ALVERÇİ

ALVERÇİ (alverlə məşğul olan adam) [Zabit:] Bolşeviklər deyirlər ki, alverçi svoloçdur, onlar zəhmətkeşlərin qanını sorurlar (S.Rəhimov); ALIŞ-VERİŞÇİ Allahqulu: Gəlib bir yerə çıxdıq alış-verişçilər həndəvərimizi aldı (Çəmənzəminli); MÖHTƏKİR (böyük qazancla mal alıb satan) Müqim bəy: İstismarçı sinfin möhtəkir nümayəndəsinin ölümünə acıyırsınız? (S.Rəhimov); SÖVDƏGƏR (parça alverçisi) Hacı Saleh: ..bu şəhərin sövdəgərlərinin əksərini mən pullu etmişəm (S.S.Axundov); TACİR Sultan bəy: Səni bir tacir oğlana verirəm ki, həmi cavan, həmi pullu, həmi mallı.. (Ü.Hacıbəyov); TİCARƏTÇİ Nemətullayev illər uzunu bir mahir ticarətçi kimi bu işlə yaşardı (S.Rəhimov).

ALVER
ALVERÇİLİK

Значение слова в других словарях