez istifadə olunurdu. Tipini tez-tez viqvam adlandırırlar. Hungry Wolf Adolf. Tipi life. — Fort Macleod, AB Canada: Good Medicine Books, 1972. — (A Good Medicine book, № 5).
Verilənlər tipi
Verilənlər tipi (en. Data type), (ru. тип данных), (tr. veri türü) – proqramlaşdırmada: verilənlər yığınının mümkün qiymətlərinin diapazonunu, bu qiymətlər üzərində aparıla bilən əməliyyatları və bu qiymətlərin yaddaşda saxlanması qaydasını müəyyənləşdirən xarakteristikası. Kompüter verilənlərlə, onların tiplərinə uyğun olaraq manipulyasiya edir. Məsələn, sürüşkən nöqtəli verilənlərin qiyməti tam ədədi tipli verilənlərin qiymətindən fərqli qaydada təsvir və emal edilir. Verilənlər tipi anlayışı verilənlərlə manipulyasiyanı daha mücərrəd proses edir və onların əsasında verilənlərin ikilik təqdimolunmasının durduğunu gizlədir. Verilənlər tipi anlayışı, demək olar ki, bütün səviyyəli dillərdə var; belə tiplərə misal olaraq tam ədədləri, sürüşkən nöqtəli ədədləri, simvolları, Bul verilənlərini, göstəriciləri göstərmək olar. Verilənlər tiplərinin emalı ilə bağlı problemlərin işlənməsi qaydası dilin əsas xarakteristikalarından biridir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xordalılar tipi
Xordalılar (lat. Chordata) — heyvanlar aləminə aid heyvan tipi. Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var: Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var.
Alp Arslan
Alp Arslan (20 yanvar 1029 – 15 dekabr 1072, Ceyhun, Qövr) — Səlcuq sultanı. == Həyatı == Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə məşğul olurdu. Şərqin və Qərbin hakimi Toğrul bəy 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə, onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Qutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi. == Hakimiyyəti == === Xarici siyasət === Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqla qazandı. Növbəti il ərzində o, ulu babası Səlcuq bəyin məzarının yerləşdiyi ərazini fəth etdi.
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq aprel 2010-cu ildə başlayıb sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Alp Tarxan
Alp Tarxan — VIII əsrdə baş verən Xəzər-ərəb müharibələrində xəzər qoşunlarına başçılıq etməsi ehtimal olunan, Məslamənin komandası altında Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı vuruşan sərkərdə. Alp Tarxan ifadəsinin bu şəxsin adı və ya ləqəbi olması mübahisəlidir. Bəzi mənbələrə görə, Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı əməliyyatlarda Məslamənin ordusunu Dağıstan ərazisində sıxışdıran məhz Alp Tarxan olub. M.Kaqankatvatsi bildirir ki, 713-714-cü illərdə Alp Tarxanın komandanlığı altında olan Xəzər ordusu, Məsləmə ibn Əbdülmalikin komandanlığı altında olan ərəb ordusunu Dərbənd ətrafında sıxışdırdı və Məsləmə ibn Əbdülmalik bütün ordusunu və hətta hərəmini tərk edərək qaçmalı oldu..
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Qaya Alp
Qaya Alp, Kaya Alp, Qaya bəy və ya Kaya bəy (türk. Kaya Alp, Kaya Bey; osman. قايا آلپ;قايا بك ; XII əsr – 1214, Ərzurum ili) — Osmanlı İmperiyasının qurucusu I Osmanın babası Süleyman Şahın atası. XII və XIII əsrlər arası yaşamışdır. Atası Qızıl Buğa bəy (Kızıl Buğa Bey). Bәzi qaynaqlara görә Qızılbuğaın digәr adı Basuq bəydir.
Qonur Alp
Qonur Alp, Konur Alp, Qonuralp və ya Qonuralp Bəy (türk. Konur Alp, Konuralp, Konuralp Bey) - Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Və üstəlik, Konuralp Osmanlı Dövlətinin quruluşunda da fəal iştirak etmişdir. Osman xan, 1299-1300-cü illərdən etibarən Bizanslılar ilə mücadələyə girişincə, yanında Akça Qoca, Samsa Çavuş, Aykut Alp, Əbdürrəhman Qazi kimi igidlərin arasında Qonuralp Bəy də var idi. Orxan Qazi də, atasının sağlığında onun əmri ilə əsgəri idarəni ələ aldığında, Qara dənizə doğru olan bölgənin fəthinə Konuralpı göndərdi. Qonuralp, Ağyazını, Mudurnunu, və sonradan öz adı verilən Melen çayı hövzəsini fəth etdi. Əbdürrəhman Qazi ilə birlikdə Aydos qalasını fəth etdi. Bursanın fəthində qəhrəmanlıqlar göstərdi və həmin ildə də vəfat etdi (1326). Qonur Alpın vəfatından sonra, onun tabeliyində ki torpaqlar Şahzadə Murada verildi. Qonur Alpın qəbri Düzcənin Konuralp məhəlləsindədir.
Ron-Alp
Ron-Alp (fr. Rhône-Alpes, IPA: [ron.alp]) — Fransanın cənub-şərqində bölgə. Mərkəzi Lyon şəhəridir.
Alp epoxası
Alp Epoxası — Müasir qitələrin zahiri görünüşünü müəyyən edən dağ qurumları kaynozoyu əhatə edən sonuncu orogenezdə-Alp epoxasında əmələ gəlmişdir. Tabaşirin sonu-paleogen dövrünün əvəlində Şimali Amerikanın qərbində nəhəng Kordilyer dağ sisteminin formalaşması tamamlandı, lakin Cənubi Amerikada, Avrasiya və şimali-qərbi Afrikada Alp orogenezinin əsas hadisələri eosenin sonunda (təxminən 40 milyon il bundan əvvəl) başlanmışdır və ardıcıl güclənərək miosenin sonuna qədər davam etmiş, bəzi rayonlarda isə indi də davam etməkdədir. Məhz bu epoxada Alp-Himalay dağ silsilələri meydana gəlmişdir. Bu silsilə Cəbəllüttariqdən İndoneziya arxipelaqına qədər Pireneyi, Alp, Karpatı, Balkanı, Böyük və Kiçik Qafqaz, Pamiri və nəhayət, Yerdə ən yüksək dağ sistemi olan Himalayı və onlara qovuşan ətrafındakı Qarakorumu əhatə edir. == Coğrafiya və İqlim == Alp dağları Avropada mühüm iqlim bölgüsüdür. Onların şimalında və qərbində mülayim iqlimi olan ərazilər, cənubda subtropik Aralıq dənizi landşaftları var. Küləkli qərb və şimal-qərb yamaclarında yağıntılar ildə 1500–2000 mm, bəzi yerlərdə 4000 mm-ə çatır. Alp dağlarında böyük çayların mənbələri (Reyn, Rhone, Po, Adige, Dunayın sağ qolları), eləcə də çoxsaylı buzlaq və tektonik-buzlaq mənşəli göllər (Bodenskoe, Cenevrə, Komo, Laqo Maggiore və s.) var. Landşaftların hündürlük zonallığı yaxşı ifadə edilmişdir. Hündürlüyü 800 metrə qədər, iqlimi mülayim isti, cənub yamaclarında — Aralıq dənizi, çoxlu üzüm bağları, meyvə bağları, tarlalar, Aralıq dənizi kolları və enliyarpaqlı meşələr var.