Standart
Standart (ing. standard — norma, nümunə) — sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
İnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul (iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsiziliyinə inam yaradır.
Standartlaşdırma — məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:
məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;
məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;
məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
ölçmələrin dəqiqliyini və vəhdətini;
bütün növ resursların qənaətini;
təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;
ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;
istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.
Aşağıdakı standart növləri vardır.