areopaq 2021

areopaq
areometriya
areopiknometr 2021
OBASTAN VİKİ
Areopaq
Areopaq (q.yun. Ἄρειος πάγος, hərfi — Aresin təpəsi) — Qədim Afinada hakimiyyət orqanı. Adını iclasların keçirildiyi Afina Akropolu yaxınlığında yerləşən Ares təpəsindən alır. Əfsanəyə görə bu təpədə Poseydonun oğlunun qanını axıtmış tanrı Aresin məhkəməsi keçirilmişdir. Esxil bu təpənin adının Afina mühasirəsi zamanı orada məskən salmış amazonkaların şərəfinə adlandırıldığını irəli sürmüşdür. Qəbilə-tayfa quruluşu zamanı ağsaqqallar şurası kimi fəaliyyətə başlamışdır. Tərkibi keçmiş arxontların sırasından areopaq tərəfindən seçilmiş ömürlük üzvlərdən ibarət idi. Geniş siyasi, məhkəmə və dini hakimiyyətə malik idi. 9 arxontdan ibarət idi. Əvvəlcə aristokratiyanın sonra isə oliqarxiyanın dayağı idi.
Dionisiya Areopaqita küçəsi
Dionisiya Areopaqita küçəsi (yun. Οδός Διονυσίου Αρεοπαγίτου) — Afinanın Makriyani rayonunda yerləşən və Afina Akropolunun cənub hissəsinə bitişik piyada küçəsi. Afinanın ilk xaç suyuna salınmış sakini və Həvari Pavelin şagirdi olan Dionisiyanın şərəfinə adlandırılmışdır. Şərqdən qərbə doğru uzanır. Amaliya prospekti qovşağında, Hadrian qövsünün yaxınlığında başlayır və Filopappus abidəsində artıq Həvari Pavel prospektinə girən yerdə, Akropol və Afina aqora ətrafındakı piyada zonasının sonunda bitir. Küçə ilk olaraq 1857-ci ildə indiki yerindən bir az şimalda salınmışdır. 1955-ci ildə Afina Akropolunda yol sistemini inkişaf etdirən memar Dimitris Pikionis küçəni yenidən düzəldərək yerini dəyişdirdi. 2003-cü ildən bu yana küçə sırf piyalar üçündür. == Tikili və abidələri == Amaliya prospektində, küçənin əvvəlində onun hər iki tərəfində binalar var. Lakin Makriyani küçəsi ilə kəsişmədən sonra şimal tərəfdə demək olar ki, heç bir bina yoxdur.