aqroekologiya
aqroekoloq
OBASTAN VİKİ
Aqroekoloji rayonlaşma
Aqroekologiya — kənd təsərrüfatı istehsalı prosesində insanların ətraf mühitlə qarşılıqlı əlaqəsini, kənd təsərrüfatının təbii komplekslərə və onların komponentlərinə təsirini, texnogen yük şəraitində aqroekosistemin komponentləri arasındakı qarşılıqlı təsiri və onlara xas olan maddələr dövranının spesifik xüsusiyyətlərini, enerji tutumunu, aqroekosistemin fəalliyyət xarakterini öyrənir. Aqroekoloji rayonlaşma — taksonomik vahidlərin iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, arqoekoloji vilayət, aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi bölgülərə bölünür. == Aqroekoloji sinif == Zonal torpaq tipinin və və ya bir neçə tipin üstünlüyü ilə səciyyələnən üfuqi və şaquli istiaqamətdə yayılmış ərazi respublikamızda iki sinif _ dağlıq və düzənliklər ayrılır. == Aqroekoloji vilayət == Aqroekoloji sinif daxilində iri oroqrafik elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazilər. == Aqroekoloji rayon == kompleks aqroekoloji şəraiti (torpaq örtüyünün strukturu və onun relyefdən asılı olaraq paylanması, mezo və mikroilqim şəraiti və s) ilə səciyyələnən vilayət daxilində hissə. == Aqroekoloji yarımrayon == Ayrı-ayrı mədəni bitki sortlarının becərilmə şəraiti, istehsalın dar ixtisaslaşması ilə səciyyələnir.