Dilimizdə ilk dəfə son ədəd 3, onun ardınca 7, sonra 40, sonra isə 100, nəhayət, 1000 olub. Bunlar öz konkret kəmiyyətindən əlavə, həm də qeyri-müəyyən çoxluq bildirb: yüz ölç, bir biç ifadəsində yüz sözü qeyri-müəyyən çoxluq bildirir. Qırxayaq (həşərat adı) sözündəki qırx sözü də qeyri-müəyyən çoxluq mənasında işlədilib, ayağın çoxluğunu bildirmək üçündür. Ehtimal ki, 3-“uc”deməkdir, yəni bundan sonra ədəd yoxdur. 7-yetmək feilindəndir, yəni ədəd sona yetdi. Altı sözü alt və ald kimi olub. Burada 2 məna var: “qabaq”(alın sözünü yada salın) və “altda qalan”(aşağı). Deməli, 6-ya “7-dən qabaqda olan”, ya da “7-nin altında (əvvəlində) qalan” deməkdir. 8 isə “7-nin üstündən aşan” (sıçramaq, səkmək, səksənmək sözlərini yada salın!) deməkdir. 3, 7, 40 ədədlərinin nağıllarda çox işlədilməsi bununla bağlıdır.