APREL
APTEKÇƏ
OBASTAN VİKİ
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. == Həmçinin bax == Farmakologiya Əczaçılıq == Keçidlər == Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Aptek dağçətiri
Aptek dağçətiri (lat. Peucedanum officinale) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Aptek gücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aptek hili
Aptek kücotu
Aptek gücotu (lat. Agrimonia eupatoria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gücotu cinsinə aid bitki növü. == Botaniki xüsusiyətləri == Hündürlüyü 50-125 sm, gövdəsi hündür, düz, sərt qabarıq və qısa qıvrım tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Yarpaqlar saplaqdadır; tək lələkvari yarpaqların yarpaqcıqları elliptik və ya uzunsovdur, mişarvari kəsilmişdir, onlar arasında yerləşən kiçik yarpaqcıqlar yumurtaşəkillidir; bütün yarpaqcıqlar üst tərəfdən yaşıl, alt tərəfdən isə oturaq və ya saplaqlı vəziciyi olan boz-keçə tüklüdür. Çiçəkləri yuxarı hissəsi sıx, aşağı hissəsi isə boş, uzun sünbülşəkilli salxımdadır. Ləçəkləri sarı rəngdə olub, uzunluğu 4–5 mm-dir. May-iyun ayalrında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda, orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Kəsilmiş meşələrdə, meşə kənarında, kolluqlarda, sahildə, çəmənlərdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Yarpaqlarında aşı maddəsi vardır.
Aptek poliporusu
Laricifomes officinalis (lat. Laricifomes officinalis) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin polyporales dəstəsinin fomitopsidaceae fəsiləsinin laricifomes cinsinə aid göbələk növü.
Aptek razyanası
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Aptek seteraxı
Aptek zəncəfili
Aptek zəncəfili (lat. Zingiber officinale) — zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü. == Sinonim == Amomum angustifolium Salisb. Amomum zingiber L. Amomum zinziba Hill [Spelling variant] Curcuma longifolia Wall. Zingiber aromaticum Noronha [Invalid] Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum. Zingiber majus Rumph. Zingiber missionis Wall. Zingiber officinale var. cholmondeleyi F.M.Bailey Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe Zingiber officinale var.
Aptek çobanyastığı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz ovalığında yayılmışdır.
Aptek şahtərəsi
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. == Yayılması == Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Aptek sümürgəsi
Aptek sümürgəsi (lat. Asplenium ceterach) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 3-10 sm olan çoxillikdir bitkidir. Çim əmələ gətirir. Kökümsovu qısadır. Yarpaqları qısa saplaqlıdır, qalındərilidir, görünüşünə görə neştərvaridir, birqatlələkvari bölünmüşdür; seqmentləri tamkənarlı və ya az dairəvi-dişlidir, ovalvari-dairəvi, qalıntəhərdir, üst tərəfdən bozumtul-yaşıl rəndədir, çılpaqdır, alt tərəfdən üçbucaqşəkilli, qonur, pulcuğabənzər qabıqla sıx örtülüdür; buğumları növbəlidir, ox üzərində digər tərəfdəki oyuğa əks istiqamətdə yerləşmişdir. Sorusları pulcuğabənzər qabıqlar arasında gizlənmişdir; sporları ovalvariböyrəkşəkillidir. İyul-avqust (sentyabr) aylarında sporlayır. == Azərbaycanda yayılması == BQ (Quba), Abşeron, Qob., BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Aptek kinə ağacı
Aptek kinə ağacı (lat. Cinchona officinalis) - kinə ağacı cinsinə aid bitki növü.
Bankə apteki
Bankə apteki — Azərbaycanda ilk aptekdir və Neftçala rayonunun Bankə qəsəbəsində yerləşir. == Tarixi == XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb. Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldü. Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimidə istifadə olunub.
İdelson apteki
İdelson apteki — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina 1884-cü ildə inşa edilmişdir. Bina Taqanroq şəhəri Krasnı xiyabanı, ev 24 ünvanında yerləşir. Aptekin müasir ad 53nömrəli aptek kimi tanınır. İdelson apteki Rusiyanın regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. Bununl bağlı qərar 18 noyabr 1992-ci ildə 301 nömrəli qərarla təstiqlənmişdir. R. B. İdelson öz aprekini yerləşdirmək məqsədilə Çexov küçəsində bina icaryə götürür. İdelson aptekini yerləşdirmək məqsədilə iki mərtəbəli bina alır. Binanın birinci mərtəbəsində aptek təşkil edilir. 1884-cü ildən aptek arrıq yeni binada yerləşirdi.
Ştrimer apteki
Ştrimer apteki — Taqanroq şəhərinin ərazisində, Petrovskaya küçəsi, ev 61 ünvanında yerləşən bina. Binanln inşasına 1971-ci ildə başlanılmışdlr. O zaman bina Petrovskaya küçəsi, ev 33 ünvanında qərarlaşırdı. Kənpiçdən inşa edilən iki mərtəbəli binanın əsası 1871-ci ildə qoyulmuşdur. Bu bina aptek binası olaraq Moisey Osipoviç Ştrimerin vəsaiti gesabına inşa edilmişdir. Təkcə onun zirzəmisində 1870-ci illərdə Taqanroqda butılkalarda Qafqaz mineral suları satılırdı. Moisey Ştrimerin 44 yaşında ikən zərbədən ölümündən sonra (1880-ci ilin fevralında) mülkiyyət hüququ onun həyat yoldaşı olan Nadejda Davidovaya keçir. O, uşaqları Aleksandr (1866) vı Pelenoy (1869) ilə burlikdə binada 1925-ci ilə qədər yaşamışlar. Aktek isə öz fəaliyyətini davam etdirmişdir. Taqanroq üçün nadir hadisələrdən biri onda idi ki, iri bir bina sovet hakimiyyəti qurulduqdan donra belə uzun zaman milliləşdirilməmişdi.

Digər lüğətlərdə