ALUDƏ
ALYANAQ
OBASTAN VİKİ
Alya
Alya (fr. Alliat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09006. 2008-ci il üçün kommunanın əhalisi 64 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 48 nəfər (15-64 yaş) arasında 30 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,5%, 1999-cu ildə 70,7%). Fəal olan 30 nəfərdən 25 nəfər (14 kişi və 11 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. 18 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Aleksandr Alyabyev
Aleksandr Aleksandroviç Alyabyev (rus. Алекса́ндр Алекса́ндрович Аля́бьев) (4 (15) avqust 1787[…], Tobolsk – 22 fevral (6 mart) 1851[…], Moskva) − məşhur rus romanslarının peşəkar ustadı. Aleksandr Aleksandroviç Alyabyev 1787-ci ildə Tobolsk şəhərində qubernator ailəsindən anadan olmuşdur. 1809-cu ildə Alyabyevlər ailəsi ilə Moskvaya köşür. 1810-cu ildə Alyabyev ilk romansını və fortepiano üçün pyeslərini dərc etdirir. Alyabyev 1812-ci ildə könüllü orduya gedir. O, Parisədək hərbi yol keşir, bir çox döyüşlərdə iştirak edir, yaralanır, ordenlərlə təltif edilir. Onun dostlarının arasında dekabristlər də var idi. 1820-ci illərin əvvərində o, məşhur teatr musiqi bəstəkarı kimi yanınmağa başlayır, ramanaslar, fortepanino pyesləri yazır. 1823-cü ildə istefaya çıxan Alyabyev Moskvaya köçür.
Cuno (Alyaska)
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Hobart Bey (Alyaska)
Hobart Bey — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatına məxsus yaşayış məntəqələrindən biridir. ABŞ siyahıyaalma bürosunun 2010-cu il məlumatına əsasən yaşayış məntəqəsində 1 nəfər sakin yaşayır. Yaşayış məntəqəsi 1889-cu ildə Hobart Bey olaraq adlandırılıb. Əhalisi son illərdə azalmağa doğru gedir. Hobart bey yaxınlığında Hunah-Angun Census bölgəsinin olduqca əhəmiyyətli bir hissəsi və iqtisadi mərkəzi sayılan Pitersburq şəhəri yerləşir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, yaşayış məntəqəsinin ümumi sahəsi 336 km² təşkil edir ki, bunun 304 km²-i quru sahəni, 32 km² isə su sahəsindən ibarətdir. Ümumi sahənin 9.54% hissəsi sudan ibarətdir. ABŞ Siyahıyaalma Bürosunun məlumatına əsasən 2000-ci ildə burada 3 nəfər sakin iki yaşayış evində yaşayırdı. Sakinlərdən biri ağdərili, digəri isə yerli amerikan idi. Əhali sıxlığı 0/km² olan bu yaşayış məntəqəsində 0.1/km² ortalama sıxlığda yeddi mənzil yerləşirdi.
Homer (Alyaska)
Homer (ing. Homer) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Kinq adası (Alyaska)
Kinq adası (ing. King Island, iny. Ugiuvak) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada. Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.
Mənim Addımım Alyansı
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Nelson adası (Alyaska)
Nelson adası (ing. Nelson Island) — Berinq dənizində, Alyaskanın cənub-qərb sahili yaxınlığında, Ninqaluk (şimalda) və Kolavinarak (şərqdə) çaylarını ayıran ada. İnzibati cəhətdən ABŞ-nin, Alyaska ştatının Betel siyahıyaalma sahəsinə aiddir. Uzunluğu 68 km, eni 32 ilə 56 km arasındadır. Adanın sahəsi 2183 km²-dir. Sahəsinə görə ABŞ-də 15-ci ən böyük adadır. Nunivak adasından Etolin boğazı ilə ayrılır. Nelson adasında 3 kənd vardır: Tununak, Toksuk Bey və Naytmyut. Yaşayış məntəqələrinin hamısı Berinq dənizi sahilində, adanın cənub-qərb hissəsində yerləşir. Bu üç kəndin ümumi əhalisi 2010-cu il siyahıyaalınmasına əsasən 1197 nəfərdir.
Nom (Alyaska)
Nom (ing. Nome) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Qlobal Liberal İncəsənət Alyansı
Qlobal Liberal İncəsənət Alyansı (ing. Global Liberal Arts Alliance) — dünya liberal incəsənət kolleclərinin birliyidir. 2009-cu ildə yaradılıb. Birliyin məqsədi Amerikan liberal incəsənət kolleci modelinə əsasən birlik üzvü olan müəssisələr arasında əməkdaşlıq üçün beynəlxalq çərçivəni təmin etməkdir. Alyans Böyük Göllər Kolleclər Assosiasiyası tərəfindən idarə olunur, hansı ki, həmin assosiasiyada Böyük göllər regionunun on üç Amerikan liberal incəsənət kolleci birləşmişdir.
Tok (Alyaska)
Tok (Tanakrosça ?) — ABŞa bağlı Alyaska ştatının Southeast Fairbanks Census Area sayım bölgəsində Alyaska atabasklarından Tanakroslar tərəfindən məskun olan bir məbtəqə. Toplam sahəsi 342.6 km² olan əhali sayı 2010-cu ilə görə əhalisi 1.258 nəfərdir. Ana yerli xalq Tanakrosçanın Mansfeld-Kechumstuk şivəsini danışan hindli Alyaska Atabasklarıdır. Yerlilərin faizi % 12.85, ağlar isə % 78.03 dir.
Uels Şahzadəsi (Alyaska)
Uels Şahzadəsi (ing. Prince of Wales Island) — Aleksandr arxipelaqının ən iri adasıdır. Alyaskanın cənub-şərində, Sakit okeanın Alyaska körfəzi akvatoriyasına daxildir. Adanın sahəsi 6674 km² təşkil edir. ABŞ adaları arasında Havay, Kadyak və Puerto-Rikodan sonra dördüncüdür. Adaların dünyada sahəsinə görə sıralamasında 97-ci yeri tutur. Adanın uzunluğu 217 km, eni 72 km təşkil edir. Burada 6000 nəfər insan yaşayır. Onların 1200 nəfəri Kreyq şəhərində yaşayır . İqtisadiyyatın əsasını meşəçilik, balıqçılıq və balıq məshullarının istehsalı təşkil edir.
İkinci Alyanlı
İkinci Alıyanlı, İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk tayfasından olan əliyanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
ATA Alyansı
ATA İttifaqı və ya Ata İttifaqı — 11 mart 2023-cü ildə Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası, Türkiyə İttifaqı Partiyası tərəfindən qurulmuş seçki ittifaqı. İttifaq 2023 Türkiyə prezident seçkilərində sabiq Milliyətçi Hərəkat Partiyası millət vəkili Sinan Oğanı namizəd göstərmişdir. İttifaqı təşkil edən partiyalardan sadəcə Zəfər Partiyası və Ədalət Partiyasının 14 may 2023-cü ildə keçirilən parlament seçkilərində iştirak etmək hüququ var idi. İyun 2022-ci ildə Zəfər Partiyasının da içində olduğu beş partiyadan ibarət yeni bir ittifaqın qurulacağı iddia edildi. Partiya sədri Ümid Özdağ bu iddiaları təkzib etdi. İrəlləyən vaxtlarda Məmləkət Partiyası sədri Məhərrəm İncə Zəfər Partiyası sədri Ümid Özdağ, Ədalət Partiyası (Türkiyə, 2015) sədri Vecdət Öz və Doğru Yol Partiyası sədri Rüfət Sərdaroğlu seçki ittifaqı ilə bağlı danışıqlar apardıqlarını bildirdi. Jurnalist Fatih Altaylı Ümid Özdağ ilə görüşdüyünü və prezident namizədlərinin Məhərrəm İncə olduğunu, əgər Mansur Yavaş namizəd olar isə də onu dəstəkləyəcəklərini qeyd etdi. Məhərrəm İncə "Mən heç kimin ehtiyat namizədi deyiləm." bəyanatını verdi. 4 mart 2023-cü ildə Ümid Özdağ 24 saat əvvəl Məhərrəm İncənin ittifaq danışığı keçirdiyi WhatsApp qrupuna "Mən bu ittifaqı tərk edirəm, haqqınızı halal edin." yazdığını dedi. Doğru Partiya prezident namizədinin irəli sürülməsi ilə bağlı razılıq əldə olunmadığından ittifaqı elan vaxtından az əvvəl tərk etdiyini açıqladı.
Səadət Partiyası və Gələcək Partiyası Alyansı
Səadət və Gələcək İttifaqı (Türk. Saadet ve Gelecek İttifakı), 6 iyul 2023-cü ildə Səadət Partiyası ilə Gələcək Partiyası arasında Türkiyə Böyük Millət Məclisində ortaq fraksiya yaradılması, parlament və seçkilərdə əməkdaşlığı ehtiva edən ittifaq. İttifaqın Türkiyə Böyük Millət Məclisində Səadət Partiyasının adı altında parlamentdə 20 deputatı var, lakin onlardan 10-u Gələcək Partiyası üzvüdür. Səadət Partiyası millət vəkili Hasan Bitməzin vəfatından sonra 2 gün ərzineə fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası millət vəkili Ali Fazıl Kasapın Səadət Partiyası sıralarına qatılması ilə fraksiya yenidən qurulmuşdur. Səadət və Gələcək İttifaqının Səadət Partiyası adı altında 20 deputatdan ibarət bir fraksiyası var. Bunlardan 10-u Gələcək Partiyasının üzvləri olsalar da, ittifaq protokoluna görə rəsmi olaraq Səadət Partiyasının üzvləridir. Kocaeli millət vəkili Hasan Bitməzin vəfatının ardınca fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası Kütahya millət vəkili Ali Fazıl Kasapın partiyasından istefa verərək Səadət Partiyasına üzv olması ilə fraksiya yenidən quruldu.
Səkkiz Gücün Alyansı
Səkkiz Gücün Alyansı Avstriya-Macarıstan, Böyük Britaniya, Almaniya İmperiyası, İtaliya, ABŞ, Rusiya İmperiyası, Fransa və Yaponiya İmperiyasını əhatə edən hərbi ittifaqdır. Bəzən Beynəlxalq Azadlıq Ekspedisiyası (ILE) adlandırılan qoşun və qüvvələrin birləşmiş kontingenti Alyans dövlətlərinin 45.000 əsgər və dənizçisindən ibarət idi . 27 sentyabr 1900-cü ildə N. P. Lineviçin komandanlığı altında Müttəfiq qoşunları Pekinə daxil oldular. Kampaniya zamanı müttəfiq qüvvələr 1900-cü ilin avqustunda Boksçu üsyanını yatırdılar və Çin imperiya ordusunu məğlub etdilər . İmperator hakimiyyəti qeyri-bərabər Yekun Protokolu imzalamalı oldu. Səkkiz gücün ittifaqı Çin tarixçiləri tərəfindən o zaman zəif Çini talan etmək istəyən güclü imperiyaların işğalı kimi, Boksçu üsyanı isə xarici işğalçılara qarşı üsyan kimi qiymətləndirilir. Səkkiz Qüvvə Alyansının humanitar tərəfi pərdə arxasında qalır. Yihetuanların müsbət qiymətləndirilməsi sovet tarixşünaslığı üçün də xarakterik idi. V. İ. Lenin 1900-cü ildə Boksçu üsyanını Avropa müstəmləkəçiliyinə qarşı hərəkat hesab edirdi. Nikolas Reyin " Pekində 55 gün" səfirlik məhəlləsinin və Beynəlxalq Azadlıq Ekspedisiyasının mühasirəsinə həsr olunmuş epik filmdir (1963).
Xalq Alyansı
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Xalq Alyansı (Türkiyə)
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Hindistan Milli İnkişaf üzrə İnklüziv Alyans
Alyaska dovşanı
Alyaska dovşanı – Alyaska dovşanı (lat. Lepus othus) — Alyaska yarımadasının qərbində yaşayan dovşan. Alyaska dovşanı Şimali Amerikadakı ən böyük dovşan növüdür, uzunluğu 50–70 sm, quyruğu isə təxminən 8 sm-dir. Arxa ayaqları çox uzundur — təxminən 20 sm, bu da qarda irəli hərəkət etmək imkanı yaradır. Cinsi dimorfizm ifadə edilmir. Bədən rəngində mövsümi dimorfizm var: yayda heyvanın paltosu boz-qəhvəyi və ağ alt paltarı var, qışda isə xəzi tamamilə ağ olur. Balalar yayda doğulur, onların tükləri yetkin heyvanlardan bir qədər tünd olur. Heyvanların başı möhkəm qurulmuşdur və yuxarı kəsici dişlər çox güclü şəkildə əyilmişdir. Digər növlərdən fərqli olaraq, Alyaska dovşanının istilik itkisinin mümkün qədər az olmasını təmin etmək üçün nisbətən qısa qulaqları var. Pəncələr qısadır, qarda qazmaq üçün uyğunlaşdırılmışdır.
Azərbaycan Amerika Alyansı
Azərbaycan Amerika Alyansı Azərbaycan xalqının mədəniyyəti, cəmiyyəti, sənayesi, tarixi və cari hadisələri haqqında geniş məlumat verən tərəfsiz, qeyri-kommersiya təşkilatıdır. Məqsəd alyansı maraqlandıran məsələlər üzrə araşdırma və təbliğat kampaniyası aparmaqdan ibarətdir. Alyansın internet saytında verilən məlumata görə: "Alyansın missiyası Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitini inkişaf etdirməkdir. Bundan başqa əsas hədəflərdən biri də akademik müzakirələr, mədəni proqramlaşdırma və siyasi diskurs vasitəsilə öz məqsədinə həsr olunmuş əsas təşkilat olmaqdır. Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında davamlı tərəfdaşlığı təşviq etmək üçün fəaliyyət göstərir" Azərbaycan Amerika Alyansı amerikalıların Azərbaycanla bağlı məsələlərdə onları maarifləndirmək üçün seçilmiş nümayəndələrlə əlaqə saxlamalarını istəyir. Alyans 1992-ci il Azadlığa Dəstək Aktının, Konqresin təsdiqini gözləyən Azərbaycanı istisna edən yardım paketinin müddəasına qarşı çıxıb. Alyans Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2008-ci il tarixli 62/243 saylı qətnaməsini dəstəkləyir və bu qətnamə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi suverenliyini bir daha təsdiq edir. Təşkilat bu münaqişənin həlli üçün seçilmiş liderləri müdafiə edib. Alyans özünü yerli təşkilat kimi təsvir edir. Alyans Azərbaycan və daha böyük Qafqaz regionu üzrə akademik fəaliyyəti təşviq edir və Azərbaycan-Amerika biznes əlaqələrini, məsələn, xarici sərmayələr, xüsusilə enerji sektoru ilə bağlı məsələlərdə fikir və təcrübə mübadiləsinə təşviq edir.
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Alyaska Ankoric Universiteti
Alyaska Ankoric Universiteti — ABŞ -ın Alyaska ştatının Ankoric şəhərində yerləşən dövlət universiteti. Bu, Alyaskanın ən böyük ali təhsil müəssisəsidir və Alyaska Universitetləri Sisteminin ən böyük universitetdir. AAU həmçinin Alyaskanın cənub-mərkəzi boyunca səpələnmiş dörd İcma kampuslarını idarə edir: Kenai Yarımadası Kolleci Kodiak Kolleci Mat-Su Kolleci Şahzadə Uilyam Sound Kolleci AAU-nın əsas şəhərciyi şəhər mərkəzindən təxminən dörd mil (6.4 km) cənub-şərqdə yerləşir. Universitetin Ankoric kampusu beş tədris və tədqiqat bölməsinə bölünür: İncəsənət və Elmlər Kolleci Biznes və İctimai Siyasət Kolleci İcma və Texniki Kolleci Mühəndislik Kolleci İctimai Səhiyyə Kolleci Universitet seçilmiş proqramlarda magistr dərəcələri və məzun sertifikatları, həmçinin Məzun bölməsi vasitəsilə əməkdaşlıq edən universitetlərdə seçilmiş doktorantura proqramlarını tamamlamaq imkanı təklif edir. AAU Kolleclər və Universitetlər üzrə Şimal-Qərb Komissiyası tərəfindən akkreditə olunub. 1954-cü ildə Ankoric İcma kolleci (AİK) yaradıldı və Elmendorf Hərbi Hava Qüvvələri bazasında tələbələrə axşam dərsləri keçilməyə başladı. 1960-cı illərin sonlarında Ankoricdə dörd illik universitetin yaradılmasına güclü maraq Alyaska Universitetinin, Ankoric Senior Kollecinin (ASC) yaranmasına səbəb oldu. ASC bakalavr və magistr proqramları, eləcə də davamlı təhsil üzrə peşəkar proqramları idarə edirdi. 1962-ci ildə AİK və əyalətdəki digər icma kollecləri Alyaska Universitetinin sisteminə daxil edildi. 1971-ci ildə universitetin ilk buraxılışı keçirildi və burada 265 adama magistr, bakalavr və dosent dərəcələri verildi.
Alyaska Universiteti
Alyaska Universiteti — ABŞ-ın Alyaska ştatının Ferbanks şəhərində dövlət tədqiqat universiteti. Universitet Alyaska Universitet Sisteminin flaqman kampusudur. Alyaska Universiteti 1917-ci ildə Alyaska Kənd Təsərrüfatı Kolleci kimi təsis edilmişdir. Əvvəlcə Alyaska Kənd Təsərrüfatı Kolleci adlanırdı. 1935-ci ildə Alyaska Qanunverici orqanı kollecin adını rəsmi olaraq Alyaska Universitetinə dəyişdirən Qanun layihəsini qəbul etdi. 1975-ci ildə Kansler Hovard A. Katlerin təyin edilməsi ilə Alyaska Universiteti Alyaska Ferbanks Universitetinə çevrildi və Ümumdünya Universitet Sisteminin əsas tədqiqat bölməsi siyahısına daxil oldu. Bundan sonra həm universitetin tələbə sayı, həm də tədqiqat missiyası əhəmiyyətli dərəcədə artdı. Universitet "R2: Doktorantura universitetləri — yüksək tədqiqat fəaliyyəti" kateqoriyasına aiddir. 1960-cı ildə universitetin akademik departamentləri 6 kollecə ayırdı: İncəsənət və Ədəbiyyat Davranış Elmləri və Təhsil Biologiya Elmləri və Bərpa Olunan Resurslar Biznes, İqtisadiyyat və İdarəetmə Yer Elmləri və Mineral Sənayesi Riyaziyyat, Fizika Elmləri və Mühəndislik Universitetin 9 Akademik Məktəb və Kolleci var: Mühəndislik kolleci İncəsənət kolleci Elm və Riyaziyyat kolleci Kənd və İcma İnkişafı kolleci Aspirantura məktəbi Təhsil məktəbi Balıqçılıq və Okean Elmləri kolleci Biznes və Təhlükəsizlik İdarəetmə kolleci Təbii Sərvətlər məktəbi Universitetdə 120-dən çox fənn üzrə 190 müxtəlif dərəcə və sertifikat proqramı mövcuddur. Universitetin Fəxri Kolleci 1983-cü ildə yaradılıb və tələbələrə peşə təhsili almaq üçün əlavə imkanlar təqdim edir.
Beynəlxalq Qadınlar Alyansı
Beynəlxalq Qadınlar Alyansı qadın hüquqlarını və gender bərabərliyini təşviq etmək üçün fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Tarixən qadınların seçki hüququ uğrunda kampaniya aparan əsas beynəlxalq təşkilatlardandır. Təşkilat insan hüquqları və liberal demokratiya əsasında inklüziv və mütərəqqi liberal feminizmi müdafiə edir və liberal beynəlmiləlçi dünyagörüşünə malikdir. Təçkilatın prinsiplərində bəyan edilir ki, bütün cinslər "bərabər dərəcədə azad doğulurlar və öz fərdi hüquq və azadlıqlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər", "qadın hüquqları insan hüquqlarıdır" və "insan hüquqları universaldır, bölünməzdir və bir-biri ilə bağlıdır". 1904-cü ildə Alyans öz simvolik rəngi olaraq qızılı və ya sarı rəngi qəbul etdi. 1867-ci ildən ABŞ-də qadınların seçki hüququ hərəkatı ilə əlaqəli olan bu rəng həmçinin qadın hüquqlarının ən qədim simvoludur. Alyansın təsiri ilə qızılı və ağ rənglər beynəlxalq qadınların seçki hüququ hərəkatının əsas rənglərinə çevrildilər. Beynəlxalq Qadınlar Alyansı (BQA) ənənəvi olaraq liberal-burjua qadın hüquqları hərəkatının, yəni daha geniş burjua qadın hərəkatının liberal-proqressiv qanadı daxilində başlıca beynəlxalq qeyri-hökumət təşkilatıdır. BQA-nın əsas prinsipi ondan ibarətdir ki, insan hüquqlarının tam və bərabər şəkildə həyata keçirilməsi bütün qadın və qızlara aid edilir. Bu təşkilat öz sahəsində ən qədim, ən böyük və ən nüfuzlu təşkilatlardan biridir.
Alyaskadakı kollec və universitetlərin siyahısı
Alyaskadakı Kollec və Universitetlərin siyahısı bu məqalədə təqdim olunur.