amerikanlar
amerikapərəst
OBASTAN VİKİ
Amerikansayağı gözəllik (film, 1999)
"Amerikansayağı gözəllik" (ing. American Beauty) — 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik yanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. 1992-ci il Emi Fişer məhkəməsindən ilhamlanan Bol 1990-cı illərin əvvəllərində “Amerikansayağı gözəllik” adlı tamaşa yazmağa başlamışdı. Hekayənin səhnədə yaxşı alınmayacağını anlayan müəllif tamaşa ideyasından əl çəkmişdi. Bir neçə il televiziya ssenaristi kimi çalışdıqdan sonra, 1997-ci ildə Boll özünü kino ssenaristi kimi sınamaq qərarına gəlir. Dəyişdirilmiş ssenaridə Balın yazdığı bir neçə komediyada olduğu kimi, hadisələrə sinik baxış əks olunmuşdur.
Amerikansayağı gözəllik (film musiqisi)
“American Beauty: Music from the Original Motion Picture Soundtrack” 1999-cu ildə Kevin Speysi və Anetta Beninqin baş rollarını canlandırdığı filmin musiqi albomudur. Kris Duridas, Sem Mendes və Maykl Ostinin prodüsserliyi ilə istehsal edilmiş albom 2000-ci ildə “Bədii film, televiziya və ya digər vizual mediada ən yaxşı film musiqisi albomu” nominasiyasında Qremmi mükafatına (mükafatın təsisatı) namizəd göstərilmişdir. Film musiqisinə Tomas Nyumanın bir neçə mükafata layiq görülmüş orijinal film musiqisindən də bəzi parçalar daxil edilmişdi. “Beatles” qrupunun “Because” mahnısının Elliot Smitin ifasında kover versiyası filmin bağlanış musiqisi kimi istifadə edilmişdir. Filmdə istifadə olunmuş "Dead Already" mahnısı isə sonradan 2005-ci ildə istehsal edilmiş “Madaqaskar” filmində də istifadə olunmuşdur. Nyumanın "Any Other Name" və "Dead Already" musiqiləri DJ Jakatta tərəfindən 2000-ci ildə çıxarılmış “American Dream” musiqisində istifadə edilmişdir.
Amerikansayağı gözəllik filminin qazandığı mükafatların siyahısı
Amerikansayağı gözəllik 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə istehsal edilmiş ABŞ drama filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan "Amerikansayağı gözəllik" bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün "DreamWorks" geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır. "DreamWorks" "Amerikansayağı gözəllik" filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı.
алкоголи́зм корко... на дыбы́ перепроверя́ть потопле́ние поэ́тому пропутеше́ствовать эди́пов ко́мплекс братва́ двусемя́нка невыполни́мый отучне́ть chrysalides discal funeral hectographic hypognathous interglacial juncaceous lessee Lurlei mikado SETI suck in taxing